Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6497/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc və sair” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3694/2022 saylı işi üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının cavabdehdən borca görə 1000 manat, maddi ziyana görə 300 manat, mənəvi ziyana görə 200 manat, dövlət rüsumuna görə 35 manat olmaqla cəmi 1535 manatın onun xeyrinə tutulmasına dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3694/2022 saylı işi üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh borca görə 500 manat, dövlət rüsumuna görə 35 manat olmaqla, cəmi 535 manat İddiaçı xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1, 740.1, 740.2; Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 185.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehə 1000 manat borc verməsini iddia etsə də, məhkəmə araşdırması zamanı verilmiş borcun məbləğinin 1000 manat olmasını sübuta yetirə bilməmiş, cavabdehin etirafı ilə borcun 500 manat olması öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı verdiyi borca görə ona 300 manat maddi ziyan, 200 manat mənəvi ziyan vurulmasını, cavabdeh isə aldığı borcdan 120 manat qaytarmasını, borcun ona faizlə verilməsini bildirsələrdə, bu hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, iddiaçı vurulmuş 300 manat maddi ziyanın hansı qaydada hesablanmasını, nədə ifadə olunmasını, özünün veridiyi borca görə keçirə biləcəyi mənəvi sarsıntıların, istirabların nədə ifadə olunmasını, cavabdeh isə borcun faizə almasını, 120manat qaytarmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. 2.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: Cavabdeh iddia ərizəsini qəbul etməyərək və etirazında göstərmişdir ki, o, İddiaçı 500 manat borc almış, borc ona 10% verilmiş, həmin borcdan 120 manat qaytarmış, lakin bu barədə qəbz almamışdır. Aldığı borc məbləğini hissə-hissə qaytaracaqdır (səh.17, 20). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binqdi Rayon Məhkəməsinin 2(001)-3694/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.2;Mülki Prosessual Məcəllənin 4, 5.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına cavab vermir.İşin mahiyyəti ondan ibarətdir ki, cavabdeh 2021-ci ilin marta ayında ondan 1000 manat məbləğində borc almışdır. Həmin borcun qaytarılması üçün dəfələrlə müraciət etsə də bu bir səmərə verməmişdir. Ona görə də polisə müraciət etmişdir. Polis İdarəsində Cavabdeh ondan 1000 manat borc aldığını etiraf etsə də məhkəmədə həmin borcun ancaq 500 manatını etiraf etmişdir. Ötən müddət ərzində istehlak mallarının qiyməti xeyli qalxmış, pulunun alıcılıq dəyəri aşağı düşmüşdür. Bunun nəticəsində də ona təxminən 300 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində o, dəfələrlə həyəcan keçirmişdir. Bunun nəticəsində də, onda baş ağrıları, ürək ağrıları yaranmış, normal həyat ahəngi pozulmuşdur. Ona dəymiş mənəvi ziyan 200 manat təşkil edir. Halbuki, aralarındakı şifahi razılaşmaya görə o ona olan borcunu tam şəkildə ödəməli idi. İş üzrə qətnamə qəbul edilərkən qanunvericiliyin bu tələbi nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. İddiaçı apellyasiya şikayətini müdfaiə edərək, cavabdehin ondan 1000 manat borc aldığını, lakin bu günə qədər borcundan heç bir məbləğ ödəmədiyini, ona dəymiş maddi və mənəvi ziyanı deyil, yalnız aldığı 1000 manatı tələb etdiyini bildirmişdir.
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
8. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir.
9. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında münasibətlər çərçivəsində qarşılıqılı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, alınan və qaytarılan (qaytarılmalı olan) məbləğin miqdarı və digər ziddiyyətli dəlillər (sübutlar), iddia edilən pul vəsaitlərinin məbləğının, şübhələrdən kənar olaraq borcun və borc mövcud olduğu təqdirdə onun miqdarına birmənalı qiymət veilməsini mümkünsüz edir.
10. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3694/2022 saylı işi üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.