Məhkəmə qərarları › İş №2(103)-6563/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6563/2024

26.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6563/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən 33 B saylı evdən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 33 B saylı fərdi yaşayış evinin üzərində inşa etdiyi əlavə sənədsiz, 301 kv.m sahədən ibarət olan tikiliyə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması və həmin evin sənədsiz, 301 kv. m əlavə tikilisində onun sərbəst surətdə yaşamağına İddiaçı tərəfindən mane olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, əvvəllər Bakı şəhəri, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən 33 B saylı fərdi yaşayış evinin mülkiyyəyçisi olmuşdur. Evin çıxarışında 222.1 kv sahə qeyd olunsa da o, evin üzərində əlavə 301 kv.m. 2-ci və 3cü mərtəbə tikmiş və hazırda da həmin əlavə tikililərdə yaşayır, giriş çıxışı da ayrıdır. Həmin əlavə 301 kv.m tikililər hələ dövlət qeydiyyatına alınmamışdır. Lakin o əlavə tikililərin dövlət qeydiyyatına alınması barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin əlavə tikililərə onun gözlənti hüququ vardır. Həmin tikililərə çıxarış almaq istəyir. O, iddiaçıya məxsus 222.1 kv.m sahədə deyil, 301 kv.m olan sahədə yaşayır. İddiaçı evi hərrac yolu ilə alanda gəlib evin içərisinə baxmamışdır. Evin 222.1 kv.m sahəsi çıxarılşlı, digər 301 kv.m sahəsi isə çıxarışsızdır. İddiaçı onu həmin əlavə tikilidən də çıxarmaq istəyir, lakin onun adına yalnız evin 222.1 kv.m hissəsidir. Ona görə də o, iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi qaldırmışdır ki, onun yaşadığı 301 kv.m evin 2 və 3-cü mərtəbəsində olan əlavə tikilərə müdaxilə etməsin. Bunlar bir biri ilə bağlı işlərdir, mübahisə bir fərdi yaşayış evindən gedir. Məhkəmə isə əsassız olaraq qarşılıqlı iddia ərizəsini qəbul etməmişdir. O, məhkəməyə sübut kimi, evin memarlıq layihəsini təqdim etmiş, lakin məhkəmə bunu əsassız olaraq nəzərə almamışdır. İş üzrə məhkəmə texniki tikinti ekspertizası təyin olunmalı və bilinməlidir ki, həmin evin 2-ci və 3-cü mərtəbəsi əlavə tikilmişdirmi və o, evin hansı sahəsindən istifadə edir. Lakin məhkəmə bunları etməmişdir. Ona görə də hesab edir ki, qəradad ləğv olunmalı və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, habelə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı icraata qəbul edir; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ½ hissəsi X2, ½ hissəsi X4 verilməli, evin ilkin satış qiyməti 200.000 manat müəyyən edilməlidir. Qeyd edilən ev icra sənədinin icrası qaydasında keçirilmiş hərracdan iddiaçı tərəfindən əldə edilmiş və onun evə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı irəli sürdüyü iddia üzrə cavabdehlərin həmin evdən çıxarılmasını və evin ona təhvil verilməsini tələb edir. Cavabdeh isə iddiaçıya 222.1 kv.m. ölçüdə evin satıldığını, həmin evin üzərində əlavə olaraq 301 kv.m. tikinti inşa etdiyini, bu tikintinin iddiaçının mülkiyyyətində olan evə hər hansı aidiyyətinin olmamasına baxmayaraq, onun orada yaşamasına iddiaçı tərəfindən maneə yaradıldığını iddia edir və həmin tikintidən istifadə etməsinə iddiaçı tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. "xxxx" MMC tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 33-də yerləşən Cavabdeh1 məxsus mövcud fərdi yaşayış evlərinin X7 sənədinə əsasən ev 2 mərtəbədən və mansarddan ibarətdir. Halbuki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışda evin bir neçə mərtəbə olduğu göstərilməmişdir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddiada göstərilən tikintinin mövcudluğunu istisna etmir. Cavabdeh də məhz qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin üzərində olmaqla həmin mülkiyyətə daxil olmayan tikintiyə hüquqlarının olmasını mübahisələndirir. Qarşılıqlı iddia olmadığı və iddiaçının iddiası uğurlu olduğu halda belə, onun mülkiyyətinə daxil olmaması səbəbindən cavabdehin bu tikintidən çıxarılması yenə də mübahisə yaratmış olacaqdır. Bununla belə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, habelə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır. Qarşılıqlı iddiaçının özü də bunu tələb etmir. Lakin bu iddialar arasında qarşılıqlı əlaqə var və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcəkdir. Qeyd edilənlər qarşılıqlı iddianın icraata götürülməsi və ilk iddia ilə bir icraatda baxılması üçün əsas yaratmış olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü, o cümlədən qarşılıqlı iddianın verilməsi zamanı Mülki Prosessual Məcəllənin 154-155-ci maddələri ilə müəyyən edilmiş müddətlərə riayət edilibedilməməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Qarşılıqlı iddianın icraata götürülməsi hər bir halda birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6439/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü, o cümlədən qarşılıqlı iddianın verilməsi zamanı Mülki Prosessual Məcəllənin 154-155-ci maddələri ilə müəyyən edilmiş müddətlərə riayət edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar