Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6528/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi RİH Mənzil- Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfat Birliyi və Mədəniyyət və Turizm Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-134/2020 saylı qətnaməsindən İddiaçı və S.S.Tamanzadənin apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6, 14 saylı mənzillərinə cavabdeh tərəfindən müdaxilə və qəsdin aradan qaldırılması, bununla bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisionerin və su çəninin cavabdehin hesabına sökülməsi, cavabehə məxsus 9 saylı mənzildən onun mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1,2 kv.m ölçüdə qanunsuz açdığı pəncərə oyuğunun cavabdehin hesabına mişar daşı ilə bağlanması, onun mənzilinin güc götürən divarına bitişik qanunsuz tikilmiş qəzalı vəziyyətdə olan bağlı balkonun cavabdehin hesabına sökülməsi, mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının qıfılının sındırılmasının cavabdehə qadağan edilməsi, 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi onun istifadəsində olan təsərrüfat təyinatlı otaqdan cavabdehin əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfat Birliyi və Mədəniyyət və Turizm Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisi İddiaçı üzərinə öz hesabına binanın dayaq divarının sökülərək quraşdırılmış əlavə 2 ədəd qapının ləğv edilməsi, səkini bağlayan pilləkanın ləğv edilməsi, sonradan açılan pəncərələrin bağlanması, mətbəx hissədən su çəninin və su nasoslarının götürülməsi, pəncərədən evə düşən işıq plafonlarının və evini çəkən kameraların sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 4, 6, 14 saylı mənzilləri onun mülkiyyətindədir. “xxxxxxxxxxxxxxxxxxxx” MMC binaların təmiri və rənglənməsi ilə əlaqədar işlər görərkən qanunsuz olaraq onun mülkiyyətində olan mənzillərin damında yaşayış otaqlarının üstündə iş üzrə cavabdeh üçün mətbəx və tualet tikilisi nəzərdə tutulan dəmir konstruksiyadan karkas quraşdırmış, çoxsaylı şikayətləri əsasında həmin dəmir konstruksiya sökülərək, mənzillərin damı əvvəlki vəziyyətə gətirilmişdir. Cavabdeh mənzillərin damında ev əşyalarını yığmış, gül dibçəkləri yerləşdirmiş, mənzilin divarına bitişik qanunsuz bağlı balkon inşa etdirərək, eyni zamanda divara su çəni və kondisioner quraşdırmışdır. Qanunsuz inşa etdiyi balkondan mənzillərin damına qoydurduğu pəncərədən düşərək dama yerləşdirdiyi gül dibçəklərini sulayır, damda gəzərək bitumla örtülmüş və artıq istismar müddətini ötmüş damın taxtadan olan örtüyünü zədələyərək onun mülkiyyətinə qəsd edir. Mənzillərin tavanında çatlar əmələ gəlmişdir. Mənzillərinin damına çıxmaq üçün nərdivan və bağlı qapı qoyulmuşdur. Cavabdehin onun mülkiyyətində olan mənzillərin damına bitişik qanunsuz inşa etdiyi bağlı balkon uzun müddətdir ki, qəzalı vəziyyətdədir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 9 saylı mənzili 1997-ci ildən onun xüsusi mülkiyyətindədir. İddiaçı üç mənzili alaraq orada təyinatına uyğun olmayan sahibkarları cəlb etməklə illərdir onu və ətraf qonşuları öz qanunsuz tikililəri və icarədarları ilə narahat etməkdə davam edir. İddiaçı tərəfindən tarixi binanın görünüşü pis vəziyyətə salınmış, dayaq divarları uçurularaq əlavə pəncərə və əlavə qapılar açılmış, onun istifadəsində olan mətbəx isə İddiaçı tərəfindən zəbt olunaraq özü üçün 5 tonluq su çəni yerləşdirilmişdir. Səkilərdə əlavə giriş pilləkənləri qurulmaqla insanların gediş-gəliş yolları zəbt edilmiş, onsuz da dar olan ərazi piyadalar və qonşular üçün təhlükəli olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 134/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6, 14 saylı mənzillərinə Cavabdeh tərəfindən edilən müdaxilənin aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəkləri, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin Cavabdeh hesabına sökülməsi, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1,2 kv.m ölçüdə qanunsuz açılmış pəncərə oyuğunun Cavabdeh hesabına mişar daşı ilə bağlanması, İddiaçı mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının qıfılının sındırılması Cavabdeh qadağan edilməsi, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməsməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı ilkin iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində qətnamənin qanunsuz inşa edilmiş bağlı balkonun sökülməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. xx.xx.2018-ci il tarixli rəy ümumi binanın eyvanlarına aiddir. Binanın ona məxsus eyvanının iddiaçının mənzilləri ilə bağlılığı yoxdur. 13 saylı binada yerləşən təsərrüfat otağı nə “Bertlinq Kapian” L.T.D Kompaniyasının, nə də İddiaçı mülkiyyətində olmamış, həmin təsərrüfat otağından binanın bütün sakinləri istifadə etmişlər, sonradan İddiaçı təsərrüfat otağına su çəni və su motoru yerləşdirməklə digər sakinlərin oradan istifadəsinə məhdudiyyət yaratmışdır. Ekspert rəyi əsassızdır. O, mənzili alarkən pilləkən marşı və mübahisə edilən pəncərə oyuğu mövcud olmuşdur. Onun mənzili ilə İddiaçı mənzillərinin ortaq divarları yoxdur, mənzillər bir-birindən 3 metr aralıda yerləşir. Gül dibçəkləri yığdığı sahə binanın ümumi giriş hissəsinin üstüdür. İddiaçı mənzil sahələrində konstruktiv elementlərində dəyişikliklər edərkən, daşıyıcı divarlarda əlavə giriş qapıları açarkən Mənzil Məcəlləsinin 35.1, 39.1 və 23.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, təsərrüfat otağı onlardan əvvəlki şirkətin istifadəsində olub, hazırda İddiaçı məxsusdur, lakin texniki pasportda qeydə alınmamışdır. Eləcə də sökülməsini tələb etdiyi cavabdehə məxsus balkon cavabdehin öz divarında inşa edilmişdir, lakin iddiaçı üçün təhlükə yarada bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Üçüncü şəxsin nümayəndəsi isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq bildirdi ki, Cavabdeh mübahisəli sahəyə gül dibçəkləri qoyur, bir neçə dəfə yığışdırılsa da, nəticəsi yoxdur. Cavabdeh iddiaçının damına açdığı pəncərədən faktiki olaraq qapı kimi istifadə edərək, dama çıxır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilməlidir, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13, mənzil 6,4,14 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13, mənzil 9 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. “Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun “ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasına vizual texniki baxış keçirilmiş, baxış keçirilən bina XX əsrin əvvəllərində inşa olunmuşdur. Bina planda P şəkilli olub, ölçüləri 18x12 m, 2 mərtəbəli, zirzəmisiz, 1 girişlidir. Mərtəbə hündürlüyü 4 m, xarici divarların qalınlığı 0,8 m, daxili divarların qalınlığı 0,8 m və 0,2 m olub, yonulmuş əhəngdaşından olan hörgüdür. Mərtəbəarası və dam örtük konstruksiyasının elementləri ağac materialındandır. Dam örtüyü yastı tipli olub bitum üzrə ruberoidlə örtülmüşdür. Binanın 2-ci mərtəbəsində, ön fasadda 9 saylı mənzilə aid olan, 7.2x2.2 m ölçülü eyvan mövcuddur. Eyvanın tirləri metal və ağac elementlərdən, döşəməsi isə monolit dəmirbeton örtükdən ibarətdir. Eyvanın konturu üzrə, sakinlər tərəfindən sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Bu eyvandan başqa, binanın ön fasadında 2 ədəd açıq eyvan mövcuddur. Binanın 9 saylı mənzilinə aid olan eyvanın metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Eyvanın konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlarında çat və digər deformasiyalar müşahidə olunmadı. Eyvanın hörülərək otaqların tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Bina texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11339 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsində hər hansı qüsur müəyyən edilməmişdir. Lakin həmin sahənin bir hissəsinə X5 tərəfindən gül dibçəkləri yığıldığı, eyni zamanda həmin sahədə bir tərəfi binanın fasad divarının üzərinə oturdulmuş (1,0x1,0x1,0) metr ölçüdə su çəni və 9 saylı mənzilin divarına bitişik kondisioner quraşdırıldığı müəyyən edilmişdir. İddiaçı məxsus mənzillərə baxış zamanı həmin mənzillərdə təmir işləri aparıldığı və konstruktiv elementlər üzrə hər hansı qüsurlar mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh məxsus 9 saylı mənzilin daxili hissədən hündürlük boyunca faktiki olaraq 2 səviyyəyə bölündüyü, 1-ci səviyyədən 2-ci səviyyəyə qalxmaq üçün pilləkən quraşdırıldığı və 2-ci səviyyədən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf (1,1x1,2) metr ölçüdə pəncərə oyuğu açıldığı, eləcə də 2-ci səviyyədə inşa edilmiş tikilinin, divarda açılmış pəncərə boşluğunun və 1-ci mərtəbədə quraşdırılmış pilləkən marşının həmin mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X4 məxsus 9 saylı mənzil üzrə aparılmış tikinti-quraşdırma işlərinə dair müafiq icazə sənədləri olmadığından, həmin işlərin aparılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 9 saylı mənzilinə dair tərtib edilmiş texniki paportda yanğından mühafizə üçün giriş meydançası nəzərdə tutulmamışdır. Baxış zamanı X2 mülkiyyətində olan 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılması müəyyən edilməmişdir. İş materiallarında olan 48 saylı MKİS-in rəisi Q.Abbasov, mühəndis Ə.Qurbanov, sahə nəzarətçisi N.Ağayev, 22-ci polis şöbəsinin sahə müvəkkili Ş.Mehdiyev tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, xidməti ərazinin Qoqol küçəsi, 13 saylı binanın 9 saylı mənzilində yaşayan Cavabdeh ona məxsus olmayan qeyri-yaşayış sahəsini bağlayaraq qıfıl vurmuşdur. Tərəflərindən aparılan tədbirlər nəticəsində həmin qıfıl sındırılaraq orada olan əşyalar siyahıya alınmışdır. Həmin əşyalar bunlardır: İddiaçı məxsus 1 ədəd su çəni, 2 ədəd su nasosu, Cavabdeh məxsus 2 ədəd kiçik pəncərə, 1 ədəd köhnə dəmir qapı, 1 ədəd köhnə vedrə, 1 ədəd yeşik, 1 ədəd vanna, 1 ədəd aluminium ləyən. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 48 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Mərdanov Qardaşları küçəsi 13 saylı ünvanda 6,4,14 №-li mənzillər 8 otaqdan ibarət, 180 kv.m sahəsi olan mənzil xx.xx.1999-cu ildən İ və İİ mərtəbə “Bertlinq Kapian” L.T.D. Kompaniyasına məxsus olub, həmin ünvanda təsərrüfat məqsədi kimi istifadədə olan bir otaqlı sahə qeyd olunan kompaniyanın istifadəsində olmuşdur, orada onlara məxsus su matoru və su çəni yerləşdirilmişdir. Yuxarıda qeyd olunan bu mənzillər hal-hazırda xx.xx.2016-cı ildən İddiaçı məxsusdur. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 9 saylı mənzilinə dair tərtib edilmiş texniki pasportda yanğından mühafizə üçün giriş meydançası nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyaları çıxarılması hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Göründüyü kimi mübahisəli təsərrüfat təyinatlı otaq qanunvericiliyin tələbinə əsasən binanın ümumi əmlakı hesab edilərək, mülkiyyətçilərin ümumi mülkiyyəti sayılır. Belə olan halda iddiaçı həmin təsərrüfat təyinatlı otağın ona məxsus mənzillərin əvvəlki mülkiyyətçisinin istifadəsində olduğunu, ondan sonra isə mənzillərin mülkiyyətçisi kimi onun istifadəsində olduğunu əsas gətirərək, oradan Cavabdeh əşyalarını çıxarmasını tələb etməsi əsassızdır, qanunvericiliyin tələbinə əsasən bu hissədə iddianın təmin edilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, məhkəmə ilkin iddia tələbinin digər hissələrində, həmçinin qarşılıqlı iddia tələbinə aid hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsində Cavabdeh tərəfindən gül dibçəkləri yığılmış, eyni zamanda həmin sahədə bir tərəfi binanın fasad divarının üzərinə oturdulmuş (1,0x1,0x1,0) metr ölçüdə su çəni və 9 saylı mənzilin divarına bitişik kondisioner quraşdırmışdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənzillərin damında qoyulmuş gül dibçəkləri, məişət əşyaları götürülməli, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəni Cavabdeh hesabına sökülməlidir. Belə ki, İddiaçı mülkiyyətində olan mənzillərin dam hissəsində yerləşdirilən və quraşdırılan qeyd olunan əşyalar damı yararsız vəziyyətə salır ki, bu da İddiaçı hüquqlarının və qanunda qorunan mənafelərinin pozulması ilə nəticələnir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh məxsus 9 saylı mənzilin daxili hissədən hündürlük boyunca faktiki olaraq 2 səviyyəyə bölünmüş, 1-ci səviyyədən 2-ci səviyyəyə qalxmaq üçün pilləkən quraşdırılmış və 2-ci səviyyədən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf (1,1x1,2) metr ölçüdə pəncərə oyuğu açılmışdır. 2-ci səviyyədə inşa edilmiş tikili, divarda açılmış pəncərə boşluğu və 1-ci mərtəbədə quraşdırılmış pilləkən marşı həmin mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmamışdır. Cavabdeh məxsus 9 saylı mənzil üzrə aparılmış tikinti-quraşdırma işlərinə dair müvafiq icazə sənədləri olmamış, 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1,2 kv.m ölçüdə qanunsuz açılmış pəncərə oyuğu Cavabdeh hesabına mişar daşı ilə bağlanmalıdır. Kollegiya hesab edir ki, məhkəmə “iddiaçının mənzilinin güc götürən divarına bitişik qanunsuz tikilmiş qəzalı vəziyyətdə olan bağlı balkonun cavabdehin hesabına sökülməsi” hissəsində iddianı təmin etməməkdə də haqlı olmuşdur. Belə ki, həmin balkon cavabdehin özünə aid divarda inşa edilməklə iddiaçıya maneəçilik törətməsi müəyyən olunmamışdır. Ona görə də həmin balkonun sökülməsi barədə iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur, belə hüquq yerli və müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin digər hissələrinə münasibətdə isə Kollegiya hesab edir ki, onun həmin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı S. Tamazanzadə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisi İddiaçı üzərinə öz hesabına binanın dayaq divarının sökülərək quraşdırılmış əlavə 2 ədəd qapının ləğv edilməsini, səkini bağlayan pilləkanın ləğv edilməsi, sonradan açılan pəncərələrin bağlanması, mətbəx hissədən su çəninin və su nasoslarının götürülməsi, pəncərədən evə düşən işıq plafonlarının və evini çəkən kameraların sökülməsi vəzifəsinin qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdehnın mülkiyyətində olan 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan 9 saylı mənzilinə dair tərtib edilmiş texniki pasportda yanğından mühafizə üçün giriş meydançası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6528/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6528/2020
31.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver