Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6321/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «icra qeydinin ləğvi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-3532/2*25 saylı, 19 sentyabr 2*25ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki, X7 ilə İddiaçı arasında bağlanmış 14.*9.2*23-cü il tarixli kredit müqaviləsinə əsasən: "Borc verən" "Borc alana" 1*37** (bir yüz üç min) ABŞ dolları (17629* (bir yüz yetmiş altı min iki yüz doxsan) manat ekvivalentində borc verir. "Borc alan" 1*37** (bir yüz üç min) ABŞ dollar krediti 6 (altı) aya, yəni 14.*3.2*24 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. "Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir. Bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir.
2. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-3762 nömrəli 23.*4.2*25-ci il tarixli icra qeydinə əsasən Bakı şəhəri 54 saylı notariat ofisinin Xüsusi X1 “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən təklif edir, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan X3 (AA4351183, 14.*6.2*23 **:** - Asan 1; FİN: 2WF*BTC; d/t: 1*.*6.1978) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, 16.12,2*1.9 - Asan 2; FİN: xxxxxxx; d/t: 25.11,1969) müddət üçün vaxtında ödənilməmiş 17629* manat ** qəpik (yüz yetmiş altı min iki yüz doxsan manat sıfır qəpik) tutulması, bundan borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat ** qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 176315 manat ** qəpik (yüz yetmiş altı min üç yüz on beş manat sıfır qəpik) pul tutulması qeyd edilib.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən verilmiş 8İ-3762 reyestr nömrəli, 23 aprel 2*25-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
4. İddiada göstərilib ki, icra qeydi aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 saylı, 11 sentyabr 2***-ci il tarixli Qərarının və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 156 saylı, *2 sentyabr 2***ci il tarixli Qərarının tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən 3M-6*8 reyestr nömrəsi ilə təsdiq etmiş olduğu 14 sentyabr 2*23-cü il tarixli “Borc Müqaviləsi”nin bəndlərində verilən pul vəsaitinin bəzi bəndlərində borc bəzlərində isə kredit olduğu qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmasını şərtləndirən 4 amilin mövcud olmasıdır. Tərəflər müqavilə bağlayarkən sərbəst iradə ifadəsini əks etdirməklə bağlanmış müqavilənin məzmununu müəyyən edirlər. Bu səbəbdən bağlanmış müqavilənin məzmunu mübahisəli olduğundan cavabdeh tərəfindən icra qeydi aparıla bilməzdi. Bundan başqa, bağlanmış müqavilənin məzmunu təkcə müqavilə tərəfləri üçün deyil, eyni zamanda cavabdeh üçün vacibdir. Çünki müqavilə tərəfləri arasındakı bağlanmış müqavilənin məzmununa görə cavabdeh tərəfindən müddətin tətbiqi məsələlərinə baxılmalı idi. Bundan başqa, mübahisə edilən icra qeydinə əsasən iddiaçıdan X3 xeyrinə əsas borc üzrə 176.315,** (bir yüz yetmiş altı min üç yüz on beş) manat tutulmasına baxmayaraq onun tərəfindən ödənilən ödənişlər nəzərə alınmamışdır. Hazırkı icra sənədi üzrə mübahisənin mövcud olmasına baxmayaraq cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən iddiaçı barəsində icra qeydi aparılmışdır. X7 tərəfindən notariat ofisinə müraciət edərkən tələb olunan sənədləri natamam təqdim etmiş, əsas borc məbləği şişirdilmiş bu isə öz növbəsində hazırkı icra sənədi üzrə işin mübahisəli olmasına dəlalət edir. Belə ki, iddiaçı tərəfindən X5 borc müqaviləsi üzrə müxtəlif vaxtlarda həm nağd, həm onun cari bank kart hesabına borc məbləğləri üzrə ödənişlər edilmişdir. Bundan başqa, borclu və ya notariat ofisi tərəfindən icra qeydinin aparılacağı barədə iddiaçıya bildiriş təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı borc müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi isə icra sənədinə bərabərdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-3532/2*25 saylı, 19 sentyabr 2*25-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 29.*4.2*25-ci il tarixli qərarına əsasən Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-3762 nömrəli 23.*4.2*25-ci il tarixli icra sənədinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 29.*4.2*25-ci il tarixli bildirişi, icra sənədinin icrasının təmini məqsədilə tələbin könüllü icrası üçün borclu İddiaçı göndərilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, tələbkar tərəfindən borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı notariusa təqdim olunmuş, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Qanunuvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəli olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Göründüyü kimi borcun məbləği borcalan tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2*25-ci il tarixli qərarında göstərilmişdir ki:
1. Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin. 2.Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin.
3. Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 1* günlük müddət tətbiq edilsin. Bu qərarda formalaşdırılan hüquqi mövqeyə görə...borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində icra məmurunun bildirişindən və icraata başlamaq haqqında qərarını aldıqdan sonra icra qeydinin aparılmasından məlumatlı olduğunu qeyd etmişdir. “Elektron icra” informasiya sistemindən çıxarılmış məlumatlardan da görünür ki, icraata başlamaq haqqında məlumat 29.*4.2*25-ci il tarixdə borcluya sms vasitəsilə çatdırılmışdır. Beləliklə, İddiaçı icra qeydinin mövcudluğundan 29.*4.2*25-ci il tarixdə məlumatlı olsa da, 27.*5.2*25-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Demək iddiaçı ən geci 12.*5.2*25-ci ilədək icra qeydini mübahisələndirməli idi.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddiasının təmin edilməsini xahiş edib şikayətində göstərir ki, birinci instansiya məhkəməsi bu hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gətirdiyi arqumentləndən iddiaçının icra qeydindən 1* gün müddətində şikayət verməməsidir.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmənin sonuncu iclasına, cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontorunun nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 isə ümumiyyətlə məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada danotariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
1*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunuvə ya borclunun tələbkar qarşısında digər məsuliyyətinitəsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı:
İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.*. və 384.*.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 39*. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 2* may 2*11-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2*2*-ci il tarixli *4/2*2* nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsində, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. 2*. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
23. Əvvəla, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçünnotariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndi də nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. 24.Göründüyü kimi, tələbkar tərəfindən qeyd olunan normaların tələblərinə riayət edilməməsini notarius nəzərə almayıb. Belə ki, işdə olan(bax;i.v.49-5*) tələbkarın nümayəndəsi tərəfindən 11.12.2*24-cü ildə göndərildiyi iddia olunan sənədin surətindən də bəlli olur ki, əvvəla borcluya bildiriş “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilməyib, "xxxx" ASC kuryer xitməti vasitəsilə göndərildiyi iddia olunur. Kuryer xidməti isə sifarişli poçt göndərişi sayılmır. Bundan əlavə, həmin bildirişin həqiqətən göndərildiyi və mötəbərliliyi də şübhəlidir və qəbzə “12.12.2*24-cü ildə Orucov soyadlı” şəxsin imza etməsi görünsə də nədənsə tələbkar həmin vaxtdan 3 aydan artıq bir müddət keçməsinə baxmayaraq icra qeydinin verilməsi üçün notariusa müraciət etməyib.
25. Bununla yanaşı, iş materiallarına Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusunun 19 mart 2*25-ci il tarixli məktubunun surəti əlavə olunsa da(bax;i.v.52-54) həmin məktubun da kuryer xidməti tərəfindən göndərildiyi iddia olunur, ancaq bu bildirişin də İddiaçı çatması bilinmir, sadəcə qəbzin “alanın soyadı və imzası qrafasında 2.*4.25-də “Poçt qutusu” qeydi yazılmaqla geri qaytarıldığı görünür. Üstəlik kuryer xidməti ilə bildirişin Bakı şəhəri Nəsimi rayonu ərazisindəki bir məntəqədən digərinə kuryer xidməti vasitəsilə göndərilməsi üçün 14 gün vaxt tələb edilməsi də inandırıcı və ağlabatan olmamaqla yanaşı, həmin sənədlərin mötəbər olmadığını açıq-aşkar təsdiq edir. Eyni zamanda həm tələbkarın, həm də notariusun “göndərdiyi sənədlərin” heç birinin surəti notariat işinə(bax;i.v.32-4*) əlavə edilməyib. Bu cür vəziyyəti görə-görə birinci instansiya məhkəməsinin gəldiyi qənaət başadüşülən olmamışdır.
26. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Təqdim edilmiş sənədlər mübahisəsiz olduqda və iddia müddəti keçmədikdə icra qeydi verilir. Göründüyü kimi, tələbkar tərəfindən notariusa yalnız kredit müqaviləsi təqdim olunub, borclu tərəfindən kredit müqaviləsində göstərilən məbləğdən hər hansı bir miqdarda ödəniş edib-etməməsinə dair hər hansı bir sübut əlavə edilməyib. Bu cür vəziyyətdə notariusun borcun mübahisəsiz olmasının yoxlanılması da mümkünsüz vəziyyətə düşür. Belə ki, iddiaçı da ödənilən ödənişlərin nəzərə alınmadığını göstərir. Bu halın özü artıq borcun mübahisəli olduğuna dəlalət edir. Ona görə də notarius icra qeydi verməmişdən əvvəl bu halları yoxlamalı idi. Qanunvericiliyə əsasən bu tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsidir. Başqa sözlə, bu sənədlər notariat orqanında saxlanmalı olduğu üçün borclu tərəfindən mübahisələndirildiyi halda həmin məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariusun üzərinə düşür. Borclu isə hazırki işdə borcun məbləğini mübahisələndirir və icra qeydinin ləğvini tələb edir. Bu cür vəziyyətdə borcun məbləğinin mübahisəsiz olduğunu sübut etmək yükü artıq cavabdehin üzərinə düşür. Cavabdeh notarius isə ümumiyyətlə məhkəmənin çağırışlarına məhəl qoymur, məhkəməyə gələrək qeyd olunan hallara aydınlıq gətirmək istəmir. Apellyasiya baxışı zamanı tələbkarın artıq iddia icraatı qaydasında kredit müqaviləsi üzrə borc tələbinə dair məhkəməyə müraciət etdiyi barədə iddiaçı tərəf məlumat verdi. Cavabdeh və üçüncü şəxs olan tələbkar isə məhkəmə iclasına gələrək bu halı təkzib etmədi. Demək ki, bu halın özü də borcun mübahisəli olduğunu təsdiq etmiş olur.
27. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2*25-ci il tarixli qərarına istinad edərək göstərib ki, iddiaçı iddia ərizəsində icra məmurunun bildirişindən və icraata başlamaq haqqında qərarını aldıqdan sonra icra qeydinin aparılmasından məlumatlı olduğunu qeyd edib, “Elektron icra” informasiya sistemindən çıxarılmış məlumatlardan da görünür ki, icraata başlamaq haqqında məlumat 29.*4.2*25-ci il tarixdə borcluya sms vasitəsilə çatdırılıb, beləliklə, İddiaçı icra qeydinin mövcudluğundan 29.*4.2*25-ci il tarixdə məlumatlı olsa da, 27.*5.2*25-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olub, demək iddiaçı ən geci 12.*5.2*25-ci ilədək icra qeydini mübahisələndirməli idi. Əvvəla, nə icra qeydi verilərkən, nə icraata başlamaq haqqında məlumat verilərkən Konstitusiya Məhkəməsinin Plenumunun məlum qərarı qəbul edilməmiş, üstəlik iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən də qeyd olunan qərar dərc edilməmişdir. Demək ki, Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2*25-ci il tarixli qərarında göstərilən,... Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 1* günlük müddət tətbiq edilsin müddəası hazırkı mübahisəyə tətbiq edilə bilməzdi. Bununla yanaşı, iddiaçı icra qeydi barədə icra şöbəsində olub məlumat aldıqdan sonra 1* günlük müddəti ötürmədən məhkəməyə müraciət edib. Demək ki, iddiaçı tərəfindən icra qeydini mübahisələndirmək üçün həmin müddət də ötürülməyib.
28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-3532/2*25 saylı, 19 sentyabr 2*25-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; Bakı şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən verilmiş 8İ-3762 reyestr nömrəli, 23 aprel 2*25-ci il tarixli icra qeydi ləğv edilməli; İddia təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 15* (yüz əlli) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisindən tutularaq İddiaçı ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.*.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-3532/2*25 saylı, 19 sentyabr 2*25-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin olunsun. Bakı şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən verilmiş 8İ-3762 reyestr nömrəli, 23 aprel 2*25-ci il tarixli icra qeydi ləğv edilsin. İddia təmin edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 15* (yüz əlli) manat dövlət rüsumuna görə xərcin əvəzi cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.