Məhkəmə qərarları › İş №2(103)-6546/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6546/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6546/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(006)-4851/2021 nömrəli qərardadından X3 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)- 4851/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, vurulmuş 15.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən X7 tərəfindən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia tələbini təmin edərək, vurulmuş 15.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Cavabdeh həmin dövrdə səhhətində problemlər olduğundan və daha sonra vəfat etdiyindən keçirilmiş məhkəmə prosesləri barədə məlumatlı olmamış, qətnamənin sürəti ona təqdim edilməmiş eləcə də vərəsəsi X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsindən xəbərdar olmamışdır. Qətnamənin surəti yalnız xx.xx.2024-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. Bundan əlavə qətnamə ilə tanış olduqdan sonra müəyyən olunur ki, məhkəmə ümumilikdə işin həqiqi hallarını araşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən istinad olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən cavabdeh barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınan iddiaçıya 15.000 manat ziyanın vurulduğu müəyyən edərək, mülki iddiasını təmin etmiş, həmin məhkəmə aktı ilə ziyanların ödənilməsi üçün xeyli əmlakın müsadirə olunmasıda hökm edilmişdir. Yəni mövcud olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədilə mərhum cavabdehə və ailə üzvlərinə məxsus küllü miqdarda dəyəri olan daşınar və daşınmaz əmlakların müsadirəsi nəzərdə tutulmuşdur. Əgər iddiaçıya ziyan dəymişdirsə həmin ziyanın ödənilməsi üçün əmlaklarda müsadirə edilərək həmin əmlaka yönəldilmişdir.Hazırkı vəziyyətdə isə ziyanın yenidən mülki qaydada tutulmasının tələb edilməsi əsassızdır. Lakin məhkəmə işə baxarkən qeyd olunan halları nəzərə almamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən iş üzrə X7 iş tərəfindən verilmiş apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyi üçün ona geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş ölüm haqqında elektron şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X7 hazırkı mülki iş üzrə tərəf qismində çıxış etməmiş, təqdim olunmuş apellyasiya şikayətində X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsinin onun hansı hüquq və vəzifələrinə toxunmasını əsaslandırmamış, formal ifadələrdən ibarət apellyasiya şikayəti tərtib etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Həmin qərardaddan X3 nümayəndəsi və vəkili X5 şikayət veərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-4851/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə vəfat etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Baş İdarəsiBakı şəhəri 6 saylı notariat Ofisinin 464 saylı, 14 aprel 2022-ci il tarixli arayışına əsasən Cavabdeh qanun üzrə vərəsəsi X1 tanınmışdır. Belə olan halda cavabdeh öldüyü halda onun vərəsəsi prosessual hüquq varisliyi qaydasında işə cəlb edilə bilər. Belə ki, prosessual hüquq varisliyi institutunun mövcudluğu bilavasitə maddi hüquqların varisliyi ilə şərtləndirilmişdir. Yəni yalnız qarşılıqlı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini ehtiva edən maddi hüquq münasibətləri olduğu halda mülki məhkəmə icraatında prosessual hüquq varisliyi mümkün sayıla bilər. Maddi hüquq varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və sinqular (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur. Məsələn, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olmaqla prosessual hüquq varisliyini istisna edir. Lakin hazırkı işdə şəxs ölməsinə baxmayaraq müvafiq icra şöbələrində icra hərəkətləri davam etdirilir və pul vəsaiti İbrahim Zeynalovdan “İcra haqqında” Azərbaycan Respublikasının 31-ci maddəsinə əsasən ondan tələb olunur. Buna görə də məhkəmə tərəfindən, ilk növbədə, maddi hüquq varisliyi, sonradan isə prosessual hüquq varisliyi məsələləri həll edilməli idi. Qeyd edilməlidir ki, mülki məhkəmə prosesi məhz tərəfin onun hüquq varisi ilə əvəz edilməsi ilə davam edir və Mülki Prosessual Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Bu halda o, əvəz olunan şəxsin hüquq və vəzifələrinin ona keçməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməyə borcludur (məsələn, vərəsəlik şəhadətnaməsi). Göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməsinə yönələn prosessual hüquq varisliyi institutu tərəflərin prosessual hüquqlarını təmin edir, işlərə ağlabatan müddət ərzində baxılmasına və icraata qoşulmuş yeni iştirakçı tərəfindən təqdim olunan sübutlara (əvəz edilən şəxsin prosessual hərəkətləri ilə sıx bağlı olan) istinad edilməsinə imkan yaradır. Vəfat etmiş cavabdeh şəxs olan Cavabdeh məxsus daşınmaz əmlaklar vərəqəsik qaydasında oğlu İbrahim Zeynalova keçdiyindən daşınmazəmlak üzərində malik olduğu mülkiyyət hüququ, şəxsi xarakter daşımayan digər hüquqları vərəsəlik üzrə keçən hüquqdur və baxılan işin icraatı zamanı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə məhz bu istiqamətdə araşdırma aparmalı, ölmüş şəxsin vərəsəsinin prosessual hüquq varisləri olaraq işə cəlb edilməsi mümkünlüyünü araşdırmalıdır. Lakin təəssüflər olsun ki, məhkəmə bu halı nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, əsassız olaraq “hüquqi olmayan şəxs” tərəfindən verilmiş şikayət kimi qiymətləndirərək qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, i ş materiallarında olan qətnamənin göndərilməsinə dair bildiriş və 10 sentyabr 2021-ci il tarixli göndərilən məktubların reyestrindən və SS754214842AZkodlu poçt xəbərnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin18 avqust 2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən Cavabdeh rəsmi qeydiyyata alındığı ünvan üzrə (ünvan 1ərilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra aidiyyatı üzrə müvafiq olaraq Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin qeyd olunan məktub Cavabdeh çatmamış və bu səbəbdən də onun xəbəri olmadan iş Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Belə olan halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbləri pozulmuşdur. 135.3-cü maddəyə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmçinin məhkəmə qətnaməninsifarişlixəbərnaməli məktubla göndərilməsini qeyd etsə də həmin məktubun cavabdehə çatmasınımüəyyən etməmiş, X8 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında əsaslandırmağa çalışmışdır. Lakin həmin dövrlərdə cavabdehin səhhətində problemlər olmuş və xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 saylı, 08 oktyabr 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, mübahisələndirilən qərardaddan göründüyü kimi məhkəmə apellyasiya şikayətinin apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən tərtib edildiyindən geri qaytarılması barədə nəticəyə gəlmişdir. Belə ki, apelyasiya şikayəti iş üzrə cavabdeh qismində cəlb edilmiş mərhum Cavabdeh vərəsəsi tərəfindən verilmişdir. Məhkəmə həmçinin təqdim olunmuş apellyasiya şikayətində X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsinin onun hansı hüquq və vəzifələrinə toxunmasını əsaslandırmadığını, apellyasiya şikayətini formal ifadələrdən ibarət tərtib etdiyini, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri göstərmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bu Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası cavabdehin vəfat etdiyini lakin hazırda mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verdiyini, mübahisələndirilən qətnamə ilə X3 cavabdehin vərəsəsi olduğu üçün hüquqlarına toxunduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin vərəsəsi olan X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsini mübahisələndirmək hüququna malikdir. Belə ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri üçün məcburidir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərardaddan daxil olmuş şikayətdə qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verilibverilmədiyi də yoxlanılmış, şikayətdə müvafiq qaydalara riayət olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə hazırda müzakirə predmeti olan apellyasiya şikayətinin şikayət vermək hüququ olmayan şəxs tərəfindən tərtib edildiyini, daha sonra isə əvvəlki mövqeyinə zidd şəkildə X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsindən apellyasiya şikayətini verməyə səlahiyyətli olmasını qəbul edərək, tərəfindən hazırkı apellyasiya şikayəti tərtib edilərkən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin göstərilmədiyini qeyd etmişdir. Bununla belə nəzərə alınmalıdır ki, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Belə olan halda məhkəmə verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu yenidən yoxlayan zaman cavabdehin və daha sonra vərəsəsinin məhkəmə aktı barəsində həqiqətən məlumatsız olduğu, icra sənədi üzrə icra hərəkətlərinin aparılıb-aparılmadığını, aparılıbsa icra hərəkətləri həyata keçirilən zaman cavabdehin (vərəsəsinin) iştirakının təmin olunub-olunmadığı və s. məsələlər müvafiq icra şöbəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 nömrəli 18 avqust 2021-ci il tarixli icra sənədi üzrə açılmış icra işini və s. sənədləri tədqiq etməklə araşdırmalıdır. Belə ki, məhkəmə, prosessual müddətin ötürülüb-ötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət verməməklə yalnışlığa yol vermişdir. Beləliklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 nömrəli 18 avqust 2021-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə uyğunluğu yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla yenidən yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 nümayəndəsi və vəkili X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 saylı 22 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4851/2021 nömrəli 18 avqust 2021-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə uyğunluğunun yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar