Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6344/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(011)-1044/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh İB tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.X8 17 dekabr 2010-cu il tarixində gecə saat 03:10 radələrində yaşadığı Lənkəran şəhəri Şəhidlər Xiyabanı dalan 4-də yerləşən 4 saylı evin yanması nəticəsində aldığı xəsarətlərdən ölmüşdür.
2. Lənkəran Rayon Məhkəməsinin 1(049)-221/2011 saylı cinayət işi üzrə 17 oktyabr 2011ci il tarixli hökmü ilə Lənkəran X11 nəzarətçi-çilingər vəzifəsində işləyən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) təqsirli bilinib 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxs və eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı cinayət hadisəsi nəticəsində ona dəymiş 15545 manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, qardaşı X3 ölümünə görə X4 Cavabdeh İB-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 6000 (altı min) manat məbləğində pulun Cavabdeh İB-dən alınaraq X6 ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6979/2021 saylı qətnaməsinə əsasən Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1585/2020 saylı qətnaməsi dəyişdirilərək mənəvi zərərə görə kompensasiyanın məbləği 10000 manat müəyyən edilmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(049)-722/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, maddi ziyana görə 15545 manat və mənəvi ziyana görə 6000 manat, həmçinin məhkəməyə iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdehndən tutularaq X7 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(106)-2673/2021 saylı qərardadı ilə İddiaçı və Cavabdeh İB-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(049)-722/2021 saylı qətnaməsi ləğv edilmiş, iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə maddi zərərin əvəzi kimi 15545 manat, mənəvi zərərin əvəzi kimi 900000 manat məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X8 17 dekabr 2010-cu ildə Lənkəran şəhərində yaşadığı evin yanması nəticəsində həlak olmuşdur. Faktla bağlı cinayət işi başlanmış, Lənkəran rayon X11 nəzarətçi - çilingər vəzifəsində işləyən X9 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli 1 (049)-221/2011 saylı hökmü ilə X9 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, qardaşının ölümündə cavabdeh təşkilatın işçisinin də təqsirli olduğu müəyyən edilmişdir. Hadisə zamanı evin yanması nəticəsində ona 7420 manat, evdə olan 44 adda əşyalarının yanması nəticəsində 8125 manat, cəmi 15545 manat məbləğində maddi zərər vurulması müəyyən edilmiş və həmin zərərin əvəzinin ödənilməsi üçün ona mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Qardaşının ölümü nəticəsində iddiaçıya mənəvi zərər də dəymişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(011)-1044/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, Cavabdehndən maddi zərərin əvəzi kimi 15545 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim İlahə Abbasova)
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qardaşının faciəvi şəkildə həlak olması, bunun nəticəsində iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 900000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 15545 manat maddi zərərin dəyməsi, həmçinin iddiaçının qardaşının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə qardaşının həlak olması nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1097.1-ci, 1099.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin mənəvi zərərə aid hisəssində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş mənəvi zərərə görə kompensasiyanın məbləği iddiaçının keçirdiyi mənəvi sarsıntının ədalətli əvəzi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə təcrübəsində analoji işlər üzrə mənəvi zərərin məbləğinin daha yüksək məbləğdə olması barədə kifayət qədər nümunələr var. Məhkəmə mənəvi zərərin məbləğini müəyyənləşdirərkən işin faktiki hallarını nəzərə almamışdır.
14. Qətnamədən həmçinin Cavabdeh İB tərəfindən də apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
15. Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının maddi və mənəvi zərərə məruz qalması barədə məhkəməyə tutarlı sübut təqdim etməməsini nəzərə almayaraq, iddianı qismən təmin etmişdir. Halbuki, iddiaçı qardaşının ölümündən 10 il keçdikdən sonra iddia qaldırmışdır. Məhkəmə hökmündən görünür ki, mərhum X8 tənha yaşamış, bacısı ilə səmimi münasibət və mənəvi yaxınlığı olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil təmsil etdiyi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini xahiş etdi.
18. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında Cavabdeh İB-nin apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının maddi və mənəvi zərərə məruz qalması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, o, Lənkəran şəhər sakini və X13 Sahəsinin əməkdaşı kimi X3 həlak olması ilə nəticələnmiş hadisəni yaxşı xatırlayır. Həmin hadisə ilə əlaqədar mərhumun dəfn və mərasim xərclərinin qarşılanması üçün işlədiyi təşkilat kifayət qədər yardım göstərmişdir. İddiaçının hadisədən 10 ildən çox müddət keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onu təsdiq edir ki, qardaşının ölümü nəticəsində iddiaçı hər hansı mənəvi sarsıntı keçirməmiş, hazırkı iddia yalnız cavabdeh təşkilatın hesabına gəlir əldə etmək məqsədi daşıyır. Bundan əlavə, işə baxılarkən cavabdehin iştirakı təmin edilməmiş, çəkişmə prinsipi pozulmuşdur.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
19. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
20. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi).
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
22. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Mübahisələndirilən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mənəvi zərərlə bağlı hissədə, Cavabdeh İB-nin apellyasiya şikayəti üzrə isə bütövlüklə yoxlanılmışdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
26. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X9 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının qardaşı X3 ölümünə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onun ölməsinə səbəb olmuşdur. Göründüyü kimi, iddiaçının qardaşının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.
27. Həmçinin məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 15545 manat maddi zərər dəymişdir.
28. Hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.
29. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesa edir ki, birinci instansiya məhkəməsi Cavabdehndən maddi zərərin əvəzi kimi 15545 manat pulun İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Konkret halda İradə Bağırovanın qardaşının ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
33. Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
34. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(103)-6979/2021 saylı qətnaməsinə qətnaməsindən görünür ki, qeyd olunan hadisə zamanı qardaşı X3 ölümünə görə mənəvi zərərin əvəzi kimi Cavabdeh İB-dən 10000 manat məbləğində pul vəsaitinin alınaraq X6, yəni hazırkı iş üzrə iddiaçının bacısına ödənilməsi qət edilmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi nəticəsinə gəlməkdə haqlı olsa da, mənəvi zərərin əvəzi kimi ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etməmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya mənəvi zərərin əvəzi kimi kompensasiya məbləğinin 2000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır.
37. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin məbləğinin birinci instansiya məhkəməsi tərəfindən aşağı həddə müəyyən edilməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır. Analoji işlər üzrə kompensasiya məbləğinin daha yüksək məbləğdə müəyyən edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, hər bir işin halları spesifik olmaqla kompensasiya məbləği fərqli məbləğlərdə müəyyən edilə bilər. Buna görə də iddiaçının apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir.
38. Cavabdehin apellyasiya şikayətinə gəldikdə isə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi maddi zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləği düzgün müəyyən edilməmişdir. Buna görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə mənəvi zərərin məbləği hissəsində dəyişdirilməlidir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına məhkəmə iclasları barədə bildirişlərin cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh tərəf iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. Buna görə də kollegiya məhkəmə araşdırmasının çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsi cavabdeh qismində göstərilsə də, həmin təşkilata qarşı hər hansı tələb irəli sürülməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1044/2022 nömrəli mülki iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdehndən mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.