Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-655/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 ştirakları ilə, İddiaçı “xxxx” Aqro şirkətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq ödənilməmiş əsas məbləğin,cərimənin və avtomobilə vurulmuş ziyanın ödənilməsi,avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5375/2019 saylı, 15 noyabr 2019-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Aqro şirkəti iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, "xxxx” Aqro Şirkətinə məxsus Brilliance H320 markalı, ağ rəngli, 01- AB-055 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən geri qaytarılması, cavabdeh, Cavabdeh1 cəmi 5376 (beş min üç yüz yetmiş altı) manat borcun alınaraq "xxxx” Aqro Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, 27 iyun 2017-ci il tarixli alğı-satqı və zaminlik müqavilələrinin ləğv edilməsi, “xxxx” Aqro Şirkətinə məxsus Brilliance H320 markalı, ağ rəngli, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən geri qaytarılması, Cavabdeh1 yol hərəkəti qaydalarının pozulmasına görə 744 manat cərimənin,Cavabdeh1 və Cavabdeh2 Vilaət oğlundan müştərək qaydada 3000 manat əsas borc, 1668 manat cərimə borcunun alınaraq “xxxx” Aqro Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” Aqro Şirkəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyu 2017-ci il tarixli, 19 nömrəli “Alğı-satqı” müqaviləsinə əsasən sonuncu 8000,20 (səkkiz min) ABŞ dollar dəyərində, AR Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq, manatla aparılması şərti ilə, buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı, qara rəngli, Brilliance H320 modelli avtomaşını 34 (otuz dörd) ay müddətinə, ayda 235.30 (iki yüz otuz beş) ABŞ dollar, AR Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq, ödəmə şərtləri ilə “xxxx” Aqro Şirkətindən almışdır. Cavabdeh1, 2019 ilin fevral ayın ödənişini 28 mart 2019-cu il tarixdə 200 (iki yüz) manat ödəniş etdikdən sonra ödəniş etməmişdir. 27 iyun 2017-ci il tarixli 19 nömrəli “Alğısatqı” müqaviləsinin şərtlərinə görə Cavabdeh1 Alğı-satqı müqaviləsinin 4.2-ci bəndinin tələbinə görə həmin müqavilə üzrə ödəniş cədvəlinə əsasən ilk bir ay ərzində ödənişi gecikdirmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində cərimə ödəməli olduğu halda bu ödənişini etsə də, həmin müqavilənin 4.3-cü bəndinin tələbinə görə növbəti aylar ərzində ödənişi gecikdirmiş hər günə görə gecikmə məbləğini 2% həcmində cərimə ödəməli olduğu halda o bu ödənişini də etməmişdir. Cavabdeh, Cavabdeh1, ödəniş etməmiş, avtomobilini etibarnaməsiz sürmüş, avtomobili gizlədərək, şirkətin icazəsiz, satın-alınmasına heç bir hüququ olmadan, üçüncü şəxsə təhvil verib. Dəfələrlə şirkət rəsmi qaydada, həm də şifahi, telefon vasitəsi ilə borcun olması haqqında bildirilib, avtomobilin şirkətə qaytarılması xahiş olunmuşdur. 27 iyun 2017-ci il tarixli 19 nömrəli “Alğı-satqı” müqaviləsi üzrə Cavabdeh1 01.10.2019-cu il tarixinə olan borc 3000 (üç min) manat aylar üzrə əsas borcu. 1668 manat cərimə borcu qalmışdır. Ümumi 4668 manat məbləğində şirkətə borcu qalmışdır. Cavabdeh, Cavabdeh1 4668 manat borclarından başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Kamera görüntüsünə əsasən 744 manat məbləğində cərimə pul vəsaiti “xxxx” Aqro Şirkətinə ödənilməlidir.İddianın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5375/2019 saylı, 15 noyabr 2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2017-ci il tarixli 19 saylı alğı-satqı müqaviləsi və Cavabdeh2 arasında bağlanmış 27 iyun 2017-ci il tarixli 19 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3000 manat, 50 manat cərimə və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı xeyrinə ödənilməsi, Brilliance H320 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış 744 manat məbləğində cərimə Cavabdeh1 tutularaq “xxxx” Aqro şirkətinin xeyrinə ödənilməsi, Lizing obyekti olan Brilliance H320 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən “xxxx” Aqro şirkətinə qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, məhkəmə ekspertizalarının keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2018 ci ilin noyabr ayında **-AB-*** dövlət qeydiyayyat nişanlı, qara rəngli Brilliance H320 model avtomobilə yol qəzası keçirmiş **-AB- *** dövlət qeydiyayyat nişanlı, qara rəngli Briliiance H320 model avtomobilin sığorta ödənişinin 2.592.97 manat pulu “ xxxx” Aqro şirkəti təmsilşisi X2 tərəfindən alınmışdır. X6 tərəfindən verilmiş 27.12.2018-ci il tarixli N424 nömrəli arayışda öz təsdiqin tapmışdır. O və iş üzrə cavabdeh şəxsi vəsaiti ilə 2013-ci il olan **-AB-*** dövlət qeydiyayyat nişanlı, qara rəngli Briliiance H320 model avtomaşın təmir etdirmişir. Sonradan onunla “xxxx” Aqro şirkəti ilə arasında X6 tərəfindən verilmiş 27.12.2018-ci il tarixli N424 sığorta ödənişinin avtomobilin qalan borcuna ödənilməsinə dair 2.592.97 manat pulun mübahisəsi yaranmışdır. 28 mart 2019-ci ildə “xxxx” Aqro şirkətinə sonuncu ödənişini etmişdir. Ondan avtomobilin sığorta pulunu tələb edəndə “xxxx” Aqro şirkəti rəhbərliyi 2.592.97 manat pulun əsas borcdan çıxılacağını bildirdi. Bu hadisədən sonra “xxxx” Aqro şirkətinin rəhbərli AR DYP-yə müraciət edərək 2013-ci il olan **-AB-*** dövlət qeydiyayyat nişanlı, qara rəngli Brilliance H320 model avtomobilin duracağa verilməsi xahiş etmişdir. Avtomobil ondan alınaraq duracağa yerləşdirilib. O dəfələrlə “xxxx” Aqro şirkətinə müraciət edərək avtomobili geri tələb etsə də onlar onun qanuni tələblərinə qulaq asmayıblar. Ona X6 tərəfindən verilmiş 2.592.97 manat pulu 3000 əsas borcdan çıxarılmasını, qalan borc və cəriməni ödəməyə razı olduğunu bildirmişdir. AR Şəxsiyyət vəsiqəsində qeyd olunan yaşayış yeri kimi göstərilən ünvada yaşamır. Ailəsi ilə Binəqədi rayon Sulu-təpə qəsəbəsində ünvansız evdə kirayə qalır. Suraxanı Rayon Məhkəməsi tərəfindən göndərilmiş məhkəmə bildirişləri və məktublar ona çatmayıb. Sonradan Səbail rayon İcra və Probasiya şöbəsindən Suraxanı Rayon Məhkəməsində çıxarılmış qətnamə barədə məlumat aldı. 20 avqust 2020-ci ildə rəsmi qaydada Suraxanı Rayon Məhkəməsindən 15 oktyabr 2019-ci il tarixli, 2(010)-53755/2019 saylı qətnaməsin almışdır. Birinci instansiya məhkəməsi vaxtı və saatı barədə məlumatı olmayıb. İştirak etmədiyi üçün heç bir sənəd və subut təqdim edə bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin olunmuş hisəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, “xxxx Aqro” şirkəti ilə Cavabdeh1 arasında bağlanmış 27 iyu 2017-ci il tarixli, 19 nömrəli “alğısatqı” müqaviləsinə əsasən ona 27 iyun 2017-ci il tarixdən 17 aprel 2020-ci il 8000.20 ABŞ dolları məbləğində «Brilliance H320 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili, lizinq obyektini Cavabdeh1 verməyi, cavabdeh isə İddiaçı hesabına müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun yəni, hər ayın 17-dən gec olmayaraq 235.30 AŞ dolları məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndindən müəyyən edilir ki, Brilliance H320 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili, tərəflərin razılığı ilə 8000.20 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 ilə 19 saylı 27 iyun 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış və o, həmin müqaviləni imza etməklə lizinq alan tərəfindən alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə Lizinq verən qarşısında birgə məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Maliyyə arayışından görünür ki, alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1nun 3000 manat əsas, 1668 manat cərimə borcu olmaqla, cəmi 4668 manat borcu vardır. Bundan başqa baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi 2594 manat pul vəsaiti “xxxx” ASC tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Eyni zamanda Brilliance H320 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə törədilmiş yol hərəkəti qaydalarının pozulmasına görə 744 manat cərimə məbləği hesablanmışdır. Apellyasiya baxışı zamanı Brilliance H320 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, "Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.05.2021-ci il tarixli 9/2299 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə “xxxx” Aqro Şirkəti arasında bağlanmış 27.06.2017-ci il tarixli 19 saylı alğı-satqı müqaviləsi üzrə alıcının “xxxx” Aqro Şirkətinə ödənilməli olan əsas borcu 3000 manat, faiz borcu isə 1668 manat təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” Aqro Şirkəti müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh1 istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Beləliklə iddiaçının cavabdehlərdən öhdəliklərin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehlərdən iddiaçıya olan əsas borcunun məbləği iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə maliyyə arayışında göstərilmiş əsas borc eynilik təşkil etmişdir. Qeyd olunan arayışın və rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsidə düzgün nəticəyə gəlmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düsgün nəticəyə gəlmişdir. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən 50 manat məbləğində cərimə hesablamışdır ki, qeyd olunan məbləğ ağlabatan və ədalətlidir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, “Brilliance H320” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydalarının pozulmasına görə 744 manat cərimə borcu yaranmış və bu borc məbləğinin Cavabdeh1 “xxxx Aqro” şirkətinin xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyatorun qeydiyyatda olduğu, eyni zamanda apellyasiya şikayətində göstərilən ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri, apellyatorun mobil nömrəsinə SMS bildirişlər göndərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mülki işə apellyatorun iştirakı olmadan baxmışdır. Bundan başqa kollegiya apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, sığorta ödənişinin məbləği 2594 manat “xxxx” ASC tərəfindən iddiaçının hesabına köçürüldükdən sonra qalıq əsas borc 3000 manat təşkil etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri apellyarorun subyektiv mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat Cavabdeh2 tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat Cavabdeh2 tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5375/2019 saylı, 15 noyabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat Cavabdeh2 tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-655/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-655/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver