Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6583/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya protestinin (şikayətinin) mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı iş üzrə 05 iyul 2022ci il tarixli qətnaməsi ilə iddianın qismən - Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi, iddianın Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə apellyasiya protesti (şikayəti) vermişdir. Kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya protestinə (şikayətinə) baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.3-cü maddəsinə görə prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya protesti (şikayəti) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya protestinin (şikayətinin) bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya protestinə (şikayətinə) baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya protesti (şikayəti) geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı iş üzrə 05 iyul 2022ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya protestinə (şikayətinə) baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya protesti (şikayəti) geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6583/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6583/2022
09.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver