Məhkəmə qərarları › İş №2(103)-6440/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6440/2020

06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6440/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfındən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1005/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmışdır. Cavabdeh həmin qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərardadını Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddəsi ilə əsaslandırmış və qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixində məhkəmə prosesində guya iştirak etməmişdir. Nəsimi rayon məhkəməsinin işə baxan hakimi iş üzrə qərardadı qəbul edərkən qərəzli olmuş və məqsədli şəkildə işi baxılmamış saxlamışdır. Belə ki, xx.xx.2020-ci ildə Respublikamızda Pandemiya qarşı mübarizə tədbiri kimi Karantin rejimi tətbiq edildiyindən və həmin vaxtı o, rayonda olduğundan məhkəmə prosesinə nümayəndəsini göndərmişdir. Həmçinin həmin vaxtı İddiaçı məhkəmənin 1ci mərtəbəsində gözləmiş və onun nümayəndəsi-vəkili isə məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə iclası zamanı hakim işin baxılmasını başqa vaxta təyin edəcəyini bildirmiş və onun nümayəndəsi məhkəmə iclasından sonra ona telefon zəngi edərək məhkəmənin təxirə düşdüyünü bildirmişdir. Lakin xx.xx.2020-ci il tarixində ona məlumat verilmişdir ki, işə baxan hakim işin baxılmamış saxlanılması haqqında qərardad qəbul etmişdir. Bu tamamilə qanunsuzdur və qəbul edilməzdir. Necə ola bilər ki, məhkəmə prosesində tərəflərin nümayəndələri iştirak edir və məhkəmə iclasının təxirə salındığı elan olunur, lakin sonradan guya məhkəmə işin baxılmamış saxlanılması barədə qərardad qəbul edir. İşə baxan hakim planlı şəkildə qərardad qəbul etmiş və bundan sonra İddiaçı prokurorluğa şikayət edərək güya onun tərəfindən aldadıldığını göstərmişdir. Bu tamamilə yalan və böhtandır. Belə ki, İddiaçı alınan pul vəsaiti təyinatı üzrə əsgər paltarları tikilmiş və həmin paltarlar saxlanılması üçün onun özünə təhvil verilmişdir. Lakin İddiaçı məhkəmə prosesinin onun istədiyi istiqamətində getmədiyini gördükdə, işin mülki qaydada baxılmasından imtina etmiş və güya məhkəmə prosesində iştirak etmədiyini qabartmaqla işin baxılmamış saxlanılmasına razılaşmışdır. Ona görə iş üzrə qəbul edilmiş qərardad əsassız olduğundan ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-105/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelliyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, cinayət işi başlanmayıb. İddiaçı korrupsiyaya şikayət yazıb. İddiaçı onun qapısını qıraraq 72000 manatlıq malını oğurlayıb, onun da barəsində şikayət edib. O, işin məhkəmədə araşdırılmasını ona görə istəyir ki, iddiaçı həm 72.000 manatlıq malını oğurlayıb, həm də ondan 50.000 manat pul tələb edir. İstəyir ki, iş araşdırılsın, onun əsassız iddiası rədd olunsun. Həm məhkəmədə iddia qaldırır, həm də geri çəkilir. İşəbaxılması vaxtı və yeri haqqında iddiaçıya və digər cavabdehə məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər mübahisələndirilən hissədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirak etdiyini bildirsə bu hal iş materialları ilə təsdiq olunmur. İkincisi, iddiaçının cavabdehə qarşı mülki qaydada olan iddiasında maraqlı olmaması və cinayət mühakimə icraatı qaydasında prokurorluğa müraciət etməsi mübahisələndirilən qərardadın əsassızlığına dəlalət etmir. Yəni, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Bu halı məhkəmə iddiaçıya qadağan edə bilməz. Üçüncüsü, cavabdehin də iddiaçıya qarşı mülki yaxud cinayət mühakimə icraatı qaydasında tələb irəli sürməsinə və ya şikayət etməsinə hansısa maneə mövcud deyildir. Ona görə də cavabdeh də iddiaçıya qarşı ayrıca məhkəmə icraatı qaydasında pozulmuş hüquqları ilə bağlı tələb irəli sürə bilər. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1005/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar