Məhkəmə qərarları › İş №2(103)-6394/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6394/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6394/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair (birinci iddia) və iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “ümumi mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair (ikinci iddia) dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(010)-169/2023 nömrəli qətnaməsindən (birinci iddia üzrə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən, “A” və “B” tikililərindən ibarət olan fərdi yaşayış evi xx.xx.1972-ci ildə X8 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra həmin ev X14 Əliyevin mülkiyyətinə keçmişdir. Danil Əliyev xx.xx.2006cı il tarixdə ölmüş, mərhumdan miras qalmış ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı X15 mülkiyyətinə keçmişdir. Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququ xx.xx.2006-cı il tarixli çıxarışla qeydiyyata alınmışdır. İddiaçı Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nella Əliyeva həmin iş üzrə üçüncü şəxs olmuş, yekunda İddiaçıla aralarında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiqlənərək iş üzrə xitam verilmişdir. Bu barışıq sazişinə əsasən hər iki tərəf Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin İddiaçı məxsus olması ilə bağlı razılığa gəlmişlər. xx.xx.2020-ci il tarixdə İddiaçı həmin evin “B” tikilisi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X24 xx.xx.2021-ci il tarixdə ölmüş, bundan sonra evin “A” tikilisi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumənin qızı Cavabdeh miras qalmışdır. Natalya Yuryevnanın “A” tikilisi üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh mülkiyyətində olan “A” tikilisi və Eldar Hüseyovun mülkiyyətində olan “B” tikilisi bir-birindən naturada fiziki sərhədlərlə ayrıdır. Həmçinin evin yerləşdiyi və tərəflərin ümumi mülkiyyətində olan 0.10086 ha torpaq sahəsi də “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında 124.47 m2 olmaqla faktiki olaraq ayrılmışdır və tərəflərin istifadəsindədir. Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3372/2021 saylı qətnaməsi əsasında tərtib olunmuş yeni bölgü sxemi əsasında ünvan 1 ünvanında yerləşən torpağın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında öz ailəsi ilə yaşayır və qeydiyyatdadır. xx.xx.2020 ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, bütün həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin payına ayıraraq, yeni bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Adı çəkilən İdarə onun nəzərə alaraq, torpaq sahəsinə mühəndislər göndərmişdir. X4 tərəfindən mühəndislərə göstərilmiş acıqlı və inadlı maneə və müqavimət onlara bu əməliyyatı yerinə yetirməyə imkan verməmişdir. Bunun haqqında DƏDRX tərəfindən tərtib edilmiş akt çox aydın şəkildə bildirir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə “cavabdeh tərəfindən yeni bölgü sxeminin tərtibi üçün törədilən maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3372/2021 saylı qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə ilə cavabdeh X23 tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına dair maneələr aradan qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixində Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi verilmişdir. xx.xx.2021-ci il tarixdə X23 dünyasını dəyişmişdir. Onun vərəsəsi isə qızı - Cavabdehdır. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsinə ünvan 1 ünvanda yerləşən torpaqdan sərbəst və maneəsiz istifadə etməyinə müvafiq şəraitin yaradılmasına dair ərizə ilə müraciət etmişdir. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli cavabında ona bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaqdan sərbəst və maneəsiz istifadə etmək üçün “naturada bölgü aparılmasına dair” iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onunla Cavabdeh arasında hər tərəfə 1/2 hissə ayırmaqla naturada bölünməsinə dair qanuni, ədalətli və əsaslı qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə icraat: Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 11 saylı evin A tikilisinin altında və onun ətrafında yerləşən 884.13 m2 torpaq sahəsinin Cavabdeh, B tikilisinin altında və onun ətrafındakı 124.47 m2 torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyəti hesab edilərək hal-hazırkı və texniki pasportdakı mövcud, faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahələrinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən ev 0.100860 ha torpaq sahəsindən ibarət olmaqla, texniki pasporta və faktiki vəziyyətə əsasən əvvəldən daş hasar ilə bir birindən təcrid olunmuş “A” və “B" tikililərindən ibarətdir. Evin “A” tikilisi hazırda xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Həmçinin “A” tikilisinin ətrafında olan torpaq sahəsi də Cavabdeh sahibliyində, sərəncamında və istifadəsində olmaqla xüsusi mülkiyyətindədir. Evin “B” tikilisi isə, xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. “B" tikilisinin ətrafında olan torpaq sahəsi İddiaçı istifadəsindədir. Yuxarıda qeyd edilən evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar mövcuddur. Sözügedən evə dair çıxarışlarda hər iki mülkiyyətçinin torpaq sahələri cəm olaraq 0.100860 m2, tikililərin ümumi sahəsi isə 71.6 m2 olaraq qeyd edilmişdir. Buna səbəb evin və torpağın naturada ayrılmaması olmuşdur. Yəni evin ünvanı bir olduğu üçün, torpağın və tikililərin sahəsi hər iki mülkiyyətçinin çıxarışında eyni olaraq qeyd edilmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən evlə bağlı mübahisələri hüquqi müstəvidə məhkəmədə davam etməkdədir. Belə ki, cavabdeh İddiaçı iddia edir ki, evin ümumi torpaq sahəsi hər iki mülkiyyətçi arasında bərabər şəkildə bölünməlidir. Onun iddiası əsassız olduğu üçün Cavabdeh həmin iddianı qəbul etməyir və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk əvvəl qeyd edilməlidir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən həm torpaq sahəsi, həm də torpağın üzərində tikilmiş evlərin ilkin sənədləri Əmircan qəsəbə X3 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışa, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçirmişdir. Daha sonra, yəni xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən sözügedən ev X12 şəxsi mülkiyyəti olaraq, qeydiyyatdan keçmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X12 vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan arvadı X16 və ona miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikilisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan 2 otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B” tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarət olmuşdur. Həmin evə dair mövcud olmuş (surəti iddia ərizəsinə əlavə edilir) MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 3 otaqlı 42 m2 yaşayış, m2 qeyri yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2018-ci il tarixdə iddiaçı X24 cavabdeh İddiaçı qarşı “həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11 ünvanındakı ona məxsus xüsusi mülkiyyət hüququ olan həyətyanı torpaq sahəsindən istifadə qaydasını və ünvan 4 ünvanındakı İddiaçı məxsus xüsusi mülkiyyət hüququnda olan həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı isə cavabdeh X10rşı “həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsinə dair” qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin onunla cavabdeh X23 arasında bərabər bölünərək istifadəsində olan torpaq sahələrinin arasında olan hasarın sökülməsi və həmin torpaq sahəsinin 1/2 hissəsinin özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 2163/2018 nömrəli qətnaməsi ilə hər iki iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(010)-2163/2018 nömrəli qətnaməsi onunla əsaslandırılmışdır ki, “İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən həm torpaq sahəsi, həm də torpağın üzərində tikilmiş evlərin ilkin sənədləri Əmircan qəsəbə X3 İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli, 732 nömrəli arayışına, 23 noyabr 1970-ci il tarixli protokoldan çıxarışa əsasən xx.xx.1972-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. ünvan 7 fərdi yaşayış evi 10 saylı DNK-nın xx.xx.2006-cı il tarixli, 2V-1-88 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən N.Əliyevanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 nömrəli evə dair topaq sahəsinin ayrılması və cizgi haqqında məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda iş materialları araşdırılarkən o da müəyyən edilmişdir ki, işdə olan xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X12 vərəsəsi Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan arvadı X16 və ona miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 11-də yerləşən “A” tikilisində ü/s 37.0 m2, y/s 23.0 m2 olan 2 otaqdan, köməkçi sahəsi 14.0 m2 olan sahədən, “B” tikilisi ü/s 34.6 m2, y/s 19.0 m2 olan bir otaqdan, köməkçi sahəsi 15.6 m2 olan sahədən ibarətdir və işdə olan MH seriyalı, ******* saylı, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.01265 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 3 otaqlı 42 m2 yaşayış, qeyri-yaşayış, 29.6 m2 köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2851 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qarşılıqlı iddiaçı ilə bağlı təqdim edilmiş sənədlərdən, yəni iş materiallarına əlavə edilmiş Orconikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985 ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuş və anası X9r və iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2017-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, keçmiş Orconikidze rayon ZDS İK-nin (indiki Suraxanı rayon İH) 1970-ci ilə dair sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X13 barəsində heç bir məlumat aşkar edilməmişdir. Nəhayət, iş üzrə keçirilmiş müvafiq ekspertiza rəyinin tədqiqat hissəsindən müəyyən edilmişdir ki, müki iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2006) çıxarışa əsasən tədqiq olanan ünvanda, istifadədə olan 0.1265 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 42.0 m2 , yardımçı sahəsi 29,6 m2 olan, 3 otaqlı 11 saylı fərdi yaşayış evi X15 mülkiyyətindədir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən X5 adına olan, tədqiq olunan 11 saylı ev üzrə 1974-cü il tarixdə tərtib edilmiş texniki parportun göstəricilərinə əsasən, tədqiq olunan ev 1950-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, “A” literli və 1951-ci ildə inşa olunmuş, bir mərtəbəli, 1 otaqlı “B” literli yaşayış evlərindən ibarətdir. “A” literli yaşayış evinin ümumi sahəsi 37.0 m2 olmaqla, evin tərkibində sahəsi 14.0 m2 və 9.0 m2 olan iki yaşayış otağı, sahəsi 14.0 m2 olan bağlı eyvan vardır. “B” literli yaşayış evinin ümumi sahəsi 34.6 m2 olmaqla, evin tərkibində sahəsi 19.0 m2 olan yaşayış otağı və sahəsi 15.6 m2 olan bağlı eyvan vardır. Evlərin daxili hündürlüyü 2.70 m-dir. Fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpağın sahəsi 1008.6 m2, o cümlədən tikinti altı sahə 126.5 m2 olub, həyətyanı sahədə müxtəlif təyinatlı köməkçi tikililər yerləşir. “B” literli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi hasarla sərhədə alınmışdır. Həmin həyətin daxilində “İİ” literli ayaqyolu və “Vİİ” literli anbar yerləşir. Həmin həyətyanı sahəyə ayrı-ayrılıqda girişi-çıxış qapısı nəzərdə tutulmuşdur. Ekspertiza zamanı həmin tikililərə baxış zamanı müəyyən olunmuşdur ki, 11 saylı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi planda dördbucaq şəklində olub, bir tərəfdən küçə ilə, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Həyətyanı torpaq sahəsində texniki pasportda nəzərədə tutulmuş “A” və “B” literli fərdi yaşayış evləri yerləşir. Yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinə, texniki pasortda göstərildiyi kimi, ayrı-ayrılıqda iki giriş-çıxış yolu vardır. Texniki pasportda göstərilən “İİİ” literli ayaqyolu və “Vİİ” literli anbar yerində mövcud deyildir (sökülmüşdür). “B” literli yaşayış evinin qarşısına yerləşən həyətyanı sahə daş hasar vasitəsilə sərhədə alınaraq təcrid sahə kimidir. Mövcud vəziyyətdə “A” literli fərdi yaşayış evinin və evin qarşısındakı həvətyanı torpaq sahəsinin iş üzrə iddiaçının,“B” literli fərdi yaşayış evinin və onun qarşısındakı həyətyanı torpaq sahəsinin isə iş üzrə cavabdehin istifadəsində olduğu müəvvən edilmişdir. Odur ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 11440 saylı ekspertizanın rəyindən müəyyən olunmuşdur ki, həmin rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən, mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən iddiaçı X15 və həmin ünvanda yaşayan cavabdeh İddiaçı faktiki olaraq istifadə qaydalarının müəyyən edilməsinə dair tədqiqat aparılmasına ehtiyac yoxdur. 2018-ci il tarixdə İddiaçı, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, X15 adına verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinə dair verilmiş MH seriyalı, ******* saylı, 24 noyabr 2006-cı il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X24 həmin iddia ərizəsində üçüncü şəxs kimi qeyd edilərək mülki işə cəlb edilmişdir. Həmin iddia ərizəsində İddiaçı göstərmişdir ki: “Bildirirəm ki, 1974-cü ildə tərtib edilmiş evin texniki pasportuna əsasən ünvan 6 ünvanda yerləşən evdə A və B tikintilərinin olmaları göstərilmişdir. Həmin B tikintisində göstərilmiş ev mənə məxsus olmaqla ayrıca küçə qapısı da vardır, A tikintisində göstərilmiş ev isə X19 məxsusdur. Bu evlər həyətin (“A” və “B” tikintiləri) əks künclərində yerləşir. “B” adlanan tikinti bütün torpaq sahəsindən hasarla çəpərə alınmışdır. Həmin evin və evin yerləşdiyi torpaq sahəsinin mənə məxsus olmasını X25 da təsdiq edir”. Həmin iddianın əsası o olmuşdur ki, İddiaçı Nella Əliyevaya verilmiş çıxarışda bütün mülkiyyətin və ümumi torpaq sahəsinin N.Əliyevanın mülkiyyətində və istifadəsində olması ilə razılaşmamış, bunu qanunsuz və əsassız hesab etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-843/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X25 cəlb edilməklə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı və digər tərəfdən X25 arasında 22 aprel 2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməklə, iş üzrə icraata xitam verilmişdir: Bu barışıq sazişini imzalamaqla mülki iş üzrə üçüncü şəxs X25 təsdiq edir ki, onun adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı Çıxarışda göstərilən və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin “B" tikintisi İddiaçı məxsusdur. Bu barışıq sazişini mülki iş üzrə İddiaçı imzalamaqla təsdiq edir ki, üçüncü şəxs X17 adına verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı çıxarışda göstərilən və ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisi İddiaçı məxsusdur. Bu barışıq sazişini imzalamaqla iddiaçı “Hüseynov” cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs X11rşı iddia tələbindən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən X17 adına ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 24 noyabr 2006-cı il tarixli, MH seriyalı, ******* saylı “çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia tələbindən “Əliyeva”nın xeyrinə imtina edir. Tərəflər razılaşırlar ki, barışıq sazişinin imzalanması ilə tərəflər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və ya iddiaya istinad etmək hüququnu itirirlər. Tərəflər üçün yalnız bu barışıq sazişində təsbit edilənlər etibarlı olur. Barışıq sazişini imzalayanlardan biri bu barışıq sazişinin şərtlərini pozduqda digər tərəfin bu Saziş imzalananadək irəli sürdüyü tələbləri mübahisəsiz qəbul etmiş sayılır və öz tələblərini və arqumentlərini irəli sürmək hüququnu itirir. Yuxarıda qeyd edilmiş qərardaddan da görünür ki, Nella Əliyeva könüllü olaraq 2019 cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan evin “B” tikilisini İddiaçı vermiş, məhz həmin qərardadın icrasından sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı “B” tikilisinin mülkiyyətçisi olmuşdur. Həmin tarixə qədər İddiaçı qeyd edilən evə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. X24 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi, qızı Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində istifadədə olan 0.010230 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71.60 m2 olan, 11 saylı fərdi yaşayış evinin mərhumə X18 məxsus A tikilisindən ibarətdir. Bundan sonra münasibətlərin davamı olaraq, sözügedən evin “A” tikilisi və onun ətrafında olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda cavabdehin əsassız iddiaları, həmçinin ünvanın bir olması səbəbindən ortaya çıxan bir sıra problemlərin həlli naminə tikililərin və torpaq sahəsinin faktiki vəziyyətə və texniki pasporta əsasən naturada bölünməsi labüddür. Belə olan təqdirdə hər iki tərəfin ünvanı ayrı olmaqla, gələcəkdə yaranacaq digər problemlərin qarşısı alınacaqdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən evin texniki pasportunda evin, torpaq sahəsinin faktiki vəziyyəti və ölçüləri dəqiq göstərilsə də ancaq çıxarışda “A” və “B” tikilisinin, həmçinin də torpaq sahəsinin ölçüləri tam göstərilib. Beləliklə də, ünvan 7 ünvanına dair çıxarışda mülkiyyətçi Cavabdeh məxsus olan “A” tikilisinin və torpaq sahəsinin, o cümlədən mülkiyyətçi İddiaçı məxsus olan “B” tikilisinin və torpaq sahəsinin faktiki vəziyyətdə olan ölçüləri dəqiq göstərilmədiyi üçün bu, cavabdehdə çaşqınlıq yaradıb. Bununla bağlı olaraq mülkiyyətçi İddiaçı məxsus olan payı “B” tikilisi və torpaq sahəsi hal-hazırda və texniki pasportda göstərilən faktiki vəziyyətə uyğun olaraq naturada ayrılmalıdır. Yuxarıda qeyd edilənlərdən də görünür ki, 2019-cu il tarixdə X24 iradə ifadəsi olaraq, könüllü şəkildə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus evin “B” tikilisini İddiaçı vermişdir. X21 mülkiyyətçi tərəfindən yalnız ayrıca hasarlanmış “B” tikilisi verilmişdir. Həmçinin yuxarıda sadalanan qanunvericilik aktları əsasında da müəyyən edilir ki, sözügedən evin tikililərinin yerləşdiyi torpaq sahəsi, həmçinin bütün həyətyanı torpaq sahəsi artıq xüsusi mülkiyyət olaraq hesab edilmişdir. Belə ki, xüsusi mülkiyyətin ilkin mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid 1974-cü il tarixli pasportu, bütün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. İddiaçı isə yalnız 2020-ci il tarixdə “B” tikilisinin xüsusi mülkiyyətçisi olmuşdur. Hazırda Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-169/2023 nömrəli iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/8397 saylı rəyində qeyd edilmişdir ki, “rəyin təsviri hissəsində qeyd olunanlara əsasən, ünvan 9 ünvanında yerləşən torpaq sahəsindən İddiaçı məxsus pay texniki pasporta və faktiki vəziyyətə əsasən təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2533/2023 nömrəli qərardadı ilə hər iki iş üzrə icraat birləşdirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(010)- 169/2023 nömrəli qətnaməsi ilə birinci iddianın qismən təmin edilməsi, ikinci iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən “B” tikilisi, onun altında və ətrafında yerləşən 124.47 m2 torpaq sahəsi üzərində İddiaçı payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması, ünvan 1 ünvanında yerləşən “A” tikilisi, onun altında və ətrafında yerləşən 884.13 m2 torpaq sahəsi üzərində Cavabdeh payı müəyyən edilməklə, həmin hissədə naturada ayrılması, birinci iddianın qalan hissədə təmin edilməməsi, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manat məbləğində hissəsi İddiaçı, 25 (iyirmi beş) manat məbləğində hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X8 adına 1972-ci ildə qeydiyyata alınmışdır. 1974-cü ildə isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən həmin ev üzrə Əlisəfa Əliyev adına texniki pasport tərtib edilmişdir. Pasportda evin 1950-ci ildə inşa olunmuş “A” literli və 1951-ci ildə inşa olunmuş “B” literli yaşayış evlərindən ibarət olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, birinci İddiaçı “B” tikilisinin 1972-ci ildə anası Zinaida Hüseynova tərəfindən tikilmiş olması ilə bağlı iddiaları iş materialları ilə təkzib edilir; həmçinin o da qeyd edilməlidir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı həmin iş üzrə izahatında “B” tikilisinin 1972-ci ildə mövcud olmadığını xüsusi qeyd etmiş, bu tikilinin 1974-cü ildə anası tərəfindən tikildiyini iddia etmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə evin 1972-ci ildə iddiaçının anası tərəfindən tikildiyini iddia etmiş, hətta bununla bağlı üç müxtəlif şəxs adından imzalanmış yazılı ifadə də təqdim etmişdir. İstənilən halda “B” tikilisinin birinci iddiaçının iddia etdiyi tarixdən 20 il əvvəl tikilmiş olmasının müəyyən edilməsi ilə iddiaçı tərəfin hər iki iş üzrə izahatlarının əlaqəli hissədə həqiqətə uyğun olmadığı artıq müəyyən edildiyindən, məhkəmə izahatlar arasındakı bu uyğunsuzluğun iş üçün böyük əhəmiyyət daşımadığını hesab etmişdir; beləliklə, iş materialları əsasında müəyyən edilir ki, ikinci iddiaçı Cavabdeh babası Əlisəfa Əliyev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin mülkiyyətçisi olmuş, sonradan bu hüquq eyni həcmdə oğlu Danil Əliyevə, Danil Əliyevin ölümündən sonra isə sonuncunun arvadı Nella Əliyevaya keçmişdir. Nella Əliyevaya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da Nella Əliyevanın həm “A”, həm də “B” tikilisinin mülkiyyətçisi olduğu göstərilmişdir. Həmçinin bu tikililərin yerləşdiyi torpaq sahəsi də məhz Nella Əliyevanın istifadəsinə verilmiş, bu barədə çıxarışda qeyd edilmişdir; buna baxmayaraq, işin hallarından belə görünür ki, birinci İddiaçı uzun müddətdir “B” tikilisi və onun ətrafındakı həyətyanı sahədə yaşayır. Həmçinin o da müəyyən olunur ki, “A” və “B” tikililəri və onların ətrafındakı həyətyanı sahələr bir-birindən fiziki sərhədlə ayrılaraq təcrid olunmuş, ayrı giriş-çıxışları olan sahələrdir. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirmir. Bununla belə yenə işdən müəyyən olunur ki, nə birinci İddiaçı, nə onun anası Zinaida Hüseynovanın “B” tikilisi və onun ətrafında yerləşən həyətyanı sahə üzərində heç bir mülkiyyət hüququ olmamış, İddiaçı bu hüququ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə üçüncü şəxs X24 ilə aralarında bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi nəticəsində əldə etmişdir. Belə ki, bu sazişlə Nella Əliyeva öz mülkiyyətində olan “B” tikilisinin İddiaçı mülkiyyətinə keçməsinə razılıq vermiş, bununla da İddiaçı yalnız 2020-ci ildə “B” tikilisi üzərində mülkiyyət hüququ əldə etmişdir; həmin vaxta qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin istifadəçisi Nella Əliyeva olmuşdur. Həmçinin o, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözləntisi” olan şəxs olmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; Nella Əliyevanın əksinə, İddiaçı isə 2020-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən nə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə mülkiyyət hüququ əldə etmişdir. Sonradan evin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ mülkiyyət hüququna çevrildiyindən və həmin vaxt İddiaçı bu evin tikililərindən birinin mülkiyyətçisi olduğundan avtomatik olaraq torpaq sahəsinin ümumi mülkiyyətçisinə çevrilmişdir. Hazırda birinci İddiaçı məhz bu əsasla hesab edir ki, onun torpaq sahəsi üzərində ikinci iddiaçı Cavabdeh ilə bərabər payı müəyyən edilməlidir; Məhkəmə isə bununla razılaşmamışdır, ona görə ki, artıq yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı nə fərdi yaşayış evi, nə də bu evin yerləşdiyi torpaq sahəsinə münasibətdə heç vaxt Nella Əliyeva ilə bərabər hüquqa malik olmamışdır. Belə ki, o, yalnız “B” tikilisi və onun ətrafındakı 124.47 m2 sahədə yaşamış, sonradan mülkiyyət hüququnu yalnız “B” tikilisinə münasibətdə əldə etmişdir. Elə İddiaçı özünün də indiyə qədər daha artıq torpaq sahəsinə iddiası olmamışdır. Belə ki, o, hələ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaldırdığı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsində “B” tikilisi və onun ətrafında yerləşən torpaq sahəsinin digər sahədən hasarla ayrıldığını, həmin ayrılmış tikili və torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, məhz bu səbəbdən Nella Əliyeva adına verilmiş çıxarışda onun evin yerləşdiyi bütün torpaq sahəsinin istifadəçisi kimi göstərilməsinin əsassız olduğunu iddia etmişdir. Yəni İddiaçı həmin vaxtdakı mübahisəsi yalnız “B” tikilisi və onun ətrafındakı torpaq sahəsi ilə bağlı olmuş, “A” tikilisi və onun ətrafındakı torpaqdan ona da pay düşməsi ilə bağlı hər hansı iddiası olmamış, əksinə, Nella Əliyevanın “B” tikilisini onun mülkiyyətinə verməyə razılıq verməsindən sonra çıxarışın etibarsızlığı ilə bağlı iddiasından imtina etmişdir; bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi də qəbul etmişdir ki, iddiaçı, həmçinin iddiaçının oğlu kimi özü də həmişə “B” tikilisi və onun ətrafındakı sahədə yaşamış, “A” tikilisi və onun ətrafındakı sahə ilə heç bir əlaqələri olmamışdır; belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsi üzərindəki payları bərabər hesab edilə bilməz. Belə ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh birinci iddia üzrə İddiaçı münasibətdə daha çox paya malik olması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (vərəsəlik hüququ) əsasən müəyyənləşdirildiyindən onların payları bərabər sayıla bilməz; Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən “A” və “B” tikililəri, eləcə də bu tikililərin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin hazırda faktiki istifadə etdikləri şəkildə paylar (“A” tikilisi üzrə 884.13 m2, “B” tikilisi üzrə 124.47 m2) müəyyən edilməli, həmin paylar naturada ayrılmalıdır. Bununla da birinci iddia qismən, ikinci iddia tam təmin edilmiş hesab edilir. Belə ki, məhkəmə tərəflərin ümumi mülkiyyətə paylarını müəyyən edib ayırmış, lakin payları birinci iddia tələbinə uyğun olaraq bərabər yox, ikinci iddia tələbinə uyğun müəyyən etmişdir. Qeyd olunan qətnamədən narazı qalan birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddiasının tam şəkildə təmin edilərək mübahisəli torpaq sahəsinin 1/2 olmaqla bölgüsü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 214.1-ci maddəsinə istinad etməli olduğu halda hər hansı maddi hüquq normasını göstərmədən Mülki Məcəllənin vərəsəlik hüququna dair müddəalarına əsaslanaraq Cavabdeh daha çox paya malik olduğu nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, əmlak vərəsəlik qaydasında əldə edilmiş olsa da, həmin məsələ öz həllini tapmış, artıq payli mülkiyyətə aid olan normalara istinad olunmuşdur. Hətta hesab edilsə ki, hələ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaldırdığı “çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia ərizəsinə baxılan zaman torpaq sahəsi ilə bağlı mübahisənin olmamasına, həmin vaxt torpaq sahəsi dövlətin mülkiyyətində olmuşdur, sonradan onun təşəbbüsü ilə torpaq sahəsinə çıxarış alınmışdır. Həmçinin məhkəmənin mübahisəli torpaq sahəsi ilə bağlı əvvəllər mübahisənin olub-olmaması araşdırılarkən tərəfindən iddia qaldırılmasının vəzifəsi deyil, hüququ olması, eyni zamanda mülkiyyət hüququnda dair iddialara iddia müddətinin şamil edilməməsi şamil edilməmişdir. Bununla belə birinci instansiya məhkəməsi paylı mülkiyyətə dair müddəaları tətbiq etmək yerinə vərəsəlik haqqında müddəaları tətbiq etmiş, onu da düzgün tətbiq etməmişdir. Qeyd edilən əmlakdakı paylar müəyyən edilmədiyindən, bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi Cavabdeh, “B” tikilisi isə onun mülkiyyətindədir. Evin yerləşdiyi 0.10086 ha (1008.6 m2) torpaq sahəsi isə tərəflərin ümumi mülkiyyətində olmaqla, faktiki olaraq fiziki sərhədlərlə bir birindən təcrid vəziyyətdə ayrılmış olsa da, illərlə onun hüquqları pozulmuş, birinci instansiya məhkəməsi isə indiyədək hüquqlarının pozulmasını bundan sonra da pozulmasına əsas kimi qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 2(010)-3372/2022 saylı qətnamə əsasında bölgü sxemi tərtib edilmiş, bölgü sxemi tərtib edilərkən hər iki tikilinin ətrafındakı həyətyanı sahə bərabər şəkildə bölünmüşdür. Nella Vartanovanın vəfatı ilə əlaqədar həmin sxemi imzalamaq mümkün olmamış, sonradan isə Nellanın payı vərəslik aydasında qızına keçmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş üzrə zərurət olmadan ekspertiza təyin etmiş, bununla belə ekspert qarşısında sualları da əksik şəkildə qoymuş, rəy məhkəməyə təqdim edildikdən sonra əlavə ekspertizanın keçirilməsi və ekspert qarşısında suallar qoyulmasını vəsatət qaldıraraq xahiş edilsə də məhkəmə vəsatəti təmin etməmişdir. Birinci istansiya məhkəməsi ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində yaşadığını və illərlə həmin ünvanda qeydiyyatda olduğunu, həmin ünvanın vahid ünvan olduğunu nəzərə almamış, əmlaka alınmış çıxarışda hər hansı tərəfin payının üstünlüyü müəyyən edilməmiş, həmin çıxarış da qüvvədə ola-ola torpaq sahəsini əsassız olaraq, qərəzli şəkildə, onun ziyanına olaraq qeyri-bərabər şəkildə bölmüşdür. Həmçinin tərəflərin arasındakı hasarın heç bir hüquqi əsası olmamış, əmlaka dair yeganə hüquqmüəyyən edici sənəd çıxarış olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin hallarına da uyğun olmamış, birinci instansiya məhkəməsi gah Mülki Məcəllə 214.1-ci maddəsinə istinad etmiş, həmin normanın tələbinə əsasən isə torpaq sahəsi barəbər şəkildə bölünməli olduğu halda, guya faktiki istifadəni əsas gətirmiş, illərlə B tikilisinin ətrafında olan həyətyanı sahədən qanunsuz hasarın çəkilməsi ilə bağlı istifadə etmək hüququndan məhrum olmuşdur. Nella Vartanovanın sağlığında hasarın sökülməsi ilə bağlı mübahisələri olmuş, lakin hər hansı razılığa gələ bilməmişlər. Hətta torpaq sahsinin bölünməsi tələbi ilə 2021-ci ildə də məhkəməyə müraciət etmişdir, torpaq sahəsinin dövlətin mülkiyyətində olduğu, iddianın qaldırmağa subyektiv hüququnun olmaması əsas götürülərək iddiası rədd edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin Natalya Ryasnyaya babası Əlisəfa Əliyevdən qaldığını iddia edərək işin faktiki hallarını da təhrif etmiş, babası Natalya Ryasnyanın babası kimi qeyd etmişdir. Belə ki, Əlisəfa Əliyev nənəsi Hüseynova Mariya ilə nikahda olmuş, onların nikahından bir övladları – Danil doğulmuş, onun isə heç bir övladı olmamışdır. Birinci instansiya məhkəməsi sonradan Torpaq islahatı haqqında qanuna istinad etmiş, nəzərə almamışdır ki, qeyd edilən torpaq sahəsi 50 ildən artıq olan müddətdə babasına məxsus olmuş, həmin torpaq sahəsinin qeyd edilən islahatlarla heç bir əlaqəsi olmamışdır. Eyni zamanda əsassız şəkildə Nellanın adından “A” tikilsinin ətrafındakı torpaq sahəsinə mülkiyyət hüququ gözləntisi olduğunu qeyd etmiş, bununla belə nəzərə almamışdır ki, o sağlığında ümumiyyətlə torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək üçün heç bir orqana müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən birinci iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddiasının tam şəkildə təmin edilərək mübahisəli torpaq sahəsinin 1/2 olmaqla bölgüsü barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən, “A” və “B” tikililərindən ibarət olan fərdi yaşayış evi xx.xx.1972-ci ildə X8 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra həmin ev X14 Əliyevin mülkiyyətinə keçmişdir. Danil Əliyev xx.xx.2006-cı il tarixdə ölmüş, mərhumdan miras qalmış ev qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı X15 mülkiyyətinə keçmişdir. Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququ xx.xx.2006-cı il tarixli çıxarışla qeydiyyata alınmışdır. İddiaçı Nella Əliyevanın ev üzərindəki mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqana qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, Nella Əliyeva həmin iş üzrə üçüncü şəxs olmuş, yekunda İddiaçıla aralarında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiqlənərək iş üzrə xitam verilmişdir. Bu barışıq sazişinə əsasən hər iki tərəf Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin İddiaçı məxsus olması ilə bağlı razılığa gəlmişlər. xx.xx.2020-ci il tarixdə İddiaçı həmin evin “B” tikilisi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X24 xx.xx.2021-ci il tarixdə ölmüş, bundan sonra evin “A” tikilisi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumənin qızı Cavabdeh miras qalmışdır. Natalya Yuryevnanın “A” tikilisi üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh mülkiyyətində olan “A” tikilisi və Eldar Hüseyovun mülkiyyətində olan “B” tikilisi bir-birindən naturada fiziki sərhədlərlə ayrıdır. Həmçinin evin yerləşdiyi və tərəflərin ümumi mülkiyyətində olan 0.10086 ha torpaq sahəsi də “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında 124.47 m2 olmaqla faktiki olaraq ayrılmışdır və tərəflərin istifadəsindədir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi, faktiki olaraq (fiziki sərhədlərlə bir-birindən təcrid vəziyyətdə) ayrılsa da yerləşdiyi 0.10086 ha (1008.6 m2) torpaq sahəsi isə tərəflərin ümumi mülkiyyətindədir. İddiaçı iddiasına görə onlar torpaq sahəsinin ümumi mülkiyyətçiləri olduğundan sahə üzərindəki payları bərabər olmalıdır. Bu səbəbdən torpaq sahəsi üzərində 1/2 hissədə payının müəyyən edilməsi və bu payın naturada ayrılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia edir ki, sözügedən fərdi yaşayış evi (“A” və “B” tikilisi birlikdə) ilkin olaraq 1972-ci ildə babası Əlisəfa Əliyevin adına qeydə alınmış, babasından atası Danil Əliyevə, atasından anası Nella Varnatovnaya, anasından isə özünə vərəsəlik qaydasında keçmişdir. İddiaçı “B” tikilisi üzərində mülkiyyət hüququnu Nella Əliyevanın həmin tikilinin onun mülkiyyətinə keçməsinə razılıq verməsindən sonra, bununla bağlı barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsi nəticəsində yalnız 2020-ci ildə əldə etmişdir. Həmin vaxta qədər İddiaçı nə “B” tikilisi, nə də onun ətrafında yerləşən torpaq sahəsi üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən torpaq sahəsinin, eləcə də onun üzərində yerləşən “A” və “B” tikililərinin faktiki bölgüyə uyğun olaraq naturada bölünməsini xahiş etmişdir. Hər iki iddianın əsasını torpaq sahəsi üzərində payların müəyyən edilərək naturada bölünməsi təşkil etdiyindən birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8397 saylı ekspert rəyindən görünür ki, ekspert tərəfindən həm “A”, həm də “B” tikilisində ölçü işləri aparılmış, “B” tikilisinin ətrafındakı torpaq sahəsinin eninin 9.77 m, uzunluğunun isə 12.74 m olduğu, yerdə qalan sahənin “A” tikilisinə aid olduğu göstərilmişdir. Bu isə o deməkdir ki, “B” tikilisinin ətrafındakı torpaq sahəsinin faktiki sahəsi ~124.47 (9.77x12.74=124.4698) m2dir. Torpaq sahəsinin ümumi sahəsi 1008.6 m2 olduğundan “A” tikilisinə qalan hissənin sahəsi 884.13 (1008.6-124.47) m2 təşkil edir. Beləliklə, hazırda “A” tikilisinin ətrafında 884.13 m2, “B” tikilisinin ətrafında isə 124.47 m2 torpaq sahəsi mövcuddur. Bununla yanaşı iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X6 adına 1972-ci ildə qeydiyyata alınmışdır. Həmin ev üzrə Əlisəfa Əliyev adına 1974-cü ildə tərtib edilmiş texniki pasportda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən Pasportda evin 1950-ci ildə inşa olunmuş “A” literli və 1951-ci ildə inşa olunmuş “B” literli yaşayış evlərindən ibarət olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh babası Əlisəfa Əliyev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin mülkiyyətçisi olmuş, sonradan bu hüquq eyni həcmdə oğlu Danil Əliyevə, Danil Əliyevin ölümündən sonra isə sonuncunun arvadı Nella Əliyevaya keçmişdir. Nella Əliyevaya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da Nella Əliyevanın həm “A”, həm də “B” tikilisinin mülkiyyətçisi olduğu göstərilmişdir. Həmçinin bu tikililərin yerləşdiyi torpaq sahəsi də məhz Nella Əliyevanın istifadəsinə verilmiş, bu barədə çıxarışda qeyd edilmişdir. Digər tərəfdən işin mübahisəsiz hallarından göründüyü kimi İddiaçı “B” tikilisi və onun ətrafındakı 124.47 m2 sahədə yaşamış, sonradan mülkiyyət hüququnu yalnız “B” tikilisinə münasibətdə əldə etmişdir. Həmçinin o da müəyyən olunmuşdur ki, “A” və “B” tikililəri və onların ətrafındakı həyətyanı sahələr bir-birindən fiziki sərhədlə ayrılaraq təcrid olunmuş, ayrı giriş-çıxışları olan sahələrdir. İşin bu hallarını tərəflərin heç biri mübahisələndirmir. Bununla belə yenə işdən müəyyən olunur ki, nə birinci İddiaçı, nə onun anası Zinaida Hüseynovanın “B” tikilisi və onun ətrafında yerləşən həyətyanı sahə üzərində heç bir mülkiyyət hüququ olmamış, İddiaçı bu hüququ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə üçüncü şəxs X24 ilə aralarında bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi nəticəsində əldə etmişdir. Belə ki, bu sazişlə Nella Əliyeva öz mülkiyyətində olan “B” tikilisinin İddiaçı mülkiyyətinə keçməsinə razılıq vermiş, bununla da İddiaçı yalnız 2020-ci ildə “B” tikilisi üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxta qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin həm “A”, həm də “B” tikilisinin yerləşdiyi torpaq sahəsinin istifadəçisi Nella Əliyeva olmuşdur. Həmçinin o, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözləntisi” olan şəxs olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin... altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, İddiaçı isə 2020-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən nə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə mülkiyyət hüququ əldə etmişdir. Sonradan evin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ mülkiyyət hüququna çevrildiyindən və həmin vaxt İddiaçı bu evin tikililərindən birinin mülkiyyətçisi olduğundan avtomatik olaraq torpaq sahəsinin ümumi mülkiyyətçisinə çevrilmişdir Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nə fərdi yaşayış evi, nə də bu evin yerləşdiyi torpaq sahəsinə münasibətdə Nella Əliyeva ilə bərabər hüquqa malik olmadığından tərəflərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsi üzərindəki payları bərabər hesab edilə bilməməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən “A” və “B” tikililəri, eləcə də bu tikililərin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin hazırda faktiki istifadə etdikləri şəkildə paylar (“A” tikilisi üzrə 884.13 m2, “B” tikilisi üzrə 124.47 m2) müəyyən edilməl və həmin paylar naturada ayrılmalı olmasına dair iddia tələbinin əsasları ilə birinci instansiya məhkəməsinin razılaşmaması ilə məhkəmə kollegiyası da razılaşır. Belə ki, işin materiallarından görünür ki, İddiaçı nə fərdi yaşayış evi, nə də bu evin yerləşdiyi torpaq sahəsinə münasibətdə heç vaxt Nella Əliyeva ilə bərabər hüquqa malik olmamışdır. Həmçinin də o, yalnız “B” tikilisi və onun ətrafındakı 124.47 m2 sahədə yaşamış, sonradan mülkiyyət hüququnu yalnız “B” tikilisinə münasibətdə əldə etmişdir. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı özünün də indiyə qədər daha artıq torpaq sahəsinə iddiası olmamışdır. Belə ki, o, hələ 2018-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaldırdığı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsində “B” tikilisi və onun ətrafında yerləşən torpaq sahəsinin digər sahədən hasarla ayrıldığını, həmin ayrılmış tikili və torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, məhz bu səbəbdən Nella Əliyeva adına verilmiş çıxarışda onun evin yerləşdiyi bütün torpaq sahəsinin istifadəçisi kimi göstərilməsinin əsassız olduğunu iddia etmişdir. Yəni İddiaçı həmin vaxtkı mübahisəsi yalnız “B” tikilisi və onun ətrafındakı torpaq sahəsi ilə bağlı olmuş, “A” tikilisi və onun ətrafındakı torpaqdan ona da pay düşməsi ilə bağlı hər hansı iddiası olmamış, əksinə, Nella Əliyevanın “B” tikilisini onun mülkiyyətinə verməyə razılıq verməsindən sonra çıxarışın etibarsızlığı ilə bağlı iddiasından imtina etmişdir. Apellyasiya şikayətində İddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 214.1-ci maddəsinə istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən normaya istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Belə ki, istinad edilən normada - paylı mülkiyyətin bərabər hesab edilməsi üçün 2 şərt göstərilmişdir: 1. mülkiyyətçilərin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və

2. bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə. Deməli bu iki şərtin mövcud olmadığı hallarda paylar bərabər hesab edilə bilər. Hazırda isə tərəflər məhz mülkiyyətlərində olan tikililərin yerləşdiyi torpaq sahəsindən razılaşdırma yolu ilə istifadə edirlər, bu hal iddiaçının apellyasiya şikayətinin dəlillərində də öz əksini tapmışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində bildirir ki, “evin yerləşdiyi 0.10086 ha (1008.6 m2) torpaq sahəsi isə tərəflərin ümumi mülkiyyətində olmaqla, faktiki olaraq fiziki sərhədlərlə bir birindən təcrid vəziyyətdə ayrılmışdır”. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2020-ci ilə qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, 11 ünvanında yerləşən nə fərdi yaşayış evi, nə də torpaq sahəsi üzərində heç bir hüququ olmamış, sonradan, yalnız “B” tikilisi üzərində Nella Əliyevanın könüllü razılığı ilə mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halları ilə müəyyən edilmişdir. Göründüyü kimi Mülki Məcəllənin 214.1-ci maddəsində qeyd olunan 2-ci şərt hazırda ödənildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin payların bərabər hesab edilməməsi barədə qənaəti ilə razılaşır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarətdir və apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin onun şikayətlə sadaladığı dəlillərə qiymət verməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmənin nəticəsi qanuni və əsaslı olduğu üçün apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(010)- 169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar