Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-638/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(009)-303/2019 saylı qətnaməsindən iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh4 QSC BOKT-a və ARƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı qiymətləndirmənin, hərracın yekunları barədə protokolların və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (Bakı Enerjiquraşdırma İdarəsi) qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 29.05.2009-cu il tarixli, 09- 650 saylı hesabatın, həmin əmlakların Cavabdeh3 ASC-yə satılmasına dair 03.11.2014-cü il tarixli, Y-361, Y-360 nömrəli hərracın yekunları barədə protokolların, 03.11.2014-cü il tarixli alğı-satqı müqavilələrinin və onların bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin əmlakın yenidən qiymətləndirilməsi və həmin qiymətlə yenidən hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə gedişində iddiaçılar müstəqil ekspertə müraciət etmişlər və 27.12.2018-ciiltarixli, 39/18 saylı hesabat alınmışdır. Həmin hesabata görə 2014-cü il tarixə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin qiyməti 1.680.600 manat, avadanlıqalrın qiyməti 109.460 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçılar birgə mülkiyyətdə olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının (Bakı Enerjiquraşdırma İdarəsi) qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 29.05.2009-cu il tarixli, 09-650 saylı hesabatın, həmin əmlakların Cavabdeh3 ASC-yə satılmasınadair 03.11.2014-cü il tarixli, Y-361, Y-360 nömrəli hərracın yekunları barədə protokolların, 03.11.2014-cü il tarixli alğı-satqı müqavilələrinin və onların bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin əmlakın 1.680.600 manat, avadanlıqlar isə 109.460 manat qiymətlə yenidən hərraca çıxarılması, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 ASC-yə verilmiş 10.12.2014-cü il tarixli, RX seriya, ******* nömrəli çıxarışın və Cavabdeh4 ASC-yə verilmiş 18.04.2018-ci il tarixli, RX ******* seriyalı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(009)-303/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 vəkili qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 23 aprel 2019-cu il tarixli, 2(103)- 3690/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(009)-3032019 sylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.09.2021-ci il tarixli, 2(102)-2989/2021 saylı qərarı ilə ididaçı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cü il tarixli, 2(103)- 5690/2019 saylı qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətindən imtina etdikləri üçün onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli, 2(009)-303/2019 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtinaları qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-638/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-638/2022
26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver