Məhkəmə qərarları › İş №2(103)-6484/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6484/2025

08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6484/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(009)- 1933/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "əqdlərin əhəmiyyətsizliyi və digər" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 8, ümumi sahəsi 172.33 kv.m.olan 4 otaqdan ibarət 218 saylı mənzilə dair Y/218 nömrəli, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 11, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 240 saylı mənzilə dair Y/240, xx.xx.2023-cü il tarixli Bakışəhəri, Nəsimi rayonu,Abay döngəsi 360-cıməhəllə, bina 3, mərtəbə 13, ümumisahəsi 85,96 kv.m.olan 2 otaqdan ibarət 248 saylımənzilə dair Y/248, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 13, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 251 saylı mənzilə dair Y/251, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqdan ibarət 253 saylı mənzilə dair Y/253, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 14, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqdan ibarət 256 saylı mənzilə dair Y/256, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3, mərtəbə 17, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqdan ibarət 270 saylı mənzilə dair Y/270 nömrəli müqavilələr əhəmiyyətsiz hesab edilərək, cavabdehin həmin müqavilələrdə göstərilən mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(009)- 1933/2025 saylı qərardadı ilə mülki işin aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(009)-1933/2025 saylı qərardadının ləğv edilməsi və mülki işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilkin tələb müqavilələrin əhəmiyyətsiz hesab edilməsidir və cavabdehin həmin müqavilələrdə göstərilən mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi törəmə tələbdir. Birinci instansiya məhkəməsi məhz bunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə tələblərə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki işin aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(009)- 1933/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar