Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6307/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin nümayəndələri Nümayəndə və X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4346/2019saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinə qarşı «işə bərpa tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X22 Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********4 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixə qədər 15 ilin işçisi olaraq Əmək və X23 Nazirliyinin tabeçiliyində olan X34 tibbi sosial reablitasiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir qüsuru, iradı, töhməti, xəbərdarlığı, pozuntusu və s. intizam tənbeh tədbiri olmamışdır. Əksinə işlədiyi müddət ərzində o, yüksək və aparıcı işinə görə nümunəvi işçi kimi rəhbərlik tərəfindən qiymətləndirilmişdir. Ona doğma olan bu müəssisədə əmək fəaliyyətinə başlamış və işlədiyi bütün müddət ərzində ancaq kollektivin mənafeyi üçün çalışmış və müəssisənin mənafeyi naminə yüksək səviyyəli xidmət üçün əlindən gələni əsirgəməmişdir. Lakin son aylarda müxtəlif yollarla iddiaçını və digərlərini kütləvi şəkildə tutduquqları vəzifədən uzaqlaşdırmaq istəyiblər. Bu məqsədlə dəfələrlə ona və digər bir çox əməkdaşlara ərizə yazaraq öz xahişləri ilə işdən uzaqlaşmaqlarını bildirmişlər. Əgər könüllü olaraq işdən ərizəsi ilə getməsə, o zaman qanunvericiliyin digər imkanlarından istifadə etməklə, qondarma bəhanələrlə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən qovulacağını bildirmişlər. Sonuncu dəfə xx xxx 2019-cu il tarixdə Əmək və X23 Nazirliyi Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri N.E.Bayramova iddiaçını kabinetə dəvət edərək ona öz xahişi ilə işdən azad olunması üçün ərizə verməyini tələb etmişdir. Əks təqdirdə əmək kitabçasının ləkələnəcəyi və heç kimin onu işə qəbul etməyəcəyi bildirilərək təzyiqlər də göstərilmişdir. Nəhayət, onun işdən çıxmaq haqqında ərizə vermədiyini görəndə ertəsi gün, yəni xx.xx.2019-cu il tarixdə yenidən ona zəng edərək işdən azad olunduğunu bildirmişlər. Nəticədə qərəzli, sifarişli olaraq onunla bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək və X23 Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********4 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. İşçi İddiaçı qizi ilə əmək müqaviləsinin ləğvi barədə əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə müvafıq qaydada tərtib olunmamışdır. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilmiş, lakin Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə riayət olunmamış, əmrdə işəgötürən tərəfındən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Mübahisələndirilən əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsinə istinad edilmişdir. Məruzənin məzmunu ilə tanış olduqda müəyyən edilir ki, sağlamlıq imkanları məhdud olan X13 reablitasiya kursu keçməsi məqsədi ilə stasionar qaydada xx.xx.2019-cu il tarixdə X38 qəbul edilmişdir. Lakin həmin gün icazə olmadan valideyni tərəfindən Mərkəzdən çıxarılmış, ertəsi gün xx.xx.2019-cu il tarixdə yenidən Mərkəzə qayıtmışdır. Müalicə aldığı dövrdə yəni xx.xx.2019-cu il tarixdə S.Şahbazovanın hərarəti yüksəlmiş və qıcolma tutmaları baş vermişdir. Bu səbəbdən S.Şahbazovanın anası X25 3 əməkaşı həkim X2, qeydiyyat şöbəsinin işçisi X14 və tibb bacısı İddiaçı şifahi şikayət vermişdir. Şikayətin yerində araşdırılması zamanı Mərkəzdə xəstələrin qəbulu qaydalarının müvafıq normalara uyğun təşkil edilmədiyi müəyyən edilmişdir. Belə ki, araşdırma dövründə sağlamlıq imkanı məhdud olan S.Şahbazovanın Mərkəzə qəbul gününün xx.xx.2019-cu il tarixdə olduğu halda,onun növbədən əvvəl, yəni xx.xx.2019-cu il tarixdə Mərkəzə qəbul edildiyi məlum olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Mərkəzin baş həkimi X15, Mərkəzin tibb qeydiyyatçısı X5 və İddiaçı müvafiq intizam tənbeh tədbirinin verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsində işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi hər hansı bir qurumun məruzəsi nəzərdə tutulmamışdır. Ona görə də, mübahisələndirilən əmrdə Əmək və X24 Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsinə istinad olunması əsaslı hesab edilə bilməz. Baş vermiş hadisənin İddiaçı heç bir aidiyyəti yoxdur. Göründüyü kimi mübahisənin baş verməsinə səbəb olan qıcolma hadisəsi xx.xx.2019-cu il tarixdə,yəni bazar günü baş verib. Həmin gün istirahət günü olduğundan İddiaçı işdə olmayıb (başqa tibb bacısı növbədə olub). İddiaçı palata tibb bacısıdır və həkim tərəfindən yazılmış tibbi prosedura uyğun öz əmək funksiyasını yerinə yetirir. Xəstə xx.xx.2019-cu il tarixdə Mərkəzə qəbul edilib,həmin gün axşam Mərkəzdən icazəsiz çıxaraq xx.xx.2019-cu il tarixdə axşam saatlarında Mərkəzə qayıtmişdir. Növbəti günlər istirahət günü olduğundan İddiaçı tərəfindən hər hansı bir tibbi prosedur həyata keçirilə bilməzdir. Həkim tərəfindən hər hansı bir göstəriş verilməmişdir. Digər tərəfdən məruzədə göstərilən pozuntuların heç biri İddiaçı əmək funksiyasına daxil deyildir. Onun təşkilati- sərəncamverici səlahiyyətləri yoxdur. Göstərilən məsələlərlə Mərkəzin baş həkimi, həmçinin həkim və qeydiyyat şöbəsi məsğuldurlar. Məruzədə Baş həkimin, həmçinin növbə həkiminin və qeydiyyat şöbəsinin işçisinin adı hallansa da (hər biri məsul şəxsdir) nədənsə İddiaçı barəsində ən ciddi tənbeh tədbiri görülmüşdür. Məruzədə intizam tənbehinin verilməsinin nəzərdə tutulmasına baxmayaraq 15 il ərzində qüsursuz işləyən,hər hansı bir intizam tənbehi olmayan, əksinə dəfələrlə pul mükafatı almiş işçi birbaşa tutduğu vəzifədən azad edilir. Digər tərəfdən onun barəsində işəgötürən tərəfindən əmək qanunvericiliyin tələbləri kobudcasına pozularaq bir intizam xətasına görə iki intizam tənbeh tədbiri görülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Lakin İddiaçı Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsinə əsasən xx xxxx 2019- cu il tarixdə **********1 saylı əmrlə töhmət verilmişdir.Qeyd etmək lazımdır ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiləyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.Göründüyi kimi işçi İddiaçı olmayan bir intizam xətasına görə 2 intizam tənbehi verilmişdir. Həmdə həmin intizam tənbehi işçinin ağır xəstə olduğu vaxt verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizammın pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Daxili nəzarət və audit şöbəsinin yazili məruzəsinə əsasən əmək intizamının pozulması faktı xx xxxxxx 2019-cu il tarixdə aşkar edilib. İntizam tənbehi kimi “töhmət” xx xxxx 2019-cu il tarixdə, intizam tənbehi kimi əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi isə 3 ay 20 gündən sonra, yəni xx xxx 2019-cu il tarixə təsadüf edir. Əmək Məcəclləsinin 80-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimat daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.Görundüyü kimi, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən həmkarlar ittifaqı təşkilatınınyazılı qərarının olması mütləqdir.Belə bir qərar mövcud deyildir. Yalnız razılıq formasında məktub verilmişdir. Həmin razılığın alınması barədə protokol mövcud deyildir.Ümumiyyətlə həmin tarixdə həmkarlar ittifaqının hər hansı iclası keçirilməyib. İşçi İddiaçı həmin iclasda iştirak etməyib (halbuki həmin razılıq məktubunu yazan Ramilə Rəhimova işçı İddiaçı işlədiyi şöbədə şöbə müdiri vəzifəsində işləyir və İddiaçı həmin gün işdə olub) və "razılıq”da göstərilən halları təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuş xx xxx 2019-cu il tarixli həmkarlar ittifaqı ilk təşkilatının razılığının təqdim edilməsi barədə yazısına əsasən güya ilk təşkilatın razılığı xx xxx 2019-cu il tarixdə verilmişdir. Həmin “razılıq” məzmunsuz, şər və böhtan xarakterlidir. Belə ki, işçi İddiaçı Dövlət İdarələri və ictimai xidmət işçiləri Həmkarlar İttifaqının üzvüdür. Həmin razılıq xx xxx 2019cu il tarixdə verilə bilməzdi.Çünki, iddiaçı xx xxx 2019-cu il tarixdə ƏƏSMN-nə çağrılaraq işdən çıxarılması barədə ərizə verməyə məcbur edilmiş, lakin iddiaçı bundan imtina etdikdə elə həmin gün, yəni xx xxx 2019-cu il tarixdə işdən azad edilmişdir (deməli həmin razılıq sonradan yazılmışdır). Həmçinin, Ramilə Rəhimova adlı şəxs razılıq verə bilməzdir. Çünki, həmin vaxt ilk həmkarlar təşkilatının sədri Ramilə Rəhimova deyil, həmin təşkilatın baş mühasibi Fəridə Qasımova olmuşdur və o da xx xxx 2019-cu il tarixdə işdən azad edilmişdir. Yazılmış “razılıqda” həqiqəti əks edirən məlumatlar qeyd edilməmişdir. Çünki iddiaçının əmək kitabçası bunların əksini göstərir. Əmək kitabçasında (içlikdə) bu barədə hər hansı bir qeyd mövcud deyildir. Hesab edirik ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçinin işdən azad olunması əsasları formal mülahizələrlə əsaslandırılmış və həmin əsaslar (sənədlər) cavabdeh tərəfindən sonradan toplanmış, əmrdə və digər sənədlərdə iddiaçının (işçinin) konkret olaraq hansı əmək funksiyasını yerinə yetirməməsi və işəgötürənə hansı zərər vurması, habelə əmək fəaliyyəti zamanı hansı kobud səhvlərə yolverməsi, işəgötürənin hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilmədən, işçinin işdən çıxmasına səbəb olan hadisənin obyektiv və subyektiv səbəblərinin araşdırılması, bu zaman işçinin hansı dərəcədə təqsirli olub olmaması, işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilmədiyi nəzərə alınadan, həmkarlar təşkilatına dəvət edilmədən işçini işdən azad etmək üçün qanunla tələb olunan şərtlərə əməl etməmiş və yuxarıda sadalanan kobud qanun pozuntularına yol vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4346/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin olunması, cavabdeh Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli, **********4 saylı əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X32-sosial rebilitasiya şöbəsində tibb bacısı vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanuna ziddir. Belə ki, iddiaçı xx xxx 2019-cu il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə) əsasən işdən azad edilmişdir. Adı keçən əmrin qəbul edilməsi üçün əsas Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin xidməti məruzəsi olmuşdur. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) X35 əməkdaşlarının qanunsuz əməlləri barədə Mərkəzin baş həkimi X9 Xidmətə ünvanladığı xidməti məruzə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Mərkəzin təqdim etdiyi məlumata əsasən sağlamlıq imkanları məhdud uşaq X16 reabilitasiya kursu keçməsi məqsədilə stasionar qaydada xx.xx.2019-cu il tarixdə Mərkəzə qəbul edilmiş, lakin stasionar qaydada qeydiyyata götürülən uşaqların reabilitasiya keçdiyi müddətdə Mərkəzi tərk etmələrinə icazə olmadığına baxmayaraq həmin tarixdə S.Şahbazovanın anası X1 yazılı müraciəti əsasında övladını Mərkəzdən aparmış və yenidən xx.xx.2019- cu il tarixdə Mərkəzə qayıtmışdır. Müalicə aldığı dövrdə yəni xx.xx.2019-cu il tarixində S.Şahbazovanın hərarəti yüksəlmiş və qıcolma tutmaları olmuşdur. Mərkəzdə növbədə olan işçilər tərəfindən təcili tibbi yardım göstərilməklə S.Şahbazova Ə.F.Qarayev adına 2 saylı X19 köçürülmüşdür. S.Şahbazovanın vəziyyəti ixtisaslaşmış stasionar müalicə tələb etdiyindən onun müalicəsi həmin tarixdən etibarən 2 saylı X12 davam etdirilmişdir. Bununla yanaşı, S.Şahbazovanın anası Pərvanə Əliyeva xx.xx.2019-cu il tarixdə Mərkəzə gələrək, Mərkəzin üç nəfər işçiləri həkim X2, tibb qeydiyyatçısı X17 və tibb bacısı İddiaçı şikayət edərək Mərkəzdə olduğu müddətdə onların hər birinə pul verdiyini bildirmişdir. Təqdim edilmiş məlumata əsasən məsələnin şikayətçinin iştirakı ilə Mərkəzin baş həkimi Ş.Eyvazovun iştirakı ilə araşdırılması zamanı tibb bacısı İddiaçı və tibb qeydiyyatçısı N.Hüseynova P.Şahbazovanın onların hər birinə 5,0 manat verdiyini şifahi etiraf etsələr də İddiaçı izahatında P.Şahbazovadan heç bir məbləğdə pul almadığını bildirmiş, N.Hüseynova isə izahatında vətəndaşın ona 5,0 manat pul verdiyini təsdiq etmişdir." Həmçinin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X34 fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır . Sözü keçən məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin ua" bəndinə əsasən xx xxxx 2019-cu il tarixli **********1 nömrəli əmrlə İddiaçı töhmət intizam tənbehi verilmişdir. Lakin həmin əmr verildikdən bir müddət sonra iddiaçı əmr verildiyi tarixdə əmək qabiliyyətini müvəqqəti itirdiyini göstərən xəstəlik vərəqəsi təqdim etmişdir. Bu səbəbdən xx xxxxx 2019-cu il tarixli əmrlə onun adı **********1 nömrəli əmrdən çıxarılmışdır. Bu səbəbdən qətanamənin 10-cu səhifəsinin 3-cü abzasında bir intizam xətasına görə eyni zamanda birneçə intizam tənbehinin verilməsinin yolverilməzliyi fikiri əsasızdır. Əminə Ələskərova barəsində xx xxx 2019-cu il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinin tətbiq edilməsinin digər səbəbləri əvvəlki fəaliyyəti müddətində nöqsanlara yol verməsi (tibb bacısı olduğu halda, masaj tibb bacısı kimi fəaliyyət göstərməsi və mərkəzin əvvəllər fəaliyyətində yol verilmiş nöqsanlar-ayrı seçkilik və süründürməçilik hallarına yol verilməsi və X34 baş vermiş digər qeyri- qanuni fəaliyyətlərdə bir qrup işçilərlə birləşib mərkəzdə reabilitasiyaya hüququ olmayan uşaqlara maddi tələb qarşılığında müxtəlif xidmətlər göstərilməsində bilavasitə iştirakı olduğu) olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin nümayəndələri Nümayəndə və X10pellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4346/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi müdirinin xx.xx.2019-cu il tarixli yazılı məruzəsinin surətindən görünür ki, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X35 əməkdaşlarının qanunsuz əməlləri barədə Mərkəzin baş həkimi X9 Xidmətə ünvanladığı xidməti məruzə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Mərkəzin təqdim etdiyi məlumata əsasən sağlamlıq imkanları məhdud uşaq X13 (14 yaş, diaqnoz: Uşaq serebral iflici.tetraparetik forma) reabilitasiya kursu keçməsi məqsədilə stasionar qaydada xx.xx.2019-cu il tarixdə Mərkəzə qəbul edilmiş, lakin stasionar qaydada qeydiyyata götürülən uşaqların reabilitasiya keçdiyi müddətdə Mərkəzi tərk etmələrinə icazə olmadığına baxmayaraq həmin tarixdə S.Şahbazovanın anası X1 yazılı müraciəti əsasında övladını Mərkəzdən aparmış və yenidən xx.xx.2019-cu il tarixdə Mərkəzə qayıtmışdır. Müalicə aldığı dövrdə, yəni xx.xx.2019-cu il tarixdə Ş.Şahbazovanın hərarəti yüksəlmiş və qıcolma tutmaları olmuşdur. Mərkəzdə növbədə olan işçilər tərəfindən təcili tibbi yardım göstərilməklə S.Şahbazova Ə.F.Qarayev adına 2 saylı X19 köçürülmüşdür. S.Şahbazovanın vəziyyəti ixtisaslaşmış stasionar müalicə tələb etdiyindən (reabilitasiya tədbirləri əks göstərişdir) onun müalicəsi həmin tarixdən etibarən 2 saylı X12 davam etdirilmişdir. Bununla yanaşı, S.Şahbazovanın anası Pərvanə Əliyeva xx.xx.2019-cu il tarixdə Mərkəzə gələrək, Mərkəzin üç nəfər işçiləri həkim X2, tibb qeydiyyatçısı X17 və tibb bacısı İddiaçı şikayət edərək Mərkəzdə olduğu müddətdə onların hər birinə pul verdiyini bildirmişdir. Təqdim edilmiş məlumata əsasən məsələnin şikayətçinin iştirakı ilə Mərkəzin baş həkimi Ş.Eyvazovun iştirakı ilə araşdırılması zamanı tibb bacısı Ə.Əİəsgərova və tibb qeydiyyatçısı N.Hüseynova P.Şahbazovanın onların hər birinə 5,0 manat verdiyini şifahi etiraf etsələr də Ə.Əİəsgərova izahatında P.Şahbazovadan heç bir məbləğdə pul almadığını bildirmiş, N.Hüseynova isə izahatında vətəndaşın ona 5,0 manat pul verdiyini təsdiq etmişdir. Şikayətin yerində araşdırılması zamanı Mərkəzdə xəstələrin qəbulu qaydalarının müvafıq normalara uyğun təşkil edilmədiyi müəyyən edilmişdir. Belə ki, araşdırma dövründə tibb qeydiyyatçısı X4 təqdim etdiyi izahata əsasən S.Şahbazovanın Mərkəzə qəbul gününün xx.xx.2019-cu il tarixdə olduğu halda, onun növbəsindən əvvəl, yəni xx.xx.2019-cu il tarixdə qəbul edildiyi məlum olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Mərkəzin baş həkimi X15, Mərkəzin tibb qeydiyyatçısı X5 və İddiaçı müvafıq intizam tənbeh tədbirinin verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X23 Nazirliyinin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmrinin surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X34 baş həkim vəzifəsində çalışan X15, həmin Mərkəzin İnformasiya məsləhət və tədris şöbəsində tibb qeydiyyatçısı vəzifəsində çalışan X6, Tibbi- sosial rebilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı və Xidmətin tabeliyində olan X27 Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində direktor vəzifəsində çalışan X11 töhmət verilmişdir. Həmin əmrə əsas Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi müdirinin xx.xx.2019-cu il tarixli, **********5 və **********4 nömrəli yazılı məruzələri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X23 Nazirliyinin xx xxxxx 2019-cu il tarixli, **********5 saylı əmrinin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti olmamasına dair tibbi vərəqələri təqdim etdiyinə görə həmin əmrlə Nazirliyin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmrinin sərəncam hissəsindən “Tibbi-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı” sözləri çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının xx xxxx 2019-cu il tarixli, 202/7 saylı məlumatından görünür ki, xəstə İddiaçı Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında müayinədən keçirilmiş, ona sol böyrəyin resediv çoxsaylı (mərcanvari) daşlar, soltərəfli xroniki kalkulyoz pielonefrit, sol böyrəyin ikincili büzüşməsi diaqnozu qoyulmuş və xx.xx.2019-cu il tarixdə soltərəfli nefrektomiya cərrahi əməmliyyatı icra oluaraq xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə, sahə həkiminin nəzarətinə evə yazılmışdır. Xəstəyə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xəstəxanadan çıxandan sonra da xx.xx.2019-cu il tarixədək əmək qabiliyyətini bərpa etməsi üçün bülleten verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X20 İttifaqı ilk Təşkilatının sədri Ramilə Rəhimova tərəfindən təsdiq edilmiş xx xxx 2019-cu il tarixli yazılı razılığının surətindən görünür ki, Həmkarlar İttifaqı ilk Təşkilatı Tibbi-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsini təşkilat üzvlərinin iştirakı ilə müzakirə etmiş və etiraz etmədiklərinə razılıqlarını bildirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********4 saylı əmrinin surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X32-sosial rebilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla başlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrə əsas kimi Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsi qeyd edilmişdir. Beləliklə iş materiallarında olan sübutlarla müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X35 əməkdaşları barədə Mərkəzin baş həkimi X9 müraciəti əsasında Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsində aparılmış araşdırmanın nəticəsinə dair təqdim edilmiş xx.xx.2019-cu il tarixli yazılı məruzədə qeyd edilmişdir ki, sağlamlıq imkanları məhdud uşaq X13 reabilitasiya kursu keçməsi məqsədilə stasionar qaydada xx.xx.2019-cu il tarixdə Mərkəzə qəbul edilmiş, lakin stasionar qaydada qeydiyyata götürülən uşaqların reabilitasiya keçdiyi müddətdə Mərkəzi tərk etmələrinə icazə olmadığına baxmayaraq həmin tarixdə S.Şahbazovanın anası X1 yazılı müraciəti əsasında övladını Mərkəzdən aparmış və yenidən xx.xx.2019-cu il tarixdə Mərkəzə qayıtmışdır. Müalicə aldığı dövrdə, yəni xx.xx.2019-cu il tarixdə Ş.Şahbazovanın hərarəti yüksəlmiş və qıcolma tutmaları olmuşdur. Mərkəzdə növbədə olan işçilər tərəfindən təcili tibbi yardım göstərilməklə S.Şahbazova Ə.F.Qarayev adına 2 saylı X19 köçürülmüşdür. S.Şahbazovanın vəziyyəti ixtisaslaşmış stasionar müalicə tələb etdiyindən onun müalicəsi həmin tarixdən etibarən 2 saylı X12 davam etdirilmişdir. S.Şahbazovanın anası Pərvanə Əliyeva xx.xx.2019-cu il tarixdə Mərkəzə gələrək, Mərkəzin üç nəfər işçiləri həkim X2, tibb qeydiyyatçısı X17 və tibb bacısı İddiaçı şikayət edərək Mərkəzdə olduğu müddətdə onların hər birinə pul verdiyini bildirmişdir. Təqdim edilmiş məlumata əsasən məsələnin şikayətçinin iştirakı ilə Mərkəzin baş həkimi Ş.Eyvazovun iştirakı ilə araşdırılması zamanı tibb bacısı Ə.Əİəsgərova və tibb qeydiyyatçısı N.Hüseynova P.Şahbazovanın onların hər birinə 5 manat verdiyini şifahi etiraf etsələr də Ə.Əİəsgərova izahatında P.Şahbazovadan heç bir məbləğdə pul almadığını bildirmiş, N.Hüseynova isə izahatında vətəndaşın ona 5 manat pul verdiyini təsdiq etmişdir. Həmin araşdırmanın nəticələrinə əsasən Azərbaycan Respublikası Əmək və X23 Nazirliyinin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmri ilə əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X34 baş həkim vəzifəsində çalışan X15, həmin Mərkəzin İnformasiya məsləhət və tədris şöbəsində tibb qeydiyyatçısı vəzifəsində çalışan X6, Tibbi-sosial rebilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı və Xidmətin tabeliyində olan X27 Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində direktor vəzifəsində çalışan X11 töhmət verilmişdir. İddiaçı böyrəyindən olunan cərrahi əməliyyat ilə əlaqədar əmək qabiliyyəti olmamasına dair tibbi vərəqələri təqdim etdiyinə görə Azərbaycan Respublikası Əmək və X23 Nazirliyinin xx xxxxx 2019-cu il tarixli, **********5 saylı əmri ilə Nazirliyin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmrinin sərəncam hissəsindən “Tibbi-sosial reabilitasiya şöbəsində tibb bacısı vəzifəsində çalışan İddiaçı” sözləri çıxarılmışdır. Göründüyü kimi qeyd edilən nöqsanlara görə İddiaçı barəsində 1 ay 13 gün müddətində töhmət növündə intizam tənbeh tədbiri tətbiq edildiyi halda, qeyd edilən nöqsanların aşkar edilməsindən 3 ay müddət keçdikdən sonra, eyni intizam xətasına və eyni əsasa görə, əmək funksiyasına xəstələrin Mərkəzə qəbul edilməsinin və çıxarılmasının qeydiyyatının aparılması daxil olmayan, əvvəllər barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyən tibb bacısı İddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam edilməsinə dair xx.xx.2019-cu il tarixli, **********4 saylı əmr verilmişdir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazında iddiaçı barəsində vətəndaş X7 şikayət etdiyini bildirsə də, belə bir rəsmi şikayətin daxil olmasına dair subut təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci madəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a və b yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin xx xxxx 2019-cu il tarixli, **********1 saylı əmri ilə Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X35 bir sıra əməkdaşlarına, o cümlədən Tibbi-sosial reabilitasiya şöbəsinin tibb bacısı İddiaçı əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə töhmət növündə intizam tənbeh tədbiri tətbiq edildikdən 1 ay 13 gün sonra iddiaçının böyrəyindən olunan cərrahi əməliyyatla əlaqədar əmək qabiliyyəti olmamasına dair təqdim etdiyi tibbi vərəqələrə görə xx xxxxx 2019-cu il tarixli əmrlə onun adı qeyd edilən əmrdən çıxarılmış, həmin nöqsanların aşkar edilməsindən 3 ay müddət keçdikdən sonra eyni intizam xətasına və eyni əsasa görə, əmək funksiyasına xəstələrin Mərkəzə qəbul edilməsinin və çıxarılmasının qeydiyyatının aparılması daxil olmayan, onun qeyd edilən pozuntuda hansı dərəcədə təqsirli olubolmaması aydınlaşdırılmadan, şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmadan ona xx.xx.2019-cu il tarixli, **********4 saylı əmrlə əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tədbiri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə eyni zamanda əmək qanunvericiliyinin tələblərinə əsasən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsinin yolverilməz olduğunu, Azərbaycan Respublikası Əmək və X21 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X35 bir sıra əməkdaşlarına, o cümlədən Tibbisosial reabilitasiya şöbəsinin tibb bacısı İddiaçı eyni intizam xətasına görə əvvəlcə töhmət, bundan bir neçə ay keçdikdən sona eyni əsaslara istinad edilərək əmək funksiyasına təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat funksiyaları daxil olmayan tibb bacısına adıçəkilən digər əməkdaşlardan fərqli olaraq ən ağır intizam tədbiri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə tənbeh tədbiri tətbiq edildiyini nəzərə alaraq, haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli, **********4 saylı əmr ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X32-sosial rebilitasiya şöbəsində tibb bacısı vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4346/2019 saylı iş üzrə xx xxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4346/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6307/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6307/2020
09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver