Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6355/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(001)-2569/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə giriş-çıxış üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə müstəqil surətdə giriş-çıxışının təmin edilməsi üçün həmin həyətin evinə bitişik torpaq sahəsindən ona müvafiq yol ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)- 2569/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış evinə giriş-çıxış üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2569/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(001)-2569/2023 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)- 2569/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2569/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(001)- 2569/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət, həmin məhkəmənin 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, müddətin bərpası barədə ərizədə də qeyd etdiyi kimi qətnaməni rəsmi olaraq aldıqdan sonra səhhətində yaranmış yataq xəstəliyi ilə əlaqədar və qanundan xəbərsiz olduğundan üzrülü səbəblərdən qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verə bilməmiş və qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Səhhətində yaranmış və davam edən ciddi problemləri nəzərə almalı olan (bu səbəbdən həkim nəzarətindən ayrılıb vaxtında apellyasiya şikayəti verə bilməmişdir) məhkəmə prossesual müddəti bərpa etməli olduğu halda müddəti bərpa etməmişdir. Prossesual müddətin bərpası barədə ərizə düzgün olaraq prossesual hərəkətlərin edilməli olduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Prossesual müddətin bərpası barədə ərizə ilə yanaşı apellyasiya şikayəti və dövlət rüsumu da məhkəməyə təqdim edilmişdir. Qanunvericilikdən irəli gələn hüququndan istifadə edib hazırkı qərardaddan şikayət verir. Məhkəmə xəstəliyini (hətta məhkəmə prosesində iştirak etdiyi vaxt xəstə idi) nəzərə almayaraq qulluq mövqeyindən istifadə edib əsassız səbəbdən buraxılmış prossesual müddəti bərpa etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə qanunla qorunan mənafeyini nəzərə almalı, müddətin buraxılmasını üzürlü hesab etməli və qərardad qəbul etməklə apellyasiya şikayətimi mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməli idi. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2569/2023 saylı qətnaməsi 07 iyul 2023-cü il tarixdə İddiaçı rəsmi qaydada (məhkəmə qəbzinə imza olunmaqla) təqdim edilmiş, apellyasiya şikayəti isə 22 avqust 2023-cü il tarixdə (1 aydan çox müddət keçməklə) verilmişdir. İddiaçı müddəti ötürməyini “yataq xəstəliyi ilə və qanundan xəbərsiz olması” ilə əsaslandırsa da qeyd olunan xəstəliyini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin mübahisələndirilən qətnamənin sonunda qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilməsi qaydası izah edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddətin ötürülməsi ilə bağlı cavabdehin verdiyi ərizədə göstərdiyi səbəblər üzrlü hesab edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq qeyd etmişdir ki, qətnamə iddiaçının qeydiyyat ünvanına göndərilmiş, həmin ünvanda iddiaçı yaşamadığı üçün onun məlumatı olmamışdır. Kollegiya iddiaçının nümayəndəsi və vəkili Nümayəndə dəlilini əsassız hesab edərək qeyd edir ki, İddiaçı qətnaməni poçt ünvanı üzrə deyil, rəsmi qaydada (məhkəmə qəbzinə imza olunmaqla) almışdır. Qeyd olunalara əsasən məhkəmə kollegiyası müddətin bərpa edilməsi ilə bağlı ərizənin təmin edilməməsi üzrə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamənin cavabdehə rəsmi qaydada verildiyi gündən bir aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verildiyindən, müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsinə dair göstərilmiş əsaslar mötəbər sübutlarla öz təsdiqini tapmadığından, müddətin bərpa edilməsinə dair ərizədə qeyd edilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü səbəblər hesab edilmədiyi üçün düzgün olaraq ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur.Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(001)-2569/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6355/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6355/2023
11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver