Məhkəmə qərarları › İş №2(103)-6539/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6539/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6539/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2187/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Cavabdeh2 qarşı "ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP X3 sədri vəzifəsinə bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən Azərbaycan Xalq Hərəkatının, 1995-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. xx xxxxxxxx 2015-ci il tarixdə AXCP Qurultayında X3 üzvü seçilmişdir. “AXCP Nəzarət-Təftiş Komissiyası haqqında” Əsasnamənin 4-cü maddəsinin 5-ci bəndinə əsasən gizli səsvermə ilə NTK-nın üzvləri tərəfindən səs çoxluğu ilə NTK-nın sədri seçilmişdir. Belə ki, iddiaçı Nəzarət-Təftiş Komissiyasının sədri seçildikdən sonra NTK haqqında Əsasnamənin 4-cü maddəsində göstərilmiş vəzifə səlahiyyətlərinin icrasına başladı. NTK sədri seçildikdən sonra Partiyanın sədri Cavabdeh2 ilk gündən etibarən iddiaçının vəzifə səlahiyyətlərini həyata keçirməyə mane oldu. O, Partiyanın Nizamnaməsini və AXCP NTK haqqında Əsasnamənin tələblərini pozaraq iddiaçının səlahiyyətlərinə müdaxilə etməyə başladı. Halbuki, AXCP NTK haqqında Əsasnamənin 3-cü maddəsinin 4-cü bəndinə əsasən NTK-ya daxil olan məktublar, məlumatlar, şikayət və ərizələr AXCP-nin ümumi şöbəsində qeydiyyatdan keçdikdən sonra qəbul edilir və bir aydan gec olmayaraq komissiyanın iclasında baxılıb müvafiq rəy və təqdimat verilir. NTK-ya daxil olan ərizə və şikayətlər barəsində bir qayda olaraq, AXCPnin müvafiq rayon (şəhər) şöbəsi NTK-nın rəyindən sonra yekun rəy və təqdimat verilir. Bütün göstərilmiş bu işlər iddiaçının səlahiyyətində olmasına baxmayaraq, Cavabdeh2 tərəfindən iddiaçının bu səlahiyyətlərinə müdaxilə edilmişdir. Cavabdeh2 iddiaçının Azərbaycan Xalq Cəbhəsi Partiyasında X3 sədr vəzifəsinin icra etməyinə maneçilik törətməsinin aradan qaldırılması haqqında iddia ilə xx xxxxxx 2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsində baxılan 2(006)-7372/2019 saylı mülki işin araşdırılması zamanı AXCP sədri Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən iddiaçının verdiyi iddia ərizəsinə etiraz təqdim edildi. Həmin etirazda xx xxxx 2019-cu il tarixli AXCP X15 Heyətinin ümumi yığıncağın protokolundan çıxarış əlavə edilmişdir. Həmin çıxarışda qeyd olunmuşdur ki, yığıncaq xx xxxx 2019-cu il tarixdə 12 nəfərin iştirakı ilə keçirilmişdir və iddiaçı həmin yığıncağın qərarı ilə partiyadan xaric edilmişdir. İddiaçının partiyadan xaric edilməsinin səbəbi Cavabdeh2 qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırmağı olmuşdur. Cavabdeh2 göstərişi ilə AXCP X20 Heyəti köhnə tarixə guya ümumi yığıncaq keçirmiş və iddiaçının xəbəri olmadan o, partiyadan xaric edilmişdir. Həmin qərar iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclası zamanı təqdim edilmişdir. AXCP X20 Heyətinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının AXCP üzvlüyünə və AXCP X3 sədri vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Xalq Cəbhəsi X10 Rəyasət Heyətinin iddiaçını AXCP-dən çıxarmaq səlahiyyəti yoxdur. Bu səlahiyyət ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qurultayına aiddir. AXCP-nin Nizamnaməsində Qurultayın səlahiyyətləri müəyyən edilib. X21 Nizamnamənin tələblərini pozmuşdur. İddiaçını Partiyadan xaric etmək səlahiyyəti yalnız Qurultaya məxsusdur. Göründüyü kimi Rəyasət Heyəti AXCP Nizamnaməsinin tələblərini pozaraq, səlahiyyəti olmadığı halda əsassız və qanunsuz olaraq iddiaçının xəbəri olmadan onu partiyadan xaric etmiş və bu qərarı rəsmi olaraq ona təqdim etməmişdir.Bundan başqa, Partiya Nizamnaməsinin tələblərinə əsasən icra orqanları - sədr müavinləri, müşavirləri X20 Heyətinə üzv seçilə bilməz. Həmin iclasda Fuad Qəhrəmanlı - AXCP-nin sədr müavini, Məmməd İbrahim - AXCP-nin sədrin müşaviri, Gözəl Bayramlı - AXCP-nin sədr müavini, Saqif Qurbanov - AXCP-nin Təşkilat Şöbəsinin müdiri iştirak etmişlər. Həmin şəxslərin X20 Heyətində iştirak edib səs vermələri qeyri-qanunidir və həmin qərarın tam saxta olduğunu bir daha sübut edir. Belə ki, AXCP X20 Heyətinin ümumi yığıncağının protokolundan çıxarışda qeyd olunub ki, guya iddiaçı partiyanın siyasi iradəsinə, onun müxalifət mövqeyinə zidd olan siyasi hərəkətləri, AXCP Nizamnaməsinin uyğun maddələrini pozaraq onun məqsəd və vəzifələrini həyata keçirməkdən imtina etmişdir. Bundan başqa, həmin qərarda qeyd olunub ki, guya iddiaçı müxalifət mövqeyinə zidd olan siyasi hərəkətləri, seçimlər edərək AXCP Nizamnaməsinin İİİ.2-ci maddəsini pozaraq “...məqsəd və vəzifələrini həyata keçirməkdən imtina etmişdir”. İddiaçı onun AXCP Nizamnaməsini pozaraq məqsəd və vəzifələrini həyata keçirməkdən imtina etməsinin sübut olunmasını tələb edir. Daha sonra, həmin protokolda qeyd olunmuşdur ki, guya iddiaçı öz fərdi davranışları ilə partiyanın mərkəzi icra orqanı olan Rəyasət Heyətinin xəbərdarlıqlarına, Təşkilat Komitəsinin sədri və Rəyasət Heyətinin üzvü Saqif Qurbanovun şəxsən apardığı danışıqlara, etdiyi xəbərdarlıqlara baxmayaraq, partiya qərarlarına, partiyanın siyasi xəttinə tabe olmamaqla AXCP Nizamnaməsinin İİİ.4-cü maddəsində göstərilən “faktiki olaraq çıxdıqda” maddəsinin tərkibini yaratmışdır. İddiaçı tam məsuliyyəti ilə bildirir ki, ona heç bir xəbərdarlıq olunmayıb, Təşkilat Komitəsinin sədri və Rəyasət Heyətinin üzvü Saqif Qurbanovu iddiaçı 2019-cu ilin avqust ayında danışığa dəvət edərək bildirmişdir ki, Kərimli ilə danışsın və ondan soruşsun ki, nə üçün iddiaçının NTK-nın sədri kimi işinə mane olur, iclaslara dəvət etmir. Əlavə olaraq, protokolda qeyd olunmuşdur ki, guya iddiaçı Partiyanın müvafiq qurumları tərəfindən səlahiyyətlər verilmədiyi halda partiya adından belə səlahiyyəti olmadan müxtəlif qurum və təşkilatlarda onun adından təmsilçilik və çıxışlar etməklə AXCP Nizamnaməsinin İİİ.6 maddəsinin tələblərini pozmuşdur. İddiaçı partiya adından heç bir qurum və təşkilatlarda təmsilçilik və çıxışlar etməmişdir. Belə bir sübut olduğu halda məhkəməyə təqdim etsinlər.Bundan başqa, AXCP X20 Heyətinin ümumi yığıncağının protokolundan çıxarışın təsviri hissəsində iddiaçının AXCP Nizamnaməsinin üçüncü maddəsinin ikinci, dördüncü və altıncı bəndlərini pozmağı ilə bağlı müzakirələr aparılsa da, protokolun qərar hissəsində isə iddiaçı tərəfindən həmin Nizamnamənin üçüncü maddəsinin yeddinci, doqquzuncu və onuncu bəndlərini pozmağı ilə bağlı qərar qəbul edilmişdir. Belə ki, AXCP Nizamnaməsinin İİİ.7-ci maddəsinə əsasən AXCP üzvünün vəzifəsi Partiyanın Məramnaməsini təbliğ etmək, Nizamnaməsinə əməl etmək, seçkili orqanların qərarlarını vaxtında yerinə yetirmək, keçirilən tədbirlərdə iştirak etmək və əmək haqqının 1%-i qədər üzvlük haqqı ödəməkdir. İddiaçının bu müddəanı pozmağı ilə bağlı sübut varsa, məhkəməyə təqdim etsinlər. AXCP Nizamnaməsinin İİİ.9-cu maddəsinə əsasən Nizamnamənin və Məramnamənin tələblərini pozan AXCP üzvünə aşağıdakı tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: xəbərdarlıq; töhmət; AXCP-də tutduğu seçkili vəzifədən azad etmək; AXCP sıralarından xaric edilmək. İddiaçıya AXCP-dəki uzunmüddətli fəaliyyəti dövründə heç bir xəbərdarlıq və ya töhmət verilmədiyi halda birbaşa ən ağır tənbeh tədbirinin verilməsi qanunsuz və ədalətsizdir. AXCP Nizamnaməsinin İİİ.10-cu maddəsinə əsasən Nizamnamə və Məramnamə pozuntusu uyğun seçkili orqan, yaxud NTK tərəfindən təsdiq edilərsə, partiya üzvünə tənbeh tədbirləri onun qeydə alındığı dayaq dəstəsinin ümumi yığıncağı müvafiq rayon (şəhər) şöbəsinin Məclisi, AXCP Ali Məclisi tərəfindən tətbiq edilə bilər.Göründüyü kimi, AXCP Cəbrayıl Rayon Şöbəsinin Məclisində və iddiaçının təmsil olunduğu dayaq dəstəsində də onun Partiyadan xaric edilməsi ilə bağlı qərar verilməmiş və həmçinin, iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. Bir daha Nizamnamənin tələbləri pozulmuşdur. Cavabdeh2 elə ilk gündən iddiaçının NTK sədri seçilməyinə hər vəchlə mane olmaq istəyib. Lakin, iddiaçı NTK-nın üzvlərinin səs çoxluğu ilə sədr seçilmişdir. Bu da onun xoşuna gəlməyib. İddiaçı X5 sədr seçildiyi gündən Cavabdeh2 onun partiyanın strukturlarında öz üzərinə düşən vəzifə səlahiyyətlərini həyata keçirməyə, habelə normal fəaliyyətinə imkan verməyib. O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiya yoldaşlarının əksəriyyəti iddiaçını sözü düz deyən, haqqı nahaqqa verməyən obyektiv və ədalətli insan kimi tanıyırlar. AXCP Neftçala rayon şöbəsinin sədr müavini X6 tərəfindən onun partiyadan qeyri-qanuni çıxarılması barədə xx xxxxxx 2017-ci il tarixli ərizəsi daxil olmuşdur. Cavabdeh2 NTK-nın Əsasnaməsinin İİİ.4, İİİ.5 və İİİ.6-cı bəndlərinin tələbini pozaraq həmin ərizənin araşdırılmasını NTK-nın üzvü olan Təzəxan Mirələmliyə həvalə etmişdi. Təzəxan Mirələmlidən həmin ərizə barədə soruşduqda sonuncu bildirdi ki, araşdırıb Əli bəyə məlumat verəcəkdir. İddiaçı ona bildirdi ki, bu ərizəni onlar araşdırmalıdırlar və nəticəsi barədə partiyanın aidiyyatı strukturlarına öz rəylərini bildirməlidirlər. O, dedi ki, bu barədə Əli bəyə məlumat verəcək. Lakin sonradan iddiaçının bildiyinə görə o heç bir araşdırma aparmayıb. Həmin adamın ərizəsi baxılmamış qalıb. NTK-ya da bu barədə heç bir məlumat verilmədi. NTK-nın Əsasnaməsinin İİİ.4-cü bəndində qeyd olunur ki, NTK-ya daxil olan məktublar, məlumatlar, şikayət və ərizələr AXCP-nin ümumi şöbəsində qeydiyyatdan keçdikdən sonra qəbul edilir və bir aydan gec olmayaraq komissiyanın iclasında baxılıb müvafiq rəy və təqdimat verilir. NTK-ya daxil olan ərizə və şikayətlər barəsində bir qayda olaraq AXCP-nin müvafiq rayon (şəhər) şöbəsi NTK-nın rəyindən sonra yekun rəy və təqdimat çıxarılır. AXCP üzvlərinin və seçkili orqanlarının fəaliyyətində aşkara çıxarılan Nizamnaməyə və Məramnaməyə zidd hərəkətlər, aparılan yoxlama və təftişin nəticələri komissiyanın iclaslarında müzakirə edilərək müvafiq rəy və təqdimat qəbul edilir və baxılmaq üçün uyğun orqanlara göndərilir. NTK-nın təqdimat və rəyləri aid orqanlarda bir ay müddətində baxılmalı və qəbul edilmiş qərarlar haqqında NTK- ya məlumat verilməlidir.Bundan başqa, Milli Şuranın üzvü İbrahim İbrahimli xx xxxxxxxx 2019-cu il tarixdə öz “facebook” səhifəsində “AXCP tərəfindən gözəl təşəbbüs” adlı paylaşım edib. Həmin paylaşımdan iddiaçı bilmişdir ki, sosial şəbəkələrdə etik davranış problemi ilə bağlı cəbhəçilərdən olan şikayətlərin araşdırılması AXCP NTKnın nümayəndəsi Murad Sultanova həvalə olunub. Halbuki, NTK-nın sədri kimi nə iddiaçının, nə də digər üzvlərin bu təşəbbüsdən xəbəri olmayıb. Sonradan iddiaçı bilmişdir ki, bu Cavabdeh2 təşəbbüsüdür. Cavabdeh2 göstərişi ilə NTK-ya aid olan bütün məsələlər Murad Sultanova həvalə olunub. Bu da, Cavabdeh2 tərəfindən AXCP NTK haqqında Əsasnaməsinin qeyd olunan bəndlərinin kobud pozulması deməkdir. AXCP Nizamnaməsinin Vİ.13.1-ci bəndində qeyd olunub ki, X11 AXCP Qurultayında iki il müddətinə seçilir. AXCP Nizamnaməsinin Vİ.13.3-cü bəndində isə qeyd olunub ki, X3 fəaliyyəti “AXCP X11 haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin İİ bəndində NTK-nın işinin əsas məzmunu qeyd olunub: AXCP sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin Nizamnaməyə, Məramnaməyə və qəbul edilmiş Əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyətinin qərarlarının, AXCP sədrinin sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir; AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi orqanlarında büdcənin icrasının o cümlədən maliyyə vəsaitlərinin, üzvlük haqlarının toplanmasının, mühasibat işlərinin aparılmasının düzgünlüyünü, habelə partiya əmlakı və onun qorunması vəziyyətini təftiş edir; AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi orqanlarından, partiya üzvlərindən daxil olan məlumat, ərizə və şikayətlərə baxır; AXCP-nin Respublika, MR və rayon (şəhər) şöbəsi X2 öz işini təşkil etmək üçün metodiki yardım göstərir, məsləhət verir. NTK üzvlərinin hazırlığının artırılması üçün vaxtaşırı müşavirələr keçirir. AXCP-nin büdcəsi, smetası, maliyyə-mühasibat hesabatlarının təsdiqi zamanı onlara rəy verir.Göründüyü kimi, AXCPnin sədri Cavabdeh2 iddiaçının AXCP NTK-nın sədri kimi fəaliyyətinə bilərəkdən maneələr törədir. Bunu ona görə edir ki, AXCP-nin sözdə demokratik, əməldə isə diktatura üsulu ilə idarə etməsindən və maliyyə mənbəyinin şəffaf hesabatlılığı olmamasından heç kimin xəbəri olmasın. Göstərilənlərə əsasən, Azərbaycan Xalq Cəbhəsi X12 Rəyasət Heyətinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddiaçının AXCP üzvlüyünə və AXCP X3 sədri vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən, Azərbaycan Xalq Cəbhəsi X12 Rəyasət Heyətinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddiaçının AXCP üzvlüyünə və AXCP X3 sədri vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2187/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) X22 Heyətinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı AXCP üzvlüyünə və AXCP X3 sədri vəzifəsinə bərpa olunması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 və Azərbaycan Xalq Cəbhəsi Partiyasıapelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2187/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-6539/2020 saylı qərardadı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasına münasibətdə apelyasiya şikayəti mümkün sayılmamışdır. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iddia ərizəsini təmin edərkən hesab etmişdir ki, “Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinə əsasən partiya üzvünün partiyadan xaric etmək səlahiyyəti yalnız Qurultaya məxsusdur. Azərbaycan Xalq Cəbhəsi X18n belə səlahiyyəti yoxdur, habelə Rəyasət Heyyətinin sessiyalararası dövrdə belə vəzifəli şəxslərin istefasını qəbul etmək səllahiyyətinin olmadığını və məhkəmənin gəldiyi bu nəticələrin heç bir hüquqi əsasının olmadığını bildirmişdir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinin Vİ.4-cü bəndinə əsasən Qurultay: AXCP-ni təsis edir, yaxud onun fəaliyyətinə xitam verir; Məramnamə və Nizamnaməni qəbul edi, onlara əlavə və dəyişikliklər aparır; Partiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir; AXCP-nin Sədrini seçir; AXCP Ali Məclisinin tərkibini təsdiq edir; AXCP-nin X4 seçir; AXCP mətbuat orqanlarının redaktorunu seçir; AXCP Sədrinin, Ali Məclisin, X3 və zəruri olarsa AXCP-dəki digər seçkili orqanların və vəzifəli şəxslərin hesabatını dinləyib müzakirə edir. Həmin Nizamnamənin Vİ.5-ci bəndinə əsasən qurultayarası müddətdə Partiyanın Ali orqanı AXCP Ali Məclisdir. X19 müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa AXCP-nin fəaliyyəti ilə bağlı bütün məsələləri müzakirə və həll edir. AXCP-nin Nizamnaməsinə əsaən AXCP X15 X23 sessiyalararası dövründə partiyanın rəhbər orqanıdır və bu Nizamnamənin Vİ.9.1 və Vİ.9.7 bəndlərində nəzərdə tutulanlar istisna olmaqla Ali Məclisinin bütün səlahiyyətlərini həyata keçirir. Nizamnamənin Vİ.9.1 bəndlərində X20 Heyətinin, sədrinin, onun müavinlərinin və katibinin seçilməsi; Nizamnamənin Vİ.9.7-ci bəndində isə bütün seçkili orqanların və vəzifəli şəxslərinin istefasını qəbul edilməsi və qurultayın müstəsna səlahiyyətlərinə aid seçkili oqanlara AXCP sədrinin razılığı ilə qurultayadək müvəqqəti seçkilərin keçirilməsi müəyyən edilir. Beləliklə göründüyü kimi, məhkəmənin gəldiyi hər iki nəticə: partiya üzvünün partiyadan xaric etmək səlahiyyətinin yalnız qurultaya məxsus olması və ikincisi, AXCP X22 Heyətinin partiya üzvünün partiyadan xaric etmək səlahiyyətinin olmaması nəticələri tamamilə əsassızdır. Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının nizamnaməsinin tələbinin izahına obyektiv yanaşmamışdır. Partiya Nizamnaməsi “Siyasi partiyalar haqqında” qanuna görə partiyanın fəaliyyətini tənzimləyən əsas hüquqi sənəddir. İkincisi, Məhkəmənin, iddiaçının partiyadan xaric olunması iddia tələbinin icraata qəbul etməsi və bu zaman prosedur məsələlərini gözləməməsi də qanunsuz olmuşdur. Belə ki, AXCP Nizamnaməsinin İİİ.11.-ci bəndində göstərilir ki, aşağı orqanlar tərəfindən tənbeh tədbirlərindən partiya üzvləri X5 və Ali Məclisə şikayət edə bilər. Ali Məclis həmin məsələyə baxıb, qərarı dəyişə bilər və ya qüvvədə saxlaya bilər. Ali Məclisin qərarı qətidir. İddiaçı isə partiya üzvlüyündən xaric edilməsi ilə əlaqədar X5 və AXCP Ali Məclisinə müraciət etməmişdir. Belə olan halda Məhkəmənin iddia ərizəsini icraata qəbul etməsi və qərar əbul etməsi qanunsuz olmuşdur. Ona görə də məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək və iddia ərizəsinin dəlillərinə əsaslanaraq şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş materiallarını, apelyasiya şikayətinin dəllillərini,tərəfin və onun vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) X15 Heyətinin (RH) ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı partiyanın səlahiyyətli orqanlarının qərarları olmasına baxmayaraq, bu qərarlara bilərək və istəyərək əməl etməməklə AXCP Nizamnaməsinin İİİ.7 maddəsinin tələblərini pozduğu üçün, AXCP Nizamnaməsinin İİİ.9 maddəsinə əsasən, AXCP Nizamnaməsinin İİİ.10 maddəsində göstərilən “uyğun seçkili orqan” olan AXCP Ali Məclisinin, məclislərarası dövrdə səlahiyyətlərini icra edən seçkili orqan olan Rəyasət Heyətinin qərarı ilə partiya sıralarından xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X7 (AXCP-nin X15 Heyətinin üzvü) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının dövlət sərhədlərindən kənarda (Türkiyə Respublikasında) olmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Xalq Cəbhəsi X10 Rəyasət Heyətinin ümumi yığıncağının qərarı ilə partiya sıralarından xaric edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Xalq Cəbhəsi X10 Rəyasət Heyətinin İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasından çıxarmaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinin Vİ.1-ci bəndinə əsasən partiyanın ali orqanı iki ildə bir dəfə çağırılan qurultaydır. Həmin Nizamnamənin Vİ.4-cü bəndinə əsasən Qurultay: Vİ.4.1 AXCP-ni təsis edir, yaxud onun fəaliyyətinə xitam verir. Partiyanın fəaliyyətinə xitam verildikdə onun mülkiyyətinin sonrakı taleyini müəyyənləşdirir. Vİ.4.2. Məramnamə və Nizamnaməni qəbul edir, onlarda əlavə və dəşikliklər aparır. Vİ.4.3. Partiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Vİ.4.4. AXCP-nin sədrini seçir. Vİ.4.5. AXCP Ali Məclisinin tərkibini təsdiq edir. Vİ.4.6. AXCP-nin X4 seçir. Vİ.4.7. AXCP mətbuat orqanlarının redaktorlarını seçir. Vİ.4.8. AXCP sədrinin, Ali Məclisin, X3 və zəruri olarsa AXCP-dəki digər seçkili orqanların və vəzifəli şəxslərin hesabatını dinləyib müzakirə edir. Həmin Nizamnamənin Vİ.5-ci bəndinə əsasən Qurultaylararası müddətdə partiyanın Ali orqanı AXCP Ali Məclisidir. X19 müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa AXCP-nin fəaliyyəti ilə bağlı bütün məsələləri müzakirə və həll edir. Ali Məclisin səlahiyyət müddəti iki ildir. Nizamnamənin Vİ.9-cu bəndinə əsasən AXCP Ali Məclisi: Vİ.9.1. İki il müddətinə X20 heyətini, sədrini, onun müavinlərini və katiblərini seçir; Vİ.9.2. Müvafiq qanunverciliyə uyğun olaraq dövlət orqanlarına seçilmək üçün namizədlər irəli sürür. Parlamentə qanun layihələri təqdim edir, dövlət orqanları qarşısında məsələlər qaldırır, təkliflər irəli sürür. Vİ.9.3. İctimai-siyasi həyatın aktual məsələləri ilə bağlı AXCP adından müraciət və bəyanatlarla çıxış edir. Vİ.9.4. Partiyanın fəaliyyətinin müxtəlif sahələrinə dair əsasnamələr qəbul edir. Vİ.9.5. AXCP sədrinin təqdimatı əsasında AXCP sədrinin müavinlərini təsdiq edir. Vİ.9.6. AXCP sədrinin, onun müavinlərinin, Nəzarət-Təftiş Komissiyasının, redaktorların, AXCP X22 Heyəti, komitə və komissiyaların məlumatını dinləyib, müzakirə edir, AXCP –nin bütün orqanlarından izahat, arayış və məlumat tələb edir. Vİ.9.7. Bütün seçkili orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir. Qurultayın müstəsna səlahiyyətlərinə aid seçkili orqanlara AXCP sədrinin razılığı ilə qurultayadək müvəqqəti seçkilər keçirir. Vİ.9.8. AXCP-nin fəxri adları, təltiflərini və mükafatlarını təsis edir və AXCP-nin müvafiq Əsasnaməsinə uyğun olaraq AXCP sədrinin təqdimatı ilə şəxsləri təltif edir. Vİ.9.9. AXCP-nin smeta xərclərini və ştat cədvəlini təsdiq edir. AXCP-nin əmlak və vəsaitindən istifadə olunması haqqında müvafiq orqanların hesabatını dinləyib müzakirə edir. Vİ.9.10. Partiya Nizamnaməsini və Məramnaməsini təfsir edir. Vİ.9.11. Öz işini Ali Məclis tərəfindən qəbul olunmuş “AXCP Ali Məclisinin reqlamenti” əsasında qurur. Vİ.9.12. AXCP X15 X24 sessiyaları arasındakı dövrdə partiyanın rəhbər orqanıdır və bu Nizamnamənin Vİ.9.1 və Vİ.9.7 bəndlərində nəzərdə tutulanlar istisna olmaqla Ali Məclisin bütün səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinə əsasən Partiya üzvünün partiyadan xaric etmək səlahiyyəti yalnız Qurultaya məxsusdur. Azərbaycan Xalq Cəbhəsi X10 Rəyasət Heyətinin belə səlahiyyəti yoxdur, habelə Rəyasət Heyətinin sessiyalararası dövrdə belə vəzifəli şəxslərin istefasını qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, Nizamnamənin Vİ.6-cı bəndinə əsasən icra orqanları - sədr müavinləri, müşavirləri X20 Heyətinə üzv seçilə bilməz. Rəyasət Heyətinin xx xxxx 2019cu il tarixli iclasında isə aşağıdakı şəxslərin iştirakı qeyd olunmuşdur: Fuad Qəhrəmanlı - AXCP-nin sədr müavini; Məmməd İbrahim - AXCP-nin sədrin müşaviri; Gözəl Bayramlı - AXCP-nin sədr müavini; Saqif Qurbanov - AXCP-nin Təşkilat Şöbəsinin müdiri. Nizamnamənin yuxarıda göstərilən bəndinə əsasən isə həmin şəxslərin X20 Heyətində iştirak edib səs vermələri qeyri-qanunidir. Həmçinin, Rəyasət Heyəti AXCP Nizamnaməsinin tələblərini pozaraq, buna səlahiyyəti olmadığı halda İddiaçı xəbəri olmadan (keçirdiyi iclasa dəvət etmədən, qəbul etdiyi qərar barədə ona məlumat vermədən) partiyadan xaric etmişdir. Bundan əlavə, işin araşdırılması zamanı İddiaçı AXCP X3 sədri vəzifəsində olduğu müddətdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinin tələblərini pozmasına dair hər hansı sübut təqdim olunmamışdır. AXCP-nin X22 Heyətinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarının 1, 2 və 3-cü bəndlərində göstərilmiş halları sübut edən sənədlərin məhkəməyə təqdim olunması barədə məhkəmənin sorğusu isə cavabsız qalmışdır. Bundan əlavə, 1-ci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iddiaçının izahatı və şahidin ifadəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının idarəçiliyində şəffaflıq və hesabatlılıq yoxdur. İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olduğu müddətdə heç vaxt üzvlük haqqı yığılmamışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Cavabdeh2 partiyanın maliyyə mənbəyi və ianələr barədə partiyanın strukturlarına heç bir məlumat və hesabat vermirdi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinin V.13.2-ci bəndinə əsasən X11 maliyyə vəsaitlərinin düzgün xərclənməsinə nəzarət etməlidir. Bunun üçün Partiyaya daxil olan və xərclənən pul vəsaitləri barədə X5 məlumat verilməlidir. Lakin İddiaçı NTK-nın sədri olduğu müddətdə X5 ianələr barədə heç bir məlumat verilməmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli AXCP Qurultayında X3 üzvü və sonra sədri seçilmişdir. X3 sədri olduğu müddətdə heç bir maliyyə hesabatı komissiyaya daxil olmamışdır. Partiyanın Qurultayı 2 ildən bir keçirilməlidir. Sonuncu Qurultay isə xx.xx.2015-ci il tarixdə keçirilmişdir. Həmin vaxtdan etibarən Partiyanın Qurultayı keçirilməmişdir. Qurultayda AXCP-nin sədri, NTK-nın üzvləri seçilir və digər təşkilati məsələlər həll olunur. Bundan əlavə, iş üzrə müəyyən olunmuşdur ki, X7 Azərbaycan Xalq Cəbhəsi X17 Rəyasət Heyətinin üzvüdür. Azərbaycan Xalq Cəbhəsi X17 Rəyasət Heyətinin ümumi yığıncağın xx xxxx 2019-cu il tarixli iclasında X1 da iştirakı qeyd olunmuşdu. Lakin məhkəmənin sorğusu əsasında Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş məlumatdan müəyyən olunmuşdur ki, həmin vaxt o, ölkə xaricində (Türkiyə Respublikasında) olmuşdur. Həmin hal isə, xx xxxx 2019-cu il tarixli iclasda qəbul olunmuş qərarın saxta olmasına, əsl həqiqətdə belə bir iclasın keçirilmədiyinə, ümumi yığıncağın protokolunun və ondan çıxarışın sonradan arxa tarixlə tərtib olunduğuna dəlalət edir. Həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizamnaməsinin Vİ.10.2-ci və Vİ.10.3-cü bəndlərinə əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Partiyanın fəaliyyətinə rəhbərlik edir, AXCP-nin fəaliyyəti üçün məsuliyyət daşıyır, Partiyanı təmsil edir. Həmin Nizamnamənin Vİ.13.2-ci bəndinə əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri partiya üzvlərinin və seçkili orqanlarının fəaliyyətinin Nizamnaməyə və Məramnaməyə uyğun olmasına, maliyyə vəsaitlərindən düzgün istifadə olunmasına nəzarət edir, yoxlamalar aparır, aid orqanlara təqdimat və rəylər verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər hüquqi aktlara və öz nizamnaməsinə riayət etmək hər bir siyasi partiyanın vəzifələrinə aiddir. Qeyd olunanlara əsasən Cavabdeh2 nümayəndəsi və vəkilinin hazırkı mülki iş üzrə Cavabdeh2 cavabdehlik daşımalı olmadığı, bu məsələnin ona heç bir aidiyyətinin olmaması barədə gətirdiyi dəlillər əsaslı hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Xalq Cəbhəsi X12 Rəyasət Heyətinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarı qəbul olunarkən Partiyanın Nizamnaməsinin və qüvvədə olan qanunvericiliyinin müddəalarının kobud şəkildə pozulması, X18 Rəyasət Heyətinin bu cür qərar vermək səlahiyyətinə malik olmaması, Rəyasət Heyətinin üzvləri ola bilməyən şəxslərin iclasda iştirak edib, səs vermələri, iclasın keçirilməsi və qəbul olunmuş qərar barədə iddiaçıya heç bir məlumatın verilməməsi, iclasda iştirak etmiş və səs vermiş şəxslərdən birinin (S.Hüseynova) həmin vaxtı ümumiyyətlə ölkə xaricində olması, Nizamnaməyə görə bu kimi məsələlərin əvvəlcə müvafiq rayon (şəhər) şöbəsinin məclisində və dayaq dəstəsində müzakirə olunmalı olduğu halda müzakirə olunmaması adı çəkilən qərarın qanunsuz və əsassız olduğuna dəlalət etməklə, onun ləğv olunması üçün əsas hesab olunmalıdır.Odur ki, iddia tələbi təmin edilməli, Azərbaycan Xalq Cəbhəsi X12 Rəyasət Heyətinin ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli qərarı ləğv olunmalı, İddiaçı AXCP üzvlüyünə və AXCP X3 sədri vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki,partiya üzvünü partiyadan xaric etmək səlahiyyətinin yalnız qurultaya məxsus olması və AXCP X22 Heyətinin partiya üzvünü partiyadan xaric etmək səlahiyyətinin olmaması ilə bağlı qətnamənin əsaslandırıcı hissəsində ətraflı araşdırılma aparılaraq qiymət verilmişdir. Apelyasiya şikayətinin digər dəlilləri isə ondan ibarətdir ki, Məhkəmənin, iddiaçının partiyadan xaric olunması iddia tələbini icraata qəbul etməsi və bu zaman prosedur məsələlərini gözləməməsi də qanunsuz olmuşdur. Belə ki, AXCP Nizamnaməsinin İİİ.11.ci bəndində göstərilir ki, aşağı orqanlar tərəfindən tənbeh tədbirlərindən partiya üzvləri X5 və Ali Məclisə şikayət edə bilər. Ali Məclis həmin məsələyə baxıb, qərarı dəyişə bilər və ya qüvvədə saxlaya bilər. Ali Məclisin qərarı qətidir. İddiaçı isə partiya üzvlüyündən xaric edilməsi ilə əlaqədar X5 və AXCP Ali Məclisinə müraciət etməmişdir. Belə olan halda Məhkəmənin iddia ərizəsini icraata qəbul etməsi və qərar əbul etməsi qanunsuz olmuşdur. Kollegiya qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar iddiaçının məhkəməyə müraciət etməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2187/2020 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar