Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6589/2025 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində xxxx MMC cəlb edilməklə) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (açar sözlər: əqdin təmsilçi vasitəsilə bağlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 İsmət oğlunun, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində xxxx MMC cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları ****** saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2011-ci il buraxılışlı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S 500” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə olunan çıxarışdan müəyyən olunur ki, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S 500” markalı nəqliyyat vasitəsinə dair X4 ##.##.2011-ci il tarixdən ##.##.2031ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, xxxx MMC-nin 9/K ##.##.2021-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış ##.##.2013-cü il tarixli əmək müqaviləsinə ƏM-in 68.2.a. maddəsinə əsasən xitam verilmişdir. ƏN-VII seriyalı, ****** saylı nəqliyyat vasitəsinə dair etibarnamənin əslindən görünür ki, “etibar edən” (mülkiyyətçi) İddiaçı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobili üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək “etibar edilən” cavabdeh1 ötürmüşdür. ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz- S500” markalı nəqliyyat vasitəsini 20.000 manat məbləğ qarşılığında “alıcı” cavabdeh2 satmışdır. Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2025-ci il tarixli **** saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri ** saylı notariat ofisində İddiaçı tərəfindən cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmiş və həmin etbarnamə ##.##.2023-cü il tarixdə 7E/7957 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Sözü gedən mübahisəli məsələ ilə bağlı qeyd olunur ki, etibarnamələr bir tərəfli əqd olduğundan həmin əqdin rəsmiləşdirilməsində etibarnamə verilən şəxsin iştirakı, eyni zamanda nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə götürən şəxsin sürücülük vəsiqəsinin olub-olmaması iştirakı vacib deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */*** nömrəli rəyindən müəyyən olunur ki, X11, eksperimental xətt və imza nümunələri ekspertizaya təqdim olunmadığından İddiaçı ilə X11 arasında olan ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində (“Alıcının s.a.a. imzası) qrafasındakı imza üzrə onun adından tədqiqat işi aparılmamışdır. Rəyin nəticə hissəsindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, işin 2-ci cildinin 152-ci vərəqəsində olan İddiaçı ilə X11 arasında olan ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində (“Satıcı”nın s.a.a.imzası) qrafasındakı imza və həmin imzanın qarşısındakı "Rəcəbov” yazısı – cavabdeh1 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdehlər X7 və digərlərinə qarşı podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-*****/**** saylı qərardadından müəyyən olunur ki, iddiaçı İddiaçı Rizvan oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ***/a saylı qərarının ləğv edilməsinə dair inzibati iş üzrə X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli AZ-İ № ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış nikah ərin (arvadın) ərizəsi əsasında ##.##.2023-cü il tarixdə pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilinə dair cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və həmin avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilini etibarnamə əsasında cavabdeh cavabdeh1 sərəncamına vermişdir. Cavabdeh cavabdeh1 etibarnamə əsasında verdiyi səlahiyyətlərindən suiistifadə edərək iradə ifadəsi və tapşırığı olmadan həmin avtomobili digər cavabdeh cavabdeh2 ona məlum olmayan yolla özgəninkiləşdirmişdir. Cavabdeh cavabdeh1 avtomobildən istifadə məqsədilə verdiyi etibarnamənin həqiqi məqsədinə zidd olaraq onu özgəninkiləşdirərək mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən də qeyd olunan avtomobil üzrə bağlanılmış əqd etibarsız hesab edilərək, cavabdehlərin qanunsuz sahibləyindən alınmalı və ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil4 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, cavabdeh2 sürücüsüdür. Sürayyə xanım ona tapşırmışdır ki, gedib avtomobili gətirsin. Avtomobili götürən zaman ona avtomobilə dair etibarnamə, sənəd və açarlar verilmişdir. Bir müddət sonra Surayyə xanım ona gedib avtomobili onun adına keçirtməsini tapşırmış və o, avtomobili Surayyə xanımın adına keçirtmişdir. Həmin vaxtdan indiyədək avtomobil Surayyə xanımdadır və o, həmin avtomobilin sürücüsü işləyir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiasının təmin edilməməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində hüquqlarının həyata keçirilməsini cavabdeh cavabdeh1 tapşırmışdır. Cavabdeh cavabdeh1 ona verilmiş etibarnamə ilə **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S500” markalı nəqliyyat vasitəsini digər cavabdeh olan cavabdeh2 satmışdır. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 etibarnamə əsasında verilmiş hüquqlardan sui-istifadə etməsini rəhbər tutaraq, cavabdehlər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və avtomobilin qanunsuz sahiblikdən geri alınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələblərini irəli sürməkdə haqlı deyildir. Belə ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi iddiaçı İddiaçı cavabdeh cavabdeh1 etibarnamə ilə veridiyi səlahiyyətlərə müvafiq olaraq həyata keçirilmişdir. ƏN-VII seriyalı, ****** saylı nəqliyyat vasitəsinə dair etibarnaməyə əsasən “etibar edən” (mülkiyyətçi) İddiaçı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobili üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək “etibar edilən” cavabdeh1 ötürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququnu cavabdeh cavabdeh1 ötürmüş, sonuncu isə bu səlahiyyətindən istifadə edərək avtomobili digər cavabdeh cavabdeh2 satmışdır. Yəni iş üzrə alqısatqı müqaviləsinin etibarsızlığına əsas verən heç bir hal mövcud deyildir və nəqliyyat vasitəsi qanuni olaraq cavabdeh cavabdeh2 mülkiyyətində və sahibliyindədir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 157.2, 152.8, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 362.1, 363.1, 363.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilinə dair cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və həmin avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Hesab edir ki, qətnamə tamamilə əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv edilməlidir. Qeyd edir ki, məhkəmə etibarnamə və etibarsızlıq institutları ilə bağlı normaları yanlış tətbiq etmiş və işin hallarını araşdırmadan, birlikdə təhlil etmədən qərar qəbul etmişdir. Hazırda avtomobilin satılmadığı, əsas məqsədin avtomobili ondan almaq və onun üzərində cavabdeh2 hüququnu yaratmaq olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətdə etiraf edilmişdir ki, avtomobil həqiqətən də onun əlindən alınmışdır: “Avtomobilin əvvəlki sahibi olmuş ərizəçi İddiaçı ərim X5 məxsus Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-də direktor vəzifəsində işləmişdir və yuxarıda qeyd olunan avtomobil ona iş ilə bağlı istifadə olunması üçün alınmışdır. İddiaçı şirkətdən uzaqlaşdırıldıqdan sonra daha dəqiq desək direktor vəzifəsindən azad olunduqdan sonra bizim ailə ilə ədavət aparmağa başlamış və şirkətə məxsus əmlaklarla bağlı müxtəlif iddialar qaldırmışdır. Həmin müddətdə avtomobil ondan alınmışdır və tanışımız cavabdeh1 verilmişdir.” Göründüyü kimi, cavabdeh cavabdeh2 özü şikayətində etiraf etmişdir ki, həqiqətən də avtomobil onun əlindən qanunsuz olaraq alınmış, faktiki olaraq cavabdehlər arasında avtomobilin alqı-satqısı baş tutmamış, avtomobilin ondan alınması məqsədilə cavabdeh1 tərəfindən avtomobil cavabdeh2 adına onun razılığı və alqı-satqı məqsədi olmadan rəsmiləşdirilmişdir. Həmçinin cavabdeh öz şikayətində əri X5 məxsus Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-də çalışdığı zaman avtomobilin ona alındığını qeyd etsə də, avtomobilin şirkətlə bağlılığını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Əlavə olaraq qeyd edilir ki, iş materiallarına əlavə olunmuş DİN BDYPİ tərəfindən təqdim olunmuş ##.##.2024-cü il tarixli, *-**-**/*-******/**** nömrəli məktubuna əlavə olunmuş avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən nəqliyyat vasitəsi cavabdeh cavabdeh1 tərəfindən digər cavabdeh cavabdeh2 adına rəsmiləşdirildikdən sonra cavabdeh cavabdeh2 yenidən cavabdeh cavabdeh1 avtomobildən istifadə hüquqları verən etibarnamə təqdim etmişdir. Bu isə onu deməyə imkan verir ki, sürücünün avtomobil barəsində qərar vermək səlahiyyəti olmamışdır. Bu fakt bir daha sübut edir ki, həqiqətən də avtomobilin alqısatqısı baş tutmamışdır. Avtomobil onun əlindən alınaraq və sürücüsünə verdiyi etibarnamədən sui-istifadə olunaraq cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmişdir. Digər bir tərəfdən isə avtomobilin rəsmiləşdirilməsindən əldə olunan hər hansı vəsait ona təqdim olunmamışdır. Belə qanunsuz məqsədlə bağlanan əqd görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilməli və əhəmiyyətsiz hesab edilməlidir. İşə düzgün qiymət verilməsi məqsədilə oxşar iş üzrə Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından müvafiq paraqraflar təqdim olunur: “100. Bu normada göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. 101. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.” Tərəfidən verilən etibarnamədə də konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamış, bu barədə hər hansı tapşırıq olmamışdır. Qeyd olunanlar, o cümlədən 1. avtomobilin rəsmiləşdirilməsi zamanı əldə olunmuş vəsaitin ona ödənilməməsi, 2. ona bu barədə xəbər verilməməsi, 3. cavabdehlərin avtomobilin əlindən alınmasını etiraf etməsi, 4. etibarnamənin məzmununda avtomobilin satılmasına iradə ifadəsinin olmaması 5. ümumiyyətlə, alqı-satqıya dair hər hansı tapşırığının olmaması 6. cavabdeh cavabdeh2 avtomobili əldə etdikdən sonra yenidən cavabdeh1 etibarnamə verməsi sübut edir ki, həqiqətən də avtomobil onun razılığı olmadan başqasının adına rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi etibarsızdır. Bu səbəbdən də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv olunmalı, cavabdehlər arasında bağlanmış əqd etibarsız hesab edilməli və avtomobil ona qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxsin apellyasiya şikayəti onunla əsaslandılır ki, keçmiş həyat yoldaşı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilinə dair cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və həmin avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- 2(005)- ***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Hesab edir ki, qətnamə tamamilə əsassız və qanunsuz olaraq qəbul edilərək, maraqlı şəxs olaraq onun əmlak hüquqlarını pozmuşdur, bu səbəbdən də ləğv edilməlidir. Tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hazırki mübahisə predmeti olan **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobil və formal olaraq başqa şəxslərin adına rəsmiləşdirilmiş digər əmlaklarla bağlı payların tanınması ilə məhkəməyə müraciət olunub və hazırda məhkəmənin icraatındadır. Belə olan halda hesab edir ki, İddiaçıla birgə nikah dövründə əldə olunmuş, hazırda cavabdeh cavabdeh2 qanunsuz sərəncamında olan **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilin üzərində 2/3 payının tanınması zərurəti olduğundan həmin avtomobil ilə bağlı əqd etibarsız sayılmalıdır. İlk öncə bildirilir ki, həmin avtomobil birgə nikah dövründə əldə olunduğundan, həm də onun mülkiyyətidədir və həmin avtomobilin satışından xəbəri olmayıb. Belə olan halda da satışına razılığı olmamışdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda aydındır ki, avtomobilin alqı-satqısı baş tutmamışdır. Avtomobil İddiaçı əlindən alınaraq və sürücüsünə verdiyi etibarnamədən sui-istifadə olunaraq cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmişdir. Digər bir tərəfdən isə avtomobilin rəsmiləşdirilməsindən əldə olunan hər hansı vəsait İddiaçı təqdim olunmamışdır. Belə qanunsuz məqsədlə bağlanan əqd görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilməli və əhəmiyyətsiz hesab edilməlidir. İddiaçı verdiyi etibarnamədən də konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamış, bu barədə hər hansı tapşırığı olmamışdır. Bu səbəbdən də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv olunmalı, cavabdehlər arasında bağlanmış əqd etibarsız hesab edilməli və avtomobil geri qaytarılmalıdır. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı İddiaçı Nazim adlı əxslə ərik olub. Onların ərikli biznesi olub. Cavabdeh qismində məhkəmədə i tirak edən Nizaməddin adlı əxs Nazimin sürücüsü olub. Mübahisəli əmlak – maşın şəxsən Elçinin özünə məxsus olub. Nazim İddiaçı bildirib ki, sürücüsü Nizaməddinə etibarnamə versin, sürücü Nazimi aparıb gətirə bilsin. Etibarnamə verəndə ma ını idarə etmək üçün etibarnamə vermək kifayət edir. Sadəcə olaraq Elçin həmin vaxt Rusiyaya getməli olduğundan hansı ki, məhkəmə onun sərhəddən giri -çıxı ını yoxlaya bilər, Elçin tələsiyə dü üb, Nizaməddinin onda sürücülük vəsiqəsi də olmadığından məcburiyyət qar ısında qalaraq sərəncam verməklə bağlı etibarnamə verir. Məqsəd məhz idarə etməklə bağlı etibarnamə vermək idi, sadəcə sürücülük vəsiqəsi olmadığından sürmək üçün yox sərəncam vermək üçün etibarnamə verir. Sərəncam vermək üçün verilən etibarnamə ilə həm avtomobili idarə etmək olur, həm də satmaq olur. Elçinin etibarnamə verəndəki məqsədi o deyildi ki, avtomobil kiminsə adına keçirilsin. Sadəcə məqsədi o idi ki, Nazimin sözü ilə qonaqları gələcəkdi, onları gəzdirmək üçün avtomobilə ehtiyac olur, o da buna görə ma ını verir. Bəlkə də, Nazim bunu əvvəlcədən planla dırıb. X12 sürücülük vəsiqəsi olsa idi, o, ma ını idarə etmək üçün nəzərdə tutulan etibarnaməni verərdi. Məqsədli əkildə Elçinə sürücülük vəsiqəsi verilmir, buna görə də Elçin məcbur qalıb sərəncam vermək üçün etibarnamə verir. Nazimlə Elçinin arasında ba qa məhkəmə mübahisələri də var. Nazimin burdakı məqsədi bu ma ını da öz adına keçirmək olur. Sürücünün adına etibarnamə aldıqdan sonra Elçinin məlumatı olmadan ma ını adına keçirdir. Təbii ki, sərəncam verməklə bağlı etibarnamə verildiyindən etibar edən əxs ancaq mülkiyyətçinin xeyrinə yaxud mülkiyyətçinin göstəri i ilə üçüncü əxsin xeyrinə hərəkət edə bilər. Elçinin məlumatı olmadan avtomobil Nazimin anasının adına keçirilir. Yalnız bundan sonra Elçinin məlumatı olur ki, avtomobil artıq onun adında deyil, buna görə də, məhkəmədə alqı-satqı müqaviləsinin etibarsızlığı və əmlakın geri qaytarılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalır. Təəssüf olsun ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsində heç bir əsaslandırma olmadan yazılıb ki, əqdin etibarsızlığı üçün heç bir əsas yoxdur, iddia tələbi rədd olunmalıdır. Tutaq ki, Elçin Nizaməddinə demi di ki, ma ını Nazimin anası Surayyə xanımın adına keçir. Bu halda da ma ının pulu Elçinə verilməli idi. Alqı-satqıda səhv etmirsə ma ın 20.000 manata rəsmilə dirilib. Niyə gətirib pulu Elçinə vermirlər? Gətirsin 20.000 manatı Elçinə versin. Hesab edir ki, burda cinayət tərkibi də var, əxsin etibarından sui-istifadə edərək əmlakın ələ keçiriblər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, əqdin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin Elçinə verilməsi barədə yeni qətnamə qəbul edilməsini, eyni zamanda xüsusi qərar da çıxarılması xahiş edir. Çünki etibardan sui-istifadə edərək əmlak ələ keçirilib, hesab edir ki, burda ara dırılmalı cinayət tərkibi də var. Elçinin sürməklə bağlı etibarnamə verə bilməsi üçün mütləq əkildə Elçində Nizaməddinin sürücülük vəsiqəsi olmalı idi. Qeyd edir ki, tərəflər arasında ba qa əmlak mübahisələri də mövcuddur, Nazimin məqsədi Elçinin əmlaklarını ələ keçirməkdir, onlardan biri də bu nəqliyyat vasitəsidir. Nizaməddinin sürücülük vəsiqəsi Elçində olmu olsaydı təbii ki, sərəncam vermək üçün yox, sürmək üçün etibarnamə verəcəkdi. Sürücülük vəsiqəsini almaq Elçin üçün çətin deyildi. Sadəcə olaraq Elçin Rusiyaya gedirdi deyə notariusa getməyə vaxtı yox idi. Elçin whatsapp tətbiqi vasitəsilə sürücülük vəsiqəsinin göndərilməsini istəyib, görünür əmlakın ələ keçirilməsi əvvəlcədən planla dırılıb deyə vəsiqə Elçinə göndərilmir. Elçin whatsappdan sürücülük vəsiqəsinin göndərilməsini istəyib amma onlar göndərməyiblər. Həm də Elçinlə Nazim ərik olublar, münasibətlər yüksək səviyyədə olub, Elçin inanmayıb ki, belə bir hal ba verə bilər. Elçin Nazimin bir sözü ilə neçə milyonluq dəyəri olan əmlakı keçirib onun adına, sonra məhkəmə mübahisəsi olub, məhkəmə qaydasında həmin əmlak Elçinə qaytarılıb. Elçin ərik olublar deyə Nazimə etibar edib, ağlına gəlməyib ki, onun niyyəti məhz avtomobilə sərəncam vermək olacaq. Hesab edək ki, Elçinin niyyəti sərəncam verməklə bağlı olub yəni, ma ının alqısatqı edilib Nazimin adına keçirilməsi olub. Onda niyə pul Elçinə verilməyib? Nazimlə Elçin əvvəldən ərik olublar, onlar tələbə yolda ı olublar. Nazimin soyadı Mövsümovdur, Surayyə xanımın oğludur. Nazimlə Elçinin ərikli biznesi olub, zavodları olub. Dəmir, armatur istehsal ediblər. Xaricdən dəmir gətirib burda satıblar. Tikinti materialları satıblar. Elçinin bu mübahisəli ma ından ba qa ma ınları da var. Nazimin da kifayət qədər ma ınları var, imkanı var. Nazimin ikili vətənda lığı var. Azərbaycanda ya amır, çox vaxt Rusiyada, Moskva əhərində ya ayır. Nazim Elçindən xahi edir ki, qonaqları gəzdirmək üçün mübahisəli ma ınla bağlı sürücüyə etibarnamə versin. Çünki həmin ma ının görüntüsü yax ı olduğundan qonaq gəzdirmək olardı. Nazimlə Elçin eyni zamanda dost olublar. Elçinlə Nazim ərikli biznes i inə ba layanda indiki qədər əmlakları olmayıb. Bunların bir çoxunu onlar bir yerdə qazanıblar. Müəyyən dövrdə Elçin direktor olub. Axrıncı tikilən zavodun bəlkə də, 10.000.000 manat qiyməti olub. Həmin zavod Elçinin adında olub. Zavodun adı səhv etmirsə “xxxx” idi. Müəyyən müddət Elçin, müəyyən müddət də Nazim direktorluq edib. Nazimlə Elçin 20 ildən çox ərikli bizneslə mə ğul olub. Nazimlə Elçin arasında münasibətlər təxminən 2022-ci ildə korlanıb. Nazim Elçinə deyib ki, zavodu onun adına keçirsin. Elçin də zavodu Nazimin adına keçirib. Sonra hava limanında Ba Mütə əkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları Elçini ordan aparıblar. Elçin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs irkətində direktor vəzifəsində i ləyib, 2022-ci ildə çıxıb. Elçin ordan direktor vəzifəsindən çıxsa da biznesləri davam edib. Kənardan kimisə gətirib direktor qoyublar. Elçinin etibarnamə verilən ərəfədə xaricə getmiş, nə vaxt qayıtmasını bilmir. Elçin fikirlə mirdi ki, ona qar ı belə bir hərəkət edilə bilər. Həm də Elçinin ortada olan əmlakları içərisində bu ma ın o qədər də böyük əhəmiyyət kəsb etməyib. Həmçinin Elçini aeroportda Ba Mütə əkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları qar ılayıb ki, guya Elçin Nazimin 14.000.000 manatını mənimsəyib. Elçin barəsində cinayət i i ba lanıldı. Təsdiqini tapmadığına görə i ə xitam verildi. Yəni, Elçinin ba ı qarı ıq olub. Elçin mübahisəli ma ını aldıqdan sonra Nazimə etibarnaməni veribsə yəqin ki, ərik olduqlarına görə o vaxt üçün belə məsləhətlə iblər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK hüquqi əxsdir, balansında ba qa əmlaklar da var. Əgər mübahisəli nəqliyyat vasitəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın əmlakı idisə onun balansına salmaq çoxmu çətin idi? Niyə Elçinin adına alınmalı idi. Həmin nəqliyyat vasitəsi ancaq Elçinə məxsus olub. O, maşının dəyərinin nə qədər olduğunu bilmir, alqı-satqıda 20.000 manat yazılıb. Maraqlıdırsa turbo.az saytından baxa bilərik. Böyük mator maşınların dəyəri indi o qədər Onlar iddia qaldıranda nəqliyyat vasitəsinin pulunu yox özünü tələb etmişlər, çünki ma ını satmağa yox sürməyə vermi lər. Elçinin BDYPİ-nə sorğu verdikdən sonra ma ının satıldığını öyrənmişdir. O dövrdə münasibətlər artıq korlandığı üçün Elçin bu barədə Nazimdən soru a bilməzdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 İsmət oğlu apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, avtomobilin İddiaçı mülkiyyətində olması bu işin mübahisəsiz halıdır, cavabdehlərdən cavabdeh1 İddiaçı sürücüsü olmuşdur və ona sürücülük etibarnaməsi vermişdir. Amma etibarnamədə səlahiyyətlər geniş nəzərdə tutulub. Bundan sonra İddiaçı direktoru olduğu müəssisədən ayrılmış və nəqliyyat vasitəsi bir müddət nəzarətsiz qalmışdır. Sonradan məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi mülkiyyətçinin məlumatı olmadan üçüncü şəxsə satılmışdır. Bildirirlər ki, bu müqavilə iradələri xaricində bağlanılmışdır. Qeyd edirlər ki, avtomobil əslində müəssisəyə məxsus avtomobil olmuş və İddiaçı əlindən geri alınmışdır. Burada real alqı-satqıdan söhbət gedə bilməz. Real alqı-satqı, ödəniş, cavabdeh2 hər hansı bir əmlak əldə etməsi halı, ümumiyyətlə, mövcud deyildir. Ümumiyyətlə Surayyə xanım nə əmlak üçün ödəniş etmiş, nə maşın almış və nə də maşın seçmişdir. Elə hallar mövcud deyildir. Bunu sadəcə onlar deyil, qarşı tərəfin ifadələri də təsdiq edir. Həmçinin, cavabdeh1 hal-hazırda sürücü kimi fəaliyyət göstərir və Surayyə xanım özü avtomobili aldıqdan sonra, həmin şəxsə etibarnamə vermişdir və özlərinin verdiyi cavabda səhv etmirsə, bildirmişdilər ki, Surayyə xanımın sürücüsü olaraq işləməkdədir. Digər arqument – bu müəssisəyə məxsus maşın idi və Elçin müəllimdən alınıb Surayyə xanıma verilib. Bu hissə ilə də razı deyillər. Birincisi, bu maşın İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Bu maşının müəssisəyə aid olması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Digər tərəfdən cavabdeh2 belə bir müəssisəyə aidiyyətı ilə bağlı bir sübut yoxdur. Əgər müəssisəyə aid maşın idisə, o müəssisəyə geri qaytarılardı, alqı-satqı keçirilərdi. Surayyənin həmin müəssisəsəyə, həmin müəssisənin bu işə nə aidiyyatı vardır, aydın deyildir. Digər tərəfdən ödənişlə bağlı əgər Surayyə maşın alıbsa, ödənişi İddiaçı icra etməli idi, çünki mülkiyyətçisi İddiaçıdur. Amma heç bir ödəniş icra edilməyib, ümumiyyətlə alqı-satqı barədə yol polisinə verilən sorğu əsasında xəbərləri olmuşdur. Yekunda bildirmək istəyir ki, digər şikayətlə bağlı da, Maraqlı şəxs, onun da şikayətindən məlum olur ki, həyat yoldaşının da bu alqı-satqı ilə bağlı razılığı olmamışdır. Əmlak nikah dövründə əldə olunduğu üçün, birgə mülkiyyət sayılır və halhazırda Maraqlı şəxs həmin əmlakdan öz payını tələb edir. Onun məhkəmədə əsası vardır. Aralarında nikah pozulmuşdur. Əmlakla bağlı mübahisə davam edir. Əmlak da ortada yoxdur. Nə pulu ödənilmiş, nə müəssisə ilə əlaqələndirirlər. Surayyə xanımın müəssisə ilə ümumiyyətlə əlaqəsi yoxdur və burada real alqı-satqıdan söhbət gedə bilməz. Ona görə də müqavilənin etibarsız hesab olunmasını, əmlakın mülkiyyətinə qaytarılmasını xahiş edirlər. Problemli məsələ onunla bağlıdır ki, alıcı alqı-satqıda iştirak etməyib. İmza nümuməsi təqdim etməyib. Onsuz da verilən izahatlardan, tərəf və onun nümayəndəsi özü də bildirir ki, həqiqətən də Sürəyya xanım alqı-satqıda iştirak etməyib. Digər tərəfdən verilən etirazlardan da görünür ki, bu alqı-satqı real əqd deyil. Hər hansı təklif və aksept mövcud deyil. Satış niyyətli olmayıb. Həmçinin də alan tərəf alınan malla bağlı heç bir ödəniş icra etməyib. Ümumiyyətlə Daxili İşlər Nazirliyində alqı-satqıda iştirak etməyib. Alıcının imzası olmadığı üçün müqavilədə etibarsızdır. Həm formal, həm hüquqi əsaslara görə tərəflər arasında hər hansı bir alqı-satqıdan söz gedə bilməz. Onlar qeyd edirik ki, alqı-satqı olmayıb. Qarşı tərəf də deyir ki, alqı-satqı olmayıb, maşın şirkətin olub, iddiaçının əlindən almışlar. Elçin müəllimin mülkiyyət sənədi var, şəhadətnaməsi var, qarşı tərəfin hüququ olmasına dair bir sənəd varsa, təqdim etsin. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, o, iki ildir ki, bu şirkətdə işləyir. Şirkətdə işlədiyi il yarımdan sonra Sürrəya xanım Rusiya Səfirliyinin yanında olan avtomobili götürüb gətirməsini ona tapşırmışdır. Bundan sonra o, həmin ünvanda binanın mühafizəçidən maşının açarını, texniki pasportunu götürüb gətirmişdir. Tapşırığı ona Surayyə xanım vermiş, o, İddiaçı üzünü görməmişdir. O, özünə məxsus sənədləri verdikdən sonra ona etibanamə verilmişdi, özü etibarnamə almaq üçün getməmişdir. X1 İdarəsinə o, özü getmiş, müqavilədə maşının 20.000 manata satılmasını o, yazmamışdır. Avtomobilin açarını və sənədləri o, mühafizəçidən götürmüşdür. Uzun müddət keçdiyindən mühafizəçinin adını xatırlamır. Sürəyya xanım ona Elçin müəllim mühafizəçiyə sənədlər, maşının açarını qoymasını və avtomobilin nömrəsini demiş, o, da gedib mühafizəçini taparaq sənədləri və avtomobili götürmüşdür. Ona ümumi etibarnamə verilməsini, yəni avtomobili alıb-sata bilməsinə dair səlahiyyət verilməsini etibarnamədə görmüşdür. Avtomobili götürdükdən 3-5 ay – sonra dedilər ki, maşını Surayyə xanımın adına keçirmək lazımdır. Həmin müddət ərzində də o, avtomobili sürmüş, Surayyə xanımı aparıb gətirmişdir. O, Elçin müəllimi heç görməmiş, tanımır. Onun tərəfindən hansısa tapşırıq almamışdır. O, maşını satmamış, Surayyə xanım ona get maşını götür, bizim maşındır demişdir. Sonra da maşını onun adına keçirməsini demişdir. Ona iş yerindən Fuad müəllim şəxsiyyət vəsiqəsinin şəklini və sürücülük vəsiqəsinin şəklini whatsapp vasitəsilə göndərməsini demişdir. Maşın halhazırda ondadır, Surayyə xanımın verdiyi etibarnamə əsasında maşını idarə edir, may ayının 7-də onun sürücü kimi şirkətdə işləməsinin iki ili tamam olur. Alqı-satqı müqaviləsində maşının qiyməti 20.000 manat qeyd olunsa da, ona 20.000 manat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil4 apellyasiya şikayətləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, İddiaçı Surayyə xanımın həyat yoldaşının şirkətində, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətində direktor vəzifəsində işləyib. Eyni zamanda onların sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu digər şirkətlərin də idarəedicisi olub. Elçin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətində direktor vəzifəsində işlədiyi müddətdə “Mercedes S class” markalı avtomobil alınıb, avtomobil sadəcə olaraq 2011-ci ildə İddiaçı adına rəsmiləşdirilib. Onlar arasında müəyyən məsələlər ortaya çıxdıqdan sonra İddiaçı şirkətdən uzaqlaşdırılmışdır. Bundan sonra İddiaçı ailə ilə ədavət aparmağa başlamış, Surayyə xanımın həyat yoldaşına qarşı bütün instansiya məhkəmələrində İddiaçı və onun qohumları əsassız iddialar qaldırmış, bütün əmlakların onun olması bildirmişdir. Maşına gəldikdə isə İddiaçı direktor vəzifəsindən kənarlaşdırıldıqdan sonra Möhsumov Məmməd İddiaçı deyib ki, maşını qaytar, sənin deyil. Elçin də deyib ki, baş üstə. Bundan sonra maşının açarını, texniki passportunu Rusiya Səfirliyinin yanında yerləşən yaşadığı binanın komendantına verib, bundan sonra Nizaməddin müəllim həm açarı, həm texniki passportu gedib götürüb. İddiaçı Nizaməddin müəllimə etibarnamə də verib. Nizaməddin müəllim avtomobili Surayyə xanımın adına keçirib. Surayyə xanım avtomobili idarə etmək üçün Nizaməddin müəllimə etibarnamə verib. İl yarım sonra isə Elçin müəllim məhkəməyə müraciət edib ki, maşını mənim əlimdən zorla alıblar. İnsanın əlindən maşını zorla necə alına bilər? Etibarnamə sərəncam vermək hüququ ilə bərabər verilib. Apellyasiya şikayətində yazılıb ki, Nizaməddin müəllim Elçinin sürücüdür. Lakin heç İddiaçı Nizaməddin müəllimin üzünə də görməyib. Elçin torpaqla, əmlakla bağlı əsassız iddialar qaldırılıb. Nikahının pozulması üçün məhkəməyə müraciət edib, iddia qaldırılıb ki, guya Məmməd müəllimin bütün əmlakı Elçinin birgə nikah dövründə əldə etdiyi əmlakdır. Elçinin heç bir iddiası da qəbul olunmayıb. Məsələn, Kommersiya Məhkəməsində əsassız iddiası var idi, guya podrat müqaviləsi ilə 210.000 manatlıq tikinti işləri aparıb. Heç bir sübut gətirə bilmədi. A4 formatına qəbzlər yazıb guya ona pullar ödənilməyib, o da təmin olunmadı. Tərəflər arasında əvvəllər dostluq münasibətləri olub deyə avtomobil İddiaçı adına rəsmiləşdirilməsinə ya da müəssisənin adına keçirilməsinə heç fikir də verilməyib. İddiaçı müəssisədə direktor işlədiyi dövrdə xidməti maşın kimi alınıb. Maşın müəssisənin adına alınmayıb. Aralarında dostluq münasibəti olduğundan bu detallara fikir verilməyib. Tərəflər şərik olmayıblar. Sadəcə iddiaçı orda direktor işləyib. Şirkətin fəaliyyəti də dəmir istehsalı ilə bağlı olub. Münasibətlər təxminən 2021-2022-ci ildən pozulmuşdur. İddiaçı etibarnaməni ona görə verirdi ki, maşın ona alınmamışdı. Etibarnamə 2023-cü ilin avqust ayında verilmişdi. İddiaçı 2023-cü ilin oktyabr ayından məhkəmələrə müraciət etməyə başladı. Birinci iddia Bakı İnzibati Məhkəməsində qaldırılmışdır. Elçin Biləcəri qəsəbəsində cavabdehə məxsus torpaq sahəsinə iddia qaldırmışdı ki, torpaq ona məxsusdur. Nizaməddinə verilən etibarnamənin ləğv olunub-olunmadığı ona məlum deyildir. Elçin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şirkətində # ###### 2014cü ildə işə başlayıb. 2021-ci ildə işdən çıxıb. Məmməd müəllimin bütün işlərini Elçin müəllim idarə etmiş, bütün sənədləşmə işlərini o edirdi. Məmməd müəllim avtomobilin kimin adına alınmasının dərinliyinə getmirdi. İddiaçı birinci instansiya məhkəməsinin heç bir iclasında iştirak etməyib. 2021ci ildə işdən çıxdıqdan sonra etibarnamə verilənə qədər avtomobil iddiaçının istifadəsində olub. Tərəflərin ayrılması etap-etap olub. 2021-ci ildə işdən çıxdıqdan sonra da iddiaçı müəyyən yerlərdə idarəçiliyi davam etdirirdi. Elçin müəllim Nazim müəllimə bu avtomobilə görə 2031-ci ilə qədər etibarnamə vermişdir. iQar ı tərəfin vəkili qeyd edir ki, sürücülük vəsiqəsi göndərilmədiyindən sərəncamla bağlı etibarnamə verilib. Bu düzgün deyildir. İ materiallarından görünür ki, notariusun verdiyi etibarnamə məhz sürücülük vəsiqəsi əsasında verilən etibarnamədir. Mülki qaydada verilən etibarnamələrdən deyildir. Yəni, Nizaməddin müəllim sürücülük vəsiqəsini verib ki, ona müvafiq olaraq sərəncam vermək üçün etibarnamə verilib. əxsiyyət vəsiqəsi ilə həmin etibarnamə verilə bilməz. Sürücülük vəsiqəsi olmadan notarius həm maşını idarə etmək həm də sərəncam vermək üçün etibarnamə verə bilməz. Elçin müəllim çox gözəl bilirdi ki, etibarnamə verildikdən sonra avtomobil Surayyə xanımın adına rəsmiləşdiriləcəkdir. Yəni, qarşı tərəfin dedikləri həqiqəti əks etdirmir. Elçin müəllim Məmməd Mövsümovun işçisi olub, yəni onun müəssisəsinin direktoru olub. 2021-ci ildə isə işdən azad edilib. Nazim müəllimin bu məsələlərə aidiyyəti yoxdur. Elçin müəllimlə Nazim müəllim dost olublar, ona görə də Məmməd müəllim Elçin müəllimi işə götürüb. Müəssisənin bütün idarəçiliyi Elçin müəllimin əlində olub. Ona kim deyə bilərdi ki, maşını öz adına rəsmiləşdir və ya rəsmiləşdirmə. Münasibətlər korlandıqdan sonra müəyyən ediblər ki, pul çatışmazlıqları var və Elçin müəllim işdən uzaqlaşdırılıb. Maşının da qaytarılması deyilib. Sonra da iddia qaldırır ki, maşın əlindən alınıb. Halbuki, sürücü özü onun evinin yanına gedərək həm maşının texniki pasportunu, həm də açarını götürüb. Maşın Elçindən götürüldükdən 3-5 ay sonra Surayyə xanımın adına keçirilməyib. Daha tez bir zamanda baş verib. 2 avqust tarixdə etibarnamə verilib, 9 avqust tarixdə də alqı-satqı baş tutub. Elçin müəllimlə Nazim müəllimin şərikli biznesi olmayıb. Qarşı tərəfin vəkili Elvin müəllim izahatında düzgün qeyd etmir. Həmin zavod Elçin müəllimin qardaşının adına rəsmiləşdirilib. Sonra Elçin müəllimin qardaşı həmin zavodu alqı-satqı yolu ilə Məmməd müəllimin adına keçirir. Hətta Elçin müəllimin qardaşı Yaqubov Yaşarın həyat yoldaşının da notarial qaydada razılığının alınmasına dair ərizəsi olur. Üstündən bir müddət keçdikdən sonra guya bunlar boşanırlar. Elçin müəllim məhkəməyə müraciət edir ki, guya əmlakların alqı-satqısına razılıq verməsi üçün onu məcbur ediblər. Səbail Rayon Məhkəməsində bu işə baxılmasından Məmməd müəllimin xəbəri olmayıb. Məhkəmənin qətnaməsi ilə zavodla torpaq sahəsi iki hissəyə bölünüb. Həmin iş üzrə icraat hələ də davam edir. Onlar da cəlb olunmuşlar. Fuad müəllim “xxxx” MMC-nin direktorunun müavinidir. Eyni zamanda Məmməd Mövsümovun qardaşı oğludur. Bütün idarəçilik Elçin müəllimin əlində idi. İstədiyi adamı vəzifəyə qoyurdu, istədiyini rəsmiləşdirirdi. Bütün səlahiyyətlər ona etibar olunmuşdu. Nazim müəllim Rusiyada idi, Məmməd müəllim də yaşlı insandır, evdə otururdu. Hər şeyi Elçin müəllim idarə edirdi. Hal-hazırda cavabdehə məxsus olan ancaq iddiaçının adına qeydiyyatda olan hansısa əmlak yoxdur. Bircə avtomobil olub. Zavodun adında başqa əmlaklar da var. Ancaq mən müəyyən edə bilmirəm ki, vaxtında niyə avtomobil zavodun adına yox Elçin müəllimin adına alınıb. O vaxt o direktor olub. Hansı əmlakı kimin adına istəyibsə alıb. Məmməd müəllimin 3-4 sürücüsü olub, onun o maşına ehtiyacı olmayıb. Həmçinin qarşı tərəf deyir ki, şərik olublar. Ancaq Elçin müəllimin heç bir yerdə təsis payı olmayıb. Sadəcə olaraq direktor olub. Məmməd Mövsümovun 70-dən yuxarı yaşı var. 1953-cü il təvəllüddür. Yoldaşı Surayyə xanım isə səhv etmirsə 1954 ya 1955-ci il təvəllüddür. Məmməd Mövsümovun 2011-ci ilin “Mercedes”nə ehtiyacı yoxdur ki, onda qonaq gəzdirsinlər. Onların uşağının da sürücüsü var. Gətirilən dəlillər əsaslı deyildir. Onlar da yaxşı bilir ki, avtomobil Məmməd müəllimin pulu hesabına alınıb. Ona görə də, avtomobilin qaytarılması istəniləndə Elçin müəllim “yaxşı” deyib. İl yarımdan sonra ədavət başlayıb iddialar qaldırılanda bu iddianı da qaldırıb. Qarşı tərəfin məqsədi ancaq ailə ilə ədavət aparmaq, incitməkdir. Gündə bir iddia qaldırır. Kommersiya məhkəmələri qalmayıb, rayon məhkəmələri qalmayıb. Elçin müəllimin qardaşı, həyat yoldaşı kompleks şəkildə iddialar qaldırırlar. İddiaçının nümayəndəsi Həmid müəllimin qeyd etdiklərinə hörmətlə yanaşır, lakin hesab edir ki, ona səhv məlumat verilib. Belə ki, Nizaməddin Surayyə xanımın sürücüsü olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC Surayyə xanımın həyat yoldaşı Mövsüm Məmmədə məxsusdur. Müəssisə onundur və onlar ər-arvaddırlar. X9 sürücüsü idisə, o, hansı cəsarətlə avtomobili başqa şəxsə sata bilərdi. Yəni o, kiminsə sürücüsü olsa cəsarət edib maşını sata bilməz. Bu mümkün deyil, anlaşılmaz hadisədir. Kiminsə sürücüsü maşını gedib başqasına satsın. Avtomobillə bağlı isə, avtomobil iynə deyil ki, onu itirəsən və 1 il və ya 1,5 ildən sonra maşını xatırlayasan ki, “Mercedes – S Class” markalı avtomobil vardır. Elçin müəllim Surayyə xanımın həyat yoldaşına məxsus şirkətin uzun müddət direktoru olmuşdur. O, dövrdə avtomobil alınmışdır. Düzdür ki, Elçin müəllim avtomobili öz adına almışdır, çünki ona etibar olmuşdur, idarəçiliklə məşğul olmuşdur. Yəni bunların arasında münasibət pozulandan sonra Məmməd müəllim müraciət etmişdir ki, həmin bu müəssisənin hesabına alınmış avtomobil və s. nə varsa, ona qaytarılsın. Şəxsə etibarnamə də verilib, texniki passport və açar da təqdim olunmuşdur. Sonra da maşını sürüb, getmişdir. Maşını Surayyə xanımgilə - qaraja qoyublar. Sonra alqı-satqı edilib, maşın Surayyə xanımın adına keçirilmişdir. Elçin müəllimin həyat yoldaşı Gülnarə xanımın apellyasiya şikayəti ilə bağlı hesab edir ki, apellyasiya şikayətinə ümumiyyətlə baxılmamalıdır. Çünki Gülnarə xanım Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmışdır ki, Surayyə xanımın, onun ərinin, qohumlarının bütün əmlaklarına qarşı iddia qaldırmışlar ki, həmin əmlaklar Elçin müəllimin pulu hesabına alınıb və bu onların nikah dövrünə təsadüf edir. Avtomobilə gəldikdə, Gülnarə xanım da bilirdi ki, avtomobillə bağlı mübahisə var. Onunla bağlı tələbi yazıbdır. Bu işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmışdır və onun üçündə maraqlıdır ki, necə iki məhkəmədə eyni şəxsin pay hüquqi tələbi ilə bağlı işə baxıla bilər? Yəni apellyasiya şikayətindən məlum olur ki, Gülnarə xanım payını tələb edir. Payını tələb edir və bu işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılır. Nə qərar qəbul edilərsə, o, hissədə də payını ərindən ala bilər. Ona görə də hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalıdır. Elçin müəllim də, Gülnarə xanım da əlbir şəkildə hərəkət edirlər. Onların məqsədi vaxtı uzatmaqla, ədavət aparmaqdır. Bunlarla bərabər Elçin müəllimin qardaşı da, baldızı da eyni tipli hərəkətlər edirlər, nikahlarını pozurlar, bu ailəyə qarşı iddia qaldırırlar ki, bu əmlak, torpaq bizimdir. İddialar müxtəlifdir, Elçin müəllim iddia qaldırmışdır ki, guya Mövsüm Məmməd üçün podrat müqaviləsi əsasında hər hansı tikililər həyata keçirmişdir. Sadə blankda yazılmışdır ki, ona bu qədər pul ödənilmiş, bu qədər borc vardır. Məhkəmədə onu təmin etməmişdir. Yekun da apellyasiya məhkəməsi də təmin etməmişdir. Kommersiya mübahisəsi idi. Bir iddiaları da var idi ki, Mövsüm Məmmədə məxsus zavod Elçin müəllimin adınadır. Sonra araları pozulduqdan sonra Elçin müəllimin qardaşı Yaşar müəllim zavodu alqı-satqı yolu ilə Məmməd müəllimə satdı. Üzərindən bir müddət keçdikdən sonra, Elçin müəllimin baldızı iddia qaldırmışdır ki, ərindən boşanmışdır, onu zorla məcbur ediblər ki, zavodun satışına razılıq versin. Elçin müəllimin qardaşının adına idi və guya ki, bunların nikahları pozulmuşdur və onu zorla notariusa aparıblar ki, zorla razılıq versin. Məsələyə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmışdır. Yekunda da müəyyən olunmuşdur ki, zavod 2 yerə bölünməlidir. Alqı-satqı etibarsız hesab olunmalıdır. Çünki Bakı şəhəri Səbail Rayon Məhkəməsində işə baxılarkən onların xəbərləri olmamışdır. Orada Elçin müəllimin baldızının payının olduğu müəyyən edilmişdir. Zavodun yarısı onundur və s. müxtəlif iddialar vardır. Gülnarə xanımın özünün iddiası - əmlakların bölünməsi ilə bağlıdır. Bütün əmlakları Elçin müəllim alıbdır. Hal-hazırda tərəflər arasında olan mübahilərlə bağlı 7-8 iddia var. X6 parkı var. Onun qarşısında torpaq sahəsi var. Həmid müəllim onları ordan tanıyır. Misal üçün orada da, iddia qaldırmışdırlar ki, o, torpaq sahəsi onlarındır. Qarışıq iddialardır. Bu iş üzrə gəldikdə isə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Çünki bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi vardır. Orada bildirilir ki, həmin iclasda ümumiyyətlə Elçin müəllim iştirak etməmişdir. Elçin müəllim iclaslara gəlməmişdir, daim iştirak edə bilməyəcəyi və onun iştirakı olmadan baxılması ilə bağlı ərizələr ünvanlamışdır. Buradan da görünürdü ki, iddianın mahiyyəti avtomobilin geri qaytarılması deyil, sadəcə ədavət aparılmasıdır. O, Həmid müəllimi tanıyır, Həmid Elçinin və Gülnarə xanımın vəkili olaraq çıxış edir. İddia ərizələrindəki imzalarından da görünür ki, Həmidin imzasıdır. X1 alqı-satqı qaydalarını özü tənzimləyir. Çünki bu notarial qaydada təsdiq edilməyən alqı-satqıdır. Orada da Nizaməddin müəllim iştirak edibdir. İşin tərkibi ondan ibarətdir ki, avtomobilin sərəncam vermək hüququnu Elçin müəllim Nizaməddin müəllimə veribdir. Nizaməddin müəllim isə onun yaşadığı ünvana gedib, orada yaşayan gözətçidən sənədləri, avtomobilin açarını götürüb. Müəssisənin rəhbərliyi avtomobilin Sürəyya xanımın adına keçirilməsini istəyib. İl yarım keçdikdən sonra Elçin müəllim iddia qaldırıbdır. Əgər Elçin müəllimin satmaq niyyəti yox idisə, maşınını da kimsə oğurlayıbsa, istifadə edirsə neçə olur ki, il yarım sonra onun yadına avtomobili düşür. Həmin avtomobilin kiminsə kiməsə satdığından şübhələnirsə, nə üçün axtarışa verməyib. Nə üçün bununla bağlı polisə müraciət edilməyib? Burada işin mahiyyəti ondan ibarətdir ki, Elçin müəllim özü şəxsən avtomobili verib, çünki avtomobil iddiaçının olmayıb. Elçin Sürəyya xanımın əri Məmməd müəllimin şirkətində direktor işləyib. Bu barədə çıxarışı o, sistemə yükləmişdir. İddiaçıya etbar edilib avtomobil onun adına sənədləşdirilib. Artıq aralarında söz-söhbət yarandıqda Elçin müəllim idarəçilikdən uzaqlaşdırılıb, bundan sonra isə aralarında ədavət yaranıb, Elçin müəllim də bu iddianı qaldırıb. Avtomobilin cavabdehə verilməsində heç bir mübahisəli hal yoxdur. Onlar müqaviləni mübahisələndirmirlər. Müqaviləni Nizaməddin imzalayıb, bunu özü də etiraf etdi. Alıcı müqavilə bağlanarkən iştirak etməyib, çünki X1 alıcının iştirak etməsi tələbi yoxdur. Bu notarius deyil, notariusda müqaviləni iki tərəfdə imzaları təsdiq etməlidir. X1 alqısatqı belə keçir. Alqı-satqı olub, hazırda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Sürəyya xanımın adınadır. İl yarım insan necə bilməzki, avtomobilə nəsə ediblər. Mümkün deyil. Ələlxüsus Elçin müəllim uzun müddət Məmməd müəllimin yanında çalışıb, onun şirkətinin direktoru olub. X1 sənədlərindən görünür ki, Nəqliyyat vasitəsi alındıqdan sonra 2011-ci ildə Elçin müəllim Sürəyya xanımın oğlu Nazim müəllimə etibarnamə vermişdir. Ona görə də hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli Bakı şəhəri Nərimanov Məhkəməsinin qərarı qüvvədə qalmalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-in qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayında MMC-in direktoru vəzifəsinə təyin olunmuşdur, ondan əvvəl Əlövsət direktor olmuşdur, onun soyadını bilmir, ona kimi də Elçin direktor işləmişdir. Eşitdiyinə görə deyə bilər ki, 2023-cü ilə kimi onların arasında söz-söhbət olmuşdur, Mercedes markalı maşın Surayyə xanıma məxsus olmuşdur, maşını sürücü Nizaməddin idarə etmişdir, Surayyə xanım Məhəmməd müəllimin həyat yoldaşıdır, yəni ki, keçmiş şirkət rəhbərliyindəndir. Maşının sənədləşməsi ilə bağlı heç bir məlumatı yoxdur, maşının kimin aldığını bilmir, ona kimi artıq maşın var idi, məhkəmə iclasında izahatında eşitdiklərini bildirir. Eşitdiyinə görə maşın Surayyə xanıma məxsus olmuş və oğlu tərəfindən verilmişdir. Çünki o, 2023-cü ildə ora vəzifəyə gəldiyində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin balansında bu maşın olmamışdır. Məhəmməd Nazimin atasıdır, onlar uzun müddət yaxın olmuşlar, eşitdiyinə görə ailəvi dost olmuşlar, sonradan aralarında Elçin direktor olub, MMC-in təsisçisi Nazim müəllimin atası Məhəmməd müəllim olmuşdr, aralarında söz-söhbət düşmüşdür, şirkətdən mallar götürülüb, mallar aparılıb, eşitdiyinə görə malları Elçin aparıb. Təsisçi iddia qaldırmışdır ki, bizim mülk aparılıb, mülk qaraj da satılıb. İşləri hələ də Lənkəran RPŞ-də davam etməkdədir. Maraqlı şəxs Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçmiş əri İddiaçıla boşandıqdan sonra birgə nikah dövründə əldə olunmuş əmlaklarının fərqli şəxslərin adına rəsmiləşdirilməsi ona məlum olmuşdur. Belə ki, Elçin uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, zavodlar, qarajlar, daşınmaz əmlaklar, avtomobillər əldə etmiş, təəssüf ki, bütün bu əmlakları birlikdə işlədiyi tərəfdaşlarının, onların ailə üzvlərinin adına rəsmiləşdirmiş, bununla da onu birgə əmlakdan məhrum etmək niyyəti güdmüşdür. Hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlaklarının bölgüsünə dair mülki işin getdiyini, belə əmlaklardan birinin də, Elçinin birgə nikah dövründə əldə edilmiş avtomobili boşanma zamanı bölünməsin deyə, şəriki Nazimin anasının adına rəsmiləşdirdiyini bilmişdir. İş materiallarından da göründüyü kimi, əslində bu rəsmiləşdirmə sürücü olmuşdur. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməsini, Elçinin iddiasının təmin olunmasını, avtomobilin birgə əmlak olaraq aralarında bölünməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə və maraqlı şəxs Maraqlı şəxs rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsinin və maraqlı şəxs Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı və maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı İddiaçı mülkiyyət hüquqi ilə adına qeydə alınan 2011-ci il buraxılışlı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S 500” markalı nəqliyyat vasitəsinə dair cavabdeh1 ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olan **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobil üzərində sərəncam vermək səlahiyyətini də özündə əks etdirən etibarnamə vermişdir. İddiaçı tərəf qeyd olunan nəqliyyat vasitəsinə dair yalnız avtomobilin idarə edilməsi məqsədi ilə etibarnamə verildiyini, təmsil edənin təmsilçiyə nəqliyyat vasitəsi üzərində sərəncam vermək tapşırığı verilmədiyini bildirilsə də, iddia tələbində istinad olunan, apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən halları apellyatorlar sübuta yetirə bilməmişlər. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, uzun müddət xxxx MMC-də direktor vəzifəsində işləmiş iddiaçı İddiaçı MMC-dən işdən azad olunduqdan sonra həmin MMC-də sürücü vəzifəsində işləyən cavabdeh1 ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək qüvvədə olan, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobil üzərində sərəncam vermək səlahiyyətini də özündə əks etdirən etibarnamə vermiş, bundan sonra ##.##.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsinə dair satıcı İddiaçı ilə alıcı cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə bağlanarkən satıcını sonuncunun etibarnaməsi əsasında nümayəndəsi cavabdeh1 təmsil etmişdir. Kollegiya iddiaçının əqd bağlandıqdan sonra ona pul vəsaitinin verilməməsinə, maraqlı şəxsin nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilən əmlak olmasına dair dəlilləri üzrə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından və tədqiq olunan digər sübutlardan iddiaçı İddiaçı cavabdeh cavabdeh2, sonuncunun ərini və oğlunu uzun müddət tanıması, uzun müddət birlikdə işləmələri, nəqliyyat vasitəsi alındıqdan sonra bu cavabdehin oğluna uzun müddətə etibarnamə verilməsi, nəqliyyat vasitəsi MMC-in direktoru olaraq iddiaçının istifadəsində olması, işdən çıxdıqdan sonra nəqliyyat vasitəsini sənədləri ilə birlikdə MMC-də sürücü vəzifəsində işləyən cavabdeh1 təhvil verməsi, münasibətləri pozulduqdan sonra aralarında digər əmlak mübahisələrinin olması, bu mübahisələrin məhkəmə qaydasında həll edilməsi iddiaçının nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair səlahiyyəti də özündə əks edən etibarnaməni verdiyi vaxtda məqsədinin özünə aid olmayan əmlakı əsl sahibinə qaytarmaq olması qənaətinə gəlməyə əsas verir. Məhz buna görə də alqı-satqı müqaviləsi bağlanarkən alıcı satıcıya pul verməmiş, satıcı isə alıcıdan pul tələb etməmişdir. Kollegiya qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Bu baxımdan hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab edilir. İstinad olunalara əsasən, kollegiya belə nəticəyə gəlir ki, qeyd olunan nəqliyyat vasitəsi apellyatorların birgə nikah dövründə əldə etdikləri əmlak kimi qiymətləndirilə bilməz. Kollegiya mübahisələndirilən əqdin alıcı cavabdeh2 tərəfindən imzalanmaması ilə bağlı qeyd edir ki, bu fakt üzrə əqdi mübahisələndirmək hüququ alıcıya məxsus olduğundan, alıcı isə əqdi bəyənməklə nəqliyyat vasitəsini öz mülkiyyətinə qəbul etdiyindən, bu hal əqdin etibarsız olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Hazırkı işdə xüsusi qərardad çıxarılması üçün əsaslar olmadığından iddiaçının nümayəndəsinin bu barədə vəsatəti təmin edilmir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyasında aparılan araşdırma zamanı da əqd bağlanarkən tərəflərin mülki qanunvericiliyin tələblərinə əməl etməklə etibarlı əqd bağlamaları öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Ona görə də apellyatorlar tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı və maraqlı şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. İddiaçı İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6589/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6589/2025
10.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver