Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6417/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh “Xəzər” Gənclərin X2 qarşı “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Xəzər” Gənclərin X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, əmək haqqı ödənişlərini gecikdirdiyinə görə cavabdehin ona Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3*.*6.2*21-ci il tarixli, 2(1*3)-5212/2*21 saylı qətnaməsinə əsasən əmək haqqı üzrə borcu 11.84* manat olduğundan gecikdirilmiş günlər üzrə əlavə olaraq 2*5.894,63 manat gecikmə faizinə uyğun vergi, DSMF və digər hesablamalar nəzərə alınaraq əvvəlki borcdan əlavə hesablanması və 2*5.894,63 manat pulun ödənilməsi və iddia ərizəsi və mediasiya xidməti üçün ödənilmiş rüsumların “Xəzər” GETYM-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tələb etdiyi məbləğdən əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, 16.1*.2*23-cü il tarixdən 3*.*9.2*24-cü il tarixədək hesablanmış 41.44* manat pulun da tutulmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadı ilə İddiaçı cavabdeh “Xəzər” Gənclərin X2 qarşı “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, ödənilmiş 1** manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 1** manat pulun İddiaçı tutularaq Az.MEM, VÖEN 17**326621, X5, KOD 21***5 VÖEN 14*1555*71 Müxbir hesab AZ41NABZ*136*1**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE*************2*885*1 hesabına köçürülməsi qət edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsinin 2 əsasını göstərmişdir. Birincisi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3*.*6.2*21-ci il tarixli, 2(1*3)-5212/2*21 saylı qətnaməsində artıq hazırki mübahisəyə hüquqi qiymət verilmişdir. Başqa sözlə, iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İkincisi, həmin qətnamənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11.*4.2*23-cü il tarixli qərarından əvvəl çıxarıldığına istinad edilərək, qeyd edilmişdir ki, bu halın onun yenidən bu əsasla iddiasını əsaslandırmağa əsas olmamalıdır. Halbuki, hazırki iddia ilə əvvəlki iddia üst-üstə düşmür. Belə ki, iddia tələbləri fərqli müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı isə yeni norma, yeni yanaşma yaratmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarın sonradan yaranmış hüquq münasibətlərinə tədbiq edilməsini nəzərdə tutduqda qərarda bu barədə xüsusi qeyd edilir. Bu qərarda isə belə bir göstəriş yoxdur. İşçi tərəfindən ödəncin tələb edilməsi onun hüququ, işəgötürənin isə vəzifəsidir. Bu səbəbdən ödəncin hesablanması və işçiyə verilməsi işəgötürənin işçi qarşısında daşıdığı öhdəliklərin icrasına təsir tədbiri kimi qəbul edilməlidir. Bununla belə, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tədiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətin növü kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**8)-1743/2*23 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.*.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 398.*.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-5212/2*21 saylı, 3*.*6.2*21-ci il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *5.*3.2*21-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçının cavabdehə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, *1.12.2*18-ci il tarixdən 3*.*8.2*19-cu il tarixədək olan dövr üzrə cəmi 11.84* manat məbləğində hesablanmış əmək haqqının cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, əmək haqqının ödənilməsi gecikdirilmiş olsa da, bu hal sonradan əmək mübahisəsi yaratdığından iddia tələbi “əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın tutulması” hissəsində təmin edilməməlidir. Hazırda iddiaçı qeyd edilən qətnamədə göstərilən məbləğin (əmək haqqının) bugünədək ona ödənilmədiyini bildirir və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı hazırki iddia ilə 16.1*.2*23-cü il tarixdə məhkəməyə müraciət etsə də, əmək haqqının gecikdirilməsinə görə ödəncin 2*19cu ildən başlayaraq hesablanmasını tələb edir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-5212/2*21 saylı, 3*.*6.2*21-ci il tarixli qətnaməsində gecikdirməyə görə ödəncin verilməsi tələbinə hüquqi qiymət verilmiş və nəticədə bu tələb təmin edilməmişdir. Bu da öz növbəsində iş üzrə icraata ən azı bütün həmin dövr üçün ödəncin verilməsi tələbinə dair hissədə xitam verilməsi üçün əsas yaradır. Belə ki, hüquqi nəticə etibarı ilə konkret dövr üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı da bu hüquqi nəticəyə təsir etmiş olmur. Eyni əsaslardan çıxış edərək, artıq məhkəmə qaydasında müəyyən edilmiş əmək haqqı məbləğinin 3*.*6.2*21-ci il tarixdən sonrakı dövrdə ödənilməsinin gecikdirilməsinə görə də ödəncin verilməsi tələbinə hüquqi qiymət verməzdən əvvəl isə bu qətnamənin kassasiya qaydasında mübahisələndirilib-mübahisələndirilməməsi, icraya yönəldilibyönəldilməməsi, icraya yönəldildiyi təqdirdə onun icra vəziyyəti, habelə cavabdehin hazırda fəaliyyət göstərib-göstərməməsi araşdırılmalıdır. Lakin iş materiallarında qeyd edilən məsələlərlə bağlı ümumiyyətlə hər hansı məlumatın olmaması belə bir araşdırmanın aparılmadığını təsdiq edir. Bu da öz növbəsində qərardadın ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələləri araşdırmadan iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən yuxarıda göstərilən məsələlər üzrə araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-4*2-ci, 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(**6)-495/2*24 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən qərardadın əsaslandırıcı hissəsində göstərilən məsələlər üzrə araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6417/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6417/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver