Məhkəmə qərarları › İş №2(103)-6345/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6345/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6345/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxxxxxxxxxx” ASC-nin - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulma” tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-317/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında iddiaçı "xxxxxxxxxxxx” ASC-nin xeyrinə 408 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik bank xidməti xərci tutulması qət edilmişdir. (iş səh. 84) və Cavabdeh1 qətnamədən şikayət vermişdir (səh. 105). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada rəsmi qeydiyyatda olduqları ünvana xx.xx.2020-ci il tarixdə sifarişli mətubla göndərilmiş (iş səh. 89-93), qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.94-100). Apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddəti ötürülmüş və müddətin bərpa edilməsi barədə vəsatəti məhkəmə təqdim etməmişdir. (səh.105) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarında şikayət edilməsini təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 263, 264, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-317/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar