Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6329/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri kobud şəkildə pozulduğu səbəbindən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi, aşağıda göstərilən birgə fəaliyyət nəticəsində əldə edilmiş əmlaklar üzərində İddiaçı və Cavabdeh bərabər payları (1/2) müəyyənləşdirilməsi, Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən ümumi sahəsi 182.2 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanda yerləşən ümumi sahəsi 29.5 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Fizuli 79 ünvanda yerləşən ünvanda yerləşən ümumi sahəsi 225.3 kv.m olan qeyriyaşayış sahəsi (zirzəmi), Bakı şəhəri, F.X.Xoyski prospekti, ev 85 ünvanda yerləşən ümumi sahəsi 126.7 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, F.X.Xoyski prospekti, ev 85 ünvanda yerləşən ümumi sahəsi 66.2 kv.m olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, 887-cı məhəllə, F.X.Xoyski prospekti, 81 A ünvanda yerləşən ümumi sahəsi 35.4 kv.m olan qeyri-vaşayış sahəsi ("Kaspian" TM-dəki 36 saylı mağaza), Bakı şəhəri, Nobel prospekti 23 ünvanda yerləşən ümumi sahəsi 78.9 kv.m və köməkçi sahəsi 78.9 kv.m olan ("A.M.A.Y" TM-dəki 7 saylı mağaza) qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 a saylı ünvanda yerləşən ümumi sahəsi 550 kv.m olan (“xxxxxxxxx” binasındakı) qeyri-yaşayış sahəsi, ünvan 6 ünvanda yerləşən mənzil, ünvan 7 mənzil 16 ünvanda yerləşən mənzil, Oğuz rayonu, 1 may küçəsində yerləşən mənzil. İddiaçı adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 a saylı ünvanda yerləşən ümumi sahəsi 550 kv.m olan qeyriyaşayış sahəsinin müqavilə üzrə öhdəliyə əsasən qalan 320 570 (üç yüz iyirmi min beş yüz yetmiş) manat qalıq borc Cavabdeh tutularaq "xxxxxxxxx" MMC-ə ödənilməsi, Cavabdeh xx.xx.2011-ci il tarixindən indiyə qədər olan dövr ərzindəki gəliri və həmin gəlirdə İddiaçı payı müəyyənləşdirilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh xx.xx.2011-ci il tarixindən indiyə qədər olan dövr ərzindəki mal və məhsulları müəyyənləşdirilərək onların üzərində Cavabdehlə İddiaçı paylarının bölünməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, , Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 22 ünvanında yerləşən 14 №- li mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 45 ünvanında yerləşən 45 №-li mənzilə, ünvan 9 ünvanında yerləşən 122 №-li mənzilə və cavabdeh İddiaçı adına Azərbaycan Beynəlxalq Bankı və ölkənin digər banklarında olan depozitlərə dair hüquqların onunla cavabdeh İddiaçı arasında bərabər paylara bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-505/2017 nömrəli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 22 saylı evin, 14 saylı mənzilinin və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 59A saylı evin, 122 saylı mənzilinin üzərinə həbs qoyulmuş, İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-3441/2017 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, verilmiş kassasiya şikayəti əsasında həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-3738/2017 nömrəli qərarı ilə dəyişdirilmiş, iddianın təmin tədbiri kimi Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 22 saylı evin, 14 saylı mənzilinin və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 59A saylı evin, 122 saylı mənzilinin üzərinə qoyulmuş həbs onların özgəninkiləşdirilməsinin cavabdeh İddiaçı qadağan olunması ilə əvəz edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 nömrəli, xx xxx 2018ci il tarixli qətnaməsi ilə ilik və qarşılıqlı iddialar rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 8400/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, ilk iddia qismən təmin edilmiş, ünvan 10 ünvanında yerləşən 212.137 ədəd-35.077 çeşid, 3.128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısının, yəni 1.564.070 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2225/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İlk iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili Azər Tanrıverdi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 22 saylı evin, 14 saylı mənzilinin və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 59A saylı evin, 122 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını və həmin mənzillər üzərinə təkrar həbs qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə üzrə məhkəmə araşdırması başa çatmamışdır. İddia tələblərində qeyd edilən əmlakların ünvanları düzgün göstərilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İlk iddia ərizəsi üzrə Cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İlk iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili Azər Tanrıverdi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). Məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (maddə 158.1.1). İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (maddə 162.2). İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər (maddə 162.3). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Prosessual qanunvericiliyin mənasına görə iddia tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehə və digər şəxslərə müəyyən hərəkətlərin edilməsi qadağan oluna bilər. Lakin iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Baxılan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının qərarının qəbul edildiyi xx.xx.2019-cu il tarixdən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-8400/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Odur ki, qeyd edilən mülki mübahisə üzrə iddianı təmin etmə tədbirinin ləğv olunması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6329/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6329/2020
07.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver