Məhkəmə qərarları › İş №2(103)-6584/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6584/2022

23.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6584/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Xəzər RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, apellyasiya şikayətinin geri qaytarılması onunla əsaslandırılıb ki, apellyasiya şikayəti Mülki-Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən edilmiş formada verilməyib. Müəyyən olunur ki, həqiqətən də apellyasiya şikayəti həmin Əlavədə müəyyən edilmiş formada verilməyib. Ona görə də məhkəmə MPM-in 361 və 363.1.1-1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Apellyasiya şikayəti geri qaytarıldığına görə apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə də geri qaytarılmalıdır. Belə ki, MPM-in 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Apellyasiya şikayəti geri qaytarıldığına görə, hesab olunur ki, müddəti buraxılmış zəruri prosessual hərəkət edilməyib, yənin apellyasiya şikayəti verilməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq müddətin bəpası barədə ərizənin geri qaytarılmasını qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar