Məhkəmə qərarları › İş №2(103)-6366/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6366/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6366/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-yə; iddiaçılar Cavabdeh2 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X12 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nüma nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddialar üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-512/2025 saylı, 2 sentyabr 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakıları İşin halları

1. Milli Onkologiya Mərkəzinin məhkəməyə ünvanladıgı xx.xx.2024-cü il tariхli məktubdan görünür ki, xx.xx.2023-cü il tariхində “Prеmium Slinik” klinikasında хəstə G.Хəlilovaya “Düz bagırsagın aşagı ön rеzеksiyası. Хоlеdохоdоtоmiya. Хоlеdохun drеna еdilməsi” əməliyyatı aparılmışdır. Səhhətinin agırlaşması ilə əlaqədar о “Avrasiya” Klinikasına köçürülüş, xx.xx.2023-cü il tariхdə həmin klinikada vəfat еtmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən (Pasiyеntlərin hüquqları) təхirəsalınmaz tibb yardım göstərilməsi halları istisna оlmaqla хəstənin öz razılıgı ilə həkimi, о cümlədən müalicə həkimini və müalicə prоfilaktika müəssisəsini sеçmək hüququ vardır. Göründüyü kimi хəstə G.Хəlilоva və yaхın qоhumları N.Əsgərоvun təcrübəli və pеşəkar оnkоlоq cərrah оldugunu nəzərə alaraq qеyd оlunan əməliyyatın şəхsən оnun tərəfindən və Milli Onkologiya Mərkəzində dеyil, məhz «Prеmium Slinik» klinikasında aparılmasını хahiş еtmişlər. İddia ərizəsində qоyulan tələblər Milli Onkologiya Mərkəzinin maraqlarına tохunmur.

2. Cavabdeh3in dirеktоrunun təsdiq еtdiyi xx.xx.2023-cü il tariхli və xx.xx.2023-cü il tariхli sənədlərdə Хəlilоva Gülnarənin оğlu tərəfindən 5000 manat və 4500 manat məbləğinin götürülməsi qеyd еdilmişdir.

3. Azərbaycan Rеspublikasının Səhiyyə Nazirliyinin iddiaçıya ünvanladıgı xx.xx.2024cü il tariхli cavab məktubundan görünür ki, iddiaçının həkim cərrahı Cavabdeh2 şikayəti ilə bağlı Cavabdeh1 rəsmi internet saytına daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Cavabdeh3 özəl tibb müəssisəsinin həkim ümumi-cərrahı Cavabdeh2 tərəfindən anası Gülnarə Xəlilovaya icra etdiyi cərrahi əməliyyat və aparılmış müalicə nəticəsində baş vermiş ölüm faktına əsasən həkim və adıçəkilən tibb müəssisəsində araşdırma aparılmışdır. Yoxlama nəticəsində aşkar olunmuş inzibati xəta tərkibi yaradan məcburi tələblərin pozulması faktlarına görə İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati tənbeh tədbiri (inzibati cərimə) görülmüşdür. Tibb işçilərinin məsuliyyətə cəlb olunması Cavabdeh1 səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət etmək hüququ vardır.

4. AH № 051177 saylı şəhadətnamədən görünür ki, həkim Cavabdeh2 xx.xx.2023-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

5. Təqdim еdilmiş əmək müqaviləsindən görünür ki, Cavabdeh2 “Prеmium Klinik” MMS-də əlavə iş оlaraq həkim cərrah kimi ayda 800 manat əmək haqqı ilə müddətsiz müqavilə baglanmışdır.

6. “Avrasiya Hоspital” klinikasının xx.xx.2024-cü il tariхli arayışından görünür ki, 1960cı il təvəllüdlü X7 həqiqətən “Düz bağırsağın orta yuxarı ampulyar şöbəsinin mənfəzi daxil olmayan törəməsi. Xoledoxolitiaz.” Diaqnozu ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh3 tibb müəssisəsindən “Avrasiya Hospital” klinikasına köçürülmüşdür. xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuşdur. Xəstə xx.xx.2023-cü il saat 17:15-də stasionarda vəfat etmişdir. Müalicə müddətində xəstə yaxınları tərəfindən klinikanın kassasına 12.586 manat vəsait ödənilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” PHŞ-nin 122/MEŞ saylı, xx.xx.2023-cü il tarixli meyitin ekspertizasının rəyinə görə X2 “Düz bağırsağın yuxarı ampulyar hissəsinin xərçəngi, xoledoxolitiaz və serebro-vaskulyar xəstəlik”dən əziyyət çəkmişdir. X5 ölümünün bilavasitə səbəbi serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızma olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 17:15-də “Avrasiya Hospital”da baş vermişdir. X5 meyitində məhkəmə-tibbi müayinə zamanı tibbi manipulyasiya və prosedurlar istisna olmaqla hər hansı bir xəsarət aşkar edilmədi. X5 meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” PHŞ-nin KEŞ-234 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə götə, Gülnarə Xəlilova xx.xx.2023-cü il tarixdə “Premium” Klinikasına müraciət etmişdir. Daha əvvəl aparılmış MRT, kolonoskopiya və biopsiya müayinələrinin nəticələrinə, həmçinin xəstənin kliniki və obyektiv müayinəsinə əsasən, ona “Düz bağırsağın arxa yuxarı ampulyar hissəsində mənfəzi daraldan, qanaxmaya meyilli adenokarsinoma; Xoledoxolitiaz” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Laparotomiya; Düz bağırsağın aşağı ön rezeksiyası xoledoxolitotomiya, xoledoxostomiya (Vişnevski) üsulu ilə qarın boşluğunun drenaj olunması” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyatdan sonra xəstə nəzarətdə saxlanılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə xəstənin müayinəsi zamanı qarının qıcıqlanma simptomunun müsbət olması və qarın boşluğunda olan drenajlardan ödülü möhtəviyyatın xaric olmasını nəzərə alaraq “Reaktiv öd peritoniti” diaqnozu təyin edilmişdir. Bu səbəbdən tibbi göstərişlə “Relaparotomiya, qarın boşluğunun sanasiyası və drenaj olunması” cərrahiyyə əməliyyatı aparılmışdır. Adekvat simptomatik müalicələr təyinat üzrə davam etdirilmiş, lakin xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyətində yenidən ağırlaşma qeyd edilmişdir. Müayinə zamanı peritonun qıcıqlanma simptomu müsbət olmuş və qarın boşluğunda olan drenajlardan bağırsaq möhtəviyyatı xaric olmuşdur. Rektal baxışda anastomozun sağ tərəfində defekt aşkar edilmişdir. Bununla əlaqədar “Re-relaparotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti orta ağır və ağır olaraq qalmış, xx.xx.2023-cü il tarixdən ekstubasiya edilmədən reanimasiya şöbəsində saxlanılmış və xx.xx.2023-cü il tarixdə qohumlarının təkidi ilə süni tənəffüs aparatında “Avrasiya Hospital”a köçürülmüşdür. Gülnarə Xəlilova xx.xx.2023-cü il tarixdə “Avrasiya Hospital”ın reanimasiya şöbəsinə daxil olmuş və aparılmış tibbi yardımlara baxmayaraq, xx.xx.2023-cü il tarixdə, saat 17:30-da xəstədə bioloji ölüm faktı qeydə alınmışdır. Gülnarə Xəlilovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatlarından əvvəl ona müvafiq müayinələr aparılmışdır. Gülnarə Xəlilovaya aparılmış kliniki, laborator, instrumental və histoloji müayinələrə əsasən, ona təyin edilmiş “Düz bağırsağın arxa yuxarı ampulyar hissəsində mənfəzi daraldan, qanaxmaya meyilli adenokarsinoma; Xoledoxolitiaz” diaqnozu düzgün olmuşdur. Gülnarə Xəlilovanın üzərində “Laparotomiya; Düz bağırsağın aşağı ön rezeksiyası xoledoxolitotomiya, xoledoxostomiya (Vişnevski) üsulu ilə qarın boşluğunun drenaj olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyata əks göstəriş olmamış, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Gülnarə Xəlilova “Premium” Klinikasında stasionar müalicədə olduğu müddətdə və icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonra onda xx.xx.2023-cü il tarixdə “Reaktiv öd peritoniti” qeyd edilmişdir. Bu patoloji vəziyyət öd axarının dislokasiyası (yerinin dəyişməsi) ilə əlaqədar olmuş, əlavə fiksasiya aparılmış və hermetiklik yoxlanılmışdır. Daha sonra, xəstənin vəziyyəti xx.xx.2023-cü il tarixdə qoyulmuş anastomoz defekti ilə ağırlaşmışdır. Təkrar cərrahiyyə əməliyyatı zamanı transverzostoma qoyulmuş və qarın boşluğu yuyulmuşdur. Gülnarə Xəlilovanın üzərində aparılmış ilkin cərrahiyyə əməliyyatından sonra vəziyyətin ağırlaşması orqanizmin kompensator funksiyalarının pozulması ilə əlaqədar olmuşdur. Gülnarə Xəlilovanın düçar olduğu onkoloji xəstəliyin gedişi, yaş və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bəzi hallarda gözlənilən əməliyyat ağırlaşmaları adekvat müalicəyə tabe olmaya bilər. Gülnarə Xəlilovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb “serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızma”nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Gülnarə Xəlilovaya “Premium” Klinikasında aparılmış müayinələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları, həmçinin əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlər təyin edilmiş diaqnoza uyğun olmuşdur. Gülnarə Xəlilovanın üzərində “Premium” Klinikasında icra edilmiş hər üç cərrahiyyə əməliyyatı tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Gülnarə Xəlilovanın üzərində aparılmış əməliyyatlar və əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlər səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Gülnarə Xəlilovanın adına “Premium” Klinikasında və “Avrasiya Hospital”da açılmış xəstəlik tarixləri düzgün tərtib edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” PHŞ tərəfindən verilmiş KEŞ-218 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində G.Хəlilovanın ölümünün səbəbi kimi serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızmaların olduğu qeyd edilmiş, aparılmış cərrahiyyə əməliyyatı ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilmişdir.

10. “Tibb Müəssisələrinin Akkreditasiyası və X14” PHŞ tərəfindən verilmiş 3-28-35/2- 38/2026 nömrəli 6 fevral 2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyətli tibbi xidmət gösterən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə aparılır. Tibb müəssisələrinin akkreditasiyası hər 5 (beş) ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə verilir. Azərbaycan Respublikası Prezidentinin 62 nömrəli, 15 may 2024-cü il tarixli Fərmanına əsasən Tibb Müəssisələrinin Akkreditasiyası və X14 X25 yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 oktyabr tarixli 456 nömrəli Qərarı ilə “Tibb Müəssisələrinin Akkreditasiyası və X14” X25n nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq əhaliyə tibbi xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasını həyata keçirmək Mərkəzin fəaliyyətin istiqamətinə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”na dəyişikliklərin edilməsi ilə bağlı işlər görüldüyündən Mərkəz tərəfindən müvəqqəti olaraq tibb müəssisələrinin akkreditasiyası həyata keçirilmir. Əlavə olaraq bildirilmişdir ki, Mərkəz tərəfindən Cavabdeh3 MMC-də akkreditasiya həyata keçirilmədiyindən, akkreditasiyadan keçibkeçməməsi ilə bağlı hər hansı bir qərar mövcud deyildir.

Birinci instansiya məhkəməsində icraat

11. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlərdən müştərək qaydada maddi zərərə görə 25.500 manat, mənəvi zərərə görə 100.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İlkin iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə o, atası və anası Milli Onkologiya Mərkəzinin şöbə müdiri, cərrah-onkoloq Cavabdeh2 qəbulunda olmuşlar. Cavabdeh2 anasının kolonoskopik və biopsi sənədinə baxaraq biopsidə nəticənin yüngül yazıldığını, lakin nəticənin daha ağır olduğunu bildirmişdir. Əlavə olaraq özü də əli ilə anasını müayinə etmişdir. Sonrasında anasının Həyat klinikasında MRT olunmasını istəmişdir. Həmin gün Həyat klinikasında MRT çəkdirmişlər. xx.xx.2023-cü ildə yenidən Niyazi həkimlə görüşmüşlər və MRT nəticəsini təqdim etmişlər. Niyazi həkim MRT cavablarına baxıb, əlavə olaraq xoledoxda 3 ədəd daşın da olduğunu bildirmiş və əlavə pul qarşılığında əməliyyat etmişkən həmin daşları da götürəcəyini demişdir. Əməliyyatda hansı proseslərin olacağını, həyat təhlükəsinin olub-olmadığını soruşmuşlar, o, isə heç bir həyati təhlükəsi olmayacağını, proseslərin əməliyyat zamanı xəstənin qarın boşluğu açıldıqdan sonra müəyyən ediləcəyini bildirmişdir. İlk yol anus ləğv oluna bilər, yəni ki, bağırsaq ömürlük qarın boşluğundan çölə çıxarılır. İkinci yol bağırsaq qarın boşluğundan çölə çıxarılır, aşağıda qalan hissə müvəqqəti olaraq bağlanır, 3-4 aydan sonra yenidən bərpa olunur. Üçüncü yol isə çanaq hissəyə əl girərsə, bağırsağı üstdən də tikə bilərsə anastomoz qoyub çıxacağını bildirmişdir. Ümumi 4500 manata əməliyyat məbləği danışılmış, lakin Niyazi həkim əməliyyatı Milli Onkologiya mərkəzində deyil, Premium Klinikasında edəcəyini demişdir. xx.xx.2023-cü ildə Premium Klinikasında ilk əməliyyat baş tutmuşdur. Əməliyyatı cərrah Cavabdeh2, cərrah köməkçisi Vüsal Abbasov və anestezoloq Mürsəl Cəfərov etmişdir. Əməliyyat bitdikdən sonra Niyazi həkim əməliyyatın uğurlu keçdiyini, anastomoz qoyduğunu, 3-5 gün ərzində anastomozda problem yaranmazsa 1 həftə sonra xəstənin evə buraxılacağını demişdir. 7-ci gün tamamında evə buraxıla biləcəyini, ancaq 3 gündə nəzarət altında qalarsa daha yaxşı olacağını bildirmişdir. Niyazi həkimin qərarı ilə 3 günlük əlavə ödənişi etmişlər. 9-cu günün axşamı anasının yanına gedərkən, anası səsli mesajla bildirmişdir ki, həkim məsləhəti ilə gavalı aktiviyasının yaxşı olacağı deyilmişdir. Aktiviyanı alıb, anasına vermiş və anasından vəziyyətinin necə olduğunu soruşmuşdur. Anası qarın boşluğunda biraz ağrı olduğunu, ancaq bir dənə dərman (dufalak) verildiyini, həkimin ondan ola biləcəyini dediyini demişdir. Anası hələ də böyük bayıra çıxmamış, baxmayaraq ki, əməliyyatın ikinci günündən normal qidalar (sup, kaşa, yoqurt, alma və s.) qəbul etməyə başlamışdır. 10-cu günü, yəni xx.xx.2023-cü ildə hər gün olduğu kimi anası ilə zəng əlaqəsi yaratmağa çalışmış, ancaq zənglərinə cavab verməmişdir. Bundan narahat qalaraq, Premium Klinikasının qaynar xətti ilə zəng əlaqəsi yaradıb, anasının vəziyyəti ilə maraqlanmışdır. Onlar bildirmişlər ki, anası dünən axşamdan-səhərə kimi qaytarmış, hazırda ağrıkəsici vurularaq yatızdırılmışdır. Dərhal atası ilə əlaqə saxlayıb, həmin məlumatı ona bildirmiş, xəstəxanaya getməsini istəmişdir. Atası ona anasının yanında yatan xəstənin həyat yoldaşı olan Nəriman adlı şəxsdən aldığı məlumatları bildirmişdir. Belə ki, anası səhərədək qaytarmış, dərmanı qaytardığını fikirləşib bir daha dərman verilmişdir. Ona verilən məlumata görə həmin gün Anar həkim və Xəyalə tibb bacısı növbətçi həkimlər olmuşlar. Bacısı palataya anasının yanına qalxıb, vəziyyətinin ağır olduğunu hətta dəfələrlə yanında qaytardığını, qaytaran zaman qatı tünd qəhvəyi rəngdə kiçik maye qayıtdığını görmüşdür. Bacısı anasından necə olduğunu soruşduqda isə sol tərəf qarın boşluğunda şiddətli ağrısı olduğunu və ürəyi bulandığını demişdir. Bacısı həkimin gəlməsini tələb etmişdir. Palatadan çölə çıxdıqda Vüsal Abbasov ilə qarşılaşmış, bacısı cərrah köməkçisindən niyə anasının bu vəziyyətə düşdüyünü soruşduqda isə o hər şeyin normal olduğunu, saat 15:00-16:00 arası Niyazi həkimin gələcəyini demişdir. Həmin danışıq zamanı tibb bacısı içəri anasının yanına daxil olaraq birbaşa venaya iynə vurmuşdur. Çölə çıxdıqda həmin iynənin nə üçün olduğunu soruşduqda iynənin ağrıkəsici olduğuna, tərkibinin 3 qarışıq hissədən (dimidrol, analgin, serukal) ibarət olmasını bildirmişlər. 15:00-da Niyazi həkimin hələ də gəlmədiyini görüb, onunla dəfələrlə zəng əlaqəsi yaratmağa çalışsa da, o, zənglərə cavab verməmişdir. Saat 19:00 radələrində Niyazi həkim klinikaya çatmışdır. Atası onu qarşıladıqda Niyazi həkim qaytarmasından xəbərsiz olduğunu bildirmiş və müayinə etmək üçün palataya getmişdir. Həmin vaxtda palatada Niyazi, Vüsal, anası və anasının yanında yatan xəstə olmuşdur. Klinikaya çatıb palatanın qarşısında Niyazi həkimin çıxmağını gözləmişdir. Niyazi həkim palatadan çıxdıqdan sonra dərhal təcili əməliyyat qərarı vermiş, səbəbini soruşduqda isə əvvəlki günlərdə qarın boşluğundan çıxartdıqları drenajı yenidən salıb oradan axan mayeyə əsasən bağırsaqda hər hansı problemin ola biləcəyini demişdir. O isə bildirmişdir ki, hər hansı problemin olmağını indiyədək KT aparatı ilə yoxlanılması aparılmamışdır. Saat 21:00 radələrində ikinci əməliyyat baş tutmuş, 21:40-da əməliyyat bitmişdir. Niyazi həkim əməliyyat zamanı bağırsağı əli ilə və su ilə yoxladığını, hər hansı sızmanın baş vermədiyini bildirmiş, problemin xoledoxun alt hissəsində yaranan öddən əmələ gəlmiş kistanın bütün qarın boşluğuna axması nəticədə peritonit olduğunu və bütün qarın boşluğu yuyularaq təmizləndiyi, heç bir problemin qalmadığını, 1 saat sonra xəstəni palatada görə biləcəklərini bildirmişdir. 1 saat keçdikdən sonra Niyazi həkim onları adı reanimasiya olan, lakin reanimasiyada lazım olan avadanlıqların olmadığı otağa çağırmış, vəziyyətin çox ağır olduğunu bildirmiş, səhərə kimi burada nəzarət altında qalacağını demişdir. Hermodinamikası stabil deyil və sidik vermirdi. Saat 03:00-04:00 radələrində Niyazi həkim klinikanı tərk edib, səhər qayıdacağını bildirmişdir. Hər yarım saatdan bir qalxıb vəziyyəti maraqlanmışlar. Mürsəl həkim irəliləyişin olmadığını, hələ də sidik vermədiyini bildirirmişdir. Səhər olduğu zaman yenidən soruşduqda öd peritonitinin olduğunu, intoksikasiya (ciddi zəhərlənmə) prosesinin baş verdiyini, bu səbəbdən septiki şoka girdiyini demişdir. Reanimasiyaya girdikdə təzyiqin 80/53-ə olduğunu görmüş, qızdırmanın 41.9 C olduğunu bildirirmişlər. Niyazi həkim gəldikdən sonra əməliyyata gec götürülmə səbəbini Vüsal həkimin xəstənin vəziyyətinin düzgün dəyərləndirmədiyindən, buna görə gecikdirildiyini bildirmişdir. Hər kəs səhvi Vüsal həkimdə görsə də, Vüsal Niyazinin də ən az onun qədər səhvi var deyirdi. 15:00 radələrində sidiyin damcı ilə başladığını qeyd etdilər. Dərman ehtiyaclarının böyük hissəsinin apteklərdən almağını tələb etdilər. 2-3 gün ərzində süni tənəffüs aparatından keçirilmiş və anasının vəziyyəti yavaş-yavaş da olsa düzəlməyə başlamış, lakin 6-7 ədəd drenajdan heç biri çıxarılmamış və drenajlardan maye gəlirdi. Səbəbini soruşduqda Niyazi həkim hər şeyin normal olduğunu bildirirmiş, buna baxmayaraq Vüsal həkim hər gün qarın boşluğu yuyurdu. Hər gün qarın boşluğunun yuyulması o həddə gətirib çatmışdır ki, günə 200ml 20%-lik albumin 12 saatdan bir və kali köçürülürdü. Bu proseslər zamanı Niyazi həkim çox az əlçatan idi. Gündə bir dəfə qısa müddətli gəlib-gedirdi. Digər reanimatoloq Mürsəl həkimin səhlənkarlığı əslində anasının yanında olması məcburiyyətində olduğu zamanlarda klinikanın çölündə qarşısına çıxması, hətta anasına köçürülməli olan qanın gecikdiyini belə xatırladan zaman, “A doğrudan təmiz yadımızdan çıxıb, yaxşı yadıma saldın” kimi ifadələr işlədirdi. Bir neçə gün keçdikdən sonra anasının vəziyyətində yavaş-yavaş irəliləyişlər olsa da, sağ tərəfində qıc olmalar yaranmışdır. Qıc olmalara görə, tərəfindən İstanbul NS klinikasından nervopatoloq Vüqar həkimi müayinəyə çağırmışdır. Müalicələr davam etdikcə, mədədən qidalar başlanıldı ötürülməyə, lakin bəziləri qusma ilə nəticələnirdi. Mürsəl həkim peristaltikanın olmadığını, intoksikasiya prosesinin hələ də davam etdiyini qeyd edirdi. xx.xx.2023-cü ildə səhəri Vüsal həkim onlara drenajdan 300-400 ml qoxulu köhnəlmiş laxta qanın gəldiyini və Niyazi həkimin bundan xəbərdar olduğunu bildirmişdir. Mürsəl həkimdən soruşduqda o da bu məlumatı təsdiqləmiş, eyni zamanda həmin mayedə nəcisin də aşkar olduğunu, axrıncı dəfə zontdan ötürdükləri dovğanın elementlərini gördüyünü demişdir. Bu zamana kimi hələ də peristaltikanın olmadığını və bağırsağın normal işləmədiyini əlavə etmişdir. Niyazi həkimə dəfələrlə zəng etməyinə baxmayaraq, “yoldayam gəlirəm” ifadələri eşitdi. Saat 21:00-da Niyazi həkim klinikaya gəlmiş, anasını müayinə etdikdən sonra anastomozda deşik olduğunu qeyd etmiş, özü bitişə biləcəyini, əgər 1-2 günə bitişməzsə yenidən əməliyyata götürüləcəyini bildirmişdir. Bəs indi niyə əməliyyata götürülmədiyini soruşduqda hermodinamikasının stabil olmadığını qeyd etmiş, lakin o getdikdən sonra reanimatoloq hermodinamikasının stabil olduğunu, təzyiqi və saturasiyasını dərmansız saxladığını bildirmişdir. Anasının son 3 günü huşu özündə idi, onu, bacısını və qardaşını görüşə çağırıb, danışmışdır. Niyazi həkim yenidən saat 00:00-da qayıtdıqda reanimatoloqla onu üzləşdirdikdən sonra əməliyyatın cərrahi riskli olduğunu boynuna almış, qarın boşluğunu yuyub, getmişdir. Artıq Niyazi həkimin davranışlarının qeyri-müəyyənliyi onda anasını ölümə tərk edə biləcəyi şübhəsi yaratmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə X3 ümumi-cərrah Musa Sarıyevi dəvət etmiş, anasını müayinə etdikdən sonra hermodinamikasının stabil olduğunu və vaxt itirmədən əməliyyata götürülməsini təkid etmişdir. 2-ci əməliyyat zamanı stomanı çıxarılması lazım olduğunu əlavə etmişdir. Niyazi, Musa və Vüsal həkim arasında keçən konsultasiya nəticəsində Niyazi həkim 3-cü əməliyyat qərarı vermiş və Musa həkimi əməliyyata dəvət etmiş, lakin əməliyyatı özü edəcəyini bildirmişdir. Saat 13:00-da 3-cü əməliyyat baş tutmuşdur. Əməliyyat bitdikdən sonra Niyazi həkim bağırsağın soldan stoma çıxarıldığını, qalan hissəsinin bağlanıb içəri qoyulduğunu, qarın boşluğunun yuyulub, təmizləndiyini bildirmişdir. Anasının vəziyyətini soruşduqda isə, hermodinamikasının normal olduğunu, lakin hələki, tənəffüs aparatına qoşulu olmasını, irəlidəki 12 saatın önəmli olduğunu bildirmişdir. Reanimasiyada çaxnaşmalar baş verirdi. Porterlərin, qan qazı aparatının və s. olmaması tibb bacıları tərəfindən dilə gətirilirdi. Anasının bədəninin hər yerində ödem aşkarlanmışdır. Hər gün prozerin vurulmasına baxmayaraq, böyük bayıra çıxa bilmirdi, peristaltika çox zəif idi, mədəyə göndərilən bütün məhlullar burundakı zont vasitəsi ilə geri qayıdırdı. Durmadan qarın boşluğunun yuyulması nəticəsində kali dəyəri 1.1-ə kimi enmişdi. Albumin artıq günə 300 ml 20% 8 saatdan bir köçürülürdü. Reanimatoloqların vəziyyətin günü gündən ağırlaşmağının səbəbinin qarın boşluğunda problemin hələ də qaldığının, intoksikasiya prosesinin hələ də davam etdiyini, cərrahi fonda yaranmış problemlərin aşkar olduğunu bildirirdilər, lakin Niyazi həkim qarın boşluğunda problemin olmamasını əminliklə vurğulayırdı. Qatı ödün zontdan qayıtmasının və ya 15 gündür drenajlardan hələ də mayələrin gəlməsini normal olduğunu deyirdi. Vüsal həkimə günahının olduğunu, vicdanı sızlayırsa kömək etməsini diləyəndə, “Hamı günahkar məni görür, amma məndən çox Niyazi həkim günahkardır” cümləsini qurmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Niyazi həkimi hər gördüyündə lazımdırsa buraya başqa həkimlərin cəlb olunması və ya daha yaxşı reanimasiya şəraitinə anasının köçürülməsini təklif etsə də, o, burada hər bir şəraitin olduğunu, anasına yaxşı baxıldığını bildirirdi. Niyazi həkimə inam qalmadığından, Bakı Medikal Plaza, X16 və Avrasiya Hospitalından reanimasiya şöbə müdirləri ilə əlaqəyə keçərək son vəziyyəti dəyərləndirmələrini, əgər mümkündürsə klinikada gəlib, yerində baxış keçirmələrini xahiş etmişdir. Gələn hər bir reanimatoloq buranın reanimasiyasının şəraitinin olmadığını, burada qaldığı hər gün xəstənin vəziyyətinin daha da ağırlaşacağını bildirmişdir. Problemin qaynağını soruşduqda isə, cərrahi fonda olduğunu və qarın boşluğundakı problem həll olmazsa, anasının ayağa qalxmayacağını demişdilər. 19 noyabr bu məsələlərlə bağlı Niyazi həkimlə keçən gərgin danışıqlardan sonra anasının reanimasiyası daha yaxşı vəziyyətdə olan klinikaya köçürülməli olduğunu boynuna almışdır. Premium klinikasının direktoru Mübariz bəyin Avrasiya Hospitalın direktoru Pərviz bəylə əlaqəyə keçdiyini bildirmiş, özü də cərrahi prosesləri orada edəcəyini, bütün xərclərin Premium klinikası tərəfindən ödənəcəyini vəd etmişdir. xx.xx.2023-cü il tarixədək günə 300-700 manat arası dərman alırdı. Axşam saatlarında klinikalar arası transfer baş tutmuş və anasını Avrasiya Hospitalının reanimasiyasına yerləşdirilmişdir. İlk olaraq baş, döş qəfəsi, qarın boşluğu KT olunmuş, təhvil alan tibb bacısı tərəfindən anasına baxış keçirildikdən sonra anasının çox ciddi yataq yaralarının olmasını bildirmiş və tibb bacısında mövcud olan çəkdiyi şəkilləri ona göstərmişdir. Avrasiya Hospitalında olduğu zaman kassada ondan depozit verməyi tələb olunmuşdur. Pul məsələsinin Premium klinikası tərəfindən qarşılandığını və direktor Pərviz bəyin məlumatı olduğunu bildirmişdir. 20 noyabr Avrasiya Hospitalın reanimasiya şöbə müdiri Vüsal həkimlə görüşmiş və ona anasının vəziyyətinin çox ağır olduğunu, düzgün baxılmadığını və gecikdirildiyini bildirilmişdir. Vüsal həkimin yanından ayrıldıqdan sonra Premium Klinikasının kassasından onunla əlaqə saxlanılmış və gəlib 5000 manat götürüb ödəməyini bildirdilər. Pulu götürüb Avrasiya Hospitala ödəmişdir. 5 gün keçdikdən sonra yenidən depozit etməyi istənildikdə Premium Klinikası ilə əlaqə yaratmaqlarını istədi. Əlaqə yaradıb geri dönüş etdiklərində Premium Klinikasının ödəniş etməkdən boyun qaçırdığını, depoziti onun etməli olduğunu bildirdilər və o, 3000 manat ödəniş etmişdir. Bundan sonra Niyazi həkim və Mübariz bəyə sms yazaraq maddi vəziyyətinin olmaması səbəbindən sosial şəbəkə vasitəsi ilə dostlarından yardım istədiyini bildirmiş, lakin cavab verilməmişdir. 27 noyabrda yenidən 3000 manat ödəniş etmişdir. Həmin vaxtda Vüsal həkimlə görüşdüyü zaman bildirilmişdir ki, anasının gəldiyi ilk 3 gündə mədəyə ötürdüyü müalicəvi dərmanlar geri qayıdıb, peristilaktika yoxdur, buna görə prazerin vurulub, 1 gün stoma işləyib, sonraki günlər isə zontdan qatı öd və ötürülən dərmanlar geri qayıdıb. İntaksikasiya prosesinin hələ də davam etdiyini, qarın boşluğunda cərrahi problemin hələ də mövcud olduğunu qeyd etmişdir. 27 noyabr xalası oğlu Tərlan ilə Pərviz bəyin otağına çağırılmışdır. Baş həkim Azər, Niyazi həkim və reanimatoloq Vüsal orada idi. Pərviz bəy ona anasının 1% yaşama ehtimalı olduğunu, hazırda DUS-da olduğunu bildirmişdir. Vüsal həkim anasının septik şokda olduğunu, əvvəlcədən ona qarın boşluğunda problem olduğu bildirilsəydi başqa müalicə növünü seçəcəyini bildirmiş, çünki son 3 gündür mədəyə göndərilən dərmanlar mənimsənmir, zont vasitəsilə geri qayıdır, drenajlardan hələ də maye axır. Digər tərəfdən Niyazi həkim qarın boşluğunda problem yoxdur deyərək ötürülən hər maddənin bağırsaqlar tərəfindən mənimsəndiyini bildirmişdir. Yenidən ondan 4500 manat depozit etməli olduğunu istədilər, lakin Pərviz bəy və Vüsal həkimin təkidi ilə Premium klinikasından həmin məbləği alıb Avrasiya Hospitala köçürtmüşdür. 16:00-da reanimasiyaya çağırıb anasının vəfat etdiyini dedilər. Saturasiyası 33 idi, lakin bunun dopomin və adrenalinin təsiri altında qaldığını dedilər. Anası ilə son görüş üçün içəri buraxdılar. Niyazi və Dünyamir həkim ilk öncə bağırsağı, sonra isə drenajlardan qarın boşluğunu yuduqlarının şahidi olmuşdur. Niyə yuyursunuz deyə soruşduqda ondan çölə çıxmağını xahiş etdilər. Artıq dərmanların təsiri bitdi, saturasiya 20-dən aşağı düşdü. Reanimatoloq Leyla həkim tərəfindən Niyazi həkimə “Ay həkim neyniyirsiz” ifadəsi işlədilərək onu itələdi və ürək masajına başlanıldı və ondan çölə çıxmağını xahiş etdi. İlk əməliyyat daxil olmaqla heç bir əməliyyatda anasının həyati təhlükəsinin yaranması ilə bağlı yarana biləcək hər hansı sənədə heç bir birinci dərəcəli ailə üzvündən imza istənilməmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Premium klinikasını tərk etməmişdir. Anasına seçilən müalicə növlərində səhlənkarlıqlar və səhvlər, müayinələrdə isə əksikliklər müşaiyyət etmişdir. Olduğu müddət ərzində, gecə növbəsi həkimlərin işlərinə etimadsız yanaşmasını qeyd etmişdir. Gecədən səhərə işləməli olan həkimin, səhərə yaxın gəldiyini və ya səhər olmadan klinikanı tərk etməsi palatada yatan xəstələrin həyatını riskə atmaq deməkdir. İkinci əməliyyatda gecikdirilmə olduğunu, Vüsal həkimin düzgün dəyərləndirmə vermədiyini qeyd etsə də, o günə kimi KT müayinəsinin ortada olmadığı da əlavə sualdır. Əgər bağırsaq yoxlanılmışdırsa 18 gün sonrasında niyə anastomozda deşik əmələ gəlib? Üçüncü əməliyyatda xəbər verildikdən 9 saat gec gəlməyinə baxmayaraq hələ də sabaha əməliyyat qərarını fikirləşəcəyini deməsi əlavə suallar doğurur. Bütün bu proseslər Cavabdeh2, Vüsal Abbasov və Mürsəl Cəfərovun yaxından iştirakı ilə aparılmış, anasının ölümü onların səhlənkarlığı və düzgün prosedurlar yerinə yetirmədiklərindən aşkar görünür. 3 əməliyyatın və problemlərin aradan qaldırılmamasının nəticəsində anası X8 xx.xx.2023-cü ildə vəfat etmişdir. Son günə kimi reanimasiya həkimi Vüsalın rəyi ilə, peritonit hələ də var, drenajlardan hələ də öd və ya digər mayelər axır, mədəyə göndərilən məhlullar zont vasitəsi ilə geri qayıdır, yəni ki müalicəyə cavab vermir dedi. Bu travmalar nəticəsində hematoma aşkarlanmış və intaksikasiya prosesi qarın boşluğunda hələ də davam edirdi. Ümumiyyətlə anasına həkim müdaxiləsini iki yerə bölmək olar. İlkin tibbi müdaxilə və müalicə məhz cavabdehlər tərəfindən baş vermişdir. Maddi nemətlərə görə şəraitsiz klinika seçilib, fəsadlar barədə daha öncədən məlumat verilməmiş və nəticədə həkim səhlənkarlığı nəticəsində anası reanimasion ölüm halında olmuşdur. İkinci mərhələdə isə anası kliniki ölüm vəziyyətində Avrasiya Hospitalına köçürülməsidir. Təəssüf ki, ilkin mərhələdə edilən ciddi etinasızlıq, səhlənkarlıq nəticəsində anası septik şok vəziyyətində olmuş, bütün zəruri reanimasyon tədbirlərə baxmayaraq anasını geri qaytarmaq mümkün olmamışdır. İddiaçının anası özünün Konstitusiya ilə təsbit edilən və qorunan hüquqlarından istifadə edərək cavabdehlər tərəfindən göstərilən tibbi xidmətlərdən faydalanmış, ondan tibbi yardım almış, lakin sonuncunun yanlış müalicə metodlarından istifadəsi nəticəsində sağlamlığının ciddi surətdə pozulması ilə müşahidə edilən xəstəliklər almışdır. İddiaçı cavabdehlərə adi bir əməliyyatın həyata keçirilməsi üçün müraciət etmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, anası həkim səhlənkarlığı nəticəsində septik şoka düşmüş və həyatını itirmişdir. İddiaçı həyati təhlükəli şəkildə deyil, normal bir müalicə üçün müəssisəyə daxil olub, ciddi fəsdlarla ayrılması və ölməsi zamanı cavabdehliyi müəssisə üzərinə qoyur, bir şərtlə ki, həmin müəssisə fəsadların məhz onların xidməti nəticəsində əmələ gəlmədiyi sübuta yetirsinlər. Sadalanan hallar cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasını birmənalı təsdiq edir, iddiaçı da bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu, cavabdehdə isə zərərin əvəzinin ödənilməsini vəzifəsini yaradır.

13. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, irəli sürülmüş iddianı qanunsuz və əsassız hesab edir. Bеlə ki, xx.xx.2023-cü il tarixdə xəstə Xəlilova Gülnarə, həyat yoldaşı və oğlu İddiaçı оnun qəbulunda olmuş, оnlar kolonoskopik müayinənin və biopsiyanın nəticələrini göstərmişlər. О, xəstəyə baxış keçirmiş, MRT müayinəsini məsləhət görmüşdür. Həmin müayinələrin nəticələrinə əsasən düz bağırsaqda xərçəng şişi olduğu müəyyən edilmiş və cərrahi yolla müalicə oluması təyin edilmişdir. Eyni zamanda xəstənin öd yollarında konkrement (daş) olduğu və öd yollarının genişlənməsi aşkar edilmişdir. Anamnezə görə xəstə xolesistekomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı keçirmişdir. Protokollara əsasən düz bağırsağın cərrahi yolla müalicə olunmasını və sarılıq yaranmasının qarşısını almaq üçün daşın çıxarılmasını labüd bilmişlər. Onlara əməliyyatın icra olunacaq variantlarını izah etmiş və əməliyyatın Onkoloji Mərkəzdə koloproktoloq cərrahlar tərəfindən icra olunmasını məsləhət görülmüşdür, lakin onlar əməliyyatı оnun yerinə yetirməyini xahiş etmişlər. О isə bu halda əməliyyatın Premium klinikada keçiriləcəyini bildirmişdir. Оnunla razılaşmışlar, amma klinikaya gəlməmişlər. 5-6 gündən sonra yenə yanına gəlmişlər. О, sənədlərə baxmış və xəstənin ATU Onkoloji xəsətəxanasının laborotor nəticələrini görmüşdür. Bu vaxt onlar bildirdilər ki, bu gün xəstə orada əməliyyat olunmalımış, amma dünən axşam o klinikanı tərk edibmiş. Оna inandıqlarına görə əməliyyatı оnun keçirməyini istəyirmişlər. Beləliklə, xəstə və qohumlarına оnun tərəfindən əməliyyatın variantları izah edilmiş və bu əməliyyatın proktoloq cərrah tərəfindən Onkoloji Mərkəzdə keçirilməsi təklif olunmuşdur. Оnun əməliyyatı keçirməyində təkid etdikləri üçün о əməliyyatın Premium klinikada keçirilməsini təklif etmişdir və onlar buna razılıq vermişdilər. xx.xx.2023-cü il tarixdə anestezioloq Mürsəl Cəfərov tərəfindən baxıldıqdan sonra cərrahi əməliyyat icra olunmuşdur: düz bağırsaq rezeksiya olunub anastomoz qoyulmuş, öd axarındakı daşlar çıxarılmışdır. Əməliyyatdan sonrakı dövr normal keçmiş, xəstə hər gün оnun və müalicə həkimi Vüsal Abbasov tərəfindən daimi nəzarət altında saxlanılmışdır. Xəstənin heç bir narahatlığı olmadığına görə USM və KT müayinəsinə ehtiyac olmamışdır. Əməliyyatın 9-cu günü xəstə çox aktiv olub, 10-cu günü, yəni sabahı evə buraxılmalı imiş. Axşam saat 17-18 radələrində о bu xəstəyə ev məsləhətləri verərkən o, оna son 3 gündə defekasiya aktının olmamasını, amma bununla bağlı narahatlığının olmamasını bildirmişdir. Xəstənin qarnına baxış zamanı qarnı yumşaq, dərin palpasiya zamanı ağrısız və yumşaq olmuşdur. Xəstəyə 1 doza Düfolak məsləhət görmüş, özü isə оna bildirmişdi ki, qəbizlik vaxtı оna gavalı tərkibli aktivia yaxşı kömək edər, “içə bilərəmmi?”, о isə içməsini məsləhət görmüşdür. Düfolak və aktivianın qəbulundan bir xeyli sonra xəstədə halsızlıq, ürək bulanma, qusma və ishal başlamışdır. Növbətçi tibb personalı xəstəyə yardım göstərmişdir. Səhər saat 08- 09 radələrində xəstənin qarnında ağrılar yaranmış, növbətçi həkim-cərrah Anar Qasımov tərəfindən baxış keçirilmiş və təcili cərrahi bir vəziyyətin olmadığı qeyd edilmişdir. Sonra saat 09:00-da klinikaya müalicə həkimi Vüsal Abbasov və cərrah professor Müşfiq Həsənov gəlib xəstəyə birgə baxış keçirmişlər, heç bir təcili cərrahi patologiyanın olmadığını qeyd ediblər, vəziyyətinin pisləşməsinin isə axşam qəbul etdiyi düfolak və aktiviadan sonra baş verən funksional dispeptik pozğunluqlarla bağlayıblar və müvafiq müalicə təyin olunmuşdur. Bu haqda оna məlumat verilib. о isə xəstənin evə buraxılmamasını və nəzarətdə saxlanılmasını məsləhət görmüşdür. 17:30 radələrində о klinikaya gəldi, xəstəyə Vüsal doktorla birgə baxış keçirərkən halsız olduğunu, nəbzin 150, təzyiqinin aşağı olmasını, qarnı yumşaq, dərin palpasiya zamanı ağrısız və yumşaq olduğunu qeyd etmişdir. Rektal barmaq baxışı keçirtmiş və rektal boru ilə su sınağı etmiş, anastamozun tamlığının pozulmadığı qərarına gəlmişdir, xəstənin aktiv nəzarətdə saxlanılmasını və təyinatların müvafiq olaraq yerinə yetirilməsi göstərişini vermişdir. Bir saat davam edən baxış nəticəsində qarın boşluğunda hansısa bir patologiyanın olmasına şübhə yaranmışdır. Buna görə USM həkimi dəvət olunmuşdur. О isə ilk öncə qarın boşluğunu köhnə çıxarılmış drenaj boruların yenidən təftiş etmək qərarına gəlmiş və etmişdir. Bu çox uğurlu alınmışdır. Drenaj borunu qarın boşluğuna yeridə bilmişdir. Qarın boşluğundan öd gəlməyə başlamışdır. Bundan sonra USM həkiminin baxışı təxirə salınmış və cərrahi əməliyyatın olunması qərarını vermişdir. Amma xəstənin hemodinamikası qeyristabil olduğundan reanimasiya şöbəsində əməliyyat önü hazırlıq keçirilmişdir, nisbi stabilləşmə əldə edilmişdir. Görülmüş bu tədbirlər onu göstərir ki, xəstə daim nəzarətdə olmuş, xəstənin vəziyyətinin dəyişməsinə uyğun təyinatlar olmuşdur. Xəstəyə qarşı personal tərəfindən diqqətsizlik, səhlənkarlıq olmamışdır. xx.xx.2023-cü il tarixdə xəstə təkrar əməliyyat olunmuşdur. Əməliyyat vaxtı qarın boşluğunda 300-350 ml öd olduğu aşkarlanmışdır. Öd sanasiya olunmuşdur. Anastamoza və bağırsaqlara baxış keçirilmiş, tamlığının pozulması aşkarlanmamışdır. Ödün qarın boşluğuna axması, öd axarında olan borunun dislokasiyası zamanı baş verdiyi müəyyənləşmişdir. Çox guman ki, gecə vaxtı çoxsaylı öyümə-qusma və ishal ilə əlaqədar tez-tez ayaqyoluna getməsi zamanı xoledoxda olan drenaj borunun dartılması olmuş və bunun nəticəsində öd qarın boşluğuna axmış və sonra dayanmışdır. Qarın boşluğu sanasiya olunmuş, drenə edilmişdir. Əməliyyatdan sonra xəstəni tənəffüs çatışmazlığına görə ekstubasiya etmək mümkün olmamışdır, təzyiq aşağı, nəbz yüksək, sidik verməyində ləngimə başlamışdır. Xəstə reanimasiyada reanimatoloq tərəfindən müalicə olunmuş, çox çətin korreksiya və idarə olunmuşdur. Xəstədə poliorqan çatışmazlığı yaranmış və davam etməyə başlamışdır. Baxmayaraq ki, peritonit əlamətləri yoxmuş. Ümumi vəziyyətin kritik ağır olduğu üçün borular qarın boşluğundan diaqnostik-nəzarət üçün çıxarılmalıymış. Xəstənin vəziyyətinə uyğun müalicələr davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında klinikaya gəlmiş, xəstəyə baxış keçirtmiş, barmaq müayinəsində anastamozun ön divarında ölçüsü 1,0 sm-ə qədər olan fistula olduğunu aşkarlamışdır. Düz bağırsağa rektal boru yerləşdirilmişdir. Qarın boşluğu aktiv drenaj edilərsə, düz bağırsağa rektal boru yerləşdirilməklə xəstəni konservativ yolla müalicə etməklə fistulun bağlanmasına nail olmaq olarmış. Yox əgər qarın boşluğunda peritonit inkişaf edərsə, o zaman təkrar cərrahi əməliyyat olunmalıymış, yəni qarın boşluğu sanasiya və drenaj olunmalıymış, kolostoma yaradılmalıymış. Burada isə qarın boşluğunda borular və sanasiya imkanı olduğu üçün, eyni zamanda xəstənin ümumi vəziyyətinin çox ağır olmuş, aparılan hər hansı cərrahi müdaxilənin xəstənin həyatı üçün çox təhlükəli olduğunu nəzərə alaraq maksimum konsevrativ yolla müalicə olunması qərarına gəlinmişdir. Amma dinamiki nəzarət zamanı bu qərarın dəyişdirilməsi imkanı da mümkün ola bilərmiş. Səhərisi gün xəstənin qohumları X3 cərrah Musa Sarıyevi konsultasiyası üçün dəvət etmişdirlər. Birgə baxış keçirilmişdir. Peritonit əlamətlərinin olmamasını, amma xəstənin ümumi vəziyyətinin çox ağır olduğu qeyd edilmişdir. Buna baxmayaraq, daha güvənli olmaq üçün xəstəyə qoruyucu kolostomanın yaradılması qərarına gəlinmişdir. Bu haqqda və ola biləcək ağırlaşmalar barədə xəstənin oğluna və qohumlarına məlumat verilmişdir. Xəstənin qohumlarının dəvət etdiyi həkim də müalicənin gedişində, göstərilən yardımın kefiyyətində, reanimasiya şöbəsinin fəaliyyətində hər hansı bir nöqsanın olmasını bildirməmişdirlər. xx.xx.2023-cü il tarixdə 13:00-da xəstə təkrar əməliyyat olunmuşdur. Xəstəyə təhlükəli kolostomiya icra edilmiş, qarın boşluğu drenə edilmiş. Amma əməliyyatdan sonrakı dövrdə poliorqan çatışmazlığı proqressivləşməyə başlamışdır. Xəstə komatoz vəziyyətə düşmüşdür. Buna görə klinikanın rəhbərliyi respublikanın baş reanimatoloqu İsrail Məhərrəmbəyovu konsultasiya üçün klinikaya dəvət etmişdir. Xəstəyə baxış zamanı müalicənin adekvat aparıldığını və əlavə məsləhətlərini verərək müalicənin davam etdirilməsini tövsiyə etmişdir. Klinikada müalicənin aparılması üçün hər bir şəraitin olduğunu qeyd etmişdir. Həqiqətən də Premium klinikanın reanimasiyasında müasir (süni tənəffüs aparatı, monitorlar, oksigen təchizatı, perfuzor) reanimasiya üçün lazım olan avadanlıqların hamısı vardır. Buna baxmayaraq xəstənin yaxınları başa düşüləcək dərəcədə çox narahat idilər. Xəstənin başqa bir klinikaya köçürülməsini israrla istəyir və tələb edirmişlər. Оnlar klinikada hər cür müasir şəraitin olmasına baxmayaraq, onların istəyinə laqeyd qalmamışlar və xx.xx.2023-cü il tarixdə xəstənin Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilməsinə yardımçı olmuşlar. Həmin klinikada aparılan intensiv müalicələrə baxmayaraq artan poliorqan çatışmazlığı fonunda xx.xx.2023-cü il tarixdə xəstə dünyasını dəyişmişdir. Xəstə öləndən sonra ölümün səbəbini araşdırmaq üçün meyit tibbi ekspertiza aparılması üçün Respublika Tibbi Ekspertiza və X11 göndərilmişdir. Nəticə olaraq bildirmişdir ki, хəstənin müalicəsi tam beynəlxalq tibbi protokollara uyğun olaraq aparılmışdır. İstər birinci, istər ikinci və üçüncü əməliyyatlarda heç bir səhlənkarlığa və səhvə yol verilməmişdir. Xəstə daim həkimlər və tibbi personal tərəfindən nəzarət altında olmuşdur. Xəstənin oğlu 2-ci və 3-cü əməliyyatların geçikdiyini bildirmişdir. Belə ki, əməliyyatın 10-cu günü xx.xx.2023-cü il tarixdə baş verən ağırlaşma, 03 noyabr axşamı qəbul etdiyi düfolak və aktiviadan sonra başlamış funksional pozğunluq fonunda yaranmışdır. Bütün gecəni davam edən öyümə-qusma və ishal fonunda böyük bayıra getməsi, öd yolundakı drenaj borunun dartılması və disslokasiyası baş vermiş, qarın boşluğuna öd axını olub və dayanmışdır. Həmin vaxt xəstə 3 cərrah (Müşfiq Həsənov, Vüsal Abbasov, Anar Qasımov) tərəfindən müayinə olunmuş və nəzarətdə saxlanılmışdır. Mütəmadi baxış keçirilmişdir. Axşam оnun tərəfindən çox çətinliklə diaqnoz aydınlaşdırılmış və xəstə əməliyyat önü hazırlıqdan sonra əməliyyata götürülmüşdür. 3-cü əməliyyat önü baş verən ağırlaşmanin səbəbi anastamoz fistulunun əmələ gəlməsi, poliorqan çatışmazlığı fonunda anastamoz ilgəklərini əmələ gətirən bağırsaq divarının işemiyası və nekrozu olmuşdur. Hər hansı səbəbə görə anastamoz çatışmazlığına adətən əməliyyatın 9-cu gününə kimi rast gəlinmişdir. Əməliyyatın 17-ci günü anastamozda fistulun yaranması praktiki olaraq müşahidə olunmurmuş. Xəstə reanimasiyada daim reanimatoloq və cərrah tərəfindən nəzarətdə olmuşdur. Bağırsaq möhtəviyyatının qarın boşluğuna düşən hissəsi borudan xaric olunmuş və düz bağırsağa yerləşdirilmiş rektal boru və qarın boşluğundakı boru vasitəsi ilə sanasiya olunmuşdur. Yəni bu yolla yoğun bağırsaq fistulasının konservativ yolla bağlanmasına nail olmaq olarmış. Eyni zamanda xəstənin ümumi vəziyyətinin çox ağır olması da, оnları müalicənin mümkün qədər konservativ - azinvaziv yolla müalicə olunması qərarına gətirmişdir. Amma səhərisi gün kollegial şəkildə, Mərkəzi Neftçilər xəstəxanasının həkimi Musa doktorla birlikdə, xəstəyə süni kolostomanın yaradılmasının daha effektiv ola biləcəyi qərarına gəlinmişdir və icra olunmuşdur. О, müalicə həkimi Vüsal doktoru, anesteziolog Mürsəl doktoru və tibbi personalı heç vaxt nədə isə günahlandırmamış, çünki buna real səbəb olmayıb və onlar da оnun haqqında əks fikrlər söyləyə bilməzdilər. Оnların klinikada istənilən ağırlıqda xəstəni əməliyyat və müalicə etmək üçün hər cür şərait vardır. Klinikada ondan qat-qat ağır xəstələr müalicə olunmuşdur. Reanimasiya palatasında reanimasiya üçün lazım olan bütün avadanlıqlar mövcuddur. Оnlar xəstəni başqa klinikaya ancaq xəstənin qohumlarının israrlı təkidi və təzyiqinə görə köçürtmüşdülər. Xəstənin həyat yoldaşı hazırki vaxtda maddi imkanlarının aşağı olduğunu və veriləcək vəsaitin sonra geri qaytaracağını bildirdiyinə görə, Premium klinikasının rəhbərliyi Avrasiya klinikasının xərclərini ödəməyə onlara köməklik etmişdir. Xəstə Premium klinikasına ilkin əməliyyat üçün 4500 manat vəsait ödəmişdir. Xəstənin qohumları xəstənin xx.xx.2023-cü il tarixə qədər Premium klinikada qaldığı günlər və müalicə üçün pul vəsaiti ödəməmişlər. Avrasiya Klinikasının xərclərini ödəmək üçün xəstənin qohumlarının vəsaiti olmadığına görə, sonradan klinikaya qaytarmaq şərti ilə, Premium klinikası rəhbərliyi tərəfindən 2 dəfə xəstənin oğluna pul vəsait verilmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğu İddiaçı şikayəti əsasında apardığı araşdırma nətcəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir ki, X4 ölümü həkim-onkoloq Cavabdeh2 icra etdiyi əməliyyatlarla bağlı olmamışdır, xəstə serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş beyinə qansızma səbəbindən ölmüşdür. Yuxarıda göstərdiyi faktlardan görünür ki, оnun və klinikanın əməkdaşlarının xəstənin müalicəsinə diqqətsiz, səhlənkar yanaşması olmamışdır.

14. İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı Cavabdeh3 MMC-də keçirilmiş əməliyyatlara, klinikanın xərclərinə görə ödənilməmiş 9.725 manat və ona Avrasiya hospitala ödəmək üçün borc verilmiş 9.500 manat pul vəsaiti, cəmi 19.225 manat tutularaq Premium Clinic MMC və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anasının həkim səhlənkarlığı nəticəsində ölməsi barədə mülahizələri əsassızıdr. İddiaçı iddia ərizəsində göstərdiyi dəlillər, onun müraciəti əsasında Bakı Şəhəri Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma materialları ilə təkzib edilir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” X25n xx.xx.2024-cü il tarixli 234/KEŞ nömrəli rəyində onun bütün dəlilləri qiymətləndirilmişdir. Təqdim edilən sənədlər və ekspert rəyi ilə iddiaçının iddia ərizəsində və izahatında göstərdiyi bütün dəlillər təkzib edilir. Məhkəməyə təqdim edilən sənədlərdən və ilkin iddiadan görünür ki, Premium Klinika və Cavabdeh2la xəstə Gülnarə Xəlilovanın qohumları arasında xəstənin Premium Klinikada əməliyyat edilməsinə və 7 gün ərzində müalicə almasına görə 4500 manat pul ödənilməsi barədə razılaşma olmuş və həmin vəsait ödənilmişdir. Həkim Cavabdeh2 xəstənin vəziyyətinin tam stabil olmasına əmin olmaq üçün xəstəyə daha 3 gündə qalmağı tövsiyə etmiş və əlavə olaraq 200 manat da ödənilmişdir. Lakin xəstənin vəziyyətində ağırlaşma olduqdan sonra xəstənin klinikada qaldığına və müalicə aldığına görə qohumları tərəfindən müayinələr, dərman xərcləri, reanimasiyon xidmət və s. xərcələr ödənilməmişdir. Göstərilən dövr ərzində klinikanın xərcləri 9.725 manat təşkil etmişdir. Xəstə G.Xəlilova xx.xx.2023-cü il tarixdə qohumlarının tələbi və təkidi ilə Avrasiya Hospitala köçürülmüşdür. Xəstənin qohumlarının Avrasiya Hospitalın xərclərini ödəməyə maddi imkanlarının olmadığını nəzərə alaraq, sonradan qaytarmaq şərti ilə Premium Klinika xəstənin oğlu İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2023-cü il tarixdə 4500 manat borc pul vermiş və İddiaçı həmin vəsaiti Avrasiya Hospitalın hesabına köçürmüşdür. Beləliklə, cavabdeh İddiaçı Premium Klinikada keçirilmiş əməliyyatlara və klinikanın xərclərinə görə 9.725 manat və ona Avrasiya Hospitala ödəmək üçün borc verilmiş 9.500 manat pul vəsaiti, cəmi 19.225 manat tutularaq iddiaçılar Premium Clinic MMC-yə və Cavabdeh2 ödənilməlidir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-512/2025 saylı 2 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları rədd еdilmişdir.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf ona maddi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla cavabdeh həkimin və оnun işlədiyi Klinikanın həkimləri tərəfindən mərhuməyə təyin olunmuş diaqnozun düzgün qoylduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir.

18. Məhkəmə hеsab еtmişdir ki, iddiaçı tərəfin tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkiminin (Cavabdeh2) tibbi normaları (standartları) pozmaqla səhvə yol verdiyi, cavabdehlər tərəfindən diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində iddiaçı tərəfə maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır.

19. Qeyd etmişdir ki, işin araşdırılmış halları və qеyd еdilən prоsеsssual nоrmaların tələbləri baхımından işdə оlan Nəsimi rayon Prokurorluğu tərəfindən təyin еdilmiş qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” X25n xx.xx.2024-cü il tarixli, 234/KEŞ nömrəli və məhkəmə tərəfindən təyin еdilmiş qərardad əsasında еyni оrqanun təqdim еtdikləri 23 yanvar 2025-ci il tarixli KEŞ-218 saylı Ekspert Rəyləri hazırkı mübahisənin həll edilməsi və işə baxılması üçün əsas sübut kimi qəbul еdilməlidir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəylər qeyri-müəyyən xarakter daşımır.

20. Cavabdeh3 özəl tibb müəssisəsinin həkim ümumi cərrahı Cavabdeh2 tərəfindən mərhumə Gülnarə Xəlilovaya icra etdiyi cərrahi əməliyyat və aparılmış müalicə nəticəsində baş vermiş ölüm faktına əsasən həkim və adıçəkilən tibb müəssisəsində aparılan araşdırma nəticəsində aşkar olunmuş inzibati xəta tərkibi yaradan məcburi tələblərin pozulması faktlarına görə İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati tənbeh tədbiri (inzibati cərimə) götürülməsi faktı ilk iddianın əsaslı оlmasına hüquqi əsas yaratmır. Bеlə ki, inzibati tənbeh tədbiri yохlama zamanı lisеnziyadan kənar iş fəaliyyəti (оnkоlоji) sеrtifikatsız praktiki tibb fəaliyyəti ilə məşğul оlma faktının aşkar еdilməsi ilə əlaqəli оlmuşdur.

21. Məhkəmə iddianın maddi ziyan tələbinin əsassız оlması nəticəsinə gəldiyi üçün, digər tələbə, yəni 100000 manat məbləgində mənəvi ziyanın tələbinin törəmə tələb olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissəni də əsassız saydığından ona ayrıca hüquqi qiymət verilməsinə zərurət görməmişdir.

22. Məhkəmə qarşılıqlı iddia tələbləri üzrə qeyd etmişdir ki, iddianın sübutu kimi İddiaçı Premium klinikadan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 5000 manat və 4500 manat borc almasını təsdiq edən qəbzlərə istinad еdilir. Lakin işin araşdırılmış hallarından görünür ki, G.Xəlilovanın üzərində “Premium” klinikada icra edilmiş hər üç cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yеtirilməsi, оnun üzərində aparılmış əməliyyatlar və əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlərin səhiyyə sistemində mövcud təlimat qaydalarının təlblərinə uyğun olması öz təsdiqini tapsa da, хəstənin xx.xx.2023-cü il tarixdə Avrasiya Hospitala köçürülməsinin kimin təşəbbüsü оlması ilə baglı tərəflərin fərqli mövqеləri оlmaqla оnlar bu köçürmədə öz təşəbbüslərinin оlmasını inkar еtmişlər. Hər bir halda köçürmə оlmamışdan əvvəl Cavabdeh3-ə xx.xx.2023-cü il tariхində еdilən 4500 manat ödənişdən sоnra bu ödənişin xx.xx.2023-cü il tariхində tamamilə qurtarması ilə xx.xx.2023-cü il tariхə, yəni хəstənin Avrasiya Hospitala köçürülməsinə kimi Хəlilоva Gülnarə Abbas qızı ilə baglı tibbi хidmətlər ilə baglı yеkun məbləgi 9725 manat оlması göstərilsə də, qarşılıqlı iddiaçı bu məbləgi qarşılıqlı iddia üzrə cavabdеhdən rəsmi qaydada tələb еtməmiş, əksinə özlərinin göstərdikləri kimi İddiaçı Premium klinikadan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 5000 manat və 4500 manat vеrmişlər. Qarşılıqlı iddiaçı bunu xəstənin qohumlarının vəsaiti olmadığına görə, sonradan klinikaya qaytarmaq şərti ilə İddiaçı borc alması kimi qiymətləndirsə də, sоnuncu Avrasiya Hospitalında olduğu zaman pul məsələsinin də məhz Premium klinikası tərəfindən qarşılandığını, bu məqsədlə də Premium Klinikasının kassasından onunla əlaqə saxlanılmaqla gəlib 5000 manat və 4500 manat götürüb ödəməyini bildirmişdir. Başqa sözlə, İddiaçı Premium Klinikasından bоrc almağını təsdiq еtməmiş, əksinə Premium klinikasının rəhbirliyinin anasının Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilməsinə yardımçı olmalarını, bu məbləğlərin ona anasının vəziyyətinin çox ağır olduğunu, düzgün baxılmadığını və gecikdirildiyi üçün Premium Klinikası tərəfindən оnların öz təşəbbüsü ilə Avrasiya Hospitalına ödənilməsi üçün оna vеrilməsini, bu halda оnların qarşısında hər hansı öhdəlik götürmədiyini göstərmişdir.

23. İşin matеriallarından görünür ki, хəstə Avrasiya Hospitalında olduğu zaman 9500 manatdan da əlavə ödənişlər оlmaqla cəmi 12586 manat vəsait ödənilmişdir. Məhkəmə işdə İddiaçı Premium klinikadan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 5000 manat və 4500 manat borc almasını təsdiq edən qəbzlər оlmasına baхmayaraq bunları qarşılıqı iddianın əsaslı оlmasına dair sübut növü kimi qiymətləndirməmiş və hеsab etmişdir ki, tərəflər arasında bu məbləgin bоrc оlması və qaytarılması barədə hər hansı rəsmi razılaşma (müqavilə) оlmadıgından həmin məbləg bоrc kimi qiymətləndirilmir.

24. Həmçinin məhkəmə hеsab еtmişdir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdеhə Cavabdeh3 MMC-də keçirilmiş əməliyyatlara, klinikanın xərclərinə görə ödənilməmiş 9725 manat və ona Avrasiya hospitala ödəmək üçün borc verilmiş 9500 manat pul vəsaiti, cəmi 19225 manat tutulmasına dair iş üzrə ilk iddia qaldırılana kimi хəbərdarlıq göndərməmiş və işin matеriallarından göründüyü kimi qarşılıqlı iddia da məhz ilk iddia qaldırıldıqdan sоnra təqdim еdilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh3 MMC İddiaçı iddia еdilən məbləgi həqiqətən də tələb еtmək niyyəti оlmuş оlsa idi bunu xx.xx.2024-cü il tariхə, yəni ilk iddia qaldırılana kimi еtmək imkanında idi. Məhkəmə qəbul еdir ki, bu Cavabdeh3 MMC-nin prоsеssual hüquqlarına aid оlan məsələdir, lakin hər bir halda buna qədər İddiaçı pul tələbi ilə baglı хəbərdarlıq bеlə еtmədən yalnız ilk iddiadan sоnra qarşılıqlı iddia qaldırması оnun qеyd еdilən məbləgi оndan almaq niyyətinin əvvəlcədən оlmamasına bir növ dəlalət еdir. Göstərilənlərə əsasən məhkəmə qarşılıqlı iddianın də əsassız оldugu üçün rədd еdilməsi nəticəsinə gəlmişdir.

Apellyasiya şikayətinin dəlilləri

25. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-512/2025 saylı 2 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası özünün Konstitusiya ilə təsbit edilən və qorunan hüquqlarından istifadə edərək cavabdehlər tərəfindən göstərilən tibbi xidmətlərdən faydalanmış, ondan tibbi yardım almış, lakin sonuncunun yanlış müalicə metodlarından istifadəsi nəticəsində sağlamlığının ciddi surətdə pozulması ilə müşahidə edilən xəstəliklər almışdır. O, universal sənədləri və daxili qanunvericiliyi qarşılıqlı şəkildə təhlil edərək müəyyən edir ki, bəzi beynəlxalq sənədlərə Azərbaycan Respublikası üzv olmasa da, Avropa Məhkəməsinin presedent hüququnda həmin beynəlxalq sənədlərə teztez istinad olunduğu üçün məhkəmə həmin sənədlərin müəyyən etdiyi tələblərdən yan keçə bilməz. Belə ki, birbaşa olmasa da presedent hüququna görə dolayı yolla tibbi hüquq və insan hüquqları ilə bağlı həmin mütərrəqqi tələblərin tətbiq olunması zəruridir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarınına əsasən Ali Məhkəmənin Plenumu daxili instansiya məhkəmələrinə Avropa Məhkəməsinin presedent hüququnu tətbiq etməsini vacib və zəruri hesab etmişdir. X21 Təşkilatının müəyyən etdiyi Bəyənnamələr və digər sənədlər tibbi praktika vahid protokol qaydaları kimi qarşıya çıxır ki, o da özülüyündə tibbi xidmət zamanı riayət edilməni özündə ehtiva edir. İşin mübahisəsiz halıdır ki, o, cavabdehlərə adi bir əməliyyatın həyata keçirilməsi üçün müraciət etmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, anası həkim səhlənkarlığı nəticəsində septik şoka düşmüş və həyatını itirmişdir. O həyati təhlükəli şəkildə deyil, normal bir müalicə üçün müəssisəyə daxil olub, ciddi fəsdlarla ayrılması və ölməsi zamanı zamanı cavabdehliyi müəssisə üzərinə qoyur, bir şərtlə ki, həmin müəssisə fəsadların məhz onların xidməti nəticəsində əmələ gəlmədiyi sübuta yetirsinlər (onus probandi sübutetmə vəzifəsi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyi PHŞ-nin verdiyi KEŞ-218 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi tamamilə saxtadır və heç bir beynəlxalq tibbi protokol qaydaları ilə təsdiq edilmir, əksinə iddiaçı tərəfindən təqdim edilmiş tibbi protokol qaydaları tam səhv çıxarılır. İşə apellyasiya qardayında baxacaq məhkəmə mütləq şəkildə qeyd etdiyi protokol qaydalarını nəzərdən keçirməli, saxta rəy verən ekspertlər barədə tədbir görülməsi üçün aiddiyyəti qurumlara xüsusi qərardadla məlumat verməlidir. Çox təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi ekspert rəyinin əksini sübut edən protokol qaydalarına istinad etməmiş, ekspertləri bu ziddiyyəti aradan qaldırmaq üçün prosesə dəvət etməmiş və ya təkrar ekspertiza təyin etməmişdir. Əslində məhkəyə təqdim etdiyi Rusiya, Türkiyə, Avropa, X6 protokollarında qeyd edilən nüanslar kifayət edirdi ki, məhkəmə iddianı təmin etsin. Lakin məhkəmə saxta ekspert rəyini əsas tutaraq iddiasını rədd etmişdir. AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi X25 tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli KEŞ-218 saylı Ekspert Rəyi tamamilə saxtadır, həkim həmkarlarının ağır səhlənkarlığını ört-basdır etmək üçün subyektiv mülahizələrə əsaslanıb, heç bir tibbi protokol qaydaları, tibbi sənədlərə istinad edilməmişdir və mənbə kimi göstərilməmişdir.

27. Qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-512/2025 saylı 2 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, 25 sentyabr 2023-cü il tarixdə Cavabdeh3 MMC və “Pasiyent” arasında pullu tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, zərurət yarandıqda pasiyent ilə razılaşdırmaqla klinika tərəfindən göstərilən əlavə xidmətlərin haqqını klinika tərəfindən müəyyən edildiyi gün ödəyir. Pasiyentin vəziyyəti ağırlaşdığına və maddi çətinliklərinin olduğuna görə klinika həmin vaxt dərhal ödəniş etməyi tələb etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xəstənin vəziyyətində ağırlaşma olduqdan sonra xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi xəstənin klinikada qaldığına və müalicə aldığına görə qohumları tərəfindən müayinələr, dərman xərcləri, reanimasiya xidməti və sair xərcələr ödənilməmişdir. Göstərilən dövr ərzində klinikanın xərcləri 9725 manat təşkil etmişdir. Klinika tərəfindən bu xərclərin çəkilməsi heç bir sübutla təkzib edilmir. Bu səbəbdən də məhkəmə qeyd olunan normaları rəhbər tutaraq klinikanın çəkdiyi xərclərin ödənilməsi barədə qərar qəbul etməliydi. İş materiallarından görünür ki, xəstə Gülnarə Xəlilovanın klinikada vəziyyətinin ağırlaşmasını nəzərə alaraq, xəstənin Avrasiya Hospitalına köçürülməsi və müalicəsini davam etdirməsi üçün, Cavabdeh3MMCin rəhbərliyi əxlaqi və mənəvi dəyərləri rəhbər tutaraq, ailənin maddi imkanın olmamasını nəzərə alaraq xəstənin oğlu İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2023-cü il tarixdə 4500 manat pul borc vermişdir. Pul vəsaitinin verilməsi müvafiq qəbzlərlə təsdiq olunur. Məhkəmə göstərilən hüquq normalarını tətbiq etməyərək tələbləri qanunsuz və əsassız olaraq rədd etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir, qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək isə təmin edilməməsini xahiş etmişdirlər.

31. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək isə təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və qarşılıqlı iddia üzrə iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması, müvafiq olaraq ilkin və qarşılıqlı iddialarının təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

36. 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 37.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 38.1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülkihüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 39.1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 40.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 41.1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun

42.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 saylı xx.xx.2025-ci il tarixli Qərarının

43.44.73-cü bəndinə əsasən, keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. 44.4.74-cü bəndinə əsasən, tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. 45.4.75-ci bəndinə əsasən, şəxsin tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardımın göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlıqlarına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbini şəxsin özü və ya yaxınları irəli sürə bilərlər. Şəxsin yaxınları o zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirməsində və digər formada ifadə oluna bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunununun

46.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 47.24-cü maddəsinə əsasən, pasiyentin: təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək; daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 48.32-ci maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı - əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür. 49.34-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. 50.51-ci maddəsinə əsasən, müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir. 51.57-ci maddəsinə əsasən, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 52.58-ci maddəsinə əsasən, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun

53.13-cü maddəsinə əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş: bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. 54.Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. 55.Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

56.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (4.1-ci maddə). 57.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 58.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 59.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 61.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 62.Hazırki ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.3, 1099 və 1112-ci maddələri təşkil edir. Məcəllənin qeyd olunan normalarının mənasına görə, şəxsin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi şərtlərin mövcudluğu müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər ilə qanunsuz davranış arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərvuran zərərin onun təqsiri olmadan baş verdiyini sübuta etdiyi halda məsuliyyətdən azad edilir. Beləliklə yalnız qeyd olunan şərtlərin məcmusu müəyyən edildikdə cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. 63.Sübutetmə yükünün bölüşdürülməsi prinsipi baxımından iddiaçı-zərərçəkmiş şəxs sağlamlığına (yaxınının həyatına) zərərin vurulduğunu, tibbi yardım göstərilərkən profil üzrə müvafiq klinik protokollarda və tibbi qaydalarda nəzərdə tutulmuş tələblərin pozulduğunu (zərər verənin qeyri-qanuni davranışını), habelə həmin pozuntular ilə sağlamlığa (yaxınının həyatına) vurulmuş zərər arasında səbəbli əlaqənin mövcud olduğunu sübut etməlidir. Cavabdeh isə öz növbəsində zərərin vurulmasında təqsirinin olmadığını, tibbi müəssisənin və tibbi işçilərin fəaliyyətinin qanuna, tibbi standartlara və klinik protokollara uyğun həyata keçirilmədiyini təkzib etməlidir. 64.Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunmuş, sübutlu təbabət prinsiplərinə uyğun olaraq lazımi diqqət və zəruri tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən proqnozlaşdırılması və qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan səbəblərdən yarandıqda, həkim tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərmişdirsə, onun yaranmış arzuolunmaz nəticəyə görə qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. 65.Beləliklə də, sağlamlığa dəymiş zərərlə tibb müəssisəsinin və tibb işçilərinin hərəkət (hərəkətsizliyi) arasında səbəbli əlaqə müəyyən edilərkən nəzərə alınmalıdır ki, səbəb və nəticə arasındakı əlaqə obyektiv (yəni, ehtimal edilən yox, həqiqətən mövcud olmalıdır), konkret (yəni bu hal üçün nəzərdən keçirilməli); vasitəsiz xarakter daşımalıdır. Zərər vuranın davranışı ilə baş vermiş zərər arasında səbəbli əlaqənin mövcudluğu o halda müəyyən edilmiş hesab edilir ki, göstərilmiş tibbi xidmətlərin keyfiyyətsizliyi zərərin yaranmasına real və birbaşa səbəb kimi təsdiq olunsun. 66.Keyfiyyətsiz tibbi yardım nəticəsində sağlamlığa vurulmuş zərərə dair iddia tələbləri araşdırılarkən xüsusi bilik tələb edən hallar müəyyən edilməlidir. Belə hallara, xüsusilə, xəstəyə tibbi yardım göstərilərkən düzgün diaqnozun qoyulması, zəruri və mümkün tibbi tədbirlərin vaxtında və lazımi qaydada həyata keçirilməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına, klinik protokollara və tibbi standartlara uyğun aparılması, tibbi yardımın qüsurlu olub-olmaması, aşkar edilmiş qüsurların xəstəliyin gedişinə və ya sağlamlığın pisləşməsinə təsir göstərib-göstərməməsi, habelə həmin qüsurların baş vermiş nəticələrlə səbəbli əlaqədə olub-olmaması aid edilir. 67.Məhkəmə təcrübəsi göstərir ki, şəxsin sağlamlığına (yaxınının həyatına) vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı işlərdə səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi, bir qayda olaraq, ekspertiza rəyləri vasitəsilə həyata keçirilir.

68. İşin birinci instansiya məhkəməsində baxışı zamanı əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi” X22 23 yanvar 2025-ci il tarixli KEŞ-218 saylı ekspert rəyindən görünür ki, tərtib еdilmiş tibbi sənədlərdə göstərilənlərə görə G.Хəlilоvaya “Avrasiya Klinika”sında baş bеynin KT-si müayinəsi aparılmış və оnda sağ оksipital payda kоrtikоsubkоrtikal nahiyədə 15х9 mm ölçüdə hipеrdеns hеmatоma, ətrafında hipоdеns ödеm sahəsi, sağ pariеtal parafalçin parasagıtal nahiyədə 5,0 mm ölçüdə düyün (meningiоma?) sağ putamеntdə 6,0 mm, mеzеnsеvalnda 3 mm ölçüdə хrоnik dövr üçün işеmik оcaq, diffuz bеyin atrоfiyası (kоrtika qlоbal atrоfiya 2) sağ ön etmoid hücrələrdə və sağ mastoid hücrələrdə maye yığıntısı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə nevropatoloqun baxışı zamanı hemorragik insult fonunda ödəm və məhkəmə-tibbi patohistoloji müayinəsində beyin atrofiyası, xroniki serebro-vaskulyar xəstəliyin olması və onun qansızmalarla ağırlaşması müəyyən edilmişdir.

69. Xəstəlik tarixində bu məlumatlar öz əksini tapmamış və xəstənin anamnestik məlumatlarında qeyd edilməmişdir. Tibbi praktikaya əsasən serebro-vaskulyar patologiya xroniki xəstəlikdir və istənilən vaxt hər hansı bir aqressiya vaxtı aktiv fazaya keçə bilər. Xəstədə həmin vaxt üçün aktiv beyin əlamətləri və anamnestik məlumatları olmadığı üçün, baş beyinin KT, MRT, angioqrafiya müayinəsinin aparılmasına əsas olmamışdır. Həmçinin nevropatoloqun konsultativ baxışına zərurət yaranmamışdır. KT müayinəsinin nəticəsinə əsasən xəstədə xroniki dövr işemik ocaq və diffuz beyin atrofiyası (cortikal qlobal atrofiya 2) qeyd edildiyi üçün, güman etmək olar ki, bu patoloji vəziyyət daha əvvəllər də mövcud ola bilərdi.

70. Gülnarə Xəlilovanın üzərində xx.xx.2023-cü il tarixdə tibbi göstəriş əsasına cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstənin vəziyyəti xx.xx.2023-cü il tarixədək adekvat olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20:00-da xəstənin vəziyyətində narahatlıq yaranmış - ümumi halsızlıq, öyümə-qusma, başgicəllənmə və ishal qeyd edilmişdir. Növbətçi həkimin baxışı zamanı onda cərrahi patologiya qeyd edilməmişdir. Simptomatik yardımlar göstərilmiş və xəstə nəzarətdə saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə digər cərrahlarla birgə xəstəyə təkrar baxış keçirilmiş və yenə də cərrahi patologiya əlamətləri qeyd edilməmişdir. Həmin tarixdə axşam saatlarında qarının sol yan divarındakı drenaj yerindən qarın boşluğuna ödlü möhtəviyyatın olması ilə əlaqədar təkrar cərrahiyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı qarın boşluğundan 300,0 ml-ə qədər öd, reaktiv ödlü peritonit kimi qiymətləndirilmişdir. Cərrahiyyə əməliyyatından sonra, xəstənin vəziyyəti kritik ağır olmuşdur. Ürək, ağciyər və böyrək çatışmamazlığı fonunda hemodinamik göstəricilər qeyri-stabil, huşu isə soporoz olmuşdur. Xəstənin belə ağır vəziyyətdə olması 24 saatı keçməyən reaktiv ödlü peritonitlə əlaqədar olması ehtimalı inkar olunur. Xəstədə mövcud olan ağır patoloji vəziyyət serebro-vaskulyar qansızma ilə əlaqədar olmuşdur.

71. Xəstənin yaxınlarının məlumatı subyektiv xarakter daşıyır, xəstəyə gün ərzində çox miqdarda mayelər köçürülüb, yüksək dozada sidik qovucular vurulub, Kreatinin miqdarı 329-450 mm/l olub və sidik ifrazatında davamlı ləngimələr qeyd edilmişdir.

72. Xəstəlik tarixçəsinə (xəstəyə baxış gündəliklərinə) əsasən xəstənin kolostomasından nəcis və qaz gəlməsi (xaric olması) qeyd edilib. Bu da bağırsaqların normal fəaliyyəti və peritonit əlamətlərinin olmamasına əsas verir. “Premium klinikası”nda və “Avrasiya hospital”da tərtib edilmiş xəstəlik tarixin gündəliklərində qarın boşluğunda olan borulardan öd və nəcisin xaric olunması və yaxud, mədədə olan zonda vurulan mayelərin qarın boşluğunda olan borular vasitəsilə xaricə axması qeyd edilməmişdir.

73. Qarın boşluğunun və kiçik çanağın MRT müayinəsinə əsasən serebro-vaskulyar patologiyanı (diaqnozu) təyin etmək qeyri-mümkündür. Bu diaqnoz sonrakı müayinələrdə (“Avrasiya hospital”da aparılmış KT) müəyyənləşib və məhkəmə-tibbi ekspertizanın rəyində öz təsdiqini tapmışdır. Xəstə ixtisaslı onkoloji mərkəzlərdə rəsmi qeydiyyatda olmadığı üçün, həmin klinikada MRT müayinəsindən keçməyib və yaxud öz təşəbbüsü ilə könüllü olaraq seçdiyi tibb müəssisəsində müayinə oluna bilər. Xəstəlik tarixə ATU-un Onkoloji Klinikasına aid paket kliniko-laborator müayinələr vardır. Həmin müayinələrdən xəstə xx.xx.2023-cü il tarixdə keçmişdir.

74. İlkin komisyon məhkəmə-tibbi ekspertiza rəyində xəstədə serebro-vaskulyar patologiya “Avrasiya hospital”da aparılmış baş-beyin KT-ya əsasən xroniki dövr üçün işemik ocaqlar, beyin atrofiyası (kortikal-qlobal atrofiya 2) və sonda məhkəmə-tibbi ekspertiza rəyinə əsasən təyin edilmişdir. Serebro-vaskulyar patologiya “Avrasiya hospital”da radioloji olaraq təyin olunmuşdur.

75. Xəstəlik tarixin təhlilinə əsasən xəstədə 2-ci əməliyyat vaxtı reaktiv ödlü peritonit olmuşdur. 3-cü əməliyyat isə anastomoz fistulasına görə icra edilmişdir. Əməliyyat öncəsi xəstənin qarın boşluğunda bir neçə drenaj borular olmuşdur. Sonda isə əməliyyat kolostomanın formalaşması ilə nəticələnmişdir. Borulardan gələn möhtəviyyətin xarakterinə görə, xəstədə davam edən ödlü və ya nəcisli peritonit təyin edilməmişdir. Septik vəziyyət isə uzun müdət süni tənəffüs cihazında olan xəstədə durğunluq hesabına yaranan pnevmoniya ilə əlaqədar ola bilər. Xəstə müalicə aldığı vaxt ona bütün lazımi laborator müayinələr aparılmışdır.

76. Tibbi təcrübəyə əsasən 24 saata qədər (bu xəstədə 12 saat) davam edən ödlü reaktiv peritonit sepsisə səbəb ola bilməz. Septik vəziyyət adətən peritonitin terminal fazasında və boşluqlu üzvlərin perforasiyasında 72 saatdan sonra baş verir. Öddə isə steril mühit olduğu üçün, terminal faza 6-7 gündən sonra baş verə bilər, qeyri-xəstəxana şəraitində. Sadalanan fəsadlar kəskin beyin qan dövranının pozulması nəticəsində baş verə bilər və ikincili olaraq sepsis yarana bilər. Lakin ilkin mərhələdə sepsis olmamışdır.

77. Xəstəyə 2-ci əməliyyat reaktiv öd peritonit başlayandan 12 saat sonra icra olunub. Qarın boşluğuna xoledoxda olan borudan, borunun dislokasiya nəticəsində öd sızması olmuşdur. Bu isə axşam və gecə vaxtı baş verən mərkəzi xarakterli funksional pozğunluqlar fonunda baş vermişdir. Buna görə də, bir neçə cərrahlar tərəfindən müayinə və müşahidə olunmasına baxmayaraq, diaqnozun təyinində çətinliklər yaranmışdır. Xarakterik peritonal əlamətlər təyin olunmamışdır. Diaqnoz invaziv müdaxilə nəticəsində aydınlaşmış və sonra xəstə adekvat tibbi təlimata uyğun əməliyyat olunmuşdur.

78. 3-cü əməliyyatda da gecikmə qeyd olunmamışdır. Belə ki, xəstə müşahidə altında müalicələr almışdır. 1-ci əməliyyatdan 18 gün sonra təbabətdə çox nadir təsadüf edilən anastomoz fistulasının ölçüsünün 1,0 sm-ə qədər olması və qarın boşluğundakı drenaj borularının fəaliyyət göstərməsi ilə, fistuladan xaric olunan möhtəviyyat drenaj borular vasitəsilə qarın boşluğuna yayılmadan xaric edilir. Belə hallarda dinamik nəzarət və konservativ yollarla yoğun bağırsaq fistulasının bağlanmasına nail olmaq olur. Burada həmin taktika seçilib. Lakin möhtəviyyatın qarın boşluğundan tam xaric olması çətinləşərsə və peritonitin yaranması (inkişaf təhlükəsi olarsa) xəstə əməliyyata götürülməlidir. Burada da aktiv müşahidə və müalicədən sonra xəstə tibbi təlimata uyğun olaraq düzgün əməliyyat olunub. Kolostoma formalaşıb, qarın boşluğu sanasiya və drenə edilib. Xəstəyə tibbi təlimatlara uyğun olaraq tibbi müdaxilələr yerinə yetirilmişdir.

79. Özəl klinikalarda “24 saat” ərzində laboratoriya xidmətinin olması mütləq deyildir. Elektrolit pozğunluğunun sepsisin yaranmasında və inkişafında, eləcə də baş beyində işemik və hemorragik proseslərin yaranmasında və inkişafında heç bir əhəmiyyəti yoxdur. Onkoloji xəstələrdə baş beyində xroniki dövr işemiyası və atrofiyası olan xroniki serebrovaskulyar xəstəliyin hemorragik insultla ağırlaşması, istənilən cərrahi əməliyyatın gedişində baş verə bilər. Bağırsağın mənfəzini daralmaqla hissəvi keçməməzlik yaradan və qanaxmaya meyilli düz bağırsaq xərçəngi və xoledoxolitiaz diaqnozu olan 63 yaşlı xəstə Gülnarə Xəlilovada serebro-vaskulyar xəstəlik nəticəsində əmələ gələn beyinin xroniki işemiyası və beyin atrofiyası fonunda hemorragik insult baş vermişdir. Bu isə əməliyyatdan sonrakı dövrdə baş verən ağırlaşmalar vaxtı orqan və üzvlərin funksiyasının tənzimlənməsində ciddi problemlər yaratmaqla poliorqan çatışmazlığına gətirib çıxartmışdır.

80. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi” X22 23 yanvar 2025-ci il tarixli KEŞ-218 saylı məhkəmə-tibbi ekspertizasının rəyində X5 ölümünün səbəbi kimi serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızmaların olduğu qeyd edilmişdir. Aparılmış cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilmişdir.

81. Həmin eskpert rəyinin tərtibatında iştirak etmiş və dindirilməsi zəruri hesab edilmiş ekspertlər yuxarıda qeyd edilənlər üzrə ətraflı şəkildə izahat vermişlər. Qeyd etmişlər ki, xəstəyə göstərilmiş tibbi yardım, aparılmış müayinə və müalicə tədbirləri, o cümlədən icra olunmuş cərrahi əməliyyatlar mövcud tibbi göstərişlərə və qəbul edilmiş tibbi qaydalara uyğun həyata keçirilmişdir. Xəstənin vəziyyətinin ağırlaşması və ölüm hadisəsi serebrovaskulyar xəstəlik fonunda baş vermişdir.

82. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi” X22 122/MEŞ saylı, xx.xx.2023-cü il tarixli meyitin ekspertizasının rəyinə əsasən, X1 “Düz bağırsağın yuxarı ampulyar hissəsinin xərçəngi, xoledoxolitiaz və serebro-vaskulyar xəstəlik”dən əziyyət çəkdiyi, onun ölümünün bilavasitə serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızma ilə əlaqədar olduğu müəyyən edilmişdir.

83. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi” X22 KEŞ-234 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilmişdir ki, Gülnarə Xəlilovanın üzərində aparılmış cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Ona “Premium” Klinikasında aparılmış müayinələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları, həmçinin əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlər təyin edilmiş diaqnoza uyğun olmuşdur. Gülnarə Xəlilovanın üzərində “Premium” Klinikasında icra edilmiş hər üç cərrahiyyə əməliyyatı tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Gülnarə Xəlilovanın üzərində aparılmış əməliyyatlar və əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlər səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Gülnarə Xəlilovanın adına “Premium” Klinikasında və “Avrasiya Hospital”da açılmış xəstəlik tarixləri düzgün tərtib edilmişdir.

84. Beləliklə də, yuxarıda göstərilən məhkəmə-tibbi ekspertizası rəylərinin məzmunundan, ekspert qismində dindirilmiş həkimlərin izahatından və işdə olan digər sübutlardan (xəstənin tibbi sənədləri, aparılmış müayinələrin nəticələri) görünür ki, xəstəyə tibbi göstərişlərə uyğun olaraq zəruri müayinələr aparılmış, vəziyyətinin dinamikası daim həkim nəzarətində saxlanılmış və mövcud klinik vəziyyət nəzərə alınmaqla müvafiq cərrahi əməliyyatlar həyata keçirilmişdir. Xəstədə baş vermiş ağırlaşmaların reaktiv öd peritoniti, sonrakı dövrdə isə serebro-vaskulyar patologiya ilə əlaqədar inkişaf edən hemorragik insult fonunda əmələ gəldiyi müəyyən edilmiş, bu hallar isə xəstənin əvvəlcədən mövcud olan xroniki serebro-vaskulyar xəstəliyi və beyin atrofiyası ilə izah edilmişdir.

85. Aparılmış cərrahi müdaxilələrin, müalicə və müşahidə tədbirlərinin tibbi standartlara və qəbul edilmiş klinik təcrübəyə uyğun olmayan formada həyata keçirildiyini müəyyən etmək mümkün olmamışdır. Xəstəyə göstərilmiş tibbi yardım zamanı hər hansı tibbi səhvin və ya qaydaların pozulması hallarının mövcudluğunu, habelə icra olunmuş cərrahi əməliyyatlarla sonradan baş vermiş ölüm hadisəsi arasında səbəbli əlaqənin olmasını təsdiq edən sübutlar iş materiallarında müəyyən edilməmişdir.

86. Verdiyi apellyasiya şikayətində ilkin iddia üzrə iddiaçının istinad etdiyi dəlillərin araşdırılması nəticəsində məhkəmə tərəfindən Gülnarə Xəlilovanın ölümü ilə əlaqədar Cavabdeh3 MMC-də aparılmış yoxlama zamanı inzibati xəta tərkibi yaradan məcburi tələblərin pozulması halları ilə əlaqədar müəssisə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri əsasında inzibati tənbeh tədbirinin (inzibati cərimə) tətbiq edildiyi müəyyən edilmişdir. Lakin kollegiya həmin halların özü-özlüyündə cavabdehin delikt əsasında mülki-hüquqi məsuliyyətinin yaranması üçün zəruri şərtlərin mövcudluğunu təsdiq etmədiyi qənaətinə gəlmişdir.

87. Belə ki, inzibati xəta haqqında protokol müvafiq pozuntuların mövcudluğunu təsdiq edən sübut kimi nəzərə alına bilər, lakin o, özlüyündə tibb işçilərinin hərəkətləri ilə baş vermiş ölüm faktı arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq etmir, habelə məhkəmətibbi ekspertiza rəylərinə əsasən hasil olan nəticələrini təkzib etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin iddia üzrə iddiaçının Cavabdeh3 özəl tibb müəssisəsinin akkreditasiyadan keçməməsi ilə bağlı istinad etdiyi hallar da iş üzrə hüquqi nəticəyə təsir edən hal kimi qiymətləndirilə bilməz.

88. Məhkəmə kollegiyası qətnamənin qarşılıqlı iddiaya aid hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə də razılaşır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar tələblərinin sübutu kimi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərə əsaslanaraq, cavabdehin Klinikadan müvafiq olaraq 5.000 manat və 4.500 manat məbləğində borc pul aldığına istinad etmişlər. Bundan başqa, iddiaçılar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə xəstənin klinikada qalmasına və müalicə almasına görə müayinələr, dərman, reanimasiya xidməti və sair xərcələrin ödənilmədiyini qeyd etmişlər.

89. Sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürülməsi prinsipi baxımından pul öhdəliyinin yaranmasını şərtləndirən hüquqi əsasların mövcudluğu iddiaçılar tərəfindən sübuta yetirilməlidir.

90. Nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

91. İşin hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı araşdırma və bu araşdırma nəticəsində müəyyən edilmiş faktiki halların təhlili ilə razılaşaraq qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdehin mübahisəli məbləğlərin ödənilməsi üzrə öhdəliyinin yarandığını şərtləndirən halların mövcudluğunu sübut edə bilməmişlər, belə olan halda isə istinad olunan məbləğdə pul vəsaitinin cavabdehdən tələb edilməsi əsassızdır.

92. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilməmiş pulun tutulmasını, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən “Avrasiya” Klinikasına ödənilmiş vəsaitin geri qaytarılması üzrə müqavilə öhdəliklərinin yaranmasını, cavabdehin bu məbləğlər həddində əsassız varlanması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçılar tərəfindən cavabdehin üzərinə əlavə pul öhdəliyinin qoyulmasını əsaslandıran hüquqi və faktiki hallar sübuta yetirilmədiyindən, tələb olunan məbləğin tutulması üçün qanuni əsaslar mövcud deyildir. Çünki mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı yalnız o halda tələb edə bilər ki, belə davranış tərəflər arasında mövcud olan müqavilə və ya münasibətlərinin yarandığı anda mövcud olan qanunun birbaşa göstərişinə əsaslansın.

93. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçılar pulun tələb edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasları, cavabdehin onlara bu məbləği ödəməməklə hansı öhdəliyə riayət etmədiyini, bununla da mülki qanunvericiliyin hansı normasına əsasən mülki məsuliyyətə cəlb edilməli olduğunu göstərə bilməmişdlər.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

96. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

97. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-512/2025 saylı 2 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar