Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6289/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-103/2019 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 ASC-yə, Cavabdeh4, Bakı şəhəri 12 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC-nin mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının və İddiaçı2 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 4 nömrəli mağazanın 4/3 nömrəli filialının qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-nin 11 dekabr 2015-ci il tarixli 680/1 və 680 nömrəli hesabatlarının ləğv edilməsi, həmin əmlaklarla bağlı keçirilmiş hərrac və hərracın yekunları barədə protokolların, ünvan 3 ünvanda yerləşən 4 nömrəli mağazanın 4/3 nömrəli filialının Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanmış 22 may 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlaklara dair verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, əmlakların hərracda ilkin satış qiymətlərinin məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC, Cavabdeh4, Bakı şəhəri 12 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, İddiaçı1 MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyriyaşayış binasının və İddiaçı2 mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 11 dekabr 2015-ci il tarixli 680 və 680/1 nömrəli hesabatlarının ləğv edilməsi, həmin əmlaklarla bağlı keçirilmiş hərrac və hərracın yekunları barədə protokolların, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh2 ASC tərəfindən Cavabdeh4 satılmasına dair 22 may 2018- ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 23/1 nömrəli, 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh2 ASCnin adına, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh4 adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 3.934.176 manat məbləğində, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) hərracda ilkin satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh4 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh2 ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlaklar "xxxx" MMC tərəfindən 2015-ci il tarixdə qiymətləndirilmiş və sonradan hərraca çıxarılmışdır. "xxxx" MMC və "xxxx" MMC tərəfindən isə əmlakların dəyəri hazırkı vaxta, yəni 4 ildən sonrakı müddətə müəyyən edilmişdir. Halbuki, məhkəmə əmlakların hazırkı qiymətini deyil, hərracdan əvvəl qiymətləndirmə aparılmış 2015-ci il tarixə olan qiymətini müəyyən etməli idi. Digər tərəfdən, Cavabdeh4 C.ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (4 nömrəli mağazanın 4/3 nömrəli filialını) Cavabdeh2 ASC-dən satın aldığı zaman əmlak təmirsiz vəziyyətdə olmuş, yeni mülkiyyətçi tərəfindən sonradan əsaslı təmir işləri aparılmış və vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, lakin məhkəmə bunları da nəzərə almamışdır. Bundan başqa, C.ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh4 bank tərəfindən 200000 manata satılmışdır. Həmin qeyri-yaşayış sahəsi 200000 manata qiymətləndirildikdən sonra hərraca çıxarılmış və hərracda alıcı olmamışdır. Bu səbəbdən, müvafiq qanunvericiliyin tələblərinə əsasən, ilkin satış qiymətindən 15 faiz aşağı, yəni 170000 manat qiymətlə ikinci hərrac təyin edilmişdir. Bu qiymətə də alıcı olmadığından, əmlak banka təklif edilmişdir. Göründüyü kimi 170000 manat qiymətlə satışı mümkün olmayan əmlaka qiymətləndiricilər tərəfindən 220000 manat və 274674 manat qiymət qoyulması səhvdir. Bundan başqa, C.ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsini bankdan alqı-satqı yolu ilə əldə etmiş Cavabdeh4 vicdanlı əldə edəndir. Həmçinin əsas olmadan yenidən qiymətləndirmənin təyin edilməsi düzgün deyil və qanunsuzdur. Belə ki, bu tipli iddia qaldıran borclu hüquqdan sui-istifadə edərək işin uzadılmasına nail olur. Digər tərəfdən, bu, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) aid hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli, 2(102)-3031/2020 nömrəli qərarı ilə Cavabdeh2 ASC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi “birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2019 saylı iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda ilkin satış qiyməti 3.580.000 (üç milyon beş yüz səksən min) manat məbləğində müəyyən edilmiş, qətnamə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(102)-2160/2021 nömrəli qərarı ilə cavabdeh LPO "xxxx"ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7366/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 təmsil etdiyi ASC-nin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı tərəf və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya qeyd edir ki, iş üzrə Ali Məhkəmənin 13.04.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.10.2020-ci il tarixli qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı da həmin hissədə yoxlanılır. Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti onun likvid dəyərinə uyğun müəyyən olunmaqla dəyişdirilməlidir. Belə ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya kollegiyası cavabdehlərin məhkəmə iclasında iştirak edib mübahisələndirdikləri halla, yəni ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı sübut təqdim etmələrinə şərait yaratmamış, ədalət mühakiməsini tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında həyata keçirməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduğu vaxtdan halhazıradək uzun müddət keçməsi nəzərə alındıqda ipoteka predmetlərinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət və ya həmin vaxt müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Mülki iş materiallarından görünür ki, mülki iş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyriyaşayış binasının ilkin satış qiyməti onun bazar qiymətinə əsasən müəyyən olunmuş, əmlakın likvid dəyəri müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən və hal-hazırki vəziyyətdə bununla bağlı tərəflər arasında mübahisə olduğundan həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında yenidən hazırda mövcüd olan likvid qiymətlərə uyğun müəyyən edilməlidir. Hazırki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının 08.07.2021-ci il tarixli qərardadı əsasında müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmetinin likvid dəyəri (qiyməti) barədə rəylər verilmiş və həmin rəyə əsasən Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri ******* (bir milyon doqquz iyirmi min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, həmin əmlakın ilkin satış qiymətri MBA LTD” MMC tərəfindən tərəfindən verilmiş rəyə əsasən onun likvid dəyərinə uyğun müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 103/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İş üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin likvid satış qiyməti ******* (bir milyon doqquz iyirmi min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6289/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6289/2021
21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver