Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6400/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi və tutmanın yönəldilməsi prosedurunun dayandırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli, 2(006)-2688/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Cavabdeh5 MMC, Cavabdeh1 MMC və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi, həmin bildirişin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində qeydiyyatının ləğv edilməsi, "xxxx" ASC tərəfindən Cavabdeh4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi prosedurunun dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədə öz vəkili ilə iştirak etmək istədiyini, lakin maddi imkanı olmadığı üçün müqavilə əsasında özünə vəkil tuta bilmədiyini bildirərək, məhkəmədə iddiaçı olaraq hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli, 2(006)- 2688/2025 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən İddiaçı məxsus gəlir məlumatları bölməsindən əldə edilən çıxarışa əsasən iddiaçı, Sumqayıt Dövlət Universitetində “proqramçı, internet” vəzifəsində çalışmaqla aylıq 900 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində isə “müəllim, ilk peşə - ixtisas təhsili müəssisəsi” vəzifəsində çalışmaqla aylıq 256.36 manat məbləğində əmək haqqı alır. Qanunvericilikdə tərəfin dövlət hesabına vəkillə təmin edilməsi üçün onun kifayət qədər vəsaitinin olmaması əsası qeyd edilmişdir ki, iddiaçı isə qeyd edilənlərə əsasən həmin kateqoriyaya daxil deyildir. Həmin qərardaddan İddiaçı şikayət verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, qərardad Konstitusiyanın 61-ci maddəsinə ziddir. Konstitusiyanın 61 maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım dövlət hesabına göstərilir. Məhkəmə onun bu hüququnu formal şəkildə qiymətləndirmiş, lakin sosial durumunu və işin mürəkkəbliyini tam araşdırmadan rədd qərarı vermişdir. Məhkəmə “maddi vəziyyət” anlayışını səhv tətbiq edib. MPM-in 67-1.4.6cımaddəsinə əsasən, “maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan şəxslər” dövlət hesabına hüquqi yardım ala bilər. Məhkəmə yalnız “AZEMİS” sistemindən əmək haqqı çıxarışı ilə kifayətlənmiş, onun real xərclərini və ailə vəziyyətini (üç azyaşlı övladımın saxlanması, sosial yük, kredit borcları, kommunal öhdəliklər və s.) nəzərə almamışdır. Yaşayış minimumu 2025-ci il üçün 270 manat müəyyən edilmişdirsə, onun aylıq ümumi gəliri (1150 manat) ailə üzvlərinin (4 nəfər) sayına bölündükdə real gəlir iştirakçı başına 287,5 manat təşkil edir ki, bu, yaşayış minimumu həddinə bərabərdir və iqtisadi reallıqda sosial yardıma möhtac vəziyyəti göstərir. Qərardad işin xarakterinə və hüquqi müdafiə zərurətinə ziddir. Onun iddiası hüquqi cəhətdən çoxmərhələli və mürəkkəbdir — ipoteka, kredit, ailə mülkiyyəti, reyestr hüquqları və bank münasibətlərini əhatə edir. Belə işlərdə hüquqi savadı olmayan vətəndaşın özünü təmsil etməsi faktiki olaraq mümkün deyil. Məhkəmə bu prosessual zərurəti nəzərə almadan qərar çıxarıb və ədalətli məhkəmə araşdırması hüququnu pozub (AİHM-in “Airey v. İreland”, 1979 qərarına uyğun olaraq). Qərardadın əsaslandırma hissəsi natamam və formal xarakter daşıyır. Məhkəmə yalnız “vəsait yetərlidir” arqumentinə istinad etmiş, lakin MPM-in 67-1.4-cü maddəsində tələb olunan qiymətləndirmə meyarlarını (ailə tərkibi, sosial vəziyyət, işin mürəkkəbliyi, hüquqi yardıma ehtiyacın səviyyəsi) araşdırmamışdır. Bu, Mülki Prosessual Məcəllənin 263 və 264-cü maddələrində göstərilən əsaslandırma tələblərinin pozulmasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2688/2025 saylı, 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.2-cü maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 67-1.3-cü maddəsinə əsasən Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Bu Məcəllənin 67-1.4.6-cı maddəsinə əsasən məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığı qənaətinə gəlmək mümkündür və ona görə də, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından, o, birinci instansiya məhkəməsində tərəf olduğu işə baxılarkən hüquqlarının müdafiə edilməsi və yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2688/2025 saylı 7 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Birinci instansiyası məhkəməsində tərəf olduğu işə baxılması ilə əlaqədar prosesdə təmsil edilməsi, hüquqlarının müdafiə edilməsi və yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün İddiaçı vəkillə təmin olunsun və vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6400/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6400/2025
02.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver