Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6484/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1673/2023 saylı işi üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh adına göndərdiyi 17 aprel 2022-ci il tarixli, 08 №-li, 31 avqust 2022-ci il tarixli 19 №-li, 3 mart 2023-cü il tarixli 02 №-li yazılı sorğularında verdiyi "xxxx" saytında 12 fevral 2022-ci ildə saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” şərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstəriməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla) 25 fevral 2023-cü il tarixli, 2 №-li yazılı sorğusuna cavab məktubunu imzalayan əvvəlkilərdən fərqli mövzuda “cavab” göndərən, məktubu imzalayan və adını, soyadını göstərməyən direktor vəzifəsini müvəqqəti icra edən şəxsin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? (Şəxsə hansı tarixdən hansı tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilməsi barədə əmrin (sərəncamın, qərarın, digər aidiyyəti sənədlərin) surətlərinin MMC rəhbərliyi tərəfindən təsdiq edilmiş surətlərini təqdim etməklə) suallarına “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, tələb olunan sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi və direktoru Cavabdeh üzərinə qoyulması” barədə iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1673/2023 saylı işi üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 50; “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2, 2.3, 2.4, 3.0.5, 9.1, 9.2, 10, 11, Mülki Məcəllənin 14.1, 50.1; Mülki Prosessual Məcəllənin 14.2, 54.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə Cavabdeh informasiya sahibi olmadığından hazırki iddia tələbi üzrə cavab verməli olan şəxs deyil. Ona görə də ona qarşı irəli sürülmüş hazırki iddia təmin edilməməlidir. İddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı barəsində "xxxx" informasiya saytında “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” adlı məqalə paylaşılmış, iddiaçı həmin məqalinin müəllifi, həmin yazının "xxxx" saytında dərc olunmasına qərar vermiş məsul əməkdaşı barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu vermiş, lakin onun sorğusuna cavab verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, iş üzrə Cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi və direktoru olduğundan verilmiş sorğuya cavab da onun tərəfindən verilməlidir. İddiaçı barəsində məlumat "xxxx" informasiya saytında paylaşılmışdır. Yəni, informasiya sahibi "xxxx" MMC-dir. "xxxx" MMC-nin qanuni təmsilçisi X7, direktoru isə Cavabdehdur. Göründüyü kimi iş üzrə cavabdeh informasiya sahibi deyil, o, informasiya sahibində rəhbər vəzifəsində çalışan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh, iddiaçı tərəfindən tələb olunan məlumatla bağlı informasiya sahibi olmadığından hazırki iddiaya cavab verməli şəxs kimi qəbul edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada informasiyanın verilməsi öhdəliyinin onun üzərinə qoyulması qanuna uyğun deyil. O qanunvericiliyə əsasən yalnız informasiya sahibi tərəfindən sorğu edilən informasiyanın sorğuçuya verilməli olduğu halda bu funksiyanın yerinə yetirilməməsinə görə rəhbər vəzifəli şəxs kimi məsuliyyət daşıyan şəxsdir. Məhkəmə tərəfindən iddiaçıya Cavabdeh əsl cavabdeh “ Baku.VVS” ilə əvəz edilməsi təklif edilmiş, cavabdeh razı olmamışdır.
2. İşin icraatı zamanı təqdim edilmiş sənədlərdən müəyyən edilir ki: - İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 08 nömrəli informasiya sorğusuna (təkrar) əsasən, iddiaçı tərəfindən "xxxx" saytında xx.xx.2022-ci ildə 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” başlığı altında dərc olunmuş informasiya ilə bağlı "xxxx" İnformasiya Agentliyinin həmin yazıda göstərdiyi faktlar konkret olaraq hansı mənbədən əldə edilmişdir? (Dəqiq adı, soyadı, ata adı, ünvanı, əlaqə vasitələri göstərilməklə), həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir?, bu yazının dərc olunmasına "xxxx" İnformasiya Agentliyinin hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı) kimi sorğu verilmişdir və həmin sorğuya "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 001 nömrəli cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Kütləvi İnformasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 34 və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırdığı sualların tərəflərindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil; - İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19 nömrəli informasiya sorğusuna (təkrar) əsasən, iddiaçı tərəfindən "xxxx" saytında 12 fevral 2022-ci ildə, saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” sərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstərilməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla)” kimi sorğu verilmişdir; - Azərbayacan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın) Aparatının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətinə əsasən, “Ölkə.az” saytına göndərdiyi xx.xx.2022-ci il tarixli informasiya sorğusuna cavab verilməsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına) ünvanladığı müraciət əsasında müvafiq məlumatlar “Ölkə.az” saytından tələb olunmuşdur. Verilmiş cavabda bildirilmişdir ki, ünvanladığı xx.xx.2022-ci il tarixli informasiya sorğusu “Ölkə.az” saytının redaksiyasına daxil olmamışdır. Eyni zamanda cavabda qeyd edilmişdir ki, sorğu olaraq göndərilən “Xəbər az" xəbər “Ölke.az” saytının yazısı deyil, "xxxx" saytına istinadla dərc olunan xəbərdir; - Azərbyacan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın) Aparatının rəhbəri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolun surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75, BAKU.WS saytı vasitəsilə xx.xx.2022-ci il tarixdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 10.4.2 və 24.1-ci maddələrinin tələbləri pozulmaqla inzibati xəta törədilməsi müəyyən edilmiş, nəticədə Cavabdeh, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; - Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-2174/2022 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)- 2052/2022 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - "xxxx" MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 006 nömrəli məktubuna əsasən, iddiaçının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-də yayımlanan qeyd etdiyi məqalənin müəllifi onların saytı deyil. Belə ki, xx.xx.2022-ci il tarixində sorğusuna əlavə etdiyi və etmədiyi bir çox saytlarda qeyd edilən başlıqda məqalə yayımlanmışdır. Başqa saytlarda yayımlanan, müəllifi onların saytı olmayan məqalələr xüsusi proqram vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başa saytda yerləşdirilir və yayımlanır. Bildirdikləri kimi, qeyd edilən məqalənin yayımlanması müəllifi onların saytı olmadığına görə dərc edilməsi üçün hər hansı bir məsul şəxs qarar verməmişdir. http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla və eyni zamanda heç bir saytla hər hansı bir müqaviləsi olmamışdır. Qeyd edilən yazının müəllifi onlar olmadıqlarından həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırlar, eyni zamanda həmin məqalənin yalan olması barədə tərəfindən hər hansı əks arqument təqdim olunmamışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(003)-1673/2023 №-li qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Məcəlləsinin 14.1, 82.3 ; “İnformasiya əldə etmək haqqında” qanununun 2.2, 2.3, 2.4, 3.0.5, 9, 9.1.1, 9.1.2, 10.4.1, 11, 11.1, 11.2, 11.3, 11.4, 17.2, 23.1-ci ; “ Media haqqında qanunun 13, 14, 15-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin konkret halları və mahiyyəti ondan ibarətdir ki, Cavabdeh sahibi və rəhbəri olduğu onlayn media subyekti olan "xxxx" saytı 2022-ci il fevralın 12-də saat 12:04-də barəsində informasiya yayıb, dərhal həmin yazı və fotoşəkli 30- dan artıq müxtəlif saytlarda "xxxx"-ə istinadla eynisi ilə “CopyPaste” edilərək tirajlanıb. Həmin saytların adları qeyd olunub, Nəsimi rayonu ərazisində olan "xxxx", “azsiyaset.com”, “pravda.az” saytları və onların rəhbərləri barədə 28 mart 2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. xx.xx.2022-ci il tarixdə məhkəməyə hazirlıq iclasına "xxxx" saytının nümayəndəsi gəlməmiş, “azsiyaset.com” və “pravda.az” saytlarının baş redaktorları X8 və X4 isə ifadələrində saytda yerləşdirilən yazıda hara istinad etdiklərini ("xxxx") bildirdilər. Məhkəmə həmin gün (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız 16 yaşına çatmış fiziki şəxslər ola bilərlər) şikayətin məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina barədə 1(006)-197/2022 №-li Qərar çıxarardı. Buna görə də bu informasiyanı qələmə alan, yəni, yazan müəllifin, fiziki şəxsin və yazını saytda yerləşdirilməsinə qərar verən məsul əməkdaşın kimliyi barədə müfəssəl məlumat əldə etmək üçün Konstitusiyanın “İnformasiya əldə etmək” və “Məlumat azadlığı“ haqqında Azərbaycan Respublikası Qanunlarının vətəndaşa verdiyi hüquqlara söykənərək 10 aprel 2022-ci il tarixli yazılı sorğularla həmin saytların rəhbərlərinə müraciət edib. Yuxarı hissəsində "xxxx" loqosu,aşağı hissəsində ünvanı yazılmış blankda ona göndərilən 1 cümləlik cavab məktubunun sonunda “X11 Məmmədov” yazılmış, imza və möhürlə təsdiq olunmuş, lakin sorğusuna cavabdan əsassız imtina edildmişdir. Sorğusuna qanunvericiliyin tələblərinə uyğun cavab verilməməsi ilə əlaqədar 17 aprel 2022-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə - Ombudsmana Nəsimi rayonu ərazisində olan "xxxx", “azsiyaset.com”, “pravda.az” və digər saytlar barədə yazılı şikayət göndərmişdir. Müraciəti əsasında yuxarıda qeyd etdiyi saytların rəhbərləri Ombudsman aparatına dəvət olunmuş, "xxxx" istisna olmaqla digər saytlar böhtan yazını səhifələrindən dərhal çıxarmışlar. Ombudsman aparatında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsaslanmaqla inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas olduğundan inzibati xəta haqqında iş üzrə icraata başlanıldı, icraat çərçivəsində sorğusu üzrə məsul vəzifəli şəxs olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh müəyyən edildi və barəsində inzibati xəta haqqında protokol (MN № 1202302) tərtib edilməklə müvafiq qaydada baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərildi. Məhkəmənin 3(006)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim xüsusi ittiham qaydasında şikayətinin məhkəmə baxışına çıxarılmasından imtina barədə qərar çıxaran X10) "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə təqsirli bilinməklə 500 (beş yüz) manat məbləğində cərimə edildi. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti də təmin edilmədi. Bu inzibati tənbehdən sonra Cavabdehun tutduğu əməldən peşiman olacağı, saytında təkzib verərək sifarişli yazısı ilə ona atdığı böhtandan peşiman olacağı, ondan üzr istəyəcəyi ehtimallarını da boşa çıxdı. Cavabdeh sorğunu yenə də qanunvericiliyin tələb etdiyi səviyyədə cavablandırmadığı üçün Ombusmana onun törətdiyi inzibati xətanın davam etdiyi barədə təkrar müraciət etmiş və İXM-nin müvafiq maddələrini göstərmişdir. Lakin, insan hüquqları üzrə müvəkkil, belə çıxır ki, hansısa təsirə görə, bu işdə vəzifəsini tamamlamaqdan yayınmağa üstünlük vermişdir. 29 sentyabr 2022-ci il tarixdə poçtla cavabdehə eyni suallarla təkrarən 2-ci yazılı sorğu göndərib. Cavabdeh qanunazidd cavab məktubu daha acınacaqlı oldu. Burada Cavabdeh sorğunu qanunvericiliyin tələbləri səviyyəsində cavablandırmaq əvəzinə tamamilə başqa, lüzumsuz mülahizələrini izhar etdi. Cavabdehə 3cü yazılı sorğusuna 3 mart 2023-cü ildə göndərilən “cavabı” isə onu heyrətə gətirdi. Sayta imza edən, lakin adını, soyadını göstərməyən naməlum şəxs yazır: “Sizin xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-də (? E.İ.) yayımlanan qeyd etdiyiniz məqalənin müəllifi bizim sayt deyil...”. Yazının altında müəllif yerində açıq-aşkar BAKU.WS yazılıb! Həm də yazı göstərilən tarixdə saat 15:04-də deyil, 12:04-də tirajlanıb. BAKU.WS canlı insan deyil ki, qələm-kağız götürüb, yaxud kompüter arxasına keçib informasiya yazsın və onu saytda dərc etsin. İmza yerinə BAKU.WS yazılıbsa, deməli, bu yazını redaksiyanın rəhbərinin ya özü, yaxud onun səlahiyyət verdiyi digər əməkdaşının göstərişi ilə hansısa insan, müəllif yazıb. Bu müəllif heç bir halda redaksiya rəhbərinin tanımadığı, əlaqəsi olmadığı şəxs ola bilməz. Cavabdeh və sonda onun adından sorğusuna cavab verməyə səlahiyyət verdiyi naməlum şəxs tərəfindən imzalanan hər üç cavab bir-birini təkzib edir və sorğusunun düzgün, əsaslandırılmış cavablandırılmasını təmin etmir. Cavabdehə göndərdiyi sorğular və cavablar, həmçinin Ombudsmanın məktubları, inzibati protokol, məhkəmə qərarları və digər sənədlər birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir. Sənədlər hər şeyi dəqiq göstərir və sübut edir. İnformasiya əldə etmə hüququ dünyanın bütün sivil demokratik dövlətlərinin konstitusiyalarında, həmçinin insan hüquqları üzrə beynəlxalq konvensiyalarda, BMT və Avropa İttifaqı sənədlərində mühüm bəşəri dəyər kimi təsbit olunub. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində də dəyişilməz hüquqi dəyər kimi göstərilib, üstəlik, “İnformasiya əldə etmək haqqında” Qanunla hüquqi müstəvidə ciddi şəkildə qorunur. O, əvvəllər də dəfələrlə yazılı sorğusuna qanunvericiliyin tələbləri səviyyəsində əsaslandırılmış cavab verməyən, yaxud, ümumiyyətlə, hərəkətsizlik nümayiş etdirən nüfuzlu rəhbər dövlət orqanları, yüksək məmurlar, qanunsuz oliqarx hüquqi və fiziki şəxslər barədə inzibati və ümumi məhkəmələrdə iddia qaldırmış, bəzən səhhəti ilə əlaqədar işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddialarının hamısı və əksəriyyəti də bir şifahi məhkəmə baxışı iclasında təmin olunub. Təkcə onun tələbi ilə hüquqi qüvvəyə minən bu qətnamə və qərarlar ölkəmizdə bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşmasına sübutdur. İnsan Hüquqları üzrə Müvəkkil –Ombudsman hər ilin yekununda öz fəaliyyəti, o cümlədən informasiya əldə edilməsi barədə qanunvericiliyin pozulmasına qarşı necə mübarizə apardığı barədə ölkənin ali qanunvericilik hakimiyyətinə – Milli Məclisə geniş hesabat verir. Lakin ilk dəfədir ki, Xəzər Rayon Məhkəməsi bu mövzüda iddia tələbini rədd edir. Axı burada geniş araşdırma tələb edən bir məsələ yoxdur. Cavabdeh sahibi və rəhbəri olduğu saytda barəsində, hər-hansı mövzuda informasiya verib. O da həmin yazının müəllifinin kimliyi barədə ona yazılı informasiya sorğusu vermiş və materialı saytdan çıxarmasını ilk gündən xahiş etmişdir. Qarşı tərəf isə mütəmadi olaraq cavabdan yayınır, informasiyanı isə saytdan çıxarmır. Niyə? Marağı nədir? Heç zaman üzbəüz gəlmədiyi bu şəxs niyə bu məsələdə dirəniş göstərir, niyə bu qədər israrlıdır? Cavabdehin vəkili və nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazda qısaca 3 əsaslandırılmamış məsələ ortaya qoyur: 01. İddiaçı Cavabdeh "xxxx"-in rəhbəri olması barədə məhkəməyə sübut təqdim etməyib. 02. Sorğuya cavabda göstərilən "xxxx"-in direktoru Cavabdeh məhz hazırki cavabdehin olması müəyyənləşdirilməyib. 03. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, informasiya sorğusuna "xxxx" tərəfindən iki dəfə cavab verilib. 04. Yazının müəllifi bizim sayt deyil. 05. Başqa saytlarda yayımlanan, müəllifi bizim saytın olmayan məqalələr xüsusi proqram vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başa saytda yerləşdirilir və yayımlanır. Qeyd edilən məqalənin yayımlanması müəllifi bizim sayt olmadığına görə dərc edilməsi üçün hər hansı bir məsul şəxs qərar verməmişdir. 06. http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla ve eyni zamanda heç bir saytla har hansi bir müqaviləsi olmamışdır. 07. Qeyd edilən yazının müəllifi biz olmadığımızdan həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırıq, eyni zamanda həmin məqalənin yalan olmasi barədə tərəfinizdən hər hansi əks arqument təqdim olunmamışdir. 08. İddiaçı məqalənin xx.xx.2022-ci il tarixdə saat 12.04-də yayımlanmasını qeyd edir, lakin saytdan görünür ki, məqalə xx.xx.2022-ci il tarixdə saat 15.04-də yayımlanmışdır. 09. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sorğuya əlavədən görünür ki, iddiaçı özü etiraf edir ki, bir çox saytlarda məqalə dərc olunub və silinib. Digər saytların linklərinə girdikdə müəyyən olunur ki, qeyd edilən saytlarda dərc edilmə saatı "xxxx"-də dərc edilmə saatından əvvəl baş vermişdir 10. Məsələn, “7times.az” saytında https://7times.az/vezifeden-getmek-ucun-yarimmilyonu-sert-qoyan-eldar-ismayilovkimdir qeyd olunub ki, yazı xx.xx.2022-ci il saat 12:28-də verilib və s. Qeyd etmişdir ki, həm də faktlarla, arqumentlərlə, maddi hüquq normaları göstərməklə sübut edir ki, cavabdehin vəkilinin bu sadaladıqları “İnformasiya əldə etmək haqqında” və “Media haqqında” qanunlarının müddəalarına tamamilə ziddir, cəfəngiyyatdan, əsassız mülahizələrdən başqa bir şey deyildir: İddiaçı Cavabdeh"xxxx"-in rəhbəri və sahibidir. Sahibi olmasına dair faktlar: onun həyatı, təhsili, məşğuliyyəti, işi, tərcümeyi-halı, nəhayət, "xxxx"-i 40 ABŞ dollarına dostlarından necə satın aldığı, rəhbəri və sahibi olduğu barədə bu gün, xx.xx.2023-cü ildə saat 02:55-də https://baku.ws/orkhanmamadov.html (məhkəmə yoxlaya bilər. İnternetdən silə bilər, odur ki, həmin səhifəni PrintScrean edərək, yəni monitordan olduğu kimi köçürərək apellyasiya şikayətinə əlavə edir) linkini tıklayaraq daxil olduğu özünün yaratdığı "xxxx"-ininternet səhifəsində yazır: “Cavabdeh 1986-cı il oktyabr ayının 4-də Bakı şəhərində anadan olub. Sentyabr 1992-ci ildə 8 saylı məktəbin birinci sinifinə qədəm qoyan Orxan, 2003-cü ilin iyununda orta təhsilini tamamlayıb. Daha sonra, eyni ildə Rusiya Cənub Universitetinin hüquq fakültəsinə daxil olaraq, 2008-ci ildə eyni adlı universitetin uğurlu məzunu olub. 1999-cu ildən internet platformasında ilk addımlarını atmağa başlayıb. Əvvəlcə Orxan ilk qədəmlərini müəyyən internet çatlarında portallar yaratmaqla başlayaraq, növbəti işləri üçün özünü inkişaf etdirib. Müəyyən müdddətdən sonra öz auditoriya kütləsini yaradıb, bu, onun üçün irihəcmli və öz dəst-xətti olan saytını yaratmaqda böyük imkanlara gətirib çıxardıb. 5 yanvar 2004-cü il tarixində Cavabdeh dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "xxxx" saytını yaradıblar. Dostları daha sonra saytı başqalarına satmaq istəsələr də, cəmi 40 dollara Orxan saytı alıb və inkişaf etdirib. Saytın özündə də Cavabdeh məqalələri çap olunur. "xxxx" saytının blankında 2020-ci ildə olan statistikasına əsasən sayta 4 milyondan çox giriş olub. Cavabdeh bildirir ki, ”17 ildir ki, baku.ws saytı Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilib. Bununla yanaşı,insanların sosial problemlərini işıqlandırır, onların çətinliklərini həll etməkdə aydın məlumatları özündə əks etdirir. Vətəndaşları maraqlandıran mövzuları operativ olaraq araşdırır və rəsmi məlumatlarla bir çox suallara cavab tapılan bir sayta çevrilib.” Jurnalist əlavə edir:” Saytda Cavabdeh həsr olunmuş həmin səhifənin solunda foto şəklinin altında ingiliscə CEO & Founder BAKU.WS, yəni BAKU.WS-un baş direktoru və təsisçisi sözləri yazılıb. Bundan əlavə,"xxxx" saytının rəhbəri kimi onun adına eyni suallarla yazdığı 3 sorğunun ikisinə cavab məktubunu həmin saytın rəsmi blankında direktor kimi özü yazıb, imzalayıb, möhürlə təsdiq edib. Digər məktubu isə direktor vəzifəsini müvəqqəti icra edən, adını, soyadını göstərməyən naməlum şəxs imzalayıb. Hər məktubda başqa-başqa qeyri obyektiv səbəblər göstərilməklə sorğu qanunun tələbləri səviyyəsində cavablandırılmayıb (məktublar işdə vardır). Yazının müəllifi cavabdehə məxsus sayt deyilsə, niyə müəllif yerinə baku.ws yazılıb? Niyə istinad mənbəyini göstərməyib? Bundan əlavə, sorğusuna qanunvericiliyin tələblərinə uyğun cavab verilməməsi ilə əlaqədar 17 aprel 2022-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə - Ombudsmana təkcə "xxxx"-ə qarşı deyil, Nəsimi rayonu ərazisində olan “azsiyaset.com”, “pravda.az”, “pia.az” və digər saytlar barədə də yazılı şikayət göndərmişdir. Müraciəti əsasında yuxarıda qeyd etdiyi saytların rəhbərləri Ombudsman aparatına dəvət olundular, "xxxx" istisna olmaqla digər saytlar böhtan yazını səhifələrindən dərhal çıxarmasaydılar onlar barədə də inzibati tənbeh tədbiri görülməli idi. İcraat çərçivəsində sorğusu üzrə məsul vəzifəli şəxs olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh müəyyən edildi və işdə olan Ombudsman tərəfindən göndərilən məktublar, inzibati protokol, qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarları var. Bu sənədlərdə şikayəti üzrə təqsirkar, məhz, vəzifəli şəxs Cavabdeh Əliəsgər oğlu müəyyən edilib. Bu işdə onun təqsiri tam sübuta yetirilmişdir. Mülki Məcəllənin 82.3-cü maddəsi birmənalı olaraq tələb edir: “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. Cavabdeh informasiya sorğusunu qanunvericiliyin tələbləri səviyyəsində cavablandırmadığından inzibati tənbeh də almışdır, lakin yenə qanunlara sayğısızlıq göstərməkdə davam edir. Necə yəni,“başqa saytlarda yayımlanan, müəllifi bizim sayt olmayan məqalələr xüsusi proqram vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başa saytda yerləşdirilir və yayımlanır. Bildirdiyimiz kimi, geyd edilən məqalənin yayımlanması müəllifi bizim sayt olmadığına görə dərc edilmasi üçün hər hansı bir məsul şəxs qərar verməmişdir? Bəlkə başqa bir saytda dövlət sirri, düşmənə şifrə ötürmə, yaxud, qanunla qadağan olunan çox ciddi məlumatlar, yaxud dövlətin müstəqilliyi əleyhinə çağırışlar var, avtomatik başqa saytlarda dərc olunur? Bu fikir absurtdur, “Media haqqında Qanunun 13., 14., 15-ci maddələrinin bütün bəndlərinin tələblərinə başdan ayağa ziddir. Deməli, "xxxx" və ondan olduğu kimi CopyPaste edib yayan digər saytlar da qanunu pozurlar. Onların arasında isə heç bir müqavilə yoxdur. Cavabdehin vəkili və nümayəndəsi etirazında yazır ki, qeyd edilən yazının müəllifi biz olmadığımızdan həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırıq, eyni zamanda həmin məqalənin yalan olmasi barədə tərəfinizdən hər hansi əks arqument təqdim olunmamışdir. Ombudsman aparatı da, məhkəmələr də birmənalı şəkildə sübut edirlər ki, onun şikayəti üzrə təqsirkar çəxs Cavabdehdur. Bəs onlar nə ilə sübut edirsiniz ki, altından "xxxx" yazdığınız informasiyanın müəllifi sizinsayt deyil? Barəsində yazılan yazının böhtan olmamasını isə o deyil, yazı müəllifi və məsul redaktor sübut etməlidir. Bu, indiki deyil, başqa məhkəmənin mövzusudur. Saytda yazılan tarixi də, saatı da sonradan dəyişdirmək, yazıya əlavə və düzəlişlər etmək sadə bir işdir. Cavabdeh məqalənin xx.xx.2022-ci il tarixdə saat 12.04-də yayımlanmasını deyil, həmin gün saat 15.04-də yayımladıqlarını israr edir. (link məhkəmə tərəfindən kopyalanaraq baxıla bilər yazır: https://baku.ws/sports/141375). Əvvəla, o 2022-ci ilin martında həmin yazını PrintScrean etmişdir, orda tarix və saat xx.xx.2022-ci il tarixdə saat 12:04 göstərilib. Məhkəmənin şübhəsi olarsa, ekspertizaya göndərə bilər. Lakin, tutaq ki, saat 12:04 deyil, 15:04-də yayımlanıb. Necə ola bilər ki, digər saytlar, o cümlədən cavabdehin sübut kimi, guya, onlardan əvvəl yayımlayan “7times.az” saytının https://7times.az/vezifedengetmek-ucunyarim-milyonu-sert-qoyan-eldar-ismayilov-kimdir linkini göstərməsinə, həmin saytda yazının verilməsi tarixi həqiqətən cavabdehin göstərdiyi kimi, xx.xx.2022-ci il saat 12:28-dir. Amma, burada yazının altından istinad olunan BAKU.WS göstərilir. Necə ola bilər ki, “7times.az” saytı bu yazını verərkən 2 saat 36 dəqiqə sonra həmin yazını dərc edən BAKU.WS-a istinad edib? O, onsuz da nə Orxanı tanıyır, nə də “7times.az”-ın rəhbərini. Elə “7times.az”-ı məhkəməyə verib də. Amma, bütün kopyalayan və tirajlayan saytlar sonda “Baku WS”-ə 2,36 saat əvvəlcədən istinad ediblər? “Baku WS” rəhbərinin, yaxud müdafiəçisinin əməllərində saytda tarixi öz xeyirlərinə sonradan dəyişib linki məhkəməyə təqdim etməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1., yaxud 294.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmələrinə əsaslı şübhələr göz önündədir. Qətnamədə maddi və prosessual hüquq normalarının müvafiq normaları göstərilsə də bu normaların ziddinə nəticə əldə edilmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir:“ İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1lçisi Cavabdehdur. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1lçisi X3r. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin icraçı direktoru, "xxxx" MMC-nin isə direktorudur. Qətnamədə istinad edilən maddi normalar və işin halları iddianın təmin olunmasına hesablanıb. Məhkəmə isə öz yazdıqlarının əksinə nəticəyə gəlib. Onun cavabdehlə şəxsi tanışlığı yoxdur. Sadəcə istəyir ki, böhtandan, qərəzli, sifarişli yazılardan çəkinsin. Ondan tələbi nədir? Sorğu yazıb, qarşı tərəf yayınmasın, düzgün cavab versin. Məhkəmə özü qeyd edir ki, Cavabdeh "xxxx" MMCnin icraçı direktoru, "xxxx" MMC-nin isə direktorudur. "xxxx" MMC-nin qanuni təmsilçisi X7 barədə Google-də axtarış verdikdə nəticə tapılmır. Baku WS-ə Cavabdeh yazdıqda isə dərhal nəticə tapılır. (X17 təqdim edilir). Cavabdeh “Baku WS” saytının rəhbəridir. Bütün faktlar bunu göstərir. Lap olsun məhkəmənin qeyd etdiyi kimi, direktor. Direktor idarəedici rəhbər şəxsdir. Əvvəlki sorğularına sorğunun deyil, sorğu məktubuna sorğuya qanunvericiliyin tələbləri səviyyəsində cavab verilməsindən imtina edilməsi barədə cavab məktublarını direktor kimi Cavabdeh Əliəsgər oğlu imzalayıb. "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) özünün vergi ödəyicisi kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərməsi (VÖEN **********) MMC-nin möhüründə isə ortasında BAKU.WS kənarlarında Azırbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti (həm də ingiliscə)yazılması ona göndərilən məktubların blankının və imzaya vurulmuş BAKU.WS möhürünün yuxarıda qeyd etdiyi hər iki MMC-yə aid olmasına şübhə yaradır. Onun fikrincə bu kommersiya MMC-ləri və şəxsi VÖEN "xxxx" saytı və MMC-nin vergilərdən yayınmaq üçün və pul nağdlaşdırılmasını limitdən süni şəkildə 3 qat artıq əldə etmək məqsədi güdür. Bundan əlavə, məhkəmə təqdim etdiyi vəsatətin də qəbul edilib-edilməməsini qərardadla rəsmləşdirməmiş və prosessual normanın müvafiq maddəsini pozmuşdur. İnformasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir. Yəni, dərhal, bu mümkün olmasa 24 saat, aktuallığını itirmirsə ən geci 12 iş günü ərzində. Sorğusunu rəsmi məktubla göndərdiyi informasiya sahibi "xxxx" MMC-nin direktoru Cavabdeh yazılı sorğularına 1 il 6 aydır cavab verməkdən yayınır, məhkəmə isə qətnamədə normanı göstərsə də bu faktı və onu doğuran səbəbi ümumiyyətlə araşdırmamışdır. İnformasiya sahibi sorğu edilən informasiyaya malik olmadıqda onun mövcud ola biləcəyi yeri tapmaqda sorğuçuya kömək göstərməlidir. Ancaq "xxxx" MMC-nin direktoru Cavabdeh sorğusunda cavab istədiyi informasiyaya malik olduğu halda cavabdan yayınmış, sorğusunu nə qanunun tələblərinə uyğun cavablandırmış, nə də bu cavabları almaqda ona hər hansı bir köməyi gostərməmişdir. Məhkəmə də bu normanı sadalasa da yekunda nəzərə almamış, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulmasının qarşısını almaq əvəzinə iddia tələbini təmin etməməklə vətəndaş hüququnu pozanların tərəfində durmuşdur. Sorğu edilən informasiya informasiya sahibi yox idisə, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir. Bu sənədlərdə şikayəti üzrə təqsirkar, məhz, vəzifəli şəxs Cavabdeh Əliəsgər oğlu müəyyən edilib. Bu işdə onun təqsiri tam sübuta yetirilmişdir.. Məhkəmə bu faktı əsas götürərək qiymətləndirməli, işə düzgün hüquqi qiymət verməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməli idi. Lakin bu mötəbər sənədləri araşdırmayıb və yanlış nəticəyə gəlib. İddia ərizəsində və apellyasıya şikayətində iş üçün əhəmiyyətli olan digər maddi və prosessual normaları da qeyd etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Apellyasiya baxışı zamanı "xxxx" MMC və “ Baku.VVS “ MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir .
5. İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun barəsində “ BAKU.WS” saytında “ böhtan xarakterli məlumatların yayıldığını, həmçinin bu məlumatların təkcə həmin saytda deyil, ondan başqa 30-yaxın saytda paylaşıldığını, bu səbəbdən məhkəməyə müraciət etdiyini, lakin məhkəmə tərəfindən xüsusi ittiham qaydasında işin başlanılması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən cinayətin subyekti kimi 16 yaşına çatmış fiziki şəxsin olmalı olduğu izah edilmiş və işin icraata götürülməsindən imtina edilmilşdir. O da bu səbəbdən Ombudsmana müraciət etdiyini və Ombudsmanın da ona cavabında bu məlumatların yayılmasında təqsirli şəxsin "xxxx" saytının direktoru Cavabdeh olduğu qeyd etmiş, birinci instansiya məhkəməsinin cavabdehin əsl cavabdehlə əvəz olunması təklifinə münasibətdə isə “ İnformasiya sorğusu əldə etmək haqqında” qanunda da qeyd olunduğu kimi hər bir orqan informasiya sorğusuna cavab vermək üçün əmrlə vəzifəli şəxs təyin etdiyini, bunun üçün hər hansı vəzifəli şəxs təyin olunmadıqda isə o zaman təşkilatın rəhbəri özü bu vəzifəni yerinə yetirməli olduğunu qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək ad günü olması səbəbindən Bakıda olmadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin apellyasiya icraatında səlahiyyətini müəyyən edən orderini təqdim etmədiyindən və təxirə salmınması üçün əsaslar müəyyən edilmədiyindən vəsatət təmin edilməmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106, 217.4, 385- 390-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən və bu hissədə mühüm əhəmiyyəti olan və qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməlidir.
10. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə əsasən: 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 2.4. fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; 9.1.1 dövlət orqanları və bələdiyyələr; 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır. 9.2. Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 10.2. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. 10.3. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz. 11.1. İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. 11.2. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. 11.3. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
14. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 50. İ. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. İİ. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. İİİ. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Hazırki münasibətlərin (informasiyanın əldə edilməsi məqsədi) səciyyəsi də məhz kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ ilə bağlıdır.
15. Göründüyü kimi, apellyasiya şikayətinin haqlı dəlillərinə və qanunvericilik iyerarxiyasına əsasən yalnız informasiya sahibi tərəfindən sorğu edilən informasiyanın sorğu verənə verilməli olduğu halda bu funksiyanın yerinə yetirilməməsinə görə rəhbər vəzifəli şəxs kimi cavabdeh məsuliyyət daşıyan şəxsdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 10.4.2 və 24.1-ci maddələrinin tələbləri pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati xəta törədilməsi müəyyən edilmiş vəzifəli şəxs - informasiya sahibinin rəhbəri olduğu cavabdeh müəyyən edilmişdir. Ona görə, başqa hal müəyyən edilmədiyindən, informasiya verilməsi məsuliyyəti (vəzifəsi) informasiya sahibinin rəhbəri vəzifəsini həyata keçirən cavabdehin (dəyişdirildiyi təqdirdə onu əvəz edən şəxsin) üzərinə düşür. Belə ki, tələb üzrə biləvasitə hüquqi şəxsin üzərinə düşən cavabdehlik mülki qanunvericiliyin ümumi norma tələblərindən irəli gəlsə də, onu inkişaf etdirən xüsusi norma və yeni normativ hüquqi akt (“İnformasiya əldə etmək haqqında”Azərbaycan Respublikası Qanununun) tələbləri hüquqi şəxsin müəyyən etdiyi vəzifəli şəxsinin, o cümlədən (İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması halında) onun rəhbərinin mülki məsuliyyətini müəyyən etmişdir.
16. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, iddia təmin edilməklə qətnamə ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1673/2023 saylı işi üzrə 02 avqust 2023-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh adına göndərdiyi 17 aprel 2022-ci il tarixli, 08 №-li, 31 avqust 2022-ci il tarixli 19 №-li, 3 mart 2023-cü il tarixli 02 №-li yazılı sorğularında verdiyi "xxxx" saytında 12 fevral 2022-ci ildə saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” şərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstəriməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla) 25 fevral 2023-cü il tarixli, 2 №-li yazılı sorğusuna cavab məktubunu imzalayan əvvəlkilərdən fərqli mövzuda “cavab” göndərən, məktubu imzalayan və adını, soyadını göstərməyən direktor vəzifəsini müvəqqəti icra edən şəxsin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? (Şəxsə hansı tarixdən hansı tarixədək "xxxx" MMC direktoru vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilməsi barədə əmrin (sərəncamın, qərarın, digər aidiyyəti sənədlərin) surətlərinin MMC rəhbərliyi tərəfindən təsdiq edilmiş surətlərini təqdim etməklə) suallarına “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, tələb olunan sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh üzərinə qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.