Məhkəmə qərarları › İş №2(103)-6583/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6583/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6583/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X6, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində Hüseynov Rəşid Mövsüm oğluna dəymiş 108.676 manat məbləğində ziyanın 54.733 manat hissəsinin müştərək qaydada bütün cavabdehlərdən, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 7.848 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, 46.095 manat hissəsinin isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Hüseynov Rəşid Mövsüm oğlunun hüquqi varisi İddiaçı ödənilməsinin təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 törətmiş olduqları cinayət əməlləri nəticəsində onlar tərəfindən ddiaçı İddiaçı dəymiş mənəvi zərər olaraq 20.000 manat ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X11 Məhkəməsinin 1(088)- '2/2017 saylı cinayət işi üzrə çıxarmış olduğu xx.xx.2017-ci il tarixli hökmdən və Gəncə Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 1(104)-174/2017 saylı cinayət işi üzrə çıxarmış olduğu xx.xx.2017-ci il tarixli qərardan (hökm və qərar iddia ərizəsinə əlavə olunur) görünür ki, iş üzrə cavabdehlər (sözügedən cinayət işi üzrə məhkumlar), xx.xx.2004-cü il tarixdən xx.xx.2015- ci il tarixədək “X13” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifəsində işləmiş Cavabdeh1, xx.xx.2012-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “X13” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının müdiri vəzifəsində işləmiş Cavabdeh2, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “X13” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının baş mühasibi vəzifəsində işləmiş Cavabdeh3 və xx.xx.2012-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “X13” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının xəzinədarı vəzifəsində işləmiş Cavabdeh4 iş üzrə ddiaçı İddiaçı atası Rusiya Federasiyasında yaşamış mərhum Hüseynov Rəşid Mövsüm oğluna qarşı aşağıdakı cinayət əməllərini törətmişlər: 1. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək və etibar olunmuş külli miqdarda pul vəsaitini vahid qəsdlə talama məqsədi ilə bir qrup şəxs olaraq qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək şəxsi işlərində istifadə üçün Hüseynov Rəşid Mövsüm oğlunun ASC-nin Gəncə fılialındakı depozit hesabına əmanət kimi qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini onunməlumatı və razılığı olmadan adına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə müvafiq saxta rəsmi sənədlər, yəni xx.xx.2012-ci il tarixli 02 saylı, xx.xx.2012-ci il tarixli 158703 saylı, xx.xx.2012-ci il tarixli 359107 saylı, xx.xx.2012-ci il tarixli 010 saylı xəzinə məxaric orderləri tərtib edib imzalamaqla, kompyuter əməliyyat sistemində rəsmi məlumatların məzmununa yalan məlumatlar daxil etməklə ümumilikdə 54.733 (əlli dörd min yeddi yüz otuz üç) manat pul vəsaitini mənimsəyib öz aralarında bölmüşlər; 2. Cavabdeh1 Ağäbaba oğlu, Cavabdeh2 və Cavabdeh4 təkrarən eyni məqsədlə Hüseynov Rəşid Mövsüm oğlunun ASC-nin Gəncə filialındakı depozit hesabına keçirilməsi üçün yaşayış yeri üzrə sürətli pul köçürmə sistemi ilə qohumu X3 adına pul göndərməsi haqqında məlumat alaraq Hüseynov Rəşid Mövsüm oğlunun razılığı və məlumatı olmadan onun hesabına 9.000 (doqquz min) ABŞ dollarının mədaxil edilməsi barədə xx.xx.2013- cü il tarixli və 1.000 (min) ABŞ dollarının mədaxil edilməsi barədə xx.xx.2013-cü il tarixli nömrəsiz saxta xəzinə mədaxil orderləri tərtib etməklə imzalamış və həmin dövrün məzənnəsi ilə 7848 (yeddi min səkkiz yüz qırx , səkkiz) manata bərabər olan 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini Hüseynov Rəşid Mövsüm oğlunun depozit hesabına köçürməməklə mənimsəyib öz aralarında bölmüşlər; 3. Cavabdeh1 və Cavabdeh2 qabaqcadan razılaşmaqla əlbir olaraq etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmək niyyəti ilə Hüseynov Rəşid Mövsüm oğlunun onlara olan inam və etibarından istifadə etməklə özü, qohum və tanışları tərəfindən sürətli pul köçürmə sistemi ilə Cavabdeh2 adına pul göndərilməsi haqqında məlumat alaraq Hüseynov Rəşid Mövsüm oğlunun razılığı və məlumatı olmadan saxta sənədlər tərtib etməklə qohumu Məmmədov Şöhrət Eldar oğlunun adından xx.xx.2013-cü il tarixli ********* saylı, xx.xx.2013-cü il tarixli ********* saylı, xx.xx.2013-cü il tarixli ********* saylı, xx.xx.2013cü il tarixli 534-198- 2339 saylı, xx.xx.2013-cü il tarixli 205- ***-**** saylı, dostu X7 adından xx.xx.2013-cü il tarixli 524-036- 2872 saylı, xx.xx.2013-cü il tarixli 320-248-6377 saylı, xx.xx.2013-cü il tarixli 785-726-7471 saylı, tanışı X5 adından xx.xx.2014-cü il tarixli 866- 447-0364 saylı, dostu X7 adından xx.xx.2014- cü il tarixli 486-494-3126 saylı, tanışı X5 adından xx.xx.2014-cü il tarixli 799-852-0858 saylı, dostu X7 adından xx.xx.2014-cü il tarixli, qardaşı Hüseynov Nizami Mövsüm oğlunun adından xx.xx.2014-cü il tarixli ********* saylı, tanışı X1 adından xx.xx.2015-ci il tarixli ********* saylı, xx.xx.2015-ci il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş ümumilikdə 46.095 (qırx altı min doxsan beş) manat məbləğində pul vəsaitini mənimsəmişlər. Beləliklə, yuxarıda göstərilən şəkildə, çıxarılmış olan yekun məhkəmə qərarlarından göründüyü kimi, iş üzrə cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində İddiaçı atası Hüseynov Rəşid Mövsüm oğlunun ümumilikdə 108.676 (yüz səkkiz min altı yüz etmiş altı) manat məbləğində pul vəsaiti mənimsənilmişdir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 həmin məbləğin bütövlükdə, yəni 108.676 (yüz səkkiz min altı yüz yetmiş altı) manatının mənimsənilməsində, Cavabdeh4 62.581 (altmış iki min beş yüz səksən bir) manat hissəsinin mənimsənilməsində, Cavabdeh3 isə 54.733 (əlli dörd min yeddi yüz otuz üç) manat hissəsinin mənimsənilməsində iştirak etmişlər. Sözügedən cinayət işi üzrə istintaq orqanının çıxarmış olduğu xx.xx.2016-cı il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərarından göründüyü kimi İddiaçı mərhum atası Hüseynov Rəşid Mövsüm oğlunun hüquqi varisi qismində tanınmış və bu iş üzrə yekunməhkəmə qərarlarında da əksini tapmşdır. İş üzrə cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində İddiaçı atası Hüseynov Rəşid Mövsüm oğlunun ailəsinə, o cümlədən iddiaçının özünə nəinki maddi, həm də mənəvi zərər dəymişdir. İddiaçının hadisə nəticəsində keçirdiyi stres və həyəcan, maddi ehtiyac səbəbindən məruz qaldığı sıxıntı, mənəvi sarsıntı və iztirab, həmçinin bütün bunların fonunda cavabdehlər tərəfindən olan laqeyd münasibət çəkdiyi mənəvi ziyanın əsas tərkib hissəsidir ki, iddiaçı sözügedən hadisə nəticəsində çəkdiyi bu mənəvi ziyanı 20.000 (iyirmi min) manat məbləğində dəyərləndirir. X11 Məhkəməsinin 1(088)-12/2017 saylı cinayət işi üzrə çıxarmış olduğu xx.xx.2017-ci il tarixli hökmdən göründüyü kimi, iş üzrə İddiaçı sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq məhkəməyə mülki iddia təqdim etmiş, lakin həmin mülki iddia qanunvericiliyin tələb etdiyi şəkildə iş üzrə təqsirləndirilən şəxslərə qarşı deyil, “X13” Açıq Səhmdar Cəmiyyətinə qarşı yönəldilməsi səbəbindən baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili X9 iddia ərizəsinə əlavə təqdim edərək, iş üzrə cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində Hüseynov Rəşid Mövsüm oğluna dəymiş 72701 (yetmiş iki min yeddi yüz bir) manat və 41844 (qırx bir min səkkiz yüz qırx dörd) ABŞ dolları məbləğində ziyanın, 40203 (qırx min iki yüz üç) manat və 18509 (on səkkiz min beş yüz doqquz) ABŞ dollarının Azərbaycan manatına olan hazırkı məzənnəsini təşkil edən hissəsinin müştərək qaydada bütün cavabdehlərdən, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 10.000 (on min) ABŞ dollarının Azərbaycan manatına olan hazırkı məzənnəsini təşkil edən hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 və 32498 (otuz iki min dörd yüz doxsan səkkiz) manat və 13335 (on üç min üç yüz otuz beş) ABŞ dollarının Azərbaycan manatına olan hazırkı məzənnəsini təşkil edən hissəsinin isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Hüseynov Rəşid Mövsüm oğlunun hüquqi varisi İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 törətmiş olduqları cinayət əməlləri nəticəsində onlar tərəfindən İddiaçı dəymiş mənəvi zərər olaraq 20.000 (iyirmi min) manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə əlavə onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxsləri üçün qanunsuz üstünlük əldə etmək və etibar olunmuş külli miqdarda pul vəsaitini vahid qəsdlə talama məqsədi ilə bir qrup şəxs olaraq qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək şəxsi işlərində stifadə üçün Hüseynov Rəşid Mövsüm oğlunun ASC-nin Gəncə fılialındakı depozit hesabına əmanət kimi qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini onun məlumatı və razılığı olmadan adına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə müvafiq saxta rəsmi sənədlər, yəni xx xxxxxx 2012-ci il tarixli 02 saylı xəzinə məxaric orderi ilə 15700 manat, xx xxxxxx 2012-ci ii tarixli 158703 saylı xəzinə məxaric orderi ilə 22336 manat, xx xxxxxx 2012-ci il tarixli 359107 saylı xəzinə məxaric orderi ilə 2167 manat, xx xxxxxx 2012-ci il tarixli 010 saylı xəzinə məxaric orderi ilə həmin dövrün məzənnəsi ilə 14530 manata bərabər olan 18509 ABŞ dollarının (həmin məbləğ Rəşid Hüseynovun ABŞ dolları ilə olanhesabından silinmişdir) verilməsi barədə müvafiq orderlər tərtib edib imzalamaqla, kompyuter əməliyyat sistemində rəsmi məlumatlarm məzmununa yalan məlumatlar daxil etməklə ümumilikdə 40203 (qırx min ikiyüz üç) manat və 18509 (on səkkiz min beşyüz doqquz) ABŞ dolları pul vəsaitini mənimsəyib öz aralarında bölmüş (hokm - vər. 9, 22), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 təkrarən eyni məqsədlə Hüseynov Rəşid Mövsüm oğlunun ASC- nin Gəncə fılialındakı depozit hesabına keçirilməsi üçün yaşayış yeri üzrə sürətli pul köçürmə sistemi ilə qohumu X3 adına pul göndərməsi haqqmda məlumat alaraq Hüseynov Rəşid Mövsüm oğlunun razılığı və məlumatı olmadan onun hesabına 9.000 (doqquz min) ABŞ dollarının mədaxil edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli və 1.000 (min) ABŞ dollarının mədaxil edilməsi barədə xx xxxxxx 2013-cü il tarixli nömrəsiz saxta xəzinə mədaxil orderləri tərtib etməklə imzalamış və həmin dövrün məzənnəsi 7848 (yeddi min səkkiz yüz qırx səkkiz) manata bərabər olan 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini Hüseynov Rəşid Mövsüm oğlunun depozit hesabına köçürməməklə mənimsəyib öz aralarında bölmüş (hökm - vər.10, 22-23). Cavabdeh1 və Cavabdeh2 qabaqcadan razılaşmaqla əlbir olaraq etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmək niyyəti ilə Hüseynov Rəşid Mövsüm oğlunun onlara olan inam və etibarından istifadə etməklə özü, qohum və tanışları tərəfindən sürətli pul köçürmə sistemi ilə Cavabdeh2 adına pul göndərilməsi haqqında məlumat alaraq Hüseynov Rəşid Mövsüm oğlunun razılığı və məlumatı olmadan saxta sənədlər tərtib etməklə qohumu Məmmədov Şöhrət Eldar oğlunun adından xx xxxxxx 2013-cü il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 157 manata bərabər olan 6000 rubl, xx xxx 2013-cü il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 2856 manata bərabər olan 118000 rubl, xx xxx 2013- cü il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 920 manata bərabər olan 38000 rubl, xx xxx 2013-cü il tarixli 534- ***-**** saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3630 manata bərabər olan 150000 rubl, xx xxx 2013cü il tarixli 205- 576- 5037 saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3924 manata bərabər olan 5000 ABŞ dolları, dostu X7 adından xx xxxxxxx 2013-cü il tarixli 524- ***-**** saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3137 manata bərabər olan 4000 ABŞ dolları, 18 oktyabr 2-13-cü il tarixli 320-248-6377 saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3137 manata bərabər olan 4000 ABŞ dolları, xx xxxxxxx 2013- cü il tarixli 785-726-747İ saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 3137 manata bərabər olan 4000 ABŞ dolları, tanışı X5 adından xx xxxxxx 2014-cü il tarixli 866-447-0364 saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 4673 manata bərabər olan 220000 rubl, dostu X7 adından xx xxxxxx 2014-cü il tarixli 486-494-3126 saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 4635 manata bərabər olan 220000 rubl, tanışı X5 adından xx xxxxxx 2014cü il tarixli 799-852-0858 saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 4637 manata bərabər olan 220000 rubl, dostu X7 adından xx xxxxxx 2014-cü il tarixli göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 5940 manata bərabər olan 220000 rubl, qardaşı Hüseynov Nizami Mövsüm oğlunun adından xx xxxxxx 2014-cü il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 1670 manata bərabər olan 100000 rubl, tanışı X2 adından xx xxxx 2015-ci il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi ilə 1690 manata bərabər olan 100000 rubl, 17 iyun2015-ci il tarixli ********* saylı göndəriş sənədi ilə daxil olmuş həmin dövrün məzənnəsi lə 1950 manata bərabər olan 100000 rublu xəzinəyə təhvil verməyərək Rəşid Hüseynovun hesabına köçürməmiş, ümumilikdə 32498 (otuz İki min dörd yüz doxsan səkkiz) manat və 13335 (on üç min üç yüz otuz beş) ABŞ dolları məbləğində pul vəsaitini mənimsəyib aralarında bölmüşlər (hökm-vər. 11, 23). Beləliklə, yuxarıda göstərilən şəkildə, məhkəmə hökmündən göründüyü kimi, iş üzrə cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində İddiaçı atası Hüseynov Rəşid Mövsüm oğlunun ümumilikdə 72701 (yetmiş iki min yeddi yüz bir) manat və 41844 (qırx bir min səkkiz yüz qırx dörd) ABŞ dolları məbləğində pul vəsaiti mənimsənilmişdir ki,cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 həmin məbləğin bütövlükdə, yəni 72701 (yetmiş iki min yeddi yüz bir) manat və 41844 (qırx bir min səkkizyüz qırx dörd) ABŞ dollarının mənimsənilməsində, cavabdehlərdərı Cavabdeh4 həmin məbləğin 40203 (qırx min ikiyüz üç) manat və 28509 (iyirmi səkkiz min beş yüz doqquz) ABŞ dolları hissəsinin mənimsənilməsində, cavabdehlərdən Cavabdeh3 isə həmin məbləğin 40203 (qırx min ikiyüz üç) manat və 18509 (on səkkiz min beş yüz doqquz) ABŞ dolları hissəsinin mənimsənilməsində iştirak etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-91/2019 saylıqətnaməsi ilə iddia qismən təmin edilərək, 54733 manatın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 46095 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 7848 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı odənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki,birinci instansiya məhkəməsinin əsaslandırması tamamilə yanlışdır. Belə ki, məhkəmə maddi ziyanın ödənilməsini məhkəmə hökmünə istinad etməklə cavabdehlərin törətmiş olduqları cinayət hadisəsi zamanı həmin dövrün manata olan məzənnəsi ilə zərəçəkmiş şəxsə dəymiş məbləğlərlə hesablasa da nəzərə almamışdır ki, bu məbləğlər mülki iddiaya baxılarkən mövcud dövrün manata olan məzənnəsi ilə hesablanmalıdır.Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehlər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində İddiaçı atası Hüseynov Rəşid Mövsüm oğlunun ailəsinə, o cümləldən iddiaçının özünə nəinki maddi, həm də mənəvi zərər dəymişdir. İddiaçının hadisə nəticəsində keçirdiyi stres və həyəcan, maddi ehtiyac səbəbindən məruz qaldığı sıxıntı, mənəvi sarsıntı və iztirab, həmçinin bütün bunların fonunda cavabdehlər tərəfindən olan laqeyd münasibət çəkdiyi mənəvi ziyanın əsas tərkib hissəsidir ki, iddiaçı sözügedən hadisə nəticəsində çəkdiyi bu mənəvi ziyanı 20.000 (iyirmi min) manat məbləğində dəyərləndirir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı X4 iddiası əsassızdır, belə ki, X11 məhkəməsində ona verilən ittiham ilə o, razı olmamışdır. Bankda işlədiyi dövrlərdə zərərçəkmişlərin mənimsənilmiş pullarını X8 Sədri işləmiş Cavabdeh1 özünündə istintaq və məhkəmə dindirilməsində etiraf etməsi və digər təqsirləndirilən şəxslərin mənimsənilmədə pay sahibi olmaması qeyd edilmişdir. O, bu cinayət əməlində özünü qismən təqsirli bilmişdir. Ona qarşı irəli sürülən ittihamdan yalnız CM 308.2 maddəsi ilə razılaşmışdır. Azərbaycan Respublikası CM-nin 179.3.2 maddəsi ilə özünü təqsirli bilməmiş, çünki o, həmin vəsaitləri mənimsəməmişdir. Lakin bütün bunlara baxmayaraq, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-91/2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. O, hesab edir ki, həmin qətnamə hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və Cavabdeh4 apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13271/2019 saylı qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğinin valyutasının müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-91/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğinin valyutasının müəyyən edilməsi hissəsində dəyişdirilməli, ziyanın xarici valyuta ilə olan hissəsi ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnə ilə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yalnız cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğinin valyutasının müəyyən edilməsi hissəsində ləğv edildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləği hökmlə müəyyən edildiyindən, həmin ziyanın mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. O, bu mövqeyini Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsində təsbit edilmiş norma ilə əsaslandırmış və qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığına istinad etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, zərərçəkmiş şəxsin hesabına köçürülmüş rus rublları və ABŞ dolları məbləğləri həmin dövrün məzənnəsi ilə hesablanaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən məbləğlər üzrə ittihamlar öz təsdiqini tapmışdır. İddiaçı isə öz tələbində hökmdə göstərilən və Artiq həmin dövrün məzənnəsi ilə hesablanmasına baxmayaraq, həm dollar, həm də manat hesabı ilə cavabdehlərdən pulların tutulmasını iddia edir. Hətta hökmdə göstərilən rubl ilə məbləğləri tələbində göstərməyərək məhkəmə iclasında iddiaçı tərəf onun manatla hazırki məzənnəsinin özü tərəfindən hesablanaraq, iddiada göstərdiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfin tələbində göstərdiyi məblığlərlə razılaşmayaraq, hesab etmişdir ki, hökmlə müəyyən edilmiş və həmin dövr üçün manatla hesablanmış cavabdehlərin zərərçəkmiş şəxs Rəşid Hüseynova vurduqları ziyan məbləğləri olan 7848 manat, 46095 manat, 54733 manat məbləğlərində pul vəsaitləri onlardan hökmlə müəyyən edilmiş qaydada törətdikləri cinayət əməllərinə görə, zərərçəkənə vurduqları ziyan həddində müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının maddi ziyanın valyutası ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və hakim üçün məcburidir. Hazırki iş üzrə iddiaçının hüquqi varisi olduğu Hüseynov Rəşid Mövsüm oğluna cavabdehlərin cinayət əməlləri nəticəsində ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunduğu kimi, cinayət işi üzrə hökmdə zərərçəkmiş şəxsin atasına vrulmuş ziyanın bir hissəsi Azərbaycan manatı ilə, bir hissəsi ABŞ dolları ilə, bir hissəsi isə Rus rublu ilə ifadə olunmuş, ziyan cinayət əməlinin tərkib elementlərindən biri olduğundan cinayət qanunvericiliyinə uyğun olaraq hökmdə törədildiyi anda olan məzənnə ilə Azərbaycan manatı ilə müəyyənləşdirilmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hökmdə ziyanın xarici valyuta ilə olan hissəsinin cinayətin törədildiyi anda olan manat məzənnəsi ilə ifadə olunması həmin ziyanın məhz hökmdə göstərilən məzənnə ilə manatla tutulmalı olması anlamına gəlmir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, təqsirkar tərəfindən dələduzluq yolu ilə zərərçəkmişin xarici valyuta ilə pul vəsaiti ələ keçirildikdə zərərin hökmün və ya məhkəmənin digər yekun qərarının icra edildiyi gündə Azərbaycan Manatının həmin valyutaya münasibətdə məzənnəsi nəzərə alınmaqla manatla ödənilməsi qərara alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən biri də qətnaməni dəyişdirməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 91/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğinin valyutasının müəyyən edilməsi hissəsində dəyişdirilməli, ziyanın xarici valyuta ilə olan hissəsi ödəniş gününə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnə ilə tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-91/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə tutulan ziyanın məbləğinin valyutasının müəyyən edilməsi hissəsində dəyişdirilsin. 40203 manat və18509 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnə ilə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 32498 manat və 13335 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnə ilə) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnə ilə) Cavabdeh1, Cavabdeh2, və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar