Məhkəmə qərarları › İş №2(103)-6312/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6312/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6312/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya məbləğinin müəyyən edilməsi və cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1n adına olan “X8” ASC-də 19.03.2013-ci tarixli, D0001733 və D0001734 müqavilələrlə hər biri 10.000 manat olmaqla 20.000 manat, 06.06.2013-cü il tarixli D0001903 nömrəli müqaviləyə əsasən 10.000 manat, 22.07.2013-cü il tarixli, D0002055, D0002057 və D0002058 nömrəli müqavilələr ilə hər biri 20.000 manat olmaqla, 60.000 manat, ümumilikdə toplam 90.000 manat məbləğində olan pul vəsaiti hesablarına; cavabdehlər və digər tərəfdən X6 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşmiş Abşeron rayonu, Saray Qəsəbəsində yerləşən, ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsinin (qeydiyyat tarixi 16.01.2019, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli Çıxarış) torpaq sahəsi üzərinə; cavabdehlər və 19.01.1987ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinin 2019- cu il tarixli, 4Ə-71 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına rəsmiləşmiş Qəbələ rayonu, Yengicə kəndində yerləşən 0.1 ha olan torpaq sahəsinin (əvvəl Cavabdeh1 adına olmuş Çıxarış seriya MA Nq0104723, reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 08.10.2010-cu il) torpaq sahəsinin üzərinə; cavabdehlər və digər tərəfdən X2 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşmiş ünvan 2 ünvanı: Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4573X) yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin (əvvəl Cavabdeh1 adına olan qeydiyyat tarixi 24.06.2011, qeydiyyat nömrəsi **********, Seriya MA ******* nömrəli Çıxarış) torpaq sahəsi üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(001)- 2896/2021 saylı qərardadı ilə iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizə qismən təmin edilmiş, Cavabdeh1 “xxxx” KB ASC-də olan hesablarındakı (19.03.2013-ci tarixli, D0001733 və D0001734 müqavilələrlə hər biri 10000 manat olmaqla 20000 manat, 06.06.2013-cü il tarixli D0001903 nömrəli müqaviləyə əsasən 10000 manat, 22.07.2013cü il tarixli, D0002055, D0002057 və D0002058 nömrəli müqavilələr ilə hər biri 20000 manat olmaqla, 60000 manat) 90000 (doxsan min) manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçı qərardadı qəbul edib məzmunu ilə tanış olsa da, onu mübahisələndirmədən yenidən iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 paylı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzilə (Çıxarış seriya MA ******* nömrəli, reyestr nömrəsi **********82-05101-093057 qeydiyyat nömrəsi **********1 qeydiyyat tarixi 12.11.2009) üzərinə; X5 adına rəsmiləşmiş Qəbələ rayonu, Yengicə kəndində yerləşən 0.1 ha olan torpaq sahəsinin; X2 adına (sonradan X1) alqı-satqı müqaviləsi əsasında rəsmiləşmiş ünvan 2 ünvanı: Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4573X, reyestr nömrəsi **********56) yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin; X6 adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşmiş Abşeron rayonu, Saray Qəsəbəsində yerləşən, ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(001)- 2896/2021 saylı qərardadı ilə İddiaçı oölunun iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh1 paylı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzil (Çıxarış seriya MA ******* nömrəli, reyestr nömrəsi **********82- 05101-093057 qeydiyyat nömrəsi **********1 qeydiyyat tarixi 12.11.2009) üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh X4 qeyd olunan məhkəmənin 21 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadı ləğv edərək, iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh X3 dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı iddianı təmin etmə tədbirinə dair ərizənin təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə birinci dəfə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edildikdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(001)-2896/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş mənzilin üzərinə həbsin qoyulması xahiş edilməmişdir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisə iddiaçının cavabdehlər tərəfindən ərizədə həbsin qoyulması tələb edilən ünvan 4 ünvanda yerləşən mənzildən istifadəsinə maneələrin törədiməsinə görə kompensasiya tələbi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsində iddianı təmin etmək üçün tədbirlərin siyahısı göstərilmişdir (məsələn, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək, borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar