Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6438/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(007)-1018/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(007)-1018/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 181.900 manat məbləğində pul vəsaiti, məhkəməyə ərizə verilərkən dövlət rüsumu olaraq ödənilən 471 manat və müvəqqəti təminat tədbiri barədə ərizə verərkən ödənilən 47 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-5400/2022 saylı iş üzrə qəbul etdiyi 13 iyul 2022-ci il tarixli qərardadla apellyasiya şikayətinin MPM-in 361.1-ci maddəsində müəyyən olunan formaya uyğun tərtib olunmaması, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar və şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair sübutedici dəlillər apellyasiya şikayətində göstərilmədiyindən, apellyasiya şikayətində sadəcə maddi və prosessual hüquq normaları sadalandığından, apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2022 saylı iş üzrə qəbul etdiyi 25.07 2022-cı il tarixli qərardadla apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yeni apellyasiya şikayəti vermiş və apaellyasiya şikayətinə müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2022 saylı, 12 avqust 2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2022 saylı iş üzrə qəbul etdiyi 19 may 2022-cı il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsi, Cavabdeh münasibətdə müddətin buraxılmasının üzürlü hesab edilməsi və buraxılmış prosessual müddət bərpa olunması, Cavabdeh apellyasiya şikayətinə baxılması üçün işin materiallarının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək göstərmişdir ki, cavabdehin müddətin bərpa edilməsinə dair gətirdiyi səbəb reallığı əks etdirməməklə bərabər eyni zamanda onu tərəf olaraq prossesual vəzifədən də azad etmir. Belə ki, cavabdeh apelyasiya şikayətini şəxsən tərtib etmiş, öz imzası ilə imzalamış və şikayət Nizami rayon Məhkəməsində mülki mübahisəyə baxılan zaman onu təmsil edən vəkilin elektron imzası ilə təsdiq edilərək göndərilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən imzalanan və onu təmsil edən vəkilin elektron kabineti vasitəsilə göndərilən, lakin MPM-in müvafiq tələblərinə cavab verməyən formada tərtib edilmiş və yuxarı instansiya tərəfindən geri qaytarılmış apelyasiya şikayətinin, təkrar verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdehin ərizəsində qeyd etdiyi səbəb məhkəmə üçün əsaslı hesab edilə bilməzdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(007)-1018/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan “poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 19 may 2022-cı il tarixli qətnamə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmış və xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ilk dəfə apelyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh ilk dəfə apellyasiya şikayət verəkən müddəti ötürməmiş, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yeni apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən üzrlü səbəblərdən ötürülmüşdür. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.» Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(007)-1018/2022 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(007)-1018/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-6438/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6438/2022
19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver