Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6543/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı «icra sənədinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-2912/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı «icra sənədinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-436/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)- 2912/2021 saylı qərardadı ilə (hakim Gültəkin Əsədova) iddia ərizəsinin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət verərək onun ləğv edilməsi xahiş etmiş, şikayət təmin olunmamış baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 133.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib şikayəti iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, MPM-nin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən görünür ki, iddiaçı tələbində - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-436/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədinin ləğv edilməsini xahiş etmişdir. Halbuki, məhkəmə qərarına əsasən verilmiş icra sənədinin (icra vərəqəsinin) ləğv edilməsi barədə iddianın verilməsi mümkün deyildir. İddiaçı icra sənədinin düzgün tərtib olunmamasını göstərmişdir ki, bu hal da yeni iddia verilməsi yolu ilə deyil, «İcra haqqında» Qanunun 7, 9-cu maddələrinə əsasən öz həllini tapa bilər (9-cu maddəyə əsasən İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırılmalı və həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir). İddia iddia ərizəsində, həmçinin qanunsuz icra sənədi əsasında icra məmuru tərəfindən «icraata başlamaq haqqında» qərarın qəbul edilməsinin də əsassız olmasını göstərmişdir ki, bu hal müstəqil qaydada iddia verməklə deyil, icra məmurunun qərarından şikayət verilməsi yolu ilə mübahisələndirilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı «icra sənədinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-2912/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)- 2912/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6543/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6543/2021
29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver