Məhkəmə qərarları › İş №2(103)-6540/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6540/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6540/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aktın etibarsız hesab edilməsi və borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3500/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Suaknal idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik sovxozu ünvanında yerləçən İddiaçı məxsus bağ sahəsinə xx.xx.2022-ci il tarixlı, 600847 saylı akt tərtib etmiş və həmin akta əsasən iddiaçıya 8.172 manat məbləğinsə borc hesablanmışdır.

2. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 600847 №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə araşdlrma zamanı diametri 40 mm olan plasmas boru vasitəsilə sudan qeyri-qanuni, sayğacdan kənar olaraq istifadə olunduğu məlum olmuşdur.

3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, İddiaçı 8172 manat məbləğinsə borc hesablanmışdır.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, İddiaçı 8.173 manat məbləğinsə borc hesablanmış, abonent 4 manat ödəniş etmiş və İddiaçı 8.169 manat məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Sabunçu Rayon Suaknal idarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600847 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8.172 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2004-cü ildə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 011601 saylı müqavilə kodu ilə su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə bağlamışdır. Ona məxsus həyətyanı sahəyə Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixdə blomp nömrəsi C683486 olan SMART CSS sayğac quraşdırılmışdır. Ona məxsus həyətyanı sahədə yaşayış olmadığından icməli su istifadə edilmir. Belə ki, bunu abonent saldosundan aydın görmək mümkündür. Belə ki, torpaq sahəsində yerləşən meyvə ağacların sulanmasını həyətyanı sahədə qazılmış artezian quyuları vasitəsi ilə həyata keçirir. Cavabdeh ASC-nin Sabunçu Rayon Suaknal idarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə ona məxsus həyətyanı sahəyə gəlmiş, sudan sayğacdan kənar istifadə olunduğunu iddia etmişlər. Həmin vaxt o, orada olmamışdır, qapını onlara həyətə nəzarəti həyata keçirən bağban açmışdır. Sabunçu Rayon Suaknal idarəsinin əməkdaşları əraziyə baxış keçirdikdən sonra heç bir qanunsuz qoşulma aşkar edə bilməmiş və getmişlər. Bir müddət sonra ona məlum olmuşdur ki, barəsində özünün və nümayəndəsinin iştirakı olmadan, qanunvericiliyin tələbi pozulmaqla xx.xx.2022-ci il tarixlı, 600847 saylı akt tərtib etmişlər. Belə ki, tərtib edilən aktın harada, kimin iştirakı ilə yazılması qeyrı-məlumdur. Akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, həmşinin aktda qeyd edildiyi kimi sudan qeyri-qanuni sayğacdan kənar istifadə faktını təstiq edən foto və videomateriallardan istifadə ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Həmin akt əsasında ona 8.172 manat cərimə hesablahdığı məlum olmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən “su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-3500/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı yazılmış 8.172 manat cərimənin ləğv edilməsi, 101,72 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərsu ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. Həmçinin, iş materialları ilə iddiaçıya borcun hesbalanması üçün əsaslar müəyyən edilməmiş, cavabdeh iddiaçı tərəfindən qanunsuz qoşulma hallarının mövcudluğunu sübuta ytirə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ASC-nin Sabunçu Rayon Suaknal idarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600847 nömrəli aktın etibarsız hesab edilməsi hissəsində rədd ediləməlidir. Belə ki, iş materialları ilə aktın etibarsız hesab ediləmsi üçün əsaslar müəyyən edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Su Məcəlləsinin 98-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 14, 30-cu maddəsinin 1-ci bəndinə və 59.3-cu maddəsinə, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarın 5.1.5-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

14. Cavabdeh ASC-nin apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=40 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli 600847 saylı akt tərtib edilmiş, Akta əsasən 8172 manat dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçı sayğacdan d=40 mm-lik boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 8172 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq:

20. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Su Məcəlləsi::

23. Maddə 98. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.

24. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

25. Qanunun 14-cü maddəsinə əsasən, bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun.

26. Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir.

28. Qaydaların 2.1.7 maddəsinə əsasən, istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir.

29. Qaydaların 2.1.8 maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir.

30. Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır.

31. Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sabunçu Rayon Suaknal idarəsinin əməkdaşları tərəfindən tərtib etmiş xx.xx.2022-ci il tarixlı, 600847 saylı aktın qanunsuz və əsassız olduğunu iddia edərək həmin akta əsasən hesablanmış borcun silinməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçıya borcun hesbalanması üçün əsaslar müəyyən edilmədiyindən və cavabdeh iddiaçı tərəfindən qanunsuz qoşulma hallarının mövcudluğunu sübuta ytirə bilmədiyindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.

42. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilmisini xahiş edir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC-nin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsinin su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=40 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir.

44. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir.

45. Belə ki, istehlakçı İddiaçı sayğacdan kənar bir ədəd d=40 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə etməsi və ya hər-hansısa qanun pozuntusu törətməsi barədə Cavabdeh ASC tərəfindən məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim olunmamışdır.

46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

47. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

50. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

51. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3500/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar