Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6308/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Maraqlı şəxs X1 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətlərindən şikayət” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2-1522/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnamədən maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qeyri- qanuni hesab edilməklə, istifadəsində olan Bakı şəhəri, M.Qaşqay küçəsində yerləşən, sahəsi 161.6 kv.m olan, 3 otaqdan ibarət 748 saylı evin 41-ci, sahəsi 161.6 kv.m olan 3 otaqdan ibarət 53-cü və sahəsi 161.6 k.m olan 3 otaqdan ibarət 61-ci mənzillərinin onun adına hüquqi qeydiyyatdan keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin imtinasının qeyri-qanuni hesab edilməsi, Bakı şəhəri, M.Qaşqay küçəsi, 748 saylı evin 161.6 kv.m olan 3 otaqdan ibarət 41-ci, sahəsi 161.6 kv.m. olan 3 otaqdan ibarət 53-cü və sahəsi 161.6 kv.m olan 3 otaqdan ibarət 61-ci mənzillərin İddiaçı adına DƏDRX-də hüquqi qeydiyyatdan keçirilməsi, bu barədə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan X2 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin “Bakı şəhəri, M.Qaşqay küçəsi, 748 saylı evin 161.6 kv.m. olan 3 otaqdan ibarət 53-cü mənzilinin İddiaçı adına DƏDRX-də hüquqi qeydiyyatdan keçirilməsi və bu barədə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə X2 hazırki iş üzrə maraqlı şəxs kimi tanınmışdır. Apellyasiya şikayəti onun əsxxxxxdırılmışdır ki, “xxxxx” MTK ilə Validə Orucova arasında “kooperativ binada mənzil tikintisi üçün” xx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 748-ci məhəllə ünvanında tikilən, 16 mərtəbəli yaşayış binasının İ blok, 14 mərtəbəsində yerləşən 53 nömrəli mənzil (1 otaqdan ibarət, ümumi sahəsi 80,0 kv.m olan) onun tərəfiindən alınmışdır (müqavilənin kserosurəti əlavə olunur). Mənzilin dəyəri müqavilənin bağlanması ilə eyni vaxtda tam şəkildə ödənilmiş və hətta bu barədə müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndində birbaşa qeyd edilmişdir. Daha sonra MTK tərəfindən ona order üçün 250 ABŞ dolları və həmin mənzilə aid olan eyvan üçün 300 ABŞ dolları ödənilməsi tələb edilmiş, o da eyvan üçün 300 ABŞ dolları xx.xx.2006-cı il tarixdə mənzilin orderi üçün isə 250 ABŞ dolları xx.xx.2006-cı il tarixdə ödəmişdir Bundan sonra, mənzilin ona təhvil verilməsi barədə xx.xx.2006-cı il tarixli 23 nömrəli Akt tərtib olunmuş və mənzilin həm də faktiki olaraq ona (naturada) verilməsi yekunlaşmışdır. Mənzili əldə etdikdən sonra 2006-cı ilin fevral ayından etibarən təmir etdirərək, 2006-cı ilin may ayından başlayaraq bu günə qədər həmin mənzildə yaşayır. Həmin mənzildə yaşamağa başladığı gündən etibarən 14 il müddətində tərəfindən bütün kommunal və bu kimi digər xərclər MTK-ya ödənilmişdir. MTK ilə arasında hal-hazıra qədər heç bir mübahisə və ya məhkəmə müstəvisində olan iş olmamışdır. Mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə xx.xx.2019-cu il tarixli **********28 nömrəli imtina məktubu ilə cavablar verilmişdir. İmtinanın səbəbi kimi mənzilin digər fiziki şəxsin adına özəlləşdirilməsi göstərilmişdir. Həmçinin, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********95 nömrəli məktubu ilə bildirilmişdir ki, mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmiş və bu qeydə alınmanın da hüquqi əsasları kimi, Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 tarixli qətnaməsi, xx.xx.2006-cı il tarixli 010304 saylı order, forma-2 və maliyyə arayışı çıxış etmişdir. Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə tanış olan zaman ona məxsus olan mənzilin vaxtı ilə iki hissəyə bölünərək yarı hissədə ona, yarı hissədə də başqa bir şəxsə satılmasına baxmayaraq, MTK-nın keçmiş sədri İddiaçı qəsdən ümumilikdə 53 nömrəli mənzili öz adına rəsmiləşdirmişdir. Guya həmin mənzilin dəyəri onun tərəfindən ödənilmiş, MTK-ya borcu yoxdur və bu barədə də müvafiq maliyyə arayışı belə hazırlanmışdır. Eləcə də, Bakı şəhər İH-nin xx.xx.2006-cı il tarixli 30 saylı Sərəncamı ilə həmin tarixdə 010304 nömrəli order belə almışdır. Bütün bu işlərdən heç zaman nə onun xəbəri olmuş, nə də ki, bu barədə heç kəs, heç bir idarə və ya MTK belə ona məlumat verməmişdir. Ümumiyyətlə, İddiaçı “xxxxx” MTK-nın sədri olmuş, onunla bağlanmış müqavilənin tərəfi kimi MTK-nın adından çıxış etmiş, daim kommunal və bu kimi digər xərclər tam ödənilmiş və bu barədə heç zaman mübahisələri olmamışdır Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən maraqlı şəxsin vəkili hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən geri qaytarıldığı üçün iddiaçı məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbləri baxımından hazırki işə İddiaçı və cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya baxışı zamanı maraqlı şəxsin vəkili X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın maraqlı şəxsə aid hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, maraqlı şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri, M.Qaşqay küçəsi, 748 saylı evin 161.6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilinin İddiaçı adına DƏDRX-də hüquqi qeydiyyatdan keçirilməsi, bu barədə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi barədə iddia tələbinin təmin edildiyi” hissədə ləğv edilməli və həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı qaldırdığı iddia tələblərindən biri də “onun mənzilə mülkiyyət hüquqları tanınmaqla, adına çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə həvalə edilməsi” barədədir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, sözügedən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların nəinki inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı, həm də faktiki xarakterli digər fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq qanunla qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası iddiaçının “onun mənzilə mülkiyyət hüquqları tanınmaqla, adına çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə həvalə edilməsi” barədə iddia tələbinin inzibati orqana qarşı yönəlib, belə tələbinə münasibətdə cavabdeh inzibati orqanın imtina edəcəyi təqdirdə həmin imtinadan inzibati məhkəməyə şikayət verə biləcəyini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin tələbə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Digər tərəfdən MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxılmalıdır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının “mənzilə mülkiyyət hüquqları tanınmaqla, adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə həvalə edilməsi” barədə iddia tələbinə predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə birmənalı şəkildə inzibati məhkəmə icraatı qaydasında (yəni, bu barədə iddiaçının tələbi inzibati orqan tərəfindən təmin olunmazsa, iddiaçının həmin imtinadan verdiyi şikayətə) inzibati mübahisə kimi baxılmalıdır. Ona görə də həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. MPM-in 391-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki işin icraatına hissəvi xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən İddiaçı izah edir ki, müvafiq iddia ərizəsi ilə iddia etdiyi- “Bakı şəhəri, M.Qaşqay küçəsi, 748 saylı evin 161.6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilin onun adına DƏDRX-də hüquqi qeydiyyatdan keçirilməsi, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1522/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi qismən, «Bakı şəhəri, M.Qaşqay küçəsi, 748 saylı evin 161.6 kv.m olan 3 otaqdan ibarət 53-cü mənzilinin İddiaçı adına DƏDRX-də hüquqi qeydiyyatdan keçirilməsi, bu barədə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbinin təmin edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-6308/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6308/2020
26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver