Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6532/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçının nüiayəndəsi-Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-215/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən 4000 (dörd min) ABŞ dolların (6800 manat ekvivalentində) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldıraraq, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 6800(altı min səkkiz yüz) manat, o cümlədən 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6830 manat pulun tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 4000 ABŞ dolları (6800 manat ekvivalentində) pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı ilə aralarında olan müqavilə əsasında öz üzərinə düşən öhdəliyin icrasından qərəzli olaraq, bilərəkdən boyun qaçırır və müqavilə üzrə yaranan öhdəliyini icra etməməklə iddiaçıya mühüm maddi zərər vurur. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialına yaxınlaşaraq cari dollar hesabına 4000 (dörd min) ABŞ dolları məbləğində pul qoymuşdur. Məqsəd Avropa ölkələrinə səfər vizası əldə etmək üçün tələb edilən hesabdan çıxarışla bağlı arayışı bankdan əldə etmək idi. İddiaçı bankdan lazımı arayış aldı, daha sonra viza əldə edib, ölkə xaricinə getdi. Qayıtdıqdan sonra hesabda olan vəsaitini çıxarmaq üçün Banka yaxınlaşdığında iddiaçıya bildiriblər ki, onun hesabında olan 4000 ABŞ dolları məbləğində vəsait özü tərəfindən xx.xx.2017-ci il tarixində çıxarılmışdır. Bu halla bağlı iddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə yazılı olaraq dəfələrlə müraciət etdi. Bankın rəsmi şəxsləri iddiaçıya problemin qısa müddətdə həll ediləcəyini və vəsaitini rahatlıqla çıxara biləcəyini bildirsələr də, hazırki günə qədər bu baş verməmişdir. Daha sonra iddiaçının müraciətləri əsasında Bank cari məsələ ilə bağlı işin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi məsələ üzrə bankın əməkdaşı olmuş Əlizadə Cəlil barəsində cinayət işi başlamış və cinayət işinə dair iddiaçının izahatı alınmışdır.Cinayət işinin araşdırması nəticəsində aşkar olunmuşdur ki, Bankın əməkdaşı Əlizadə Cəlil iddiaçı Gəncə şəhər sakini İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialında olan ******************** №-li hesabında olan pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya İddiaçı tərəfindən hesabında olan pulun məxaric olunması görüntüsü yaratmaq üçün tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli kassa məxaric orderini Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək, sənədlərdə "pulu aldı" qrafasında İddiaçı əvəzindən imzalamaqla, həmin saxta sənəd əsasında bankın Yeni Gəncə şöbəsinin kassasından xx.xx.2017-ci il tarixli kassa məxaric orderi ilə 4.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6.800 manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Cari iş üzrə iddiaçı, Bankın əməkdaşının etdiyi ehtimal edilən cinayət əməli faktından və nəticəsindən asılı olmayaraq, özünə məxsus, xüsusi əmlakı olan 4000 ABŞ dolları-6800 manat məbləğindən əsassız olaraq məhrum edilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsikollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı iləmübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən verilmiş xx.xx.2017ci il tarixli qəbzdən görünür ki, İddiaçı hesabında 4000 ABŞ dolları məbləğində pul vardır. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən verilmiş xx.xx.2017ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı bankdakı hesabından 4000 ABŞ dolları məbləğində pul çıxarmışdır. İşin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(044)-15/2019 saylı hökmü ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 178.2.1,178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il 6(altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.1-ci həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən X4 Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarı ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə X4 qəti olaraq 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X4 cəza cinayətlərin məcmusu üzrə təyin edildiyindən və Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(104)- 139/2019 saylı qərarı üzrə C.T.Əlizadənin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində cəzaçəkməsinin qərara alınmasının nəzərə alınması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu tarixdən, yəni xx xxxxx 2018-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, X4 təyin edilmiş 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum etmə əlavə cəzasının əvvəlinin əsas cəzanın çəkilib qurtardığı andan hesablanması, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülki iddiası əsaslı olduğundan tam təmin edilməsi, təqsirləndirilən şəxs X1 13836,15 (on üç min səkkiz yüz otuz altı manat on beş qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli və xx.xx.2017- ci il tarixli, xx.xx.2016-cı il tarixli 501 №-li, xx.xx.2017-ci il tarixli, xx.xx.2016-cı il tarixli 501 №-li və xx.xx.2017-ci il tarixli kassa məxaric orderləri, xx.xx.2016-cı il tarixli 500 №-li, 10,05.2016- cı il tarixli 501 №-li, xx.xx.2016-cı il tarixli 502 №-li, xx xxxxxx 2016-cı il tarixli 501 №-li kassa-mədaxil qəbzləri, Elçin Süleymanovun istintaqa təqdim etdiyi səs yazıları qeyd olunmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş cəmi 140 (bir yüz qırx) manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxs C.T.Əlizadədən tutularaq Az.MEM-in hesaba keçirilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, X5 həmin vəzifədə işləyərkən təkrarən Gəncə şəhər sakini İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialında olan ******************** №-li hesabında olan pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya İddiaçı tərəfindən hesabında olan pulun məxaric olunması görüntüsü yaratmaq üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli kassa məxaric orderini Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək, sənədlərdə “pulu aldı” qrafasında İddiaçı əvəzindən imzalamaqla, həmin saxta sənəd əsasında bankın Yeni Gəncə şöbəsinin kassasından xx.xx.2017-ci il tarixli kassa məxaric orderi ilə 4.000 (dörd min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6.800 (altı min səkkiz yüz) manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin keçmiş işçisinin iddiaçıya qarşı cinayət əməlini, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə 4000 (dörd min) ABŞ dolları (6800 manat ekvivalentində) məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6532/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6532/2020
01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver