Məhkəmə qərarları › İş №2(103)-6519/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6519/2025

26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6519/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair 2(103)-6519/2025 nömrəli mülki iş üzrə Cavabdeh1 “mülki işlərin bir icraatda birləşdirilməsi barədə” vəsatətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi iki mülki iş var. Birinci mülki iş 2(103)-6519/2025 nörmrəli hazırkı işdir. Həmin işdə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddia verib. İş üzrə Xətai Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(011)- 4218/2025 nömrəli qətnamə qəbul edib. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti və Cavabdeh1 isə ayrıca apellyasiya şikayəti verib. İkinci mülki iş 2(103)-64/2025 nörmrəli işdir. Həmin işdə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və maddi zərərin əvəzinin ödənilməsi barədə” iddia verilib. İş üzrə Nizami Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(007)-1539/2021 nömrəli qətnamə qəbul edib. Qətnamədən cavabdeh İddiaçı1 apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)- 64/2025 nömrəli qərardadı ilə həmin iş üzrə icraat yuxarıda qeyd olunan mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılıb. Mülki işlərdə tərəflər eynidir, tələblər isə bir-biri ilə əlaqəlidir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, vəsatət təmin olunmalı, hər iki mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169-cu maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair 2(103)-6519/2025 nömrəli mülki iş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair 2(103)-64/2025 nömrəli mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. İşlər birləşdirildiyinə görə 2(103)-6519/2025 nömrə üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar