Məhkəmə qərarları › İş №2(103)-6508/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6508/2023

24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6508/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2866/2023 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.1999-cu il tarixli, 095826 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X5 ilə bağlanmış hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh2 adına tərtib edilmiş ********** saylı, xx.xx.2017-ci il tarixli reyestr qeydinin ləğv edilməsi və seriya RX, ******* saylı Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilə dair X4 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, İddiaçı2 Cavabdeh2 nisbətdə ləyaqətsiz vərəsə hesab edilməsi və 100 manat dövlət rüsumunun Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2866/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 İddiaçı2 qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təcrubəsi zamanı vəsiyyət edənin iradəsinə qarşı hər hansı qəsdən cinayət və əxlaqsız hərəkət törətməsi onun ləyaqətsiz vərəsə olması uçun kifayət edir. Cavabdehlərin ona qarşı məhkəmədə iddia qaldıraraq mənzilini əlindən almaq istəmələri ona qarşı törədilən əxlaqsız hərəkətin bariz nümunəsidir. Cavabdeh X3 onun bacısı olmaqla ikinci dərəcəli vərəsələr sırasına aiddir. Lakin cavabdeh bacısının və onun digər iki cavabdeh qızları tərəfindən ona qarşı qanuna, əxlaqa zidd hərəkətlər edilir. Onun vəsiyyətnamə qoymasına qarşı çıxıb mülkiyyətində olan mənzilin cavabdehlərə bağışlanma müqaviləsi qoymaq tələbləri əməl edilmədikdən sonra ona qarşı məhkəmədə iddia qaldırmışlar. Məhkəmədə ona qarşı irəli sürülmüş iddanın özü bir başa cavabdeh X2 onun son iradəsinin ifadəsinə bir başa mane olmaq niyyətidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2866/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.1999-cu il tarixli, 095826 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin X5 ilə bağlanmış hesab edilməsi, DƏDRX tərəfindən Cavabdeh2 adına tərtib edilmiş ********** saylı, xx.xx.2017-ci il tarixli reyestr qeydinin ləğv edilməsi və seriya RX, ******* saylı Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilə dair X4 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi isə ləyaqətsiz vərəsə hesab edilməsi barədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 156.1-ci və 156.1.1- 156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. İş materiallarından görünür ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməyəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmuşdur. Belə ki, hazırki vəziyyətdə qarşılıqlı iddia tələbi “ləyaqətsiz vərəsə hesab edilmə” barədə olmaqla ilkin iddia arasında əlaqəsi olmamamış, qarşılıqlı iddia ilkin tələbin ödənilməsinə yönəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2866/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar