Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6594/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-6594/2022 Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-2726/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı 22 dekabr 2018-ci il tarixdə ibtidai araşdırılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs kimi tutulmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. 2.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib, 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 3.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)61/2019 saylı hökmü tam qeyri-obyektiv, qanunsuz və əsassız olduğundan, o, qeyd olunan hökmdən apellyasiya şikayəti vermişdir. 4.Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(106)-495/2019 saylı yekun qərarına əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. 5.İddiaçının verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 1(102)-798/2020 saylı qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(106)-495/2019 saylı yekun qərarı ləğv olunaraq, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin baxışına təyin olunmuşdur. 6.Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(106)-250/2021 saylı yekun qərarına görə, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, o, dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. 7.İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində ona ağır mənəvi ziyan dəyməsi, qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş edir. a) Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas olmadan cinayət işinin aparılması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirildiyi; ona tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar: 1. Onun məhrum olduğu gəlirlər 40.000 manat; 2. Onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat; 3. Ona dəymiş mənəvi ziyanın məbəği 500.000 manat olmaqla, cəmi 575.000 manat təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması, eyni zamanda, azadlıqdan məhrum edildiyi, yəni həbsdə olduğu müddətin iş stajına daxil olunması - hesablanması ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə bir öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, həm iddia tələbinin həcmini azaltmış, həmçinin Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas olmadan cinayət işinin aparılması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirildiyi; ona tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar: 1. Onun məhrum olduğu gəlirlər 40.000 manat; 2. Onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat; 3. Ona dəymiş mənəvi ziyanın məbəği 500.000 manat olmaqla, cəmi 575.000 manat təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 22 dekabr 2018-ci il tarixdə ibtidai araşdırılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs kimi tutulmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1(089)-61/2019 saylı hökmünə əsasən, o, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib, 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)61/2019 saylı hökmü tam qeyri-obyektiv, qanunsuz və əsassız olduğundan, o, qeyd olunan hökmdən apellyasiya şikayəti vermişdir. X3 Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(106)-495/2019 saylı yekun qərarına əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Onun verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 1(102)-798/2020 saylı qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(106)- 495/2019 saylı yekun qərarı ləğv olunaraq, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin baxışına təyin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(106)-250/2021 saylı yekun qərarına görə, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyisübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, o, dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(102)-1413/2021 saylı qərarına əsasən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 2.34.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının qanunsuz hərəkətləri, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(089)-61/2019 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 1(061)-495/2019 saylı yekun qərarı nəticəsində, o, 22 dekabr 2019-cu il tarixdən 19 aprel 2021-ci il tarixə kimi qanunsuz azadlıqdan məhrum olunmuş, bütün ətrafında, yaşayış yerində və dost-tanışlar içərisində cinayətkar şəxs kimi tanınmağa başlamışdır. Onun haqqında qanunsuz cinayət təqibi aparılması nəticəsində, ona maddi, mənəvi ziyan dəymişdir. Buna görə də, o, nəinki maddi, eyni zamanda, qohum, qonşu və ətraf içərisində ona ağır mənəvi zərər vurulmuşdur. Onun qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində ona ağır mənəvi ziyan dəymiş, sağlamlığını tamamilə itirmiş, lakin pulsuzluğuna görə müalicə belə ala bilməmişdir. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən xahiş edir ki, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas, heç bir sübut olmadan cinayət işinin aparlması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndiridiyi, onun tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 22 dekabr 2018-ci il tarixdən 19 aprel 2021-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar, onun məhrum olduğu gəlirlər, 40.000 manat, onun həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləği, cəmi 35.000 manat, ona dəymiş mənəvi ziyanın məbləği 500.000 manat, cəmi 575.000 Azərbaycan manatı təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı - cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 575.000 Azərbaycan manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılsın. 11.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 11 avqust 2022-ci il tarixli, 2(006)-2726/2022 saylı qətnaməsi (sədrlik edən-Tağıyev Ceyhun) ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. 12.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)2726/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə “azadlıqdan məhrum edildiyi, yəni həbsdə olduğu müddətin iş stajına daxil olunması - hesablanması ilə bağlı öhdəliyin Azərbaycan Respublikası Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə bir öhdəlik kimi qoyulması barədə” iddia tələbindən imtinası qəbul edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. 13.Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100, 1101.1, 1101.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılır ki,məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 28000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin müddəalarını nəzərə almalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiyanı almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə -üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat) Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda, ona ödənilicək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Göründüyü kimi, 28000 manat məbləğində kompensasiyanın ödənilməsi tamamilə əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 22.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 23.Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 24.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 25.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 26.Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edil. Çünki iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi uzun müddət, yəni təxminən 28 ay müddətində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. 30.Məhkəmə Kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması və cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 31.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 33.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 35.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 37.Kollegiya hesab edir ki, məhkəmə iddiaçının 28 ay qanunsuz həbsdə saxlanılmasına görə 28000 manat mənəvi zərərin məbləğini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. 38.Kollegiya apellyatorun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin müddəalarını əsasən üç yüz otuz manat mənəvi zərər tutulması ilə bağlı dəlilini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 42.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-2726/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6594/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6594/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver