Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6363/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-4570/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)- 4570/2019 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1944/2020 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-4570/2020 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Binəqədi Rayon Məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş, ərizə təmin edilərək şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib,iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytardıqdan sonra cavabdeh yalnız buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinə apellyasiya şikayətini əlavə etməmişdir. Halbuki, MPM-in 133-cü maddəsi müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlərin (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) edilməli olmasını tənzimləyir. Əks halda, müddətin bərpasına dair ərizəyə baxıla bilməz. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1944/2020 saylı qərardadı ilə əvvəlki apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsinin əsaslarından biri də, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması ilə bağlı olmuşdur. Bu səbəbdən də, müddətin bərpasına dair ərizəyə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş yeni apellyasiya şikayəti əlavə olunmalı idi. İşdə əvvəlki (qaytarılmış) apellyasiya şikayətinin surətinin qalması isə pozuntunu aradan qaldırmır. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, əsassız olaraq müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki,apellyasiya qeyri-mümkün hesab edilməli,mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-4570/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6363/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6363/2020
24.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver