Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6457/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2103/2024 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə “Hyundai İX-35” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). 2.Avtomobilin mülkiyyətçisi Ülvi Əliyevdir, onun mülkiyyət hüququ reyestrdə qeydə alınıb və qeydiyyat şəhadətnaməsi verilib (iş v. 4). Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qohumdurlar: dayıoğlu-bibioğludurlar. Hazırkı mübahisədə cavabdehlərin mənafeyi eynidir. Cavabdehlər avtomobili şifahi alqı-satqı müqaviləsi və etibarnamə əsasında əldə edib, daha sonra şifahi alqı-satqı müqaviləsi və etibarnamə əsasında iddiaçıya satıblar. Belə ki, iddiaçı xx.xx.2022-ci ildə 15.500 manat pulu avtomobilin dəyəri kimi Cavabdeh2 ödəyib, Cavabdeh1 isə mülkiyyətçinin nümayəndəsi kimi etibar edilmişi etibaretmə qaydasında avtomobilə dair iddiaçının adına xx.xx.2022-ci il tarixli etibarnamə verib (iş v. 9). 3.Sonradan mülkiyyətçi Cavabdeh1 adına verilmiş etibarnaməni və iddiaçının adına etibar edilmişi etibaretmə qaydasında verilmiş etibarnaməni ləğv edib. İddiaçı bildirir ki, bundan sonra yol polisi avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı barədə ona xəbərdarlıq edib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 15.500 manat, avtomobilin təmirinə çəkilmiş xərc kimi 5.400 manat, pulun qaytarılmasınasının gecikdirlməsinə görə faizlər, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. 5.Birinci instanasiya məhkəməsi iş üzrə qərardad və qətnamə qəbul edib. 6.Qərardadla qərara alınıb ki, Cavabdeh1 qarşı yönəlmiş tələbə aid hissədə iş üzrə icraata xitam verilsin. 7.Qətnamə ilə qət olunub ki, Cavabdeh2 qarşı yöənəlmiş tələb qismən təmin olunsun, 15.500 manat, habelə dövlət rüsumunun əvəzi kimi 136,5 manat cavavabdeh Cavabdeh2 tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və idda tam rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 10.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 12.Belə ki, iddiaçı avtomobilə görə 15.500 manat pulu Cavabdeh2 ödəyib. İşin bu halı mübahisə doğurmur, hər iki tərəf bunu təsdiq edir. Cavabdeh2 həmin pul əldə etməsinin hüquqi əsası yoxdur, çünki qanunvericiliyə görə, avtomoil etibarnamə və ya şifahi alqı-satqı müqaviləsi əsasında alqı-satqı edilə bilməz. Odur ki, Cavabdeh2 əsassız varlanmış şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Ona görə də birinci instansiya məhkəməsi Cavabdeh2 15.500 manat pulun alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlib. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2103/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6457/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6457/2024
29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver