Məhkəmə qərarları › İş №2(103)-6573/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6573/2025

31.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6573/2025 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “cavabdehə məxsus mənzilin boşaldılması, sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “cavabdehə məxsus mənzilin boşaldılması, sökülməsi və kompensasiyanın ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi nümayəndə2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “cavabdehə məxsus mənzilin boşaldılması, sökülməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli, 011011002351-05101-****** reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində mövcud olan mülkiyyət hüququna xitam verilməsi, həmin fərdi yaşayış evinin cavabdehə məxsus olan hissəsinin boşaldılması və sökülməsi və buna görə, Cavabdeh İddiaçı MMC tərəfindən həmin əmlakın ona məxsus hissəsinin bazar dəyərinə mütənasib məbləğdə pul kompensasiyasının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti başçısının “Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, Ibrahim Əbilov və Fuad Ibrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə İddiaçı MMC-yə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında” *** saylı, ##.##.2020-ci il tarixli sərəncamının 1-ci bəndinə görə, Yasamal rayonu, Balababa Məcidov, Ibrahim Əbilov və Fuad Ibrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, məhdud kommunal şəraitli, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə İddiaçı MMCyə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilmişdir. Həmin sərəncamın ikinci bəndində müvafiq ərazidə yerləşən əmlakların sakinlərlə qarşılıqlı razılaşma müqaviləsi əsasında alınması nəzərdə tutulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli, 011011002351-05101-****** reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və qeydiyyat sənədi üzrə ümumi sahəsi 74.2 kv.m təşkil edən mənzilin 3 otağı (y/s-40.9 kv.m) ümumi paylı mülkiyyət hüququ üzrə Cavabdeh adlı şəxsə məxsusdur. ##.##.2020-ci il tarixli sərəncamın icrası çərçivəsində cavabdehlə danışıqlar aparılmış, mülkiyyətçiyə ona məxsus sahənin müqabilində 1 kv.metr sahə üçün 2500 (iki min beş yüz) manat məbləğində pul kompensasiyası təklif edilmiş, lakin qarşılıqlı razılığa gəlmək qeyri-mümkün olmuşdur. Belə ki, mülkiyyətçi ona bazar dəyərindən yüksək məbləğdə kompensasiya ödənilməsini istəmişdir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehin istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evinin (müvafiq hissəsinin) təqdim edilməsindən imtina etməsi səbəbindən anlaşmanın əldə edilməməsi müvafiq sərəncamın icrasını gecikdirir. Bu hal isə müvafiq ərazidə inşa ediləcək yaşayış binasında məskunlaşdırılmalarını gözləyən çoxsaylı insanların hüquqlarının bərpaolunmaz şəkildə xələl görməsinə səbəb ola bilər. O, da qeyd edilməlidir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, əmlaklarını təqdim etməsindən imtina etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

3. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmiş, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh 167000 (yüz altmış yeddi min) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanda cavabdehə paylı mülkiyyət üzrə məxsus mənzildən cavabdeh Cavabdeh çıxarılması və mənzilin boşaldılaraq sökülməsi üçün iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur, iddia tələbinin əsasını Yasamal Rayon Icra Hakimiyyətinin Başçısının *** saylı, ##.##.2020-ci il tarixli Sərəncamı təşkil edir. Həmin Sərəncamın preambulasından da göründüyü kimi Sərəncam Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** saylı Qərarına əsaslanmışdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. Cavabdeh evini satmaq istəməsə də, rayon məhkəməsi guya tərəflər arasında yalnız kompensasiya məbləği ilə bağlı mübahisə olmasını müəyyən etmişdir. Rayon məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktları – mübahisəli yaşayış sahəsinin mənzil deyil, ev olmasını, cavabdehin mənzili satmaq niyyətinin olmamasını araşdırmamışdır. Halbuki məhz bu hallar araşdırılmadan və sübuta yetirilmədən işin həll edilməsi mümkün deyildir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “xxxx”-nin mütəxəssislərinə həvalə edilmiş, rəy verilənədək iş üzrə icraat dayandırılmışdır.

7. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyinə əsasən Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy verilənədək iş üzrə icraat dayandırılmışdır.

9. “xxxx” MMC-nin qiymətləndirmə rəyi Məhkəməyə daxil olmuş, Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və qeyd etdi ki, kompensasiya kimi 370.000 (üç yüz yetmiş min) manat tələb edirlər.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, mübahisəli ev ümumi paylı mülkiyyətdədir, yarısı cavabdehə, yarısı isə MMC-ə məxsusdur. Kompensasiya faktiki ölçüyə görə verilir. Faktiki ölçü ilə çıxarış arasında fərqlər olur və müqavilə bağlanan zaman çıxarış əsas götürülür. Onlar pilot layihə əsasında bu fəaliyyətləri həyata keçirir, yəni şirkətin dövlət qarşısında öhdəlikləri var. Cavabdehin işi uzatması onların öhdəliklərinin vaxtında icra edilməsinə maneə yaradır.

13. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, tərəflər arasında razılıq əldə edilib, cavabdehə müvafiq mənzilin verilməsi barədə danışıqlar aparılıb və ilkin razılıq əldə edilib, bu səbəbdən də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bu xüsusatın yoxlanılması məqsədi ilə cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə iclası təxirə salınmış, sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 iddiaçı tərəfin aralarında mənzilin verilməsi ilə bağlı danışıqların aparıldığı və ilkin razılığın olması barədə bildirdiklərini təsdiq edərək, hələlik rəsmi razılaşma olmadığından, hər bir halda şikayətlərini müdafiə etdiyini bildirdi. Sübutların tədqiqi:

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 3 otaq y/s – 40,9 kv.m. Cavabdeh adına ##.##.2016-cı il tarixdə, 1 otaq y/s – 16,0 kv.m. İddiaçı MMC-nin adına ##.##.2023-cü il tarixdə paylı mülkiyyət hüququ üzrə qeydiyyatdan keçirilmişdir.

15. Yasamal Rayon Icra Hakimiyyətinin Başçısının Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ## ######## 2020-ci il tarixli məktubundan görünür ki, Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsaslanaraq, Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli *** nömrəli qərarının icrası ilə əlaqədar Yasamal rayonu, Balababa Məcidov, Ibrahim Əbilov və Fuad Ibrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə İddiaçı MMC-yə tikintisinə icazə verilmiş 3 ədəd 1 girişli, 16 mərtəbəli yeni yaşayış binası və qeyri-yaşayış sahələri barədə məlumatların reyestrə daxil edilməsi və kod nömrəsinin verilməsi xahiş edilmişdir.

16. Yasamal Rayon Icra Hakimiyyətinin Başçısının *** saylı, ##.##.2020-ci il tarixli Yasamal rayonu, Balababa Məcidov, Ibrahim Əbilov və Fuad Ibrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə İddiaçı MMC-yə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında Sərəncamına əsasən Yasamal rayonu, Balababa Məcidov, Ibrahim Əbilov və Fuad Ibrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə İddiaçı MMC-yə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi; ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdırıldıqdan sonra ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsinə icazə verilmişdir.

17. Quliyeva Xanımgül Hüseynəli qızı ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Quliyeva Xanımgül Hüseynəli qızı Bakı şəhəri, Yasamal rayonu, Fuad Ibrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 74,20 kv.m. olan mənzilin özünə məxsus olan payının 1 otaq y.s. – 16,0 kv.m. olan hissəsini İddiaçı MMC-nin mülkiyyətinə vermişdir.

18. Bakı şəhəri ** saylı Notariat ofisinin məhkəməyə ünvanladığı **** saylı, ##.##.2025-ci il tarixli məktubuna əsasən elektron notariat sistemində axtarış zamanı X2, X5 və X3 adına Bakı şəhəri ** saylı Notariat ofisində heç bir notariat əməliyyatı aşkar edilməyib.

19. “xxxx” MMC-nin CC/***/**-**** saylı, ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən qiymətləndirmə predmeti Bakı şəhəri, Yasamal rayonu, Fuad Ibrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən 3 otaqlı mənzilin faktiki sahəsinin təqdim edilmiş sənədlər və yerində aparılmış ölçmə işlərinin nəticələri nəzərə alınaraq, 51,7 kv.m olduğu müəyyən edilmişdir. Aparılmış təhlil və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad Ibrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən 3 otaqlı mənzilin 1 kvadrat metrinin bazar dəyəri qiymətləndirmə tarixinə 2687 (iki min altı yüz səksən yeddi) manat təşkil edir. Mənzilin faktiki sahəsi 51,7 kv.m olduğundan, onun ümumi bazar dəyəri 138,917 manat olaraq hesablanmışdır. Beləliklə, mənzilin qiymətləndirmə tarixinə olan ümumi bazar dəyəri 139000 (yüz otuz doqquz min) manat təşkil edir.

20. X6 Kərim qızı ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 Kərim qızı Bakı şəhəri, Yasamal rayonu, Fuad Ibrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m. olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə özünə məxsus olan hissəsini İddiaçı MMC-nin mülkiyyətinə vermişdir. 21.

22. “xxxx” MMC-nin IŞ №***-04/MIN-06/2026 nömrəli qiymətləndirmə rəyindən müəyyən olur ki, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdıırcı şərtlər nəzərə alınaraq daşınmaz əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün işlər aparılmış və Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Fuad Ibrahimbəyov küçəsi, ev 10 ünvanında yerləşən yaşayış evinin ##.##.2026-cı il tarixinə real bazar dəyəri 179.200 (yüz yetmiş doqquz min iki yüz) manat müəyyən edilmişdir. Qiymətləndirilən əmlak üzrə ölçü işləri aparılmışdır. Ölçülər zamanı mənzilin divar altı sahələri nəzərə alınmaqla ümumi sahəsi 56 kv.m. təşkil etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

23. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13.III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29 IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43.II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

26. 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

27. 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

28. 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

29. Şəhərsalma və Tikinti Məcəlləsi:

30. 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

31. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin v ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikintifəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

32. 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

33. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir.

34. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

35. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın * saylı Protokolunun 1- ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il ## #### tarixli Qərar, §148, 150; “Skordino Italiyaya qarşı” iş üzrə 2006-cı il ## #### tarixli Qərar, § 93).

36. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

37. “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. X7 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensasiyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in

45. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən 372.6-cı verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.

41. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhər Yasamal Rayon Icra Hakimiyyəti başçısının *** saylı, ##.##.2020-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, Balababa Məcidov, Ibrahim Əbilov və Fuad Ibrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 3 otaq y/s – 40,9 kv.m. Cavabdeh adına ##.##.2016-cı il tarixdə, 1 otaq y/s – 16,0 kv.m. İddiaçı MMC-nin adına ##.##.2023-cü il tarixdə paylı mülkiyyət hüququ üzrə qeydiyyatdan keçirilmişdir. Hazırda iddiaçı cavabdehə məxsus evin MMC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, kompensasiya verilməsi müqabilində onun mənzildən çıxarılması və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürmüşdür.

42. Rayon məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, cavabdehə 167000 (yüz altmış yeddi min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehin fərdi yaşayış evindən çıxarılması, boşaldılaraq sökülməsi üçün iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarı).

44. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il ## #### tarixli Qərar, §148, 150; “Skordino Italiyaya qarşı” iş üzrə 2006-cı il ## #### tarixli Qərar, § 93). Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olubolmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

46. Məhkəmə qeyd edir ki, hazırkı halda mübahisə cavabdehin evin sökülməsinə razı olmaması deyil, ümumən söküləcək mənzilin əvəzində veriləcək kompensasiyanın məbləği ilə bağlıdır.

47. Cavabdehə məxsus evin real bazar dəyərinin müəyyən edilməsi üçün həm rayon məhkəməsində, həm də apellyasiya instansiyasında ekspertiza keçirilmişdir.

48. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən evin faktiki sahəsi 51,7 kv.m olduğundan, onun ümumi bazar dəyəri 138,917 manat olaraq hesablanmış, qiymətləndirmə tarixinə olan ümumi bazar dəyəri 139000 (yüz otuz doqquz min) manat, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyi ilə evin tikintialtı sahəsi 65,0 kv.m., ümumi sahəsi 56,0 kv.m. olmaqla, real bazar dəyəri 400.568,0 (dörd yüz min beş yüz altmış səkkiz) manat, “xxxx” MMC-nin qiymətləndirmə rəyi ilə fərdi yaşayış evinin ümumi sahəsi 56 kv.m. olmaqla, ##.##.2026-cı il tarixinə real bazar dəyəri 179.200 (yüz yetmiş doqquz min iki yüz) manat müəyyən edilmişdir.

49. Məhkəmə ekspert rəylərini mülki iş materiallarındakı digər sübutlarla birlikdə nəzərdən keçirirək, hazırkı işin halları baxımından hesab edir ki, rayon məhkəməsinin iş üzrə gəldiyi qənaət əsaslıdır. Belə ki, cavabdehin evinin 167.000/51.7 kv.m≈3230 manat olduğunu nəzərə aldıqda, evin 1 kv.metrinin qiyməti təqribi 3230 manat təşkil edir ki, bu da ağlatan və mütənasibdir.

50. Belə olan halda cavabdehə 167000 (yüz altmış yeddi min) manat məbləğində kompensasiya ödənilməsi çəkişən tərəflər arasında ədalətli balansın və mütənasibliyin təmin edilməsinə dəlalət edir.

51. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.

53. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

55. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

57. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar