Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6421/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-433/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8200 manat məbləğində maddi ziyanın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi stress və sarsıntılar nəticəsinədə səhhətinə vurulmuş zərərə görə 20000 manat və mənəvi zərərə görə 10000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən “APN Travel” şirkəti ona məxsus olmaqla, həmin şirkətdə aviabiletlərin satışı ilə məşğuldur. Cavabdeh 2018-ci ilin iyul ayından tanıyır. Belə ki, Cavabdeh onun işlədiyi şirkətdə 10.000 manat dəyərində bilet yazdırmış və pulunu müştərilərdən təhvil aldıqdan sonra verəcəyini bildirmişdir. Bir müddət sonra o, Cavabdeh biletlərinpullarını verməsini tələb etdiyi zaman, Cavabdeh müştərilərdən biletlərin pulunu almadığını bildirməklə aldığı biletlərin pulunu ödəməmişdir. Belə olan halda o, cavabdehin təqdim etdiyi müştərilərin adlarına yazdığı 10000 manat dəyərində biletlərin dəyərini məcbur olub öz şəxsi vəsaiti hesabına ödəmişdir. Bundan sonra da cavabdehdən ona olan borcunun ödənilməsini mütəmadi olaraq tələb etmişdir. 2018-ci ilin sentyabr ayında o, Cavabdeh Nərimanov rayonu ərazisində yerləşən “Calambus Travel” şirkətinə işə düzəlməsi barədə məlumat əldə etdikdən sonra, Cavabdeh ona olan borcunun hissə-hissə də olsa ödənilməsini təmin etmək üçün, onun şirkətinə müraciət edən bir neçə müştərinin biletlərini Cavabdeh yazdırmışdır. Bu minvalla Cavabdeh ona olan borcundan 3.500 manat hissəsi ödənilmişdir. O, cavabdehin ona olan borcunun qalan hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə, 2018-ci ilin noyabr ayının sonunda, rəhbəri olduğu şirkətə müraciət etmiş başqa bir müştərinin özünün və anasının adına Dubay şəhərinə xx.xx.2018-ci il tarixdə gediş, 18-xx.xx.2018-ci il tarixdə dönüş daxil olmaqla 2 ədəd biletin yazılmasını Cavabdeh həvalə etmişdir. Cavabdeh həmin müştərilərin adına Dubay şəhərinə qeyd olunan tarixlərdə gediş-gəliş daxil olmaqla ekonom sinifinə aid 1.800 manat dəyərində2 ədəd bilet yazmışdır. O, Cavabdeh təqdim etdiyi biletləri müştəriyə vermişdir. Həmin biletlər üzrə uçuşa bir gün qalmış, biletlərin elektron qeydiyyatını aparmaq istədikləri zaman həmin biletlərin qeydiyyata alınmadığı aşkar olunmuşdur. Bununla bağlı cavabdehə müraciət edərək səbəbini soruşduqda, cavabdeh qeydiyyatı özünün aparacağını bildirərək, bir neçə dəqiqədən sonra qeydiyyat apardığını bildirmişdir. Həmin müştərilər, cavabdehin verdiyi biletlərlə xx.xx.2018-ci il tarixdə Dubay şəhərinə getmələrinə baxmayaraq, 2018-ci ilin dekabr ayının 18-dən 19-a keçən gecə “Dubay İnternational” hava limanından Bakı şəhərinə geri dönmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh yazdığı bilet saxtadır. Bundan sonra müştəri “Dubay İnternational” hava limanından onunla əlaqə saxlayaraq, biletlərin saxta olduğunu və həmin gün 18-xx.xx.2018-ci il tarixdə mütləq Bakıya dönməli olduğunu bildirərək, biletləri ondan aldığından, biletin saxta olmasında onu günahlandırdığından, eyni zamanda müştərinin tələb etdiyi zaman sadə bilet olmadığından o, məcbur olub həmin müştəriyə “biznes sinfinə” aid 3.500 manat dəyərində 2 ədəd yeni bilet yazmışdır və cavabdehin bu saxtakarlığı nəticəsində ona olan borcundan əlavə olaraq 3500 manat dəyərində ziyan etmişdir. Nəticədə cavabdehin ona olan borcu vurduğu ziyanla birlikdə 8200 (səkkiz min iki yüz) təşkil edir. Bundan sonra o, dəfələrlə cavabdehə müraciət edərək ona olan borcunun ödənilməsini tələb etməyinə baxmayaraq, cavabdeh həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. O, məcbur olub, cavabdehin barəsində Nərimanov RPİ-nə müraciət etmişdir. Onun ərizəsi əsasında Nərimanov RPİ-nin İŞ-də, şöbənin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən xx xxxxx 2019-cu il tarixdə“cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin araşdırma üzrə izahatı alınmış hazırkı iş üzrə Cavabdeh verdiyi izahatında, tərəfindən qeyd olunan faktları etiraf etmişdir. Bu müddət ərzində cavabdehdən pulunun tələb olunması ilə bağlı çoxsaylı müraciətləri nəticəsiz qaldığından və hər dəfə cavabdehin verdiyi vədlərin yalan çıxması səbəbindən onunla hər danışıqlarında cavabdeh tərəfindən təhqirlərə məruz qaldığından əsəbləşərək, çığırdığından səs tellərində ciddi problem yaranmış və keçirdiyi əsəb və stresslərdən artıq “Trioid xərçəngi” xəstəliyinə tutulmuşdur. Səhhətində yaranan problemlərlə bağlı Türkiyədə müalicə olnur. Belə ki, həmin xəstəliklə bağlı iki dəfə əməliyyat olunmuşdur. Həkimlərin müayinələri nəticəsində müəyyən olunmuşdur ki, son bir il ərzində keçirdiyi əsəb, stress və sarsıntılar nəticəsində həmin xəstəliyə tutulmuşdur. Bununla bağlı hər dəfə külli miqdarda vəsait xərcləməklə Türkiyəyə gedərək müalicə alır. Müalicəsi ilə bağlı bu günə qədər 20000 manatdan artıq xərci çıxmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində o, həm maddi, eyni zamanda mənəvi zərərə məruz qalmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-433/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 6500 (altı min beş) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehverdiyi apellyasiya şikayətindəqətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi iş materiallarına əsaslanmamış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmış qanuni və əsaslı deyildir. Belə ki, o, 2018-ci ilin iyul ayında "APN Travel" şirkətində işiçi tanışı Könül Əyyubluya müraciət edərək, Həqiqət Babayeva adlı müştərini adına ümumlikdə 10.000 manat dəyərində 4 bilet yazdıraraq pulunu sonra verəcəyini bildirmiş, 2018-ci ilin avqust ayında Könül Əyyublu ona edərək biletlərin pulunu qaytarmasını tələb etməyə başlanmışdır. Həmin ayın sonlarında o, ünvan 1 ünvanında fəaliyyət göstərən "Columbus Travel" şirkətinə satış üzrə menecer vəzifəsinə işə düzəlmiş və bu barədə Könül Əyyubluya məlumat vermişdir. Həmin ilin sentyabr ayından etibarən Könül Əyyublu onların şirkətinə müraciət edən müştərilərin avia biletlərinin yazılmasını ona həvalə edərək hissə-hissə borcundan silməyə başlamışlar. Sentyabr-oktyabr ayları ərzində o, "APN Travel" şirkətinə 7.000 manat dəyərində biletləri işlədiyi "Columbus Travel" şirkətinin adından yazaraq vermişdi, həmin biletlərin pulunu isə öz maaşından ödəyərək "APN Travel" 3.000 manat borcu qalmışdır. 2018-ci ilin dekabr ayının əvvəllərində Könül Əyyublu ona müciət edərək, iki nəfər müştərinin xx.xx.2018-xx.xx.2018 tarixlərində Dubay şəhərinə gediş-qayıdış biletlərini yazıb təcili ona göndərməsini xahiş etmişdir. Həmin vaxt işlədiyi travel şirkətində biletlərin onlayn satışı qapalı olduğundan, eləcə də onun bilet almaq üçün nağd pulu olmadığından bilet sifariş verə bilməmişdir. Həmin vaxt ona borclu olan başqa bir müştərinin borcunu qaytaracağını düşündüyü üçün Könül Əyyublu ondan xahiş etdiyi Ümid Mustafayev adlı müştərini gözlətdirməmək üçün həmin müştərinin adına A4 formatlı vərəqdə formal bilet yazıb mail vasitəsi ilə göndərmiş və düşünmüşdür ki, borcunu alan kimi həmin müştərinin adını onlayn qaydada qeydiyyatdan keçirəcək. xx xxxxxx 2018-ci il tarixdə o,, qabaqcadan düşündüyüm kimi Kəmalə adlı tanışı vasitəsi ilə Ümid Mustafayev adlı müştərinin adına xx.xx.2018-xx.xx.2018-ci il tarixlərə biletllər yazdırmışdır və həmin müştəri xx.xx.2018-ci il tarixdə onun yazdırdığı bilet əsasında ailəsi ilə birlikdə Dubay şəhərinə getmişdir. Həmin vaxt tanışı Kəmalə Kurabəyova səhvə yol verərək qayıdış biletinin tarixini xx.xx.2018-ci il qeyd etməli olduğu halda xx.xx.2018-ci il tarixə qeyd etmişdir. Bu səbəbdən müştəri Ümid Mustafayev xx.xx.2018-cu il tarixdə geri qayıdarkən adına biletin qeydiyyatdan keçmədiyini müəyyən etmiş, bununla bağlı "APN Travel" şirkətinə müraciət etmiş və həmin şirkətin rəhbəri İddiaçı məcbur olub öz şəxsi hesabına 3.500 manat pul ödəyərək 2 nəfərlik biznes sinifi ilə biletlər alıb müştəriyə göndərmişdir. Beləliklə hesab edir ki, onun İddiaçı borcum yoxdur 3500 manat isə Kəmalə Kurabəyovanın həmin şirkətə olan borcudur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı polisə müraciət etdikdən sonra ona 2700 manat pul ödəmiş və İddiaçı 300 manat borcu vardır. 3500 manat isə Kəmalə Kurabəyovanın həmin şirkətə olan borcudur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirdi ki, o, polisə müraciət etdikdən sonra Cavabdeh 6500 manat borcundan 2700 manatını qaytarmış, qalan borcu isə hələ də qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-433/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi“Cavabdeh maddi zərərin əvəzi olaraq 6500 (altı min beş) manat məbləğində pul vəsaitinin tutulması” hissəsində dəyişdirilərək həmin məbləğ 3800 (üç min səkkiz yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan ********* saylı, xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin Maps Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddia tələbini maddi ziyanın tutulması hissəsində təmin edirərkən iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Belə ki, birinci instaniya məhkəmədi qeyd etmişdir ki, qəbul edilmiş “RM368” saylı material üzrə Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə polis orqanında izahat yazmış və yazmış olduğu izahatında İddiaçı 6500 manat borcunun olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borcun mövcudluğu faktını düzgün müəyyən etsə də, borc məbləğinin 6.500 (altı min beş yüz) manat müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə qətnamə Cavabdeh maddi zərərin əvəzi olaraq 6500 (altı min beş) manat məbləğində pul vəsaiti tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Apellyasiya icraatı zamanı İddiaçı vermiş olduğu izahatdan görünür ki, o, polisə müraciət etdikdən sonra Cavabdeh 6500 manat borcundan 2700 manatını qaytarmış, qalan borcu isə hələ də qaytarmamışdır. Göründüyü kimi,iddiaçı cavabdehin ona olan borcundan 2700 manat qaytarmasını etiraf edir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya 300 manat borcunun olduğunun, qalan 3500 manatın isə Kəmalə Kurabəyovanın həmin şirkətə olan borcu olduğunun qeyd etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından və tərəflərin izahatlarından isə cavabdehin iddiaçıya borcunun mövcudluğu təsdiq olunur. Bu halda kollegiya hesab edir ki, iddiaçının etirafı nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 6.500 (altı min beş yüz) manat deyil, 3800 (üç min səkkiz yüz) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanla bağlı olan hissəsində isə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi zərəri tələb etməklə yanaşı, bununla bağlı mənəvi sarsıntı keçirməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməli, 500 (beş yüz) manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-433/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh maddi zərərin əvəzi olaraq 6500 (altı min beş) manat məbləğində pul vəsaitinin tutulması” hissəsində dəyişdirilərək həmin məbləğ 3800 (üç min səkkiz yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehapellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-433/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi “Cavabdeh maddi zərərin əvəzi olaraq 6500 (altı min beş) manat məbləğində pul vəsaitinin tutulması” hissəsində dəyişdirilərək həmin məbləğ 3800 (üç min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6421/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6421/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver