Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-635/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi X32 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X5, habelə nümayəndəsi, vəkil X3, Üçüncü şəxslərin nümayəndəsi, vəkil X2 iştirakları ilə İddiaçı1 cavabdehlər Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1 qarşı “hərracın nəticələrinin qismən etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(005)-6236/2016 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, habelə üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Üzüm istehsalı və emalın tənzimlənməsi haqqında” xx xxxxxx 1995-ci il tarixli 20 saylıəmri ilə Respublikada fəaliyyət göstərən ilkin şərab emalı zavodlarının üzüm istehsal edən sovxozlarla birləşdirilməsi və sərbəst hüquqi şəxs statuslu üzüm istehsalı və emalı müəssisəsi adlandırılması, mülkiyyət islahatları həyata keçirildiyi vaxt yeni yaranmış müəssisənin səmərəli idarəçiliyə verilməsi əmr edilmiş, buna müvafiq olaraq 1 nömrəli üzüm emalı zavodu Sabir adına sovxozla birləşdirilərək Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi yaradılmışdır. xx xxxxxxxx 1996-cı il tarixdə Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisənin direktoru M.Zeynalov ilə “xxxxx” şirkətinin direktoru Ə.Mikayılov arasında müqavilə bağlanaraq, vaxtilə Sabir adına Müəssisənin balansında olan “Soyuducu anbar” adlandırılan əmlak nizamnaməyə əsasən yeni istehsal sahəsi yaratmaq üçün 5 il müddətinə “xxxxx” şirkətinə icarəyə verilmiş, bundan sonra tərəflər soyuducu binaya baxış keçirilməsi, onun 1972-ci ildən istifadəyə verilməsi, həmin müddətdən bəri təmir işlərinin aparılmaması, əmlakın dəyərinin 60-65 faiz itirilməsi, əmlak kimi bir ədəd soyuducu binanın, qradilni qurğusunun, 3 ədəd kompressorun “xxxxx” şirkətinə təhvil verilməsi barədə akt tərtib etmişlər. Göstərilən soyuducu bina uzun illər işləmədiyi üçün və yeni istehsal sahəsi yaratmaq məqsədilə Şamaxı Aqrokombinatının 15/UŞ-1996-cı il tarixli 313 nömrəli məktubu ilə Sabir adına Müəssisəyə icazə verilmişdir ki, “xxxxx” şirkətinə müqavilə əsasında həmin soyuducu bina istifadəyə verilsin. Soyuducu anbar xx xxxxxx 2001-ci il tarixdə əmlak dəyəri 12996,0 min manat təşkil edən Sabir qəsəbəsi X35 Komissiyasının xx xxxxxx 1997ci il tarixli qərarına müvafiq olaraq sabiq M.Ə.Sabir adına X7 əmlakından pay almaq hüququ olan Esmira Əliyevaya (əmlakın 32,33 faizi, 3847,60 min manat dəyərində), Abış Osmanova (əmlakın 35 faizi, 4041,5 min manat dəyərində), Şamayıl Osmanovaya (əmlakın 25 faizi, 2886,8 min manat dəyərində) və Gülqız Quliyevaya (əmlakın 19,2 faizi, 2220,1 min manat dəyərində) tikinti bina bölməsindən pay kimi ayrılmış, X35 Komissiyasının 39 nömrəli protokolu əsasında sabiq M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi əmlakından pay kimi alınmış və dəyəri 12996,0 min manat təşkil edən həmin əmlak onun payçılarının (Esmira Əliyeva, Abış Osmanov, Şamayıl Osmanova və Gülqız Quliyeva) ərizəsi əsasında ona verilmişdir. Bundan sonra həmin qeyri-yaşayış sahəsinə Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 106 nömrəli 28 dekabr tarixli, 01 nömrəli reyestr kitabında 106 reyestr nömrəsi ilə qeydə alınmaqla 143 inventar nömrəli qeydiyyat vəsiqəsi hazırlanmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Şamaxı rayon şöbəsi tərəfindən ona ünvanlanmış 23 saylı xx xxxxx 2002-ci il tarixli məktubda da qeyd olunmuşdur ki, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx xxxxxx 2001-ci il tarixli 041/1874 saylı məktubunda göstərildiyi kimi “İcarəyə verilmiş Dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına uyğun olaraq “xxxxx” şirkətinə verilmiş qeyri-yaşayış sahəsi “xxxxxxxxxxxxxx” ASC-nin emissiya prospektinə daxil edilməmişdir. Məktubda həmçinin qeyd edilir ki, keçmiş Dövlət Əmlak Nazirliyi ilə bağlanmış 3698 saylı xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahədən istifadə hüquqları icarəçiyə məxsusdur. 1995-ci il tarixdən hal-hazırkı vaxta qədər mübahisələndirilən əmlak İddiaçı1 sərəncamında olmuş, ondan mülkiyyətçi kimi istifadə etmişdir. Həmçinin həmin əmlak barədə 2015-ci il tarixə qədər hər hansı bir şəxs, o cümlədən iddiaçı tərəfindən hər hansı bir tələb irəli sürülməmiş, həmçinin bu barədə mübahisə olmamışdır. Butün bunlara baxmayaraq, İddiaçı5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı “Şamaxı Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və xx xxxxxx 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia belə əsaslandırılmışdır ki, mülkiyyətində olan qeyri-yaşayış binası (soyuducu bina) “xxxxxxxxxxxxx” ASC yaradılarkən qiymətləndirilən əmlakın tərkibi kimi onun emissiya prospektinə daxil olmuş, daha sonra 2013-cü il tarixdə hərrac vasitəsilə ona satılmış və bu əsasla həmin əmlaka mülkiyyət hüququ əldə etmiş, ona həmin əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx xxxxxx 2013-cü il tarixli çıxarış verilmişdir. “xxxxxxxxxxxxxx” ASC həmin mübahisəli əmlakın “Emissiya prospekti”nə daxil olmasını isə onunla əsaslandırır ki, həmin sənəddə “Maşın və avadanlıqların xx xxxx 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ın 7-ci qrafasında qeyd edilən “Soyudu sex” elə “Soyuducu anbar”dır. Mübahisəli əmlakın “xxxxxxxxxxxxxx” ASC-nin balansında olması barədə onlar tərəfindən başqa heç bir əsas göstərilmir. Lakin mübahisələndirilən əmlakın özəlləşdirilməsi və hər hansı bir təşkilatın balansına verilməsi barədə hər hansı bir sənəd mövcud olmamışdır. Qeyd edilən əmlakın “xxxxxxxxxxxxxx” ASC-nin özəlləşmə planına daxil edilməməsi və onun hərrac vasitəsilə satılmasının qanunsuz olması aşağıdakı qeyd edilənlərlə öz təsdiqini tapır. Belə ki, “Emissiya prospekti”nin “Maşın və avadanlıqların xx xxxx 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ından görünür ki, burada göstərilən inventarlaşma, əlavənin adından göründüyü kimi, “Maşın və avadanlıqların” vəziyyəti ilə bağlıdır, mübahisə obyekti isə “maşın” və ya “avadanlıq” deyil, əsaslı tikili olan binadır. Halbuki, nizamnamə kapitalı inventarlaşdırma aktının 14-cü qrafasında əsas vəsaitlərin qalıq dəyərinin cəmindən ibarətdir, ancaq istismar müddətini başa vuran maşın və avadanlıqlar isə hesabatdan silinir, necə ki, soyuducu sexinin istismar müddəti 26 ildir, köhnəlmə faizi isə 236,6 faizdir, ona görə də soyuducu sexin qalıq dəyəri sıfra bərabərdir. Belə olan təqdirdə“Emissiya prospekti”nin digər bir əlavəsinə, yəni “Bina və Qurğuların xx.xx.1998-ci il vəziyyətinə inventarlaşma uçotu və qiymətləndirilməsi haqqında” Əlavəsinə istinad edilməsi əmlak barədə mübahisənin həlli üçün yetərli hesab etmək olar. Göründüyü kimi, həmin “Əlavə”də isə mübahisəli əmlaka dair hər hansı bir məlumat yoxdur. Digər bir əsas ondan ibarətdir ki, mübahisəli əmlak “xxxxxxxxxxxxxx” ASC-nin təsis edilməsi barədə Sərəncam və buna əsas olmuş normativ-hüquqi aktlar qəbul edilməzdən, yəni “Emissiya prospekti”nin hazırlandığı 1998-ci il tarixdən 2 il öncə, hələ 1996-cı ildə “xxxxx” şirkətinə icarəyə verilmiş və bu müqavilə həmin dövrdə mübahisələndirilməmişdir. Belə olan təqdirdə, əgər mübahisəli əmlak M.Ə.Sabir adına X28 bazası əsasında yaradılmışdırsa və “xxxxxxxxxxxxxx” ASC-nin “Emissiya prospekti”nə daxil edilmişdirsə onda həmin əmlak “Emissiya prospekti”nin 4N2-H “Əlavə”sində icarədə olan əmlak kimi göstərilməli idi. Həmin sənəddə isə icarədə olan əmlakın tərkibi qrafasının qarşısında “yox” sözü qeyd edilmişdir. Halbuki, icarə müqaviləsini, özəlləşmə planının M.10 № 11 C1 aktlarına müqavilədə göstərilən əsas vəsaitin və avadanlıqların salınmamasını, özəlləşdirmə planının 4 saylı əlavəsində icarədə olan əmlakın tərkibi sualına “yox” yazıb təsdiq edən də, özəlləşdirmə komissiyasının sədri kimi imzası və möhürü ilə təsdiq edən də hazırda “xxxxxxxxxxxxxx” ASC-nin direktoru olan M.Zeynalovdur. Digər tərəfdən, “xxxxx” şirkətində icarədə olan soyuducu bina ASC mülkiyyətinə aiddirsə, onda mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr 432 saylı fərmanı ilə təsdiq edilmiş “Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla baxılmalıdır. Belə ki, Qanunun 4.6.4-cü bəndində deyilir ki, icarə müəssisənin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüşəmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. Bu hal da müəyyən olunmamışdır. Bundan başqa, icarə müqaviləsinin tərkibi və soyuducu binanın vəziyyətinin təhlili, Üzüm İstehsalı və Emalı Müəssisəsinin direktorunun təmir-bərpa işlərinin aparılmasına icazə məktubu da hazırkı mübahisələndirilən əmlakın emissiya prospektinin təsdiq edilməsindən əvvəl icarədə olduğunu və emissiya prospektinə daxil olmadığı barədə sübutları daha da möhkəmləndirir. Yox, əgər bu belə deyildirsə, onda Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 1997-ci il 629 nömrəli Fərmanının (b.2) tələbləri pozulmuş olacaqdır. Həmçinin, əgər üzümsaxlama soyuducu bina emissiya prospektinə daxil edilmişdirsə, həmin prospektin “Müəssisənin əsas xarakteristikası” adlı səhifəsində icarəyə, eləcə də birgə fəaliyyət üçün fiziki və hüquqi şəxslərə verilmiş obyektlərin adı və tərkibi göstərilməli idi, lakin həmin qrafada da “yoxdur” yazılmışdır. Yuxarıda göstərildiyi kimi, soyuducu binaya baxış haqqında göstərilən derektivin təmir və bərpasına xərclənən vəsaitin miqdarı “Forma 2” aktında göstərilmişdir, ancaq özəlləşdirilmə planının “Xüsusi mənbələr hesabına yaradılan əmlakın tərkibi və dəyəri” adlı 2 nömrəli əlavəsində belə vəsaitin və göstəricilərin dəyəri göstərilməmişdir, yəni “yoxdur” sözü yazılmışdır. Digər əsas ondan ibarətdir ki, “Bina və tikililərin dəyərinin qiymətləndirilməsi” Aktında balans dəyəri 1945208, aşınma məbləği 857748, qalıq dəyəri ******* göstərilsə də, üzüm saxlama soyuducu bina barədə heç bir məlumat yoxdur və həmin adlı tikili belə göstərilməmişdir. Yuxarıda da qeyd ediliyi kimi, soyuducu sexi özəlləşmə planının 11 nömrəli əlavəsində (Maşın və Avadanlıqların siyahısı) 7-ci sırada qeyd olunub. Burada sexin balans dəyəri 54634, aşınma faizi 236,6 aşınma məbləği 54634, qalıq dəyəri “0” göstərilmişdir. Maşın, avadanlıq və digər əsas vəsaitlərin dəyərinin qiymətləndirilməsi aktında göstərilir ki, balans dəyəri 768712, aşınma məbləği 756700, qalıq dəyəri 12012. “Emissiya prospekti”nin 10-cu əlavəsindən görünür ki, bina və qurğuların siyahısında göstərilən 1972-ci ildə istismara verilmiş əsaslı tikililərin aşınma faizi 46 faizdən yuxarı deyil. Bu da onu deməyə əsas verir ki, emissiya prospektinin 11 nömrəli əlavəsində (Maşın və Avadanlıqların siyahısı) göstərilən soyuducu sexi soyuducu bina deyil, istismar müddətini başa vurmuş maşın və ya avadanlıqdır. Özəlləşmə planına 12 nömrəli əlavədəəsas vəsaitlərin ümumi dəyərinin qiymətləndirilməsi aktından görünür ki, balans dəyəri 2713920, faktiki köhnəlmə 1614446, qalıq dəyəri 1099474-dür. Bu da onu deməyə əsas verir ki, Dövlət Əmlak Komitəsinin tərtib etdiyi sənədlərdə üzüm saxlama soyuducu bina İddiaçı5-nin emissiya prospektinə daxil edilməmiş, soyuducu sexin qalıq dəyəri sıfra bərabər olduğu halda hazırda mübahisələndirilən obyektin “xxxxxxxxxxxxxx” ASC-nin nizamnamə kapitalının formalaşmasında heç bir rolu olmamışdır. Bundan başqa, özəlləşmə “Emissiya prospekti”ndəki əmlaka müvafiq olaraq aparılmışdırsa, iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı xx xxxxxx 2013-cü il tarixli çıxarışda göstərilən müəssisənin tərkibindəki əmlak siyahısında “soyuducu sexi” adı olmalı idi. Lakin göründüyü kimi “soyuducu sexi” deyil, “soyuducu bina”əmlakın tərkibi kimi nəzərdə tutulur. Bu isə, cavabdehin və üçüncü şəxsin məqsədli və digər vəzifəli şəxslərləəlbir əməli nəticəsində mümkün olmuş, məqsəd bundan ibarət olmuşdur ki, müəssiəsinin tərkibi kimi əmlak siyahısına əmlakın adı kimi “Soyuducu bina” yazdırmaqla gələcəkdə pay hüququ ilə subyektlərə, sonradan onların ərizəsi əsasında YAİK qərarı ilə ona verilmiş (əmlak “soyuducu bina” adı ilə verilmişdir) və bu əsasla dövlət qeydiyyatına alınmış binanı mübahisə obyektinə çevirmiş olsun. Həmçinin, əgər “xxxxxxxxxxxxxx” ASC-ə verilmiş“Çıxarış”da müəssisənin tərkibinə olan əmlak kimi göstərilən “Soyuducu bina” emissiya prospektində göstərilən əmlakdırsa, onda həmin “Çıxarış”da müəssisənin tərkibinə daxil olan digər əmlaklar: “Yardımçı bina” və “Avtoqaraj” da buna müvafiq olaraq özəlləşmə planına daxil edilməli idi. Göründüyü kimi belə əmlaklar barədə məlumatlar həmin sənədə daxil edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, çıxarışda göstərilən əmlak siyahısı Emissiya prospektində göstərilən əmlakların siyahısına müvafiq deyildir. Qeyd edilməlidir ki, ümumiyyətlə, soyuqluq istehsal edən sexlər şərab, şampan, pivə zavodlarında ən vacib sexlərdən hesab olunur, ancaq süfrə üzümü saxlamaq üçün tikilmiş soyuducu binalar şərabın texnologiyası ilə heç bir əlaqəsi yoxdur. Həqiqətdə də hazırda mübahisəli əmlakın X33 fəaliyyətinə təsir edən heç bir aidiyyəti yoxdur və onun təyinatı Bakı və Sumqayıt şəhərlərində ilin müxtəlif fəsillərindəüzüm satışının vəəhalinin bu sahədə tələbatının təmin edilməsi məqsədi daşıyır. Bu fakt həm də onunla izah oluna bilər ki, üzüm saxlamaq üçün soyuducu bina Respublikanın 8 rayonunda tikilmişdir və həmin rayonlarda özəlləşdirmə aparılarkən onların heç birində analoji hallar baş verməmişdir. Yəni, həmin üzüm saxlama soyuducu bina ilkin şərab emalı zavodunun tərkibində özəlləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin ona ünvanladığı D/145 saylı xx.xx.2014-cü il tarixli məktubda deyilir ki, torpaq islahatları ilə bağlı Sabir adına təsərrüfatı və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinə hüquqlar Şamaxı M.Ə.X21 ilə arasında bağlanmış 03 nömrəli x xxxxxx 2002-ci il tarixli müqavilə əsasında yaranmışdır. Belə olan təqdirdə həmin torpaq sahəsinin hərrac vasitəsilə X17 adına satılması qeyri-qanunidir. Həmçinin, “xxxxxxxxxxxxx” ASC-nin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin M.Ə.Sabir adına Üİ və EM-nin təsdiq etdiyi xəritədə İddiaçı5 1:20 konturda yerləşməklə 11,8 ha əraziyə malik olmasının göstərilməsi də dediklərini bir daha təsdiq edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli Hərrac Protokolunun qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı5 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Əmlak Komitəsinin xx xxxxxx 1998-ci il tarixli 1255 saylı sərəncamı iləŞamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən M.Ə.Sabir adına Üzüm İstehsalı və X22 Emalı Zavodunun bazasında “xxxxxxxxxxxxxx” ASC təsis edilmiş, zavodun əmlakı“xxxxxxxxxxxxxx” ASC-nin emissiya prospektinə daxil edilərək özəlləşdirilmiş, özəlləşdirilmiş obyekt ASC-nin səhmdarlarının paylı mülkiyyətinə verilmiş, cəmiyyətin bütün tikililərinin yerləşdiyi 13,64 ha torpaq sahəsi isə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxxxxxxxxxxxx” ASC-yə xx xxxxxx 2014-cü il tarixdə məhkəmə bildirişi gəldikdə məlum olmuşdur ki, İddiaçı1 ƏMDK yanında DƏDRX-nin 14 saylı Əİ-nə qarşı məcburetmə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə xx xxxxxx 2013-cü il tarixdə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrdən mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş etmiş, həmin ərizəni onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən dəyəri 12996,0 manat olan üzümsaxlama soyuducu anbarıəmlak payı kimi Şamaxı rayonu, Sabir qəsəbə YAİK-nın xx xxxxxx 2001-ci il tarixli 39 saylı protokolu ilə ona təhvil verilmiş və həmin protokolla qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları Şamaxı Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinə əsasən 1 saylı reyestr kitabında 106 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı1 iddiasına görə, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən üzümsaxlama soyuducu anbarı heç bir vaxt xxxxxxxxxxxx zavodunun tabeçiliyində olmamış, həmin soyuducu anbar Şamaxı rayonu, M.Ə.Sabir adına sovxoza məxsus əmlak olmuş və həmin əmlak heç bir vaxt “xxxxxxxxxxxxxx” ASC-nin emissiya prospektinə daxil edilməmişdir. Buna görə də “xxxxxxxxxxxxxx” ASC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı İddiaçı1 adına Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin, İddiaçı1 ilə Şamaxı rayonu Sabir bələdiyyəsi arasında bağlanmış xx xxxxxx 2002-ci il tarixli 03 nömrəli torpağın icarə müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə xx xxx 2014-cü il tarixdə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, daha sonra iddia tələbini dəyişdirərək xx xxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X35 Komissiyasının xx xxxxxx 2001-ci il tarixli 39 nömrəli qərarının etibarsız hesab edilməsini istəmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan “xxxxxxxxxxxxxx” ASC, üçüncüşəxs Cavabdeh1 və üçüncü şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi apellyasiya şikayətləri vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra “xxxxxxxxxxxxxx” ASC tərəfindən DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və maraqlı şəxs olan İddiaçı1 qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırılmış, Sumqayıt Apellyasiya Məhkəməsi iddianı təmin etmişdir. Kassasiya instansiyası qətnamənin prosessual pozuntulara yol verilməklə qəbul edildiyini əsas tutaraq ləğv edərək yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin mübahisəyə baxıldığı davam etdiyi üçün məhkəmədən icraatın dayandırılması xahiş olunsa da, məhkəmə qanunsuz olaraq bu vəsatəti təmin etməmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, əmlakın özəlləşdirilməsinə baxmayaraq Şamaxı rayonu, Sabir adına qəsəbənin Üzüm Emalı vəİstehsalı X19 İslahat Komissiyası tarixsiz 39 nömrəli protokolu ilə sözügedən soyuducu anbar binasını qeyri-qanuni olaraq 12996,0 manat dəyərində qiymətləndirərək, təsərrüfatdan əmlak payı almaq hüququ olan beş nəfərin ərizələrinə əsasən İddiaçı1 təhvil vermiş, buna əsasən İddiaçı1 xx xxxxxx 2001-ci il tarixdə 106 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 hələ xx xxxxxxxx 1989-cu ildə sözügedən müəssisədən işdən çıxmışdır və qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir əsasla xx xxxxxx 2001-ci il tarixdə həmin təsərrüfatdan əmlak payı kimi mübahisəli sahəni ala bilməzdi. Bu halda İddiaçı1 mübahisə predmetini qanuni əsaslarla əldə etmək imkanının olmadığını görüb qanunsuz, saxta yollarla əmlakıəldə etmək qərarına gəlmiş və bu işdə ona bir çox vəzifəli şəxslər yardımçı olmuşlar. Həmin vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində İddiaçı1 tərəfindən mübahisələndirilən ərazi, yəni soyuducu anbarı keçmiş Şamaxı Rayonlararası Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatıİdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə qeydiyyata alınmış və 106 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinə diqqət yetirdikdə vəsiqənin saxta, həm dəçox qeyri-peşəkar tərtib edildiyi açıq-aşkar görünür. Vəsiqəni imzalayan hər iki vəzifəli şəxslərin adı və soyadları qələmlə qaralanaraq oxunulmaz hala salınmış, ad-soyadlar yenidən qələmlə yazılmışdır. Həmçinin, İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilərkən sənəddə mübahisələndirilən əmlakın konkret ünvanı göstərilməmiş və onun yerləşdiyi yer Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisi yazılmışdır. Qeydiyyat vəsiqəsinin saxta olduğu digər sübutlarla da təsdiq olunur. Belə ki, Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən İddiaçı1 adına inventar nömrəsi 143, 01/106 qeydi olan qeyriyaşayış sahəsinə dair xx xxxxxx 2001-ci il tarixdə texniki pasport tərtib edilmiş, texniki pasportun tərtib edilməsinə əsas - M.Ə.Sabir adına YAİK-nın 39 saylı protokolundan çıxarış olmuşdur. Əgər 39 saylı protokol xx xxxxxx 2001-ci il tarixdə qəbul olunmuşsa, necə olur ki, xx xxxxxx 2001-ci il tarixdə İddiaçı1 adına texniki pasport tərtib edilir, həmçinin, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsində olan məlumatlar - qeyri-yaşayış sahəsinin 143 inventar nömrəsi, 01/106 qeyd texniki pasportda öz əksini tapır? ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin xx xxxxx 2015-ci il tarixli **********66 saylı məktubunda 14 saylı Ərazi İdarəsinin arxivində saxlanılan, vətəndaş İddiaçı1 məxsus Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində yerləşən qeyri-yaşayış binasının, arxiv qovluğunda xx.xx.2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş X35 Komissiyasının qərarının əslinin olmadığı, arxiv qovluğunda qərarın yalnız kserosurətin olduğu bildirilmişdir. Məhkəmə qətnaməsində İddiaçı1 guya həmin soyuducu anbarı dörd nəfər əmək kollektivinin üzvündən satın aldığını, həmin şəxslərə də soyuducu anbarın əmlak payı kimi verildiyini əsas tutur. Məhkəmənin istinad etdiyi xx xxxxxx 2001-ci il tarixli M.Ə.Sabir adına YAİK-nın aktında adları göstərilən Əliyeva Esmira, Osmanov Abış, Osmanova Samayıl və Quliyeva Gülqıza əmlak payı kimi verilmiş və Daşdəmirov həmin əmlak payını göstərilən şəxslərdən satın almışdır. Lakin bu barədə heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı mübahisəli əmlaka almış olduğu qeydiyyat vəsiqəsini yuxarıda göstərilən şəxslərə kollektiv üzvülərinə əmlak payı kimi verildiyini və həmin payları göstərilən şəxslərdən satın aldığını bildirir. Əslində məhkəmə bu məsələni həll etməklə bütövlükdə mübahisənin ədalətli həllini təmin etmiş olur. Göstərilən şəxslərin həqiqətən “xxxxxxxxxxxx” ASC-dən əmlak paylarının alınmasının dəqiqləşdirilməsi üçün X16 məhkəməsi tərəfindən o vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu göndərmiş, Komitə həmin sorğuya özünün xx xxxxxx 2014-cü il tarixli, 48-1576/3 saylı məktubu ilə birmənalı olaraq son qoymuşdur. Həmin məktubda qeyd edilir ki, Şamaxı rayonu, M.Ə.Sabir adına təsərrüfatda torpaq islahatı keçirilən zaman Rayon və X35 Komissiyalarının qərarlarıəsasında pay torpaqlarının bölgüsü iki hissədən aparılmışdır. Məktubda qeyd olunan İddiaçı1 adı Aqrar islahat Komissiyası tərəfindən təqdim edilmiş torpaq islahatı ilə əlaqədar torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında qeyd olunmamışdır. X13, X26 və X9 isə 277 nömrə ilə ailə başçısı X10 ailə tərkibində və X14 630 nömrə ilə qeyd olunmuşlar. Bu məktubda adları guya soyuducu anbardan əmlak payı alan şəxslər kimi göstərilən şəxslər sovxozdan yalnız əmlak payı kimi torpaq sahəsi almışlar. Məktubun sonunda qeyd edilir ki, yuxarıda göstərilən şəxslərə əmlak payının üzüm saxlama anbarından verilməsi haqqında heç bir məlumat yoxdur. Göründüyü kimi bu məktub bütövlükdə bu mübahisəyə birdəfəlik son qoyub. Çünki iddiaçı iddia edir ki, soyuducu sexi göstərilən şəxslər əmlak payı kimi əldə etmiş və onlardan həmin payı satın almışdır. Bu hal və işüzrə toplanmış digər mötəbər sübutlar məhkəməyə obyektiv qərar qəbul etmək üçün kifayət edirdi və başqa subyektib amillər rol oynamasaydı işüzrə fərqli, ədalətli qərar qəbul edilmiş olardı. Məhkəmə işin nəticəsində maraqlı olduğu üçün bu məktuba qiymət verməmiş, hətta həmin məktubu yox kimi saymış, əvəzində əslində işdə mövcud olmayan xx.xx.2014-ci il tarixli məktuba istinad edərək guya həmin məktubda mübahisəli anbarın göstərilən şəxslərəəmlak payı kimi verildiyini və onun əsasında qeydiyyat vəsiqəsi alındığını göstərmişdir. Qətnamədə iddia tələbinin təmin edilmə əsaslarından biri kimi dəüzüm saxlama anbarının 1996-cı ildə “xxxxx”şirkətinə beş illiyə icarəyə verilməsi qeyd olunmuşdur. Həqiqətən də göstərilən tarixdə M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssəsi ilə “xxxxx” şirkəti arasında soyuducu sexin (üzüm saxlama anbarı) icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Lakin 1998-ci ilin sentyabrında M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssəsi ləğv edilmiş və onun bazasında “xxxxxxxxxxxxxx” ASC yaradılmışdır. Yeniyaradılan hüquqi şəxslə icarə müqaviləsinin yenidən bağlanılması və ya əvvəlki hüquqi şəxslə bağlanmış müqavilənin davam etdirilməsinə dair heç bir yazılı vəşifahi razılaşma mövcud deyil. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd edilir ki, tərəflər arasında icarə müqaviləsi mövcud olduğu halda mübahisəli obyekt ASC-nin emissiya prospektinə daxil edilə bilməzdi. Məhkəmə nəzərə almır ki, göstərilən icarə müqaviləsi İddiaçı1la deyil, “xxxxx” adlı hüquqi şəxslə bağlanmışdır. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmişdir. Qətnamədən həmçinin cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Komitənin xx xxxxxx 1998-ci il tarixli 1255 saylı sərəncamı ilə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin bazasında “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi qərara alınmış, “xxxxxxxxxxxxx” ASC-nin özəlləşdirilməsi zamanı tərtib edilmiş inventarlaşdırma aktının 7-ci bəndində mübahisə predmeti olan obyekt soyuducu sex adı ilə qeyd edilmiş və İddiaçı5-nin emissiya prospektinə daxil edilərək özəlləşdirilmiş, ASC-nin istifadəsində olan 136425.8 kv.m torpaq sahəsi hərrac yolu ilə satılaraq, hərracın qalibi Cavabdeh1 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsi ilə satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” təsdiq edilmiş, Proqramın 4.2-ci bəndində Dövlət əmlakının özəlləşdirilməsinin üsullarının İİ Dövlət Proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti və ya Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən ediləcəyi nəzərdə tutulmuşdur. “Dövlət əmlakının özəlləşdirməsi haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər yalnız bu qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması və ya dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi səbəbindən etibarsız hesab edilə bilər. Yuxarıda sadalananlardan da göründüyü kimi, dövlət əmlakının satısı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının özəlləşdirməsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq İddiaçı5 Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi üçün ona məxsus əmlakın inventarlaşdırılması aparılmış və mübahisə predmeti olan soyuducu bina (soyuducu sex adı ilə qeyd edilmiş) da emissiya prospektinə daxil edilərək özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında”Əsasnaməyə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin müvafic müəssisə və obyektlərin mülkiyyətçilərinə satışını həyata keçirir. Həmin Əsasnaməyə uyğun olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan 136425.8 kv.m torpaq sahəsi hərrac yolu ilə satılaraq, hərracın qalibi Cavabdeh1 iləƏmlak Məsələləri Dövlət Komitəsi arasında xx xxxxxxxx 2013-cü il tarixli, 4542 nömrəli özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsi ilə satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilən sənədlərdən və qüvvədə olan qanunvericiliyin tələblərindən aydın görünür ki, Komitə tərəfindən özəlləşdirilmə “Dövlət əmlakının özəlləşdirməsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın və digər qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, məhkəmə isə işin hallarını tam, obyektiv araşdırmayaraq maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı5-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılmasıüçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı1 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış və İddiaçı1 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Təkrar apellyasiya baxışı iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC-nin və Cavabdeh1 nümayəndəsi, vəkil X6 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin etibarnamə əsasında nümayəndəsi X23 verilmiş apellyasiya şikayətini müdafiə edərək. təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə əsasında nümayəndələri X15 və X11 (vəkil) apellyasiya şikayətlərinin dəlillərinə etiraz etmiş və təmin olunmamasını məhkəmədən xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” hissəsində ləğv olunaraq, həmin hissədə iddia tələbi təmin olunmamalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarında aşağıdakı məsələlərin həll olunmasının zərurətini vurğulamışdır:
1. iddiaçının İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” tələbinə ilk növbədə onun müvafiq subyektiv hüquqa malik olubolmadığı kontekstində qiymət verilməsi. Belə ki, Ali Məhkəmə həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı5-nin İddiaçı1 qarşı “qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və xx xxxxxx 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinin faktiki əsasını məhz hazırki işdə mübahisələndirilən hərracın nəticələri əsasında əsasında İddiaçı5-nin əldə etdiyi əmlak təşkil etmişdir. İddiaçı1 həmin qeyri-yaşayış sahəsinə dair qeydiyyat sənədlərinin etibarsız hesab edilməsinin əsasında mübahisələndirilən hərracın nəticələri durduğuna görə onun hərracın nəticələrini mübahisələndirməyə subyektiv hüququ olmuşdur.
2. hazırki iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı1dur, iş üzrə cavabdehlər isə hüquqi şəxslərdir. Belə olan halda həmin işin məhkəmə aidiyyətinə görə iqtisad məhkəməsinin səlahiyyətinə aid olması məsələsi meydana çıxır İş üzrə toplanmış sübutlarla müəyyən olunmuşdur ki, Kənd Təsərrüfatı Nazirliyinin “Üzüm istehsalının və emalının tənzimlənməsi haqqında” 1995-ci il 11 yanvar tarixli 20 saylı əmri ilə 1995-ci ilin yanvar ayının 1-dən mövcud əmrin 1 nömrəli əlavəsinə uyğun olaraq, ilkin şərab zavodlarının üzüm istehsal edən sovxozlarla birləşdirilməsi və sərbəst hüquqi şəxs statuslu üzüm istehsalı və emalı müəssisəsi adlandırılması, mülkiyyət islahatları həyata keçirildiyi vaxt yeni yaranmış müəssisənin əməli idarəçiliyə verilməsi əmr edilmiş, nəticədə Şamaxı rayonu 1 nömrəli üzüm emalı zavodu Sabir adına sovxozla birləşdirilərək Sabir adına Üzüm İstehsalı və Emalı müəssisəsi yaradılmış, 1996-cı il 10 sentyabr tarixdə Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsi ilə “xxxxx” şirkəti arasında müqavilə bağlanaraq üzüm saxlama sexinin yeni binası nizamnaməyə əsasən yeni istehsal sahəsi yaratmaq üçün 5 il müddətinə “xxxxx” şirkətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 may tarixli 804 saylı sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab, şampan və konyak zavodlarını, tütün fermentləşdirici fabrikləri və tütün kombinatlarını, çay emalı və çay çəkici fabrikləri özəlləşdirilmək məqsədilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 iyun tarixli 107 s saylı sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə keçmiş sovxoz və şərab emalı zavodlarının bazasında yaradılmış Üzüm İstehsalı və Emalı Müəssisələrinin tərkibində olan ilkin şərab emalı zavodlarının həmin müəssisələrin tərkibindən çıxarılaraq özəlləşdirmək üçün müstəqil müəssisə statusu ilə Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsinin təmin edilməsi tapşırılmış, Dövlət Əmlak Komitəsinin 1998-ci il 31 avqust tarixli 1255 saylı sərəncamı ilə Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yerləşən M.Ə.Sabir adına Üzüm İstehsalı və X22 Emalı Zavodunun bazasında “xxxxxxxxxxxx1” ASC-nin təsis edilməsi qərara alınmışdır. Şamaxı rayonu, Sabir qəsəbəsi X35 Komissiyasının 1997-ci il 20 dekabr tarixli qərarına əsasən, sabiq M.Ə.Sabir adına Üzüm Emalı və İstehsalı Müəssisəsi əmlakından pay alma hüququ olan subyektlərə 2001-ci il 10 dekabr tarixli aktla tikinti bina bölməsindən pay kimi 12996,0 min manat dəyərində üzüm saxlama soyuducu anbarı, o cümlədən əmlakın 33,32 faizi, 3847,60 min manat dəyərində Esmira Əliyevaya, əmlakın 35 faizi, 4041,5 min manat dəyərində Abış Osmanovaya, əmlakın 25 faizi, 2886,8 min manat dəyərində Şamayıl Osmanovaya və əmlakın 19,2 faizi, 2220,1 min manat dəyərində Gülqız Quliyevaya verilmiş, M.Ə.Sabir qəsəbə X35 Komissiyasının 39 nömrəli protokoluna əsasən, aqrar islahatla əlaqədar əmlak payı almaq hüququ olan payçıların ərizəsi nəzərə alınmaqla 12996,0 min manat dəyəri olan üzüm saxlama soyuducu anbarının İddiaçı1 verilməsi qərara alınmış, Şamaxı rayonu, Şamaxı-Bakı yolunun sağ kənarında, M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən qeyri-yaşayış sahəsi 2001-ci il 28 dekabr tarixdə 01 nömrəli reyestr kitabında 106 reyestr nömrəsi ilə Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına qeydə alınmış, 2001-ci il 20 noyabr tarixdə, 143 inventar nömrəsi ilə Şamaxı-Bakı yolunun kənarında, M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən 1575,0 kv.m sahəyə malik soyuducu anbara dair F.Daşdərmirovun adına texniki pasport tərtib edilmişdir. Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə “xxxxxxxxxxxxxx” ASC-nin adına 2013-cü il 22 noyabr tarixdə qeydiyyata alınmış, həmin qeydə dair çıxarış verilmiş, çıxarışda əmlak kompleksi kimi müəssisənin tərkibində soyuducu binanın da adı qeyd olunmuş, “xxxxxxxxxxxxxx” ASC-nin adına Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən əmlakın texniki pasportu tərtib edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, M.Ə.Sabir adına qəsəbənin ərazisindəki qeyri-yaşayış binası - “Soyuducu Anbar” özəlləşdirilməyə çıxarılan zaman təsdiq olunmuş özəlləşdirilmə planına daxil edilməmiş və “xxxxxxxxxxxxxx” ASC-nin mülkiyyətində olan əmlakın tərkib hissəsi olmamış, Sabir adına sovxozun əmlakı kimi aqrar islahatları zamanı onun payçıları - Esmira Əliyeva, Abış Osmanov, Şamayıl Osmanova və Gülqız Quliyevanın ərizələri əsasında İddiaçı1 verilmişdir. Özəlləşdirmə planının ikinci bölməsində özəlləşdirmə planına 11 nömrəli əlavədə maşın və avadanlıqların xx.xx.1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirmə haqqında Aktda “soyuducu sexi” qeyd olunsa da, həmin sex bina deyil, maşın və avadanlıqlar qismində göstərilmiş, özəlləşdirmə planında mübahisə predmeti olan soyuducu anbar isə ümumiyyətlə qeyd olunmamışdır. Əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının xx xxxx 2017-ci il tarixli 11326 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Şamaxı rayonu, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planında (emissiya prospekti) “Maşın və avadanlıqların xx xxxx 1998-ci il vəziyyətinə İnventarlaşdırma Uçotu və Qiymətləndirməsi haqqında Akt”ın 7-ci qrafasında qeyd edilən “Soyuducu sex” ilə “xxxxxxxxxxxxxx” ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış sahəsi binası (“Soyuducu bina”) eyni əmlak deyildir, müəssisənin nizamnaməsinə əsasən özəlləşdirmə planının “müəssisənin əsas xarakteristikası” bölməsində, müəssisənin əsas fəaliyyət (iş xidmət) növləri “üzüm emalı və satışı”, istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri isə “şərab məhsulları” olduğundan, süfrə üzümünün tədarükü, saxlanılması və satışı kimi fəaliyyət göstərməsi nəzərdə tutulmamış, “xxxxxxxxxxxxxx” ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında göstərilən qeyri-yaşayış binası (“Soyuducu bina”) ilə İddiaçı1 təqdim etdiyi 2001-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş “üzüm saxlama soyuducu anbar” binası eyni əmlak olmuşdur. Məhkəmə kollegiyası iddiaçının İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi”nin mübahisələndirilməsinə subyektiv hüquqa malik olmasına dair kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə alır, lakin hesab edir ki, tələb həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, “xxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və İddiaçı1 qarşı “qeyriyaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və xx xxxxxx 2001-ci il tarixli 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması” tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və Şamaxı Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyriyaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və xx xxxxxx 2001-ci il tarixli, 106 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən olunmuşdur ki, xx xxxxxx 2001-ci il tarixdə Şamaxı Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı1 dına aparılmış qeyd əsassız aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” hissəsində əsassız olmuş və birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bununla belə məhkəmə kollegiyası iddiaçının “hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” tələbi üzrə gəldiyi nəticəni qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportunu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədi (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) təqdim edir. Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. İş üzrə mübahisəsiz müəyyən olunan hal ondan ibarətdir ki, Azərbaycan Respublikasında aparılan torpaq islahatları ilə əlaqədar Sabir adına təsərrüfat subyektində və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquluşu layihəsində 1 və 12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmiş, həmin torpaq sahəsinə icarə hüquqları Şamaxı M.Ə.X21 ilə İddiaçı1 arasında bağlanmış 03 nömrəli x xxxxxx 2002-ci il tarixli müqaviləyə əsasən sonuncuya məxus olmuşdur. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-ekspertizasının xx xxxx 2017-ci il tarixli rəyindən göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin xx xxxxxx 2014-cü il tarixli məktubuna əsasən (cild 1, i/v 19) Torpaq islahatı ilə bağlı Sabir adına təsərrüfat və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. DT və XK-nin Şamaxı rayon şöbəsinin xəritəsində (cild 1, i/v 20) 1,20-ci konturda yerləşən 11,83 ha torpaq sahəsi isə İddiaçı5nin ərazisi kimi göstərilmişdir. Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm istehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planının (emissiya prospekti) 18 saylı əlavəsinin məlumatlar bölməsində ümumi sahə ilə bağlı hər hansı bir məlumat əks olunmamışdır. “xxxxxxxxxxxxxx” ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışında qeyd olunmuş 13,6426 ha torpaq sahəsinin koordinatları və hüquqi təsdiqedici sənəd (kadastr planı) ekspertiza tədqiqatına təqdim olunmadığına görə, İddiaçı1 iddia etdiyi “üzüm saxlama soyuducu anbar” binasının İddiaçı5-nin çıxarışında qeyd olunmuş 13,6426 ha torpaq sahəsində yerləşibyerləşməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, İddiaçı5-nin və Cavabdeh1 İddiaçı1 icarəsində olan 1,23 ha torpaq sahəsinin İddiaçı5-nin “Özəlləşdirmə Planına (emissiya prospekti) daxil olması ilə bağlı dəlilləri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda həmin torpaq sahəsinin hərrac vasitəsilə X1 əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Həmin maddənin dördüncü bəndində qeyd olunmuşdur ki, Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə ilk növbədə təklif torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə edilməlidir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakm rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 416-cı maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hərrac keçirilən zaman torpaq qanunvericiliyinin tələbləri pozulmuş, torpağın icarəçisinin iştirakı təmin olunmadan onun icarəsində olan torpaq sahəsi digər şəxsə hərrac vasitəsi ilə satılmışdır. Məhkəmə aidiyyəti bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında İddiaçı1 sahibkarlıq fəailiyyəti ilə məşğul olmasını təsdiq edən bilavasitə sübut mövcud deyildir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qəbul etsək belə, hazırki mübahisə onun bu fəaliyyətində irəli gəlmir, iddia etdiyi mülkiyyət hüquqlarının müdafiəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən (xx xxxxxx 2020-cil il tarixədək qüvvədə olan redaksiyasında) mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəməyə iddia ərizəsi verərkən, eləcə də apellyasiya şikayətləri verərkən tərəflərin ödədikləri dövlət rüsumları və bank xidməti xərcləri onların özlərinə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə tərəflərə bərabər aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, habelə üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(005)- 6236/2016 saylı qətnaməsi qismən, yəni İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinin təmin olunmasına dair hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı1 iddia tələbi “xxxxxxxxxxxxx” ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin (proses iştirakçılarının) özlərinə aid olunsun. Apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərcinin əvəzi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzindən və Cavabdeh1 müştərək qaydada 50 (əlli) manat və İddiaçı1 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22); “xxxxxxxxxxxxxx” ASC-dən 125 (bir yüz iyirmi beş) manat və İddiaçı1 125 (bir yüz iyirmi beş) manat məbləğində pul tutularaq “X31” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ30GUNA********************, Bank: “xxxxxxxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22); “xxxxxxxxxxxxxx” ASC-dən 75 (yetmiş beş) manat və İddiaçı1 75 (yetmiş beş) manat məbləğində pul tutularaq “xxxxxxx” MMC-nin hesabına (H/h № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar bank: “xxxxxx” ASC, kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev