Məhkəmə qərarları › İş №2(103)-648/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-648/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-648/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022- ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib protestdə göstərir ki, iddianın iddiaya cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki, cavabdehin bu qətnaməni icra etmək, yəni hazırkl mərhələdə əmlakın üzərinə qoyulmuş həbsi götürmək səlahiyyəti və imkanı yoxdur. Konstitusiyai Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli və xx.xx.2009-cu il tarixli qərarlarına əsasən iddiaçılar cinayət mühakimə icraatı qaydasında pozulduğunu iddia etdikləri hüquqlarının bərpası üçün cinayət mühakimə icraatı qaydasında əmlak üzərinə həbs qoyulması barədə qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməli olmasını müəyyən etsə də qeyd olunan normaların tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022- ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, İddiaçı–cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. İşin faktiki hallarından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.2005-ci il tarixli məktubu əsasında mübahisəli ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə cinayət işi ilə bağlı məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər mülki hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların mülki iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə mülki məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir Qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməli, İddiaçı iddia ərizəsində göstərdiyi mübahisəyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı iddia ərizəsində göstərdiyi mübahisəyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar