Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6299/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 və cavabdeh "Cavabdeh” MMC-nin nümayəndəsi X3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh” MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2131/2021 nömrəli işi üzrə 27.04.2021-ci il tarixli, qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehdən mənəvi zərərə görə 150000 manat, maddi zərərə görə 250000 manat olmaqla, cəmi 400000 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi tələbi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2131/2021 nömrəli işi üzə 27.04.2021-ci il tarixli qətnaməsi ilə rədd ededilmiş, qətnamədə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4, 233.3-ci maddələrinə müvafiq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1545/2011 saylı, 17.03.2011 -ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda yerləşən, iddiaçıların iddia etdikləri sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması, tikilinin məhz «xxxx” MMC tərəfindən söküldüyünə dair sübutların olmamasının müəyyən edildiyinə, bununla da, hazırki mülki iş üzrə iddiaçıların Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsinin əsassız və qanunsuz olduğuna istinad edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011 -ci il tarixli 2(102)-3803/11 saylı qərarına görə iddiaçı X13 (hazırki mülki iş üzrə iddiaçıların anası) cavabdeh "xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə neçə illər yaşadıqları 1 otaqlı evin 1999-cu ildə "xxxx” MMC tərəfindən söküldüyünü göstərmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 150000 manat, mənəvi zərər kimi 100000 manat, cəmi 250.000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.səh. 91). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1545/2011 saylı, 17.03.2011 -ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (səh.58). Bakı Apellyasiya Məhkəməsinin 27.07.2011 -ci il tarixli, 2(103)-3184/2011 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1545/2011 saylı, 17.03.2011 -ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiva şikayəti təmin edilməmişdir (səh.62). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011 -ci il tarixli 2(102)-3803/11 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.07.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarları ilə mübahisəli sahələrdə heç bir tikinti, qurğu, ağac, yaşıllığın olmaması, X5 iddia etdiyi sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "xxxx” MMC tərəfindən söküldüyünü və bununla da, sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyi müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4 və X6 cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmlaka vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməməsi qət edilmişdir (səh.75). Bakı Apellyasiya Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2(103)-3508/2021 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(004)- 2493/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiva şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apeylasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlillərinin əksinə olaraq qeyd olunan ünvandakı evin icra hakimiyyəti tərəfindən qanuni olaraq sökülməsi və əvəzində onlara yeni salınmış qəsəbədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması işdəki sənədlərə öz təsdiqini tapmışdır. Hər iki məhkəmə instansiyasında iddiaçılar hazırki iş üzrə iddiaçı olan İddiaçı1 təmsil etmişdir (iş.səh.99). İddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını, cavabdeh "Cavabdeh MMC-dən bizə vurulmuş mənəvi zərəri təqribən 150000 manat, maddi zərəri isə Baki şəhərinin daxilində bir mərtəbəli, 1 otaq, mətbəx, sanitar qovşaq, dəhlizdən ibarət, eyni zamanda 10 sot həyətində 36 ədəd meyvə ağaclarının hazır istirahət parkı kimi bu gündə istifadəsini nəzərə alsaq, təxminən 250000 manat qiymətləndirsək, ümumilikdə cavabdeh "xxxx" Telekom MMC-den 400000 manat civarında pulun ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində Konstitusiyanın 12, 24, 26, 68, 74; Mülki Prosessual Məcəlləsinin 1.3, 2.2, 5, 6, 7, 8, 9, 14; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 21, 157.1, 1097, 1115-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh "xxxx"Telekom MMC 21.02.2021 -ci il tarixdə elektron məhkəmə vasitəsi ilə etiraz göndərir.15.04.2021-ci il tarixdə keçirilən məhkəmə zamanı aydın olur ki, Cavabdeh "xxxx"Telekom MMC etirazı ilə 1999-cu il hadisələrini qəsdən gizlədir,məhkəməni başqa səmtə yönəldir.26.04.2021-ci il tarixdə saat 16:00-a təyin olunan məhkəmə iclasında bütün faktlar,sübutlar araşdırıldı və 1999-cu ildə evlərin sökülməsini əks etdirə video filmə baxış keçirildi. Cavabdeh "xxxx'Telekom MMC-nin evin,torpağın sökülməsində məhz cavabdehin sifarişi ilə yerinə yetirildiyi aşkar olundu. X23 müşavirəyə getdiyini,qərarın 27.04.2021-ci il tarixdə saat 09:10-da elan olunacağını bildirdi.Bunu video filmə yenidən diqqətlə baxmağa ehtiyac yarandığından etdiyini bildirdi. Eyni zamanda gəlməklərinə lüzum olmadığını,telefonla ***-***-**-** əlaqə saxlamağı məsləhət gördü.Qətnamədə isə iddiaçıların və cavabdehin iştirakı ilə məhkəmə iclasında qərar çıxarıldığını bildirir.1999-cu ilin may ayında cavabdeh "xxxx"Telekom MMC ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda("xxxx"Telekom MMC-nin Baş ofisi ünvanı Tbilisi prospekti 149) yerləşən və ona məxsus İddiaçı1 zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdığı 10 sot torpaqları ve evləri 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. 1999-cu il iyulun 17-də söküntü aparılan ərazidə çəkilmiş video əlavə olunub. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 95-ci maddəsində, Mülki məcəllənin 180.4 maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma va tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı,icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər icra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli Q-520/2 saylı anaları X8 ünvanlanan evləri sökülməsini təsdiq edən məktubun surəti əlavə olunub. Yaşadıqları ərazi, Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanı Baki şəhər İcra Hakimiyyətinin 21.04.1997-ci il tarixli 422 saylı sərəncamina əsasən Cen Telekom LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrilmişdir. Bu şirkət haqqinda ailənin məlumati olmayıb.Yaşadıqları əraziyə heç gəlməyib maraqlanmayıblar. Həmin ərazidə 17 ailənin yaşadığını görən "Cen Telekom LTD" şitkəti fikrindən dönür. Bizə məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağaclar, 17 ədəd məhsul verən qoz ağacları vardı.Qoz ağacının 5 ildən sonra məhsul verdiyini bilirlər.Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti 17.03.1999-cu il tarixli 239 saylı sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini Cavabdeh MMC-ya ayırmışdır (Sərəncam əlavə olunur) Bakı şəhər İcra Hakimiyyəti 12.09.2001 -ci il tarixli 599-cu saylı sərəncamla "Cen Telekom LTD" şitkatinin müraciətinə əsasən şirkətə məxsus gələn ərazinin 1.0 hektarlıq sahəsini Cavabdeh MMC-ya ayırmışdır (Sərəncamı, torpaq sahəsinin 1999-cu il, 2002-ci il tarixli ayrıc aktlari, torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamə) əlavə olunur. 1 -ci sərəncamla 2-ci sərəncam arasında 2 İldən artıq vaxt keçsə də cavabdeh "xxxx”Telekom MMC 1.8 ha ərazini 1999-cu ilin avqust ayında ailənin və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldiqdan 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında onların və digər 16 evi dağıdaraq ailəni çöllərə saldılar. Evləri cavabdeh "xxxx” Telekom MMC tərəfindən məcburi özününküləşdirilməsinin, sökülməsinin və məcburi köçürməsinin nəticəsi olaraq ailənin talehin ümidinə buraxıldı. X7 29 dekabr 1993-cü il,qızı X14i 12 fevral 1996-cı il, X1 08 fevral 1999-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllədə vaxtilə mövcud olmuş,onun İddiaçı1 illərlə qurub yaratdığı evdə,qızı X15 evsiz eşiksiz,qaçqın kimi 2000-ci il 14 iyul tarixində dünyaya gəlmişdir.X1 və X15 dünyaya qaçqın kimi evsiz, eşiksiz ayaq açdılar. Bu gündə "xxxxTelekom MMC-nin onlara və ailəyə qarşı təcavüzündən əziyyət çəkir təcavüz nəticəsində hüquqlarının kobud şəkildə pozulması faktı gözdən qaçmamalıdır. Günü bu gün də onlar ,qardaşı X11 məxsus evdə qalırlar (Çıxarış)əlavə olunur. Cavabdeh "Azerceir'Telekom MMC-nin X27 və Əsas azadlıqlarının müdafiəsi haqqnda Avropa Konvensiyasına dair Protokolun 1,3,6,8-cı maddələrinin heç birinə riayət etməmişdir.X27ları Konvensiyasının 3-cü maddəsi- İşgəncələrin qadağan olunması, Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti əlçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. 6-cı maddəsi- Ədalətli məhkəmə araşdırması hüququ,8-ci maddəsi- Şəxsi həyata va ailə həyatına hörmət hüququ, Əlavə protokol İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokol mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqlari naminə və qanunla və beynəlxalq hüququn ümuni prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Önəryıldız Türkiyəyə qarşı (2002) məhkəmə işi, İvanova (İvanova) va Çerkezov (Cherkezov) Bolqarıstana qarşı 21.4.2016 tarixli qərar-ərizəçinin özbaşına tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq «mülkiyyətə» bərabərdir.Bakı şəhər İcar Hakimiyyəti bizə məxsus olan Baki şəhəri Yasamal rayonu, Tblisi prospekti,3166-ci məhəllədəki yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin Cavabdeh MMC-ya ofis binasının tikilməsi üçün ayıran zaman ya özü tərəfindən, ya da Cavabdeh MMC tərəfindən evin sökülməsi ilə əlaqədər ya yaşayış yeri ilə ya da həmin evden istifadə hüquqları pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüquqları pozulmuşdur . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, evin sökülməsində cavabdehin sifarişi ilə yerinə yetirildiyini, 1999-cu ildə evlərin sökülməsini əks etdirən video filmin mövcud olduğunu, onlara evin sökülməsi ilə bağlı kompensasiya verilməsinin bildirildiyini, lakin kompensasiyanın ödənilmədiyini, kompensasiyanı tələb etdiyini, “xxxx” Telekomun həmin ərazinin onlara məxsus olduğunu bildirsələr də, həmin ərazidə ağacların olduğunu və həmin ağacların atası tərəfindən əkildiyini, sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini Cavabdeh MMC-ya ayırıldığını, onun kimi bir çox ailənin evindən çıxarıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Cavabdeh” MMC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, “xxxx” Telekomun iş üzrə məsuliyyətinin olmadığını, Bakı şəhər İcra Hakimiyəti tərəfindən 2003-cü ildə yerin onlara verildiyini bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçıların tələbinin təmin edilməyən hissələrdə qiymət verilməsi mümkünsüzlüyü müvafiq sübutların aidiyyəti və mötəbərliyi baxımından müəyyən edilməməsidir, habelə mövcud qanuni qüvvəsini almış məhkəmə aktları artıq müəyyən edilmiş hallara prosessual baxımdan yenidən qiymət verilməsinə imkan vermir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2131/2021 nömrəli işi üzrə 27.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6299/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6299/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver