Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6565/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin payçıları olan cavabdehlərdən 280.500 manat məbləğində pulun, habelə hüquqi yardım üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 571 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla mülki işin icraatına xitam vermişdir. Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırda irəli sürdüyü iddia tələbi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı mülki işi üzrə irəli sürülmüş iddia tələbi ilə eynilik təşkil edir. Həmin mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia tələbi digər cavabdeh X9 və hazırki iş üzrə də cavabdehlər olan Ələkbərova (Mehdiyeva) Nigar Yaşar qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı olan hissədə təmin edilməmişdir. Odur ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı iş üzrə irəli sürdüyü tələb eynilik təşkil edir. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq olduğundan hazırki mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və həmin tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra 2021-ci ilin fevral ayında icraya yönəldilmiş, icra hərəkətlərinin aparılması Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra məmuru tərəfindən aparılan icra hərəkətləri zamanı alınmış rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, MTK-nın bank hesablarında pul vəsaiti, mülkiyyətində isə daşınar və daşınmaz əmlaklar yoxdur. İcra sənədinin 4 il ərzində icrasız qalmışdır. Bu səbəbdən də iddiaçı məhkəmə qətnaməsi ilə "xxxx" MTK-dan tutulmalı olan 280.530 manat məbləğində pulun MTK-nın payçılarından tələb edir. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda belə məsuliyyət yaranır. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamış, iş üzrə icraata əsassız olaraq xitam vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayəti, şikayətin əsassız olması əsası ilə təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsini, hazırkı iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və mülki işin baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsinə göndərilməsini qərara almışdır. Mülki işə baxmış Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün işə baxmış Rayon Məhkəməsi ilk növbədə yoxlamalı idi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası hazırda hansı mərhələdədir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu etmədən hazırki iş üzrə icraata xitam vermişdir. Bundan sonra, məhkəmə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə müvafiq icra sənədini tələb etmiş, eyni zamanda icra sənədi icraatında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid məhkəmə iclasına çağırılaraq izahatı alınmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı iş üzrə irəli sürdüyü tələb eynilik təşkil edir. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq olduğundan hazırki mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı həmin qərardaddan da Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və həmin tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayəti, şikayətin əsassız olması əsası ilə təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər "xxxx" MTK, X9, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh1nə qarşı “pul tələbinə” dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MTK, X9, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh1ndən müştərək qaydada 280.500 manat məbləğində maddi ziyanın, 100.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4860/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün işə baxmış Rayon Məhkəməsi ilk növbədə yoxlamalı idi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası hazırda hansı mərhələdədir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu etmədən hazırki iş üzrə icraata xitam vermişdir. Bundan sonra, Rayon Məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə müvafiq icra sənədini tələb etmiş, eyni zamanda icra sənədi icraatında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid məhkəmə iclasına çağırılaraq izahatı alınmışdır. Məhkəmə iclasında izahatı alınan Şahid Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, tərəflərindən "xxxx" MTK-nın mülkiyyətində olan əmlaklarla bağlı sorğular verilmişdir və məlum olmuşdur ki, "xxxx" MTK-nın mülkiyyətində əmlak yoxdur. İcra sənədi onun icraatına yeni daxil olmuşdur. Tələbin yönəldilə biləcəyi əmlak yoxdursa, icra sənədi icra edilmədən məhkəməyə qaytarılır. Həmin qərarın qəbul edilməməsinin səbəbi budur ki, tələbkar həmin qərarla razı olmayacaq. Tələbkar bu barədə onlara müraciət etmişdir. Borclu inzibati məsuliyyətə cəlb olunduqdan sonra, cinayət işinin başlanması ilə bağlı təqdimat verəcəkdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019 tarixli icra sənədi üzrə hüquqi şəxsin hazırki rəhbəri Cavabdeh2 barəsində 2 aydır ki, inzibati protokol tərtib edilmişdir. Hal-hazırda həmin icra sənədi üzrə borc ödənilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işi materiallarından, eyni zamanda icra məmurunun məhkəmə iclasında verdiyi izahatından da bəlli olur ki, maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilir, icra işinə xitam verilməmiş və ya icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.4-cü maddəsinə görə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyd edilən tələblə yalnız Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunmayacağı təqdirdə mövcud tələblə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə görünən odur ki, müvafiq icra sənədi icra məmurunun icraatındadır və icra sənədinin icrası üçün zəruri olan icra tədbirləri görülür. İcra işinin gedişatı zamanı "xxxx" MTK-dan icra sənədi üzrə borcun tutulması da istisna edilmir. "xxxx" MTK-dan icra sənədi üzrə borcun tutulması mümkün olmadığı təqdirdə Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti yaranacaqdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Belə ki, iddiaçının hazırda irəli sürdüyü iddia tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı mülki işi üzrə irəli sürülmüş iddia tələbi ilə eynilik təşkil edir. Həmin qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia tələbi digər cavabdeh X9 və hazırki iş üzrə də cavabdehlər olan Ələkbərova (Mehdiyeva) Nigar Yaşar qızına, Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı olan hissədə təmin edilməmişdir. Odur ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı iş üzrə irəli sürdüyü tələbin eynilik təşkil etdiyi qənaətinə gəlmiş Rayon Məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq olduğundan hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Lakin Rayon Məhkəməsi Mülki Məcəllənin aşağıdakı tələblərini nəzərə almamışdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (maddə 109.1.). Kooperativin üzvlərinin vəzifələrindən biri Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etməkdir (maddə 109-4.4.3.). Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir (maddə 110-3.). Kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir (maddə 110-3.3.). Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar (maddə 110.4.). Göründüyü kimi mülki qanunvericilik kooperativ üzvlərinin onun öhdəliklərinə görə birgə subsidiar məsuliyyətini nəzərdə tutur və üzvlərin üzərinə əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra 2 ay ərzində əlavə haqlar vermək yolu ilə ödəmək vəzifəsi qoyur. Qeyd olunmalıdır ki, subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə edilməli, məhkəmədə iddia qaldırılaraq borclunun vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətlər edilməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan şəxslərə qarşı irəli sürülə bilər. Hazırki iş üzrə də kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti, kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmadığı müəyyən edildikdə yaranır və Mülki Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, kooperativin öhdəliklərinə görə kooperativ özü və özünə məxsus əmlak ilə cavabdehlik daşıyır. Əgər kooperativin öhdəlikərinin silinməsi üçün kooperativin kifayət qədər vəsaiti yoxdursa, onda kooperativ üzvləri kooperativin öhdəliləri üzrə subsidiary məsuliyyət daşıyırlar. Kooperativin üzvlərinin subsidiar məsuliyyətinin yaranması üçün icraya yönəldilmiş qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra icraatına xitam verilməsi mütləq şərt deyil. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla mülki işin icraatına xitam verməkdə haqlı olmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət formal xarakter daşımır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2024-cü il tarixli qərardad ləğv edilsin və mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6565/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6565/2024
26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver