Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6414/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul vəsaitinin ödənilməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdehnə qarşı "pul vəsaitinin ödənilməsi və sair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, xx.xx.2022ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sisteminin sökülməsi və tarixi abidənin əvvəlki vəziyyətinin bərpa edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Cavabdehnə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə ünvan 3 ünvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması, Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş, ünvan 3 ünvanında yerləşən binanın 53 nömrəli mənzilində quraşdırılmış istilik sistemləri qanunvericiliyin tələbi nəzərə alınmaqla sökülərək mənzilin əvvəlki vəziyyətinə getirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələblərinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı məhkəmədə qaldırılan iddia tələbinin “mənzil əvvəlki vəziyyətinə getirilməsi” tələbi hissələrində icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.2; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarına; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1, 2.0, 2.0.2, 2.0.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı məhkəmədə qaldırılan iddia tələbinin “mənzil əvvəlki vəziyyətinə getirilməsi” hissəsində tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür və həmin mənzildə təmir, inşaat və sair işlərə nəzarət etmək vəzifəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Göründüyü kimi həmin səlahiyyət onların inzibati hüquq münasibətdən irəli gələn vəzifəsidir. Odur ki, hazırki tələb mülki-hüquqi deyil, publik hüquq münasibətlərindən irəli gələn inzibati xarakterlidir və buna görə da hazırki iddianın əsaslı olub-olmamasının araşdırılması müvafiq inzibati məhkəmənin səlahiyyətindədir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş tələbin mahiyyəti inzibati xarakterli olduğundan, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmadığından hazırki iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı deyil, həmin tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Dynamex Express” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1894/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, əqdin etibarsızlığı və ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzilin və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tarix və mədəniyyət abidəsi kimi əvvəlki vəziyyətinə gətirilməsi tələbləri Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulan iddialar dairəsinə daxil deyildir. Bunu müəyyən etmək üçün məhkəmənin İPM-nin 2-ci maddəsinə diqqət yetirməsi kifayət edərdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İddiaçının nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı iş üzrə qərardaddan verdikləri şikayətə xx.xx.2024-cü il tarixdə yazılı icraat qaydasında baxılacağına dair bildiriş elektron sistemə yerləşdirilmişdir. Bildirmək istəyir ki, həmin qərardadın qəbul edildiyi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən tərəflərindən apellyasiya şikayəti verilmiş və həmin apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (elektron çıxarış ayrıca əlavə edilir). Qeyd edilənləri və hazırda icraatda olan üçüncü şəxsin iddia tələbləri üzrə icraata xitam verilməsinə dair qərardaddan şikayət bilavasitə, həmin iş üzrə qətnamə ilə əlaqəli olduğundan (birinci instansiya məhkəməsi öz qətnaməsində bilavasitə qeyd edilən qərardada istinad etmişdir), başqa sözlərlə, artıq mülki iş üzrə qətnamə qəbul edildiyindən, icraatda olan iş üzrə qərardaddan şikayətə baxılmasının mümkünsüzlüyünü (qətnamə ləğv olunmadan, qərardadın ləğv edilməsinin heç bir prosessual əhəmiyyət kəsb etməyəcəyini) nəzərə alaraq, icraatda olan şikayətə baxılmasının təxirə salınmasını və qərardaddan şikayətə həmin iş üzrə qətnamədən verilmiş apellyasiya şikayəti ilə eyni vaxtda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məcəllənin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 229-cu maddəsinin tələblərinə əsasən: 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən: 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin tələblərinə əssən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn münasibətlərin məhkəmə aidiyyatına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 385, 387, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və tikilinin əvvəlki vəziyyətinə qaytarılması tələbin həmin hissəsinə münasibətdə mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Yuxarıda qeyd edilən qanunvericiliyin və ona olan izahlar tələbin mübahisə edilən hissəsinə inzibati icraat (prosessual) qaydasında baxılması üçün əsaslar müəyyən etmir. Tələbin bir hissəsinə dair mahiyyəti üzrə artıq baxıldıqdan, mübahisə edilən xitam verilmiş hissəyə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxıb əlavə qətnamə qəbul edilməlidir. Belə ki, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə mahiyyəti üzrə qətnamə qəbul edilməli olduğu halda səlahiyyəti həddində qiymət verilməmişsə işə baxan məhkəmə tərəfindən əlavə qətnamə qəbul edilməli və ondan şikayət vermək hüquqları təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1894/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6414/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6414/2024
18.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver