Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6572/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərardadı ilə Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyət üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 20 iyun 2022-ci il tarixli baxılmamış saxlanılma barədə qərardadın ləğv edilməsi və icraatın təzələnməsi barədə ərizə təmin edilməmiş, iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 29 avqust 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə islasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. İşdən görünür ki, məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər gəlməmələrinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Belə ki, 27 aprel 2022-ci il, 06 iyun 2022-ci il və 20 iyun 2022-ci il tarixlərə təyin olunmuş məhkəmə iclasları barədə iddiaçıya lazımi qaydada məlumat verilib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin məhkəmə iclasına təkrar gəlmədikdə həmin işə baxaraq 259.0.6 və 259.7-ci maddələrini tətbiq etməli olduğundan birinci instansiya məhkəməsi bu imperativ tələblərə əməl etmiş, məhkəmə iclasında tərəflərin gəlmədiyini əsas gətirib işin baxılmamış saxlanması haqqında qərardad qəbul etmişdir. Şərh olunanlara əsasən şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2830/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6572/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6572/2022
21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver