Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6353/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh tərəf Cavabdeh2 arasında cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xususi notariusu İlqar Məmmədov tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli “tapşırıq müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdehdən ümumilikdə 70550 manatın və dövlət rüsumu olaraq ödənilmiş 315 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun etibarından sui-istifadə edərək, iddia ərizəsində 3-cü tərəf kimi qeyd etdiyi Bakı şəhəri, 11 saylı notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə ona məxsus 60.550 (altmış min beş yüz əlli) manat xx.xx.2022- ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda, daha sonra isə qısa müddət ərzində 10.000 (on min) manat, ümumilikdə 70.550 (yetmiş min beş yüz əlli ) manat pul vəsaitini ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.60 kv.m olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.10 kv m olan hər iki mənzilin birləşdirilərək həm mülkiyyətdən çıxarışda qeyd edilən sahə (29.60 kv+42.10 kv.m) həm də layihə üzrə mövcud olan əlavə 102 kv.m sahə ilə birlikdə qeyri yaşayış sahəsi üzrə sənədlərin tərtib edilərək, AR ƏMDK yanında DƏDRX-da qeydiyyata alınaraq ümumilikdə 174 kv.m olan tikiliyə qeyri-yaşayış təyinatına uyğun iddiaçı X1 adına mülkiyyətdən çıxarışın verilməsini vəd edərək, ümumilikdə iddiaçıya məxsus 70.550 (yetmiş min beş yüz əlli ) manat pul vəsaitini mənimsəmişdir. Cavabdeh tərəf dələduzluq niyyətlərinin qanuni müstəvidə cinayət xarakterli əməli kimi tövsüf olunmaması üçün Bakı şəhəri, 11 sayli notariat kontorunun rəisi İlqar Məmmədovun iştirakı ilə onu aldadaraq xx.xx.2022-ci il tarixində Bakı şəhəri, 11 saylı notariat kontorunda tapşırıq müqaviləsi adında sənədə imza etdirib, vədinə əməl etdirmək məqsədilə 60.550 (altmış min beş yüz ǝlli) manat pulunu mənimsəmişdir. Həmin vaxt notariat kontoru ümumilikdə xidmət haqqı olaraq 400 ABŞ dolları vəsait alaraq dövlət rüsumu adı ilə onun saf niyyətindən sui istifadə etmişlər. Qısa müddət sonra sənədinin hazır olduğunu va əlavə 10.000 manat vəsaitin gərəkli olduğunu qeyd edərək 2022-ci ilin fevral ayında 10.000 (on min manat) vəsaiti Yasamal rayon ərazisində yerləşən Nəlbəki restoranında ondan alaraq mənimsəmiş, vədinə tam şəkildə əməl etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-1706/2023) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən aidiyyət qaydalarına əməl edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizədə iddiaçının tələbi, öz tələblərini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb göstərilməlidir. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (151.1, 149.2.3, 152.1.1). Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb ifadə edilməli, iddiaçının öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın cavabdeh tərəfindən icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. Hazırkı iş üzrə iddiaçı iş üzrə Bakı şəhəri 11 saylı notariat ofisini cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız birinci Cavabdeh2 qarşı yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı bundan əvvəl aidiyyət qaydalarına düzgün əməl etməklə eyni tələblə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, lakin tərəflər gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6353/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6353/2023
01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver