Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-635/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı “pəncərənin bağlanması və antenanın sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Füzuli qızı, Cavabdeh Ələmdar oğlu Cavabdeh Ələmdar oğlunun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı “pəncərənin bağlanması və antenanın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1689/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Səbail rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023cü il tarixli, 6271 nömrəli Arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşüb və müvəqqəti G.Əliyeva d 2 ünvanında müvəqqəti məskunlaşıb.
2. Tərəflərin yaşadığı evlər özbaşına tikilidir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
3. İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı “pəncərənin və antenanın sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh Ələmdar oğlunun yaşadığı evdə onun həyətinə açılan pəncərənin bağlanmasını və evinin üstünə quraşdırılmış antenanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayon sakinidir. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. İllərdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev, dalan 2 ö/t yaşayır və heç bir qonşu ilə münaqişəsi olmamışdır. Son illərdə qonşusu Cavabdeh Ələmdar oğlu ilə münaqişəsi baş vermişdi. Xəbəri olmadan həyətindən istifadə edərək tikinti sahəsini artırmış, ağaclarına ziyan vurmuş, antenanı evinin üstündə quraşdırmışdır və onun bu hərəkətlərindən heç bir zaman şikayətçi olmamışdır. Sonuncu dəfə həyətinə baxan pəncərə qoymuşdular. Pəncərənin bağlanmasını tələb etsə də məhəl qoymamışdırlar. Pəncərənin qarşısını parça ilə bağladıqda isə həmin parçanı çıxarırlar.
5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1689/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən açılmış pəncərənin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililnin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Məhkəmə hesab edtmişdir ki, İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı “cavabdeh tərəfindən quraşdırılmış pəncərənin və antenanın sökülməsi” tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.
7. Məhkəmə gəldiyi nəticəni Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1, 95.1.2, 95.2, 97.2ci maddəsi, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 220.5, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1689/2023 saylı qətnaməsini tamamilə ləğv edib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh iddiaçının həyətinə baxan pəncərə qoyub və həmçinin onun mənzilinin üstündə peyk antenası quraşdırıb. İddiaçı və cavabdehin yaşadıqları hər iki mənzil özbaşına tikilidir. İddiaçı 1997-ci ildən etibarən sözügedən ünvanda yaşayış sahəsi inşa etdirməyə başlayıb və bu prosesi 1998-ci ildə yekunlaşdırıb. Həmin vaxtdan etibarən də orada yaşayır. Cavabdeh isə 2000-ci və yaxud da ondan sonrakı illərdə iddiaçının qonşuluğunda yaşayış sahəsi inşa etdirib. Cavabdeh və ailə üzvləri 2012-ci ildən orada daimi yaşamağa başlayıb. Cavabdeh evi inşa edərkən iddiaçının həyətinə baxan pəncərəni qoymaq üçün ondan icazə istəyib, ancaq iddiaçı bununla razılaşmayıb. Belə olan halda cavabdeh pəncərəyə buzlu şüşə qoyacağına və pəncərəni heç vaxt açmayacağına, yalnız evə təbii işıq şüası düşməsi üçün bu pəncərəni qoyduğuna dair ona vəd verib. Bir müddət keçdikdən sonra cavabdeh verdiyi vədi pozub, pəncərəni mütəmadi olaraq açmağa başlayıb, onun önündə yığışıb, söhbət edib, siqaret çəkib, kötüklərini iddiaçının həyətinə atıb və s. Peyk antenna isə iddiaçının evinin üzərində sonradan quraşdırılıb. Cavabdehin oğlu Mehman ailə həyatı qurandan sonra 2023-cü ilin yayında iddiaçı Mehmanla söhbət edərək, o, öz həyətində gəzişərkən onu görməmələri üçün ondan çöl tərəfdən pəncərənin önünə pərdə çəkmələrini xahiş edib. Mehman bu təkliflə razılaşıb, ancaq buna baxmayaraq iddiaçının təklifi yerinə yetirilməyib və belədə o, məcburiyyət qarşısında qalaraq Mehmanla birlikdə öz həyəti tərəfindən divara mıx vuraraq həmin pəncərini tam bağlamayan pərdə asıb. Ancaq cavabdeh bundan xəbər tutan kimi həmin pərdəni söküb. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh tərəfindən açılmış pəncərənin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikilinin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Məhkəmə bu mövqeyinin hüquqi əsası kimi Şəhərsalma və Tikinti Məcəlləsinə, həmin Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Prezident Fərmanına və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə istinad edib. Əvvəla, Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ilin 7 sentyabrında qüvvəyə minib. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqibarədəPrezident Fərmanı 4 sentyabr 2012-ci ildə imzalanıb. “Yerli icra hakimiyyətləri haqqında” Əsasanamə isə 6 iyun 2012-ci ildə təsdiq edilib. Başqa sözlə, iddiaçı və cavabdehin mənzili hər iki sənədin qəbul edilməsi və qüvvəyə minməsindən xeyli əvvəl tikilib. Cavabdeh iddiaçının peyk antennasını onun evinin üstündə bu sənədlərin qəbulundan sonrakı illərdə quraşdırıb. İddiaçı bir müddət öz həyəti tərəfindən həmin pəncərənin qarşısını tam bağlamayan şəkildə pərdə ilə örtmüş, ancaq cavabdeh sonuncu dəfə həmin pərdəni çıxardıqdan sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda, tərəflər arasında yaranmış mübahisə mübahisələndirilən qətnamədə istinad edilən hüquq normalarına uyğun tənzimlənə bilməz. Bütövlükdə isə iddiaçının iddia tələbinin mahiyyəti onun həyətinə açılmış pəncərənin sökülməsi deyil, bağlanmasına dair olub. Tələbin sökülmə hissəsi antenna ilə bağlı olub.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. İddiaçı məhkəmə iclasında çıxış edərək bildirir ki, apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilməsini xahiş edir.
11. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Füzuli qızı məhkəmə iclasında çıxış edərək bildirir ki, tərəflər arasında razılığa gəlinmişdir, buna görə də ərizənin qəbul edilməsini xahiş edir.
12. Cavabdeh Ələmdar oğlu məhkəmə iclasında çıxış edərək bildirir ki, ərizənin qəbul edilməsini xahiş edir.
13. Cavabdeh Ələmdar oğlunun vəkili Vəkil1 məhkəmə iclasında çıxış edərək bildirir ki, ərizənin qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllə
14. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
15. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
16. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
17. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Füzuli qızı məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, tərəflər arasında olan razılaşmanı nəzərə alaraq apellyasiya şikayətindən imtina edir. Qeyd olunan halların nəzərə alınmasını xahiş edir.
20. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən İddiaçı verdiyi şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1689/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev