Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6370/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12200/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Maraqlı şəxs qarşı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi tələbinə dair ərizə ilə məhkəməyə mtiraciət edərək xx xxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasımn Şərur rayonunun Şəhriyar kəndində doğulmuş Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12200/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsi (hakim Tale Kərimov) ilə ərizə təmin edilməyibdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş edib. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X1 məhkəmə iclaslarında tərəflərin izahatlarını və işin faktiki hallarını nəzərə alaraq iddiadan imtina barədə ərizə təqdim edərək ərizədən imtina etdiklərini bildirdi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiadan(ərizədən) imtinası qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 12200/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, icra edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12200/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edildiyindən və iş üzrə icraata xitam verildiyindən icrada dönüş edilməli və Maraqlı şəxs hüquqi(statusu) vəziyyəti həmin qətnamə qəbul edilməmişdən əvvəlki vəziyyətə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 236-1.1, 236-1.2, 261.0.4, 191.1, 191.2, 370.1, 370.2, 384.0.5, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi tələbinə dair ərizəsindən(iddiasından) imtina barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12200/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İcrada dönüş edilsin və Maraqlı şəxs hüquqi(statusu) vəziyyəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12200/2017 saylı, 31 iyul 2017-ci il tarixli qətnaməsindən əvvəlki vəziyyətə qaytarılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6370/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6370/2022
01.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver