Məhkəmə qərarları › İş №2(103)-6596/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6596/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6596/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-649/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.212 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus “Daewoo BS 090” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospektində hərəkətdə olarkən “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 hadisə yerini tərk etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYP-nin TYP 091900 saylı inzibati tənbeh vermə haqında qərarında öz əksini tapmışdır. İcbari sığortalar haqqıda qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyindən və həmin qanunun 63-cü maddəsinə əsasən hadisə yerindən yayındığından ödənilmiş sığorta məbləği cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-649/2020 saylı, xx.xx.2020-ci il-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 1.147 (bir min yüz qırx yeddi) manat məbləğində vəsait və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-649/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsininləğv edilməsi və iddianın tam təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim etdi. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-649/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Sığorta Şirkəti ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 649/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Qətnamə İddiaçı Sığorta Şirkəti ASC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar