Məhkəmə qərarları › İş №2(103)-6520/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6520/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6520/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndələri Nümayəndə2 və Əliyev Nicat Məzahir oğlunun, Cavabdehlər Cavabdeh10, Cavabdeh15 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-789/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Mehdi Abasov, Cavabdeh10 və Cavabdeh16 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamının surətinə əsasən İddiaçı MMC-nin xx.xx.2019cu il tarixli, 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019- cu il tarixli, 1- 1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi qərara alınmışdır.

2. İş materiallarında olan 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2 saylı forma üzrə arayışa əsasən Cavabdeh10, Cavabdeh1, Abasov Mehdi Ağakərim oğlu, Cavabdeh3, Abbasov Namiq AğaKərim oğlu, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif oğlu, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlu, Cavabdeh12, Cəfərova İlhamə Hədis qızı, Abasova Nazilə Namiq qızı, Cavabdeh11, Cavabdeh9, Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlu, Rəcəbli Aqşin Araz oğlu Bakı şəhəri, Novruzov Qardaşları küçəsində yerləşən 73B saylı evdə qeydiyyatdadırlar.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayı və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Y.Ə.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtüklər taxta konstruksiyadan inşa edilmiş yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətindədir, həmin evlərdə binada təmir bərpa gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 1 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 142,7 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh10 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlu, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif oğlu, Abbasov İradə Hacıbala qızı, Abbasov Zaur Mehdi oğlu, Abbasov Cəlal Abbas oğlu, Cəfərova İlhamə Hədis qızı, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlu, Cavabdeh9 və Cavabdeh14 və kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdilər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənlərin nəzərə alaraq mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər. Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Binanın tikintisi barəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa iddiaçı Ali dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq çox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin Bakı şəhərində olan görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla Ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlət birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi Ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yanaşı yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı Ali Dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Sadıqova Kəhriz Əliskəndər qızının, Sadıqov Misrəddin Allahverdi oğlunun və Sadıqov İlqar Misrəddin oğlunun ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 73B ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 170 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspertiza rəyi və qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, cavabdehlərə məxsus ünvan 7 nömrəli mənzilinin ümumi sahəsi 149,1 kv.m. təşkil edir. İddia tələblərinə əsasən "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 170 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi xahiş edilmişdir. Hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 215 kv.m. ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasov Namiq Ağakərim oğlunun, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6, Abbasov Zaur Mehdi oğlunun, Abbasov Cəlal Abbas oğlunun, Cavabdeh7, Cavabdeh8, Abbasov Fərhad Namiq oğlunun, Cavabdeh9 və Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzildən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.m. yeni təmirli mənzilin Abbasov Namiq Ağakərim oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Abbasov Namiq Ağakərim oğluna hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 450 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 86 kv.m. yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh10, Əlmirzəyeva Əminə Ağakərim qızının, Abasov Mehdi Ağa Kərim oğlunun, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6 Hacı Bala qızının, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, Abasova Nazilə Namiq qızının, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 mənzilin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Əlmirzəyeva Əminə Ağakərim qızının, Abasov Mehdi Ağa Kərim oğlunun, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6 Hacı Bala qızının, Cavabdeh15, Cavabdeh12, Abasova (Cəfərova) İlhamə Hədis qızının, Abasova Nazilə Namiq qızının, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 3 saylı fərdi yaşayış evlərdən çıxarılmaqla, fərdi yaşayış evlərin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Abasov Mehdi Ağa Kərim oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Abasov Mehdi Ağa Kərim oğluna hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 3 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kv.m. yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-789/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh10, Əlmirzəyeva Əminə Ağa Kərim qızının, Abasov Mehdi Ağa Kərim oğlunun, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6 Hacı Bala qızının, Cavabdeh15, Cavabdeh12, Cəfərova (Abbasova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 6 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh10, Əlmirzəyeva Əminə Ağa Kərim qızının, Abasov Mehdi Ağa Kərim oğlunun, Cavabdeh3, Cavabdeh16, Cavabdeh13, Cavabdeh4, Yaqubova Arzu Akif qızının, Cavabdeh6 Hacı Bala qızının, Cavabdeh15, Cavabdeh12, Cəfərova (Abbasova) İlhamə Hədis qızının, Cavabdeh8, Cavabdeh11, Meybullayeva (Əlmirzəyeva) İlahə Nurulla qızının, Cavabdeh14, Meybullazadə Meybulla Azər oğlunun və Rəcəbli Aqşin Araz oğlunun ünvan 6 saylı fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evləri boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 5 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh16 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh16 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 6 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Abasov Mehdi Ağa Kərim oğlunun mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Abasov Mehdi Ağakərim oğluna hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi, İddiaçı MMC tərəfindən ünvan 6 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 78 kvadrat metr yeni təmirli mənzilin Cavabdeh10 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh10 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 16.1, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə və Mənzil Məcəlləsinin 15-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdehlər Mehdi Abasov, Cavabdeh10 və Cavabdeh16 nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş hərtərəfli, düzgün və obyektiv araşdırılmamışdır. İlk növbədə iddiaçının subyektiv hüququ məsələsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən sərəncamın bəndləri məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin sərəncamın 2.4-cü bəndinə əsasən sifarişçinin Bakı Şəhər İcra hakimiyyəti nəzdində İnterservis Müdriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasının təmin edilib-edilməməsi barədə nə mülki iş materiallarında hər hansı bir icarə müqaviləsi əlavə edilməmiş və məhkəmə tərəfindən həmin hal müəyyən edilməmişdir. Digər bir əsaslı pozuntu isə torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilib-edilməməsini müəyyənləşdirməmək olmuşdur. Məhkəmə tərəfindən ən əsas pozuntu isə həmin sərəncamın 1.1-ci bəndinin yəni, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilib-edilməməsini müəyyən etməmişdir. Belə ki, həmin sərəncamla da birbaşa İddiaçı MMC-yə vəsaitin ödənilməsinin və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfin üzərinə qoyulmuşdur. İş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlərə hər hansı vəsait köçürülməmişdir. Bu hallar da bir daha təsdiq edir ki, iddiaçı sərəncamın bəndlərini icra etməmiş və hal-hazırda belə bir iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. ünvan 3 ünvanında yerləşən ev cavabdehlərin dədə-baba yurdlarıdır. Həmin ünvanda tikilmiş 3 yaşayış evi cavabdehlərin ataları tərəfindən tikilmiş, artıq 100 ilə yaxındır ki, cavabdehlər həmin ünvanda məskunlaşıb və yaşayırlar. Həmin evdə bütün övladları, həmçinin qardaşı və onun övladları bu evdə dünyaya gəlmişlər. Hətta 1974-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsi pasportu əsasında da müəyyən olunur ki, həmin tarixdə cavabdehlərin 224.7 kv.m tikiinti sahəsi və ümumi meydançasının sahəsi 334.0 kv.m olmuşdur. Hal-hazırdada fərdi yaşayış evinin ümumi sahəsi artıqdır. Belə ki, tərəfimizdən əlavə işlərdə görülmüşdür. Yalnız həmin ərazidəki torpağın 1 kv.m-nin qiyməti 3200 manatdır. Həmin ərazidə yerləşən mənzillərin 1 kv.m-nin qiyməti isə 2500 manatdan artıqdır. Məhkəmə öz qətnaməsində cavadehlərin ifadələrini də təhrif etmişdir. Belə ki, cavabdehlər 250000 manat pulun onlara verilməsi müqabilində evlərinin sökülməsinə heç vaxt razılıq verməmişlər. Hətta iddiaçının onlara təklif etdiyi məbləğ bundan qat-qat artıq olmuşdur. Şirkət tərəfindən evlərin tikintisi nə zaman yekunlaşacağı bəlli deyil. Cavabdehlər isə həmin evdə 11 nəfər yaşayırlar və yeni evlərin tikilməsini gözləmək cavabdehlər üçün mümkünsüzdür. Evin verilməsinə razı deyillər, yalnız cavabdehlərin tələb etdiyi real torpağın və mənzillərin dəyəri tam ödənildikdən sonra razılaşma ola bilər. Digər bir nüans isə ondan ibarətdir ki, məhkəmənin öz təşəbbüsü ilə mülki iş üzrə qiymətləndirmə aparılması üçün mülki iş «Premium Qiymətləndirmə» MMC-yə göndərilmişdir. «Premium Qiymətləndirmə» MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi haqqında rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən «A» tikilisinin tikinti altı sahəsi 95,1 kv.m., ümumi sahəsi 146,6 kv.m., 1 mərtəbəli evin tikilisinin tikinti altı sahəsi 35,7 kv.m., ümumi sahəsi 29,5 kv.m., əlavə tikili tikinti altı sahəsi 2,4 kv.m., ümumi sahəsi 1,8 kv.m., əlavə tikili tikinti altı sahəsi 1,0 kv.m., ümumi sahəsi 0,64 kv.m. təşkil edən 73B saylımənzillərin xx.xx.2022-ci il tarixli vəziyyətinə bazar dəyəri - 504.615 manat məbləğində müəyyən olunmuşdur. Mülki iş üzrə həmin rəyin heç bir əhəmiyyəti yox idisə, nəyə görə Məhkəmə qiymətləndirmə şirkətinə belə bir qiymətləndirmə üçün müraciət göndərmişdi? Məhkəmə isə həmin rəyə demək olar ki, heç bir hüquqi qiymət verməmişdir. Həmin rəydə də, fərdi yaşayış evinin ölçüləri belə düzgün müəyyən edilməmişdir. Ümumiyyətlə məhkəməyə təqdim olunmuş rəylərin heç birində fərdi yaşayış evinin ölçüləri düzgün ölçülməmiş, hətda məhkəmənin qoyduğu suallara belə tam cavab verilməmişdir. Belə ki, mütəxəssis qarşısında qoyulan suallar tam olaraq cavablandırılmamışdır. Məhkəmə tərəfindən vətəndaşın mülkiyyət toxunulmazlığı hüququ pozulmuşdur. Məhkəmə torpaqların dövlət ehtiyacları üçün alınması barədə qərara istinad etməklə (baxmayaraq ki hansı bir dövlət ehtiyacından söhbət getmir) qabaqcadan onun dəyərinin ədalətli ödənilməsini belə təmin etməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüquqularının müdafiəsinə dair heç bir köməklik göstərilməmişdir. Mülki iş materialları ilə cavabdehlərin mülkiyyət hüququ təsdiq olunur. Qeyd olunan normaların tələbləri baxımından əmlaka faktiki sahibliyin hüquqi cəhətdən təmin edilmiş imkanı və həmin əmlakdan onun faydalı təbii xassələrini hasil etməyi, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı pozulmamalıdır. Məhkəmə tərəfindən cavabdehlər müqavilə bağlanılmasına məcbur edilmiş və ümumiyyətlə onların iradə ifadəsi bu halda nəzərə alınmamışdır. Maddi hüquq noramaları pozulmuş, mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiiyətli olan hallar sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclsında iştirak edən cavabdehlər Cavabdeh10, Cavabdeh15 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

15. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri Nümayəndə2 və Əliyev Nicat Məzahir oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

16. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 6.3 dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

18. Maddə 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

19. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

20. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

21. Maddə 560.3.5.1 alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

22. Maddə 15 yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-789/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nın cavabdehlərə (Cavabdeh16, M.Abasov və Cavabdeh10) öz əvvəlki mənzilin yerinə yeni, təmirli, əlavə sahə ölçülərinin əlavə edilməklə (55 kv.m-dən yuxarı, + 30%) mənzillə təmin edilməsi hazırki cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması deyildir. Əksinə cavabdehlər hazırki hərəkətləri mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.

34. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Belə ki, iş materiallarında olan 1974-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportundan görünür ki, ünvan 7 ünvanında yerləşən ev cavabdehlərin atası Ağa Kərim Abbasovun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən ev cavabdehlərin ata-baba yurdlarıdır. Həmin ünvana tikilmiş 3 yaşayış evi cavabdehlərin ataları tərəfindən tikilmiş və cavabdehlər həmin ünvanda məskunlaşıb və yaşayırlar.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Kollegiya hesab edir ki, ünvan 7 ünvanında yerləşən evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, cavabdehlərin həmin evə gözlənilən mülkiyyət hüquq vardır.

38. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).

39. Kollegiya qeyd edir ki, cavabdehlərin yaşadığı ünvan 7 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir.

40. Kollegiya onu da qeyd edir ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.

41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).

42. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

43. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

45. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-789/2022 saylı 01 iyul 2022-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi və s» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçünə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar