Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6343/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçılar İddiaçı və X3 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh, X2, X11 və X4 iştirakı ilə, İddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh, X2, X11, X6, X8 və X5 (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin boşaldılması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərardadındanCavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehinBakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66 ünvanında yerləşən torpaq sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, həmin torpaq sahəsindən və orada olan tikililərdən çıxarılması, torpaq sahəsinin və tikilinin boşaldılaraq, onun mülkiyyətinə verilməsi, mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, iddianı təmin etmə tədbirinə dair ərizə verərək, mülki mübahisəyə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək yaşadığı ünvan 2 və 66A ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsinin, ümumiyyətlə həmin ərazidə hər hansı tikinti işlərinin aparılmasının iddiaçıya və digər şəxslərə qadağan edilməsi bərədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsi, həmin ərazidə hər hansı tikinti işlərinin aparılması iddiaçıya və digər şəxslərə qadağan edilmiş, qalan hissədə ərizə təmin edilməmişdir. Bundan başqa, iddiaçı Cavidan İmanov, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, həmin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq, onun mülkiyyətinə verilməsi, mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçı Cavidan İmanovun Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və s.” tələblərinə dair mülki iş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Daha sonra iddiaçılar İddiaçı və Cavidan İmanov, iddia tələbinin həcmi artırılması barədə ərizə təqdim edərək, ərizədə adları sadalanan şəxslərin cavabdeh qismində cəlb olunmalarını və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66 ünvanında yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, onların həmin torpaq sahəsindən, orada olan tikililərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, torpaq sahəsinin, orada olan tikililərin və qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıların mülkiyyətinə verilməsi, onların mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia təmin edilmişdir. Bundan sonra iddiaçılar ərizə verərək, Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Ərizədə Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə istinad olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsinin, ümumiyyətlə həmin əraziyə hər hansı tikinti işlərinin aparılmasının iddiaçıya və digər şəxslərə qadağan edilməsi növündə görülmüş iddianı təmin etmə tədbirinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə iddianın təmin tədbirinin ləğv edilməsi qanunsuz və əsassızdır. Əvvəla ona görə ki, hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilməyib. Bu halda isə, məhkəmə iddiaçıya ərazidə 4 azyaşlı olmaqla 9 nəfərin yaşadığı evin sökülməsinə və ərazidə tikinti işlərinin aparılmasına dolayı yolla icazə verir. Bununla da, iddiaçının qanunsuz əməllərinə şərait yaratmaqla yanaşı, faktiki olaraq işin mahiyyətinə toxunur. Belə ki, iddiadan göründüyü kimi, iddiaçı hazırda yaşadıqları ünvanda yerləşən torpaq sahəsini və onun üzərində yerləşən tikililərin boşaldılmasını tələb edir. Mübahisəyə hələ birinci instansiya məhkəməsində baxılan ərəfədə MTK qanunsuz olaraq yaşadıqları evə bitişik hasarın bir hissəsini özbaşına sökmüşdür. Ailə üzvlərinin həyat və sağlamlığına real təhlükə olduğundan cavabdeh, iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və əsaslı olduğundan ərizəsi təmin edilmişdir. Nəsimi Rayon Məhkəməsi, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh, Gültəkin Rüstəmova, Əli Oruclu və Elsevər Oruclu şikayəti müdafiə verərək, təmin olunmasını xahiş etdilər. İddiaçıların nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməklə, ərizəyə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə, cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Birinci instansiya məhkəməsi, iddianın təmin tədbiri barədə qərardadı ləğv edərkən, bu qənaətə gəlmişdir ki, iş üzrə xx.xx.2020-ci il tarixdə yekun məhkəmə aktı qəbul edildiyindən mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən tikililərin, hasarın və sair qurğuların sökülməsinin, ümumiyyətlə həmin əraziyə hər hansı tikinti işlərinin aparılmasının iddiaçıya və digər şəxslərə qadağan edilməsi növündə görülmüş iddianın təmin etmə tədbiri götürülməlidir. MPM-in 162.1-ci və 162.3-cü maddələrinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya vurğulayır ki, qanunverici, iddia rədd edildiyi halda iddianın təmin tədbirinin qətnamə qanuni qüvvəyə minənədək saxlanılmasını müəyyən etməklə yanaşı, məhkəmə tərəfindən qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxarılması imkanını da nəzərdə tutsa da, bu imkan məhkəmə tərəfindən şərtsiz olaraq bütün hallarda deyil, yalnız bunun üçün ciddi əsaslar olduqda, qətnamənin gələcəkdə icrasını çətinləşdirəcək çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranıb-yaranmaması və s. diqqətəlayiq hallar tarazlaşdırılmaqla tətbiq oluna bilər. Baxılan işdən isə görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbirinin ləğvi barədə qərardadını yuxarıda qeyd olunan halları nəzərə almadan, yalnız yekun məhkəmə aktının çıxarılması faktı ilə əsaslandırmış, lakin qətnamənin qanuni qüvvəyə minməməsini nəzərə almamışdır. Odur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək, qeyd olunanlar nəzərə alınmaqla iddianın təmin tədbirinin ləğvi barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1784/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6343/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6343/2020
29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver